İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə26/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   22   23   24   25   26   27   28   29   ...   135

ÜRƏK VƏ XAÇ 

-

 



Ueb,  -  Santa  eyhamla  dilləndi,  -  bu  gün  özünü  çox  mənasız 

aparırsan. 

-

 

Saray  təlxəyi  qulluğunuzdadır,  əlahəzrət,  -  Ueb  dəyişmiş  səsi  ilə 



astadan  dedi.  -  Ondan  daha  nə  gözləmək  olar  ki?  İcazə  verin,  fikrimi 

bildirim.  Mən  “mal-qara  kraliçasına”  evlənənə  qədər  kişi  idim.  Bəs  indi 

kiməm? Bütün düşərgənin gülüş hədəfi! Amma mən yenidən kişi olacağam! 

Santa diqqətlə ona baxdı. 

-

 

Səfehliyi burax, Ueb, - sakitcə dedi. - Sənin xətrinə dəyəcək heç nə 



etməmişəm.  Məgər  mən  mal-qaranın  idarə  edilməsi  işlərinə  qanşıram? 

Amma  işin  kommersiya  məsələlərini  səndən  yaxşı  bilirəm.  Atamdan 

öyrənmişəm. Ağıllı ol. 

-

 



Kral və kraliçalar, - Ueb dedi, - zövqümə uyğun deyillər 

-

 



əgər  özüm  əsas  fiqur  deyiləmsə...  Mən  mal-qara  otanram,  sən  isə  tac 

gəzdirirsən.  Çox  gözəl!  özgə  oyununda  səkkizlik  olmaqdansa,  inək 

düşərgəsində  lord-kansler  olmağı  üstün  tuturam.  Bu,  sənin  rançondur,  ona 

görə də mal-qaranı Barber alır. 

Uebin atı atlar üçün nəzərdə tutulmuş yerdə bağlanmışdı. O, evə daxil 

olub  yalnız  uzaq  səfərlər  üçün  istifadə  etdiyi  adyal  düyünçəsini,  plaşını, 

xam  göndən  hazırlanmış  uzun  kəməndini  götürdü.  Bütün  bunları 

tələsmədən  kəmərlə  yəhərə bağlayıb bərkitdi. Santa bənizi ağarmış şəkildə 

onun hərəkətlərini izləyirdi. 

Ueb  sıçrayıb  yəhərin  üstündə  oturdu.  Ciddi,  qırxılmış  sifəti  sakit  olsa 

da, gözlərindəki qığılcım inadından xəbər verirdi. 

-

 



Frio vadisindəki Hondo suvatının yaxınlığında, - o dedi, 

-

 



inək-buzov sürüsü otlayır. O sürünü meşədən uzaqlaşdırmaq lazımdır. 

Canavarlar  üç  buzovu  parçalayıb.  Xəbər  verməyi  unutmuşdum.  Lütfən, 

Summsa tapşır, o sürünün qayğısına qalsın. 

Santa yüyəndən yapışdı və düz ərinin gözünün içinə baxdı. 

-

 

Sən məni atmaq istəyirsən, Ueb? - sakitcə soruşdu. 



-

 

Yenidən kişi olmaq istəyirəm, - o cavab verdi. 



-

 

Tərifəlayiq  işində  sənə  uğurlar  arzulayıram,  -  o,  gözlənilməz 



soyuqluqla söylədi və dönüb evə getdi. 

Ueb  İqer  Qərbi  Texas  topoqrafiyasının  imkan  verdiyi  qədər  birbaşa 

cənub-şərq istiqamətinə yol aldı. Üfüqə çatdığı zaman, 

81 


downloaded from KitabYurdu.org


O.HENRİ 

görünür, o, mavi ənginliklərdə əriyib yoxa çıxırdı. O vaxtdan etibarən 

Nopalito  rançosunda  ondan  nə  xəbər  vardı,  nə  ətər.  Başda  bazarlar 

olmaqla  günlər  həftə  eskadronlannı,  həftələr  bədr  gecələrinin 

komandası  altında  aylardan  ibarət  və  bayraqlarında 

“Tempus  fugit'

x

 

yazılmış  alaylan  yaradır,  aylar  isə  illərin  ucu-bucağı  bilinməyən 



düşərgələrində  nizamla  addımlayırdı.  Lakin  lieb  İger  daha  öz 

kraliçasının malikanəsində görünmürdü. 

Bir  dələ  Rio-Qrandenin  çayaşağı  hissələrindən  olan  Barto- 

lomye  adlı  bir  şəxs  Nopalito  rançosuna  gəlib  çatanda  acdığını  hiss 

etdi. 

Consuetudin

e*  onu  bu  qonaqpərvər  krallıqda  dərhal  nahar 

süfrəsinə  dəvət  etdilər.  O  isə  danışırdı  ki,  guya,  ondan  su 

püskürürmüş, sanki, onu hökmdar əsası ilə vurmuşlar. Qaradin- məz 

çobanlar  əsasən  belə  olurlar:  dinləyicilərdən  kim  qulağına  pambıq 

tıxamayıbsa, onların diqqətinə layiq görülürlər. 

-

 

Missis İqer, - o, dil-boğaza qoymurdu, - bu günlərdə Hidalqo 



mahalındakı  Senko  rançosunda  bir  adamla  rastlaşdım.  Onun  da  adı 

İqer idi, Ueb İqer. Təzəlikcə onu oraya işlər müdiri təyin etmişdilər. 

Ucaboy,  sanşın  bir  adamdır,  özü  də  həmişə  susur.  Bəlkə,  o,  sizin 

qohumlardandır? 

-

 

Ərimdir, - Santa gülər üzlə cavab verdi. - Onu Seykoda təyin 



etməklə  düz  iş  görüblər.  Mister  İqer  Qərbdə  ən  yaxşı  maldarlardan 

biridir. 

Şahzadə-konsortun  yoxa  çıxması  nadir  hallarda  monarxiya 

nizam-intizamına  xələl  gətirir.  Kraliça  Santa  atasının  ən  sadiq 

vassallarından  olan  Remsi  adlı  bir  şəxsi  baş  qoruqçu  təyin  etmişdi. 

Yəni  Nopalito  rançosunda bütün  işlər  rəvan  və  rahat  gedirdi.  Təkcə 

geniş çəmənliklərdəki otlar körfəzdən əsən sahil küləyinin sayəsində 

dalğalanırdı.  Təcrübələrin  müsbət  nəticələrini  nəzərə  alaraq 

iribuynuzlular üçün xüsusi otlaq sahəsi ayırmışdılar. Onların şöhrəti 

yalnız miniklə gedilməsi mümkün olan preriyalara

1  2  3

, yarğanlara və 



cəngəlliklərə  qədər  yayılmışdı.  Digər  rançolarda  ayılıb  gözlərini 

sildilər və narazılıqla uzunayaqlılan seyr etməyə başladılar. 

1

 Vaxt qaçır (lat.) 

2

 Qəbul edilmiş qaydaya görə (lat.) 



3

 Preriya - Şimali Amerikada çöl 

82 

downloaded from KitabYurdu.org




ÜRƏK VƏ XAÇ 

Elə  bunun  nəticəsi  idi  ki,  bir  dəfə  qaralmış,  diribaş,  boynuna  ipək 

yaylıq salmış, revolverlərlə bəzənmiş, özünü frandlara

1  2 


bənzədən üç  gənc 

meksikalı 



“Vaqueros’\ın

z

  müşayiəti  ilə  tələm-  tələsik  özlərini  Nopalito 

rançosuna çatdırıb, aşağıdakı işgüzar məktubu “kraliçaya” təqdim etdilər. 

“Missis İger - Ranço Nopalito. 

Möhtərəm ülyahəzrət! 

Seyko rançosunun sahibləri tərəfindən mənə sizdən sesseks cinsindən olem 

iki  və  üçillik  100  baş  buzov  almaq  tapşmlmışdır.  Əgər  sifarişi  yerinə  yetirə 

bilsəniz, heyvanlan məktubu təqdim edən şəxsə təhvil verməkdən çəkinməyin. 

Qəbz tezlikiə sizə göndəriləcəkdir. 

Hörmətlə: Uebster İqer, 

Seyko rançosunun işlər müdiri”. 

İş  həmişə  işdir  -  hətta,  az  qala,  “xüsusilə  krallıqda”  sözünü 

yazacaqdım. 

Həmin axşam yüz baş heyvanı otlaqdan gətirib evin yanındakı tövləyə 

saldılar ki, səhər təhvil versinlər. 

Görəsən,  gecə  ev  sükuta  qərq  olduğu  zaman  Santa  İqer  bu  işgüzar 

məktubu  sinəsinə  sıxaraq  üzünü  balışa  söykəyib,  qürurunun  (özünün  və 

yaxud  onun)  günlərlə  dilinə  gətirməyə  imkan  vermədiyi  adı  öz-özünə 

pıçıldayıb hönkürdümü? Yoxsa işgüzarlıqla bu məktubu da digər kağızlann 

arasına  tikib,  mal-qara  kraliçasına  layiq  tərzdə  öz  təmkinini  qoruyub 

saxladı?  Həvəsiniz  varsa,  özünüz  fikirləşib  bir  qərara  gəlin;  amma 

unutmayın ki, kral ləyaqəti müqəddəsdir. Və burada hər şey gizli saxlanılır. 

Lakin bəzi mətləbləri öyrənə biləcəksiniz. 

Gecəyarı  qara  rəngli  sadə  paltar  geyinən  Santa  gizlicə  evdən  çıxdı; 

palıd  ağaclannın  altında  bir  qədər  yubandı.  Preriya,  sanki,  dumana  qərq 

olmuşdu.  Seyrək  duman  içində  sayrışan  ay  işığı  solğun-narıncı  rəngə 

çalırdı.  Amma  hər  budaqdan  oyunbaz  qaratoyuqların  fit  səsləri  eşidilir, 

füsunkar  güllərin  ətri  ətrafa  yayılır,  tarlada  isə  oynaqlaşan  balaca,  parlaq 

tüklü  dovşanlar  adama  lap  uşaq  bağçasını  xatırladırdı.  Üzünü  cənub-şərqə 

san 


1

 

Frand - bəzək-düzəkli orden 

2

 “ 

Vaqueros” - mehtər (isp.) 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə