İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə27/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   23   24   25   26   27   28   29   30   ...   135

O.HENRİ 

tutan  Santa  həmin  istiqamətdə  üç  hava  öpüşü  göndərdi.  Onsuz  da, 

heç kim görünmürdü. 

Sonra  sakitcə  əlli  yard  məsafədə  yerləşən  dəmirçixanaya 

yollandı.  Qadının  orada  nə  etdiyini  yalnız  fərz  etmək  mümkün  idi. 

Kürə qızdınldı və asta çəkic səsləri eşidilməyə başladı. 

Tezliklə  o,  dəmirçixanadan  çıxdı.  Bir  əlində  dəstəyi  qəribə 

fbımaya  malik  əşya,  o  biri  əlində  isə  yalnız  damğavuranlann 

düşərgəsində  təsadüf  edilən  daşınan  kürə  var  idi.  Üstünə  ay  işığı 

düşən  qadın  tələm-tələsik  sesseks  cinsindən  olan  mal-  qaranın 

salındığı tövləyə san qaçdı. 

Darvazanı  açıb  tövləyə  girdi.  Bu  heyvanlann  əksəriyyəti  tünd-

san  rəngdə  idi.  Amma  onlann  arasında  digərlərindən  fərqlənən  süd 

rəngli bir düyə də vardı. 

Beləliklə,  Santa  əvvəllər  onda  göımədiyimiz  bir  şeyi  silkələyib 

çiynindən  yerə  saldı  - bu,  kəmənd idi.  Kəməndin  ilgəyini  sağ  əlinə, 

açılmış  ucunu  isə  sol  əlinə  aldı  və  heyvanlann  sıx  olan  yerinə 

yaxınlaşdı. 

Onun  hədəfi  ağ  düyə  idi.  Kəməndi  tulladı.  Kəməndin  ilgəyi 

buynuzun  birinə  İlişsə  də,  sürüşüb  çıxdı.  Santa  bir  də  tulladı  - 

kəmənd  düyənin  ayaqlarına  sanidığından  o,  bütün  ağırlığı  ilə  yerə 

sərildi. Santa panter kimi düyənin üstünə cumdu. Amma düyə qalxıb 

onu itələyərək ot saplağı kimi yerə yıxdı. 

Santa yenidən təşəbbüs göstərdi. Qorxmuş heyvan iri gövdəsini 

tövlənin  divarlanna  çırpmağa  başladı.  Cəhd  uğurla  nəticələndi;  ağ 

düyə  yenə  də  yerə  yıxıldı  və  qalxmağa  macal  tapmamışdı  ki,  cəld 

kəməndi  dirəyə  dolayan  Santa  onu  sadə,  lakin  möhkəm  düyünlə 

bərkitdikdən sonra xam dəridən olan buxovla düyənin üstünə atıldı. 

Bir  anın  içində  (rekord  vaxt  olmasa  da)  heyvanın  ayaqlanna 

buxov vuruldu və Santa yorğun, təngnəfəs halda bir müddət tövlənin 

divarına söykənərək dayandı. 

Sonra  darvazanın  ağzında  qoyulmuş  kürəyə  tərəf  qaçdı  və 

ağanncaya  qədər  qızdınlmış  qəribə  formalı  damğanı  sürüyüb  içəri 

gətirdi. 

Damğa  ağ  düyəyə  toxunduğu  vaxt  onun  bağırtısı  sakit  əsəbləri 

və Nopalitonun yaxınlığında olan etibarlı şəxslərin vic- 



84 

downloaded from KitabYurdu.org




ÜRƏK VƏ XAÇ 

danını oyatmalı idi. Amma belə  olmadı. Santa isə dərin sükuta qərq olmuş 

gecənin  içində  quş  kimi  pərvazlanıb  evinə  uçdu  və  çarpayıya  uzanıb 

hönkürməyə  başladı...  o  elə  hönkürdü  ki,  sanki,  kraliçalar  da  adi 

rançmenlərin  arvadlarına  məxsus  ürəyə  malikdirlər;  bu  kraliçalar,  əgər 

birdən  ərləri  təpələrin  arxasından  peyda  olarsa,  ya  da  mavi  ənginliklərdən 

qayıdıb gələrsə, əvvəlki şahzadə-konsortlan həvəslə kral elan edərdilər. 

Səhər  revolverlərlə  bəzənmiş  diribaş  gəndər  “Vaqueros”un  müşayiəti 

ilə  sesseks  cinsindən  olan  heyvanlan  preriyalardan  keçirərək  Seyko 

rançosuna  apardılar.  Qarşıda  doxsan  mil  yol  onlan  gözləyirdi.  Otlaq  və 

suvatlarda dayanmaqla bu yolu qət etmək üçün altı gün tələb olunurdu. 

Mal-qara Seyko rançosuna çatanda alaqaranlıq idi. Ranço-  nun başçısı 

heyvanları sayıb qəbul etdi. 

Səhər saat səkkizdə Nopalitoya yaxın kolluqdan çıxan bir atlı şporlannı 

cingildədə-cingildədə tələsik  evə sarı addımlayırdı. Atı ağır-ağır nəfəs alır, 

başını yorğun halda sallayıb səndə- ləyirdi. 

Amma  öz  mərhəmət  hisslərinizi  Belsxazardan  xırda  xallan  olan  bu 

kəhərə boş yerə sərf etməyin. Nopalitonun otlaqlannda uzaq məsafələr üzrə 

rekordun  yəhərlənməmiş,  naz  içində  bəslənən  sahibi  indi  başdan-başa 

şəfqətlə əhatə olunub. 

Atlı  səndələyə-səndələyə  evə  daxil  oldu.  Elə  bu  vaxt  iki  qol  onun 

boynuna  dolandı;  kimsə  qadına  və  kraliçaya  məxsus  səslə  qışqırdı:  Ueb... 

oy, Ueb! 

-

 



Mən əclaf olmuşam, - Ueb İger dedi. 

-

 



Ss-s, - Santa pıçıldadı, - gördün? 

-

 



Gördüm, - Ueb dedi. 

Bir Allah bilir onlar nəyi nəzərdə tuturdular. Qısası, növbəti hadisələri 

oxusanız, bunu anlayacaqsınız. 

-

 



Mal-qara kraliçası sən ol, - Ueb dedi, - və bacarsan, hər şeyi unut. 

Mən yaramaz koyot olmuşam. 

-

 

Ss-s!  -  Santa  yenidən  pıçıldayıb  barmağını  onun  dodaqlarının 



üstünə  qoydu.  -  Burada  artıq  kraliça  yoxdur.  Bilirsən  mən  kiməm?  Mən 

Santa İgerəm - krala məxsus yataq otağının birinci ledisi. Bura gəl. 

downloaded from KitabYurdu.org



O.HENRİ 

Qadın  onu  eyvandan  sağda  yerləşən  otağa  san  apardı.  Otaqda 

nənni  asılmış,  nənnidə  isə  infant

1

  yatmışdı  -  bütün  dünyanı 



həyasızcasına  vecinə  almayan  qırmızımtıl,  gümrah,  qığıl-  dayan 

qəşəng bir infant. 

-

 

Bu  rançoda  kraliça  yoxdur,  -  Santa  təkrar  etdi.  -  Krala  bax, 



Ueb, onun gözləri eynən səninkidir. Diz çök və onun qüdrətinə tabe 

ol. 


Elə bu vaxt eyvandan şpor cingiltisi eşidildi; Bed Temer peyda 

olub, təxminən, İldən bir qədər az vaxt keçməsinə baxmayaraq, eyni 

sualla müraciət etdi: 

-

 



Xoş  göıdükl  Mal-qara  artıq  yoldadır.  Onu  Barbeıə  apanm, 

yoxsa... 

O, birdən llebi gördü, sözü yanmçıq qaldı. 

-

 



Ba-ba-ba-ba-ba-ba,  -  kral  yumruqlannı  havada  oynadaraq 

nənnidən çığırmağa başladı. 

-

 

Sahibinə  qulaq  as,  Bed,  -  Ueb  bir  il  əvvəl  olduğu  kimi  riş- 



xəndlə dedi. 

Vəssalam.  Amma  bir  hadisəni  xatırlamaq  yerinə  düşərdi:  Seko 

rançosunun  sahibi  qoca  Kuin  Nopalito  rançosundan  aldığı  sesseks 

cinsindən  olan  mal-qara  sürüsünə  baxarkən  təzə  işlər  müdirindən 

soruşdu: 

-

 



Uilson, Nopalito rançosunun möhüründəki işarə necədir? 

-

 



X, xətt, Y, - Uilson cavab verdi. 

-

 



Mən də elə bilirdim, - Kuin dedi. - Amma bir bu ağ düyəyə 

fikir ver. Ona ayn damğa vurulub: ürək və xaç. Bu nə damğadır belə? 

1

 İnfant - İspaniya və Portuqaliyada monarxiya dövründə şahzadə 



86 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə