İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə29/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   25   26   27   28   29   30   31   32   ...   135

O.HENRİ 

akveduklarının

1

 tikilmə tarixi, üç parç pivədən içmədiyin halda neçə 



funt düyü alındığı, Men ştatı Oqesta şəhərinin illik orta temperaturu, 

bir  akr


2

  torpağı  adi  toxumsəpənlə  əkmək  üçün  nə  qədər  yerkökü 

toxumunun  lazım  olması,  padzəhrlərin  növləri,  sanşın  adamın 

başındakı  tüklərin  sayı,  yumurtaların  qorunub  saxlanma  qaydası, 

dünyadakı  bütün  dağların  hündürlüyü,  bütün  müharibələrin  tarixi, 

suda batanlara və günəş şüasına məruz qalan adamlara kömək etmək 

üsullan,  bir  funtda  neçə  mismann  olması,  dinamitin  necə 

düzəldilməsi,  güllərin  suvarılması,  yatağın  salınması,  həkim  gələnə 

qədər görülən tədbirlər və daha bir çox məsələlər barədə məlumatlar 

əldə etmək mümkün idi. Bəlkə də, Herkimer nəyisə bilmirdi, amma 

mən kitabda bunu hiss etmədim. 

Oturub düz  dörd  saat  onu  oxudum.  Elmin bütün  möcüzələri bu 

kitabda  cəmlənmişdi.  Mən  qan  da,  Aydaho  ilə  olan  ixtilafı  da 

unutmuşdum.  O,  kətilin  üstündə  sakitcə  oturmuş,  sanşın  saqqalının 

altında nəcib və sirli bir ifadə gizlənmişdi. 

-

 



Aydaho, - mən soruşdum, - sənə hansı kitab düşüb? 

Görünür, Aydaho da köhnə hesabı unutmuşdu. Çünki hər 

cür acıqdan kənar mülayim bir səslə cavab verdi. 

-

 



Mənə? - dedi. - Çox güman ki, bu, Ömər Xəyyamdır

3



-

 

Ömər Xəyyam, bəs sonra? - soruşdum. 



-

 

Sonra heç nə, Ömər Xəyyam, vəssalam, - o dedi. 



-

 

Yalan  deyirsən,  -  Aydahonun  gözümə  kül  üfürdüyünü 



düşündüyüm  üçün  incimiş  halda  söylədim.  -  Hansı  axmaq  kitabı 

yalnız adlarla doldurar?.. Lap elə Ömər X. Spupendayk, yaxud Ömər 

X.  Mak-Suini  və  ya  Ömər  X.  Cons  olsun.  Adam  kimi  söylə,  daha 

qurumaq üçün asılmış köynəyin ətəyini çeynəyən buzov təki sözünün 

sonunu çeynə-tüpür eləmə. 

-

 



Mən sənə olanı dedim, Sandi, - Aydaho sakitcə dilləndi. - Bu, 

şeir  kitabıdır,  müəllifi  Ömər  Xəyyamdır.  Əvvəlcə  mənasını 

anlamadım,  amma  bir  qədər  dərinə  getdikdən  sonra  gördüm  ki, 

burada həyat var. Onu iki qırmızı adyala belə dəyişmərəm. 

1

 Akveduk - su kəməri 

2

 Akr - İngiltərə və Amerikada ölçü vahidi 

3

  Söhbət XI əsrdə yaşamış fars şairi ömər Xəyyamdan gedir. 

90 

downloaded from KitabYurdu.org




HİMENEYİN SORĞU KİTABI 

-

 



Yaxşı,  qoy  olsun,  sağlıqla  oxu,  -  dedi.  -  Mən  qərəzsiz  təqdim 

olunmuş  faktlara  üstünlük  verirəm,  çünki  onların  üstündə  baş  işlətməyə 

dəyər; deyəsən, mənə düşən də belədir. 

-

 



Sənə düşən, - Aydaho dedi, - statistikadır, - bütün elmlər arasında 

ən  az  əhəmiyyət  kəsb  edəni.  O,  sənin  başını  xarab  edəcək.  Mənəsə  qoca 

Xəyyamın  eyhamlar  sistemi  xoş  gəlir.  O,  bir  növ,  şərab  satışıyla  məşğul 

olan agenti xatırladır. Onun əsas tostu belədir: “Hər şey heçdir”. Görünür, o 

artıq öd ifrazından əziyyət çəkir. Amma onu elə yüksək dozalı spirtlə qarı- 

şdınr  ki,  ən  ədəbsiz  söyüşü  belə  butulkanı  məhv  etməyə  çağınş  kimi 

anlaşılır. Bəli, bu, poeziyadır, - Aydaho dedi, - belə ki, sənin müdrikliyin fut 

və  düymlərlə  ölçüldüyü  kredit  dükanlannı  görməyə  gözüm  yoxdur.  Əgər 

təbiət  sirlərinin  fəlsəfi  əsaslarını  izah  etmək  lazım  gələrsə,  qoca  Xəyyam 

sənin oğlanını geridə qoyar - yağıntıların illik orta normasından ta döşlərin 

ölçüsünə qədər. 

Aydaho ilə həyatımız beləcə davam edirdi. Gecə-gündüz oxuduğumuz 

kitabla  başımızı  qatırdıq.  Şübhəsiz,  bizi  hər  cür  biliklərlə  təmin  edən  qar 

çovğunu  idi.  Əgər  siz  o  vaxtlar  -  qar  əriməyə  başlayanda  mənə  yaxınlaşıb 

“Sanderson Pratt, bir kvadratfutluq damı yeşiyi doqquz dollar əlli sent olan 

dəmirlə örtmək üçün nə qədər pul lazımdır?” - soruşsaydınız, mən elə cəld 

cavab  verərdim  ki,  bu  cavabın  sürəti  belin  dəstəyi  boyu  saniyədə  yüz 

doxsan  iki  mil  sürətlə  hərəkət  edən  işığın  sürətinə  bərabər  olardı.  Bunu 

çoxları edə bilərmi? Gecəyarı istənilən tanışlarınızdan birini oyadıb - dərhal 

cavab  vermək  şərti  ilə  -  insan  skeletində  dişləri  istisna  olmaqla  neçə 

sümüyün  olduğunu,  yaxud  Nebraska  ştatının  parlamentində  “veto”nu  ləğv 

etmək  üçün  səslərin  neçə  faizinin  tələb  olunduğunu  soruşun.  Cavab  verə 

bilər? Sınayın, o zaman özünüz əmin olarsınız. 

Aydahonun  şeir  kitabından  nə  səmərə  əldə  etdiyini  dəqiq  bilmirəm. 

Ağzını  açan  kimi  şərab  üzrə  agentini  tərifləməyə  başlayırdı.  Amma  bu, 

məni qane etmirdi. 

Məsələ burasındadır ki, Ömər Xəyyam barədə məlumatlar bu kitabdan 

məhz  Aydahonun  vasitəçiliyi  ilə  sızırdı.  Mən  onun  həyata  baxışını 

quyruğuna bağlanmış konserv bankasına baxan 

91 


downloaded from KitabYurdu.org


O.HENRİ 

itin baxışlanna bənzədirdim. Yanmcan olana kimi qaçır, sonra oturub 

dilini çıxararaq bankaya baxır və deyir: 

“Madam  ki  ondan  qurtula  bilmirik,  onda  gedib  yeməkxana 

küncündə oturub onu öz hesabımza dolduraq”. 

Bundan  savayı,  o,  deyəsən,  farsdır.  Mənsə  bir  dəfə  də  olsun 

eşitməmişəm ki, İran türk xalçalanndan və Malta pişiklərindən savayı 

yaddaqalan nəsə istehsal etsin. 

Həmin yaz  Aydaho ilə varlı bir mənbəyə rast gəlmişdik. Bizim 

qaydalara  əsasən,  əldə  etdiklərimizi  satıb  işimizi  davam  etdirə 

bilərdik.  Hər  birimiz  podratçımıza  səkkiz  min  dollarlıq  qızıl  təhvil 

verdikdən  sonra Roza adlı kiçik bir şəhərə  yollandıq.  Şəhər  Salmon 

çayının  sahilində  yerləşirdi  və  məqsədimiz  burada dincəlmək,  adam 

kimi yeyib-içmək və saqqalımızı qırxmaq idi. 

Roza mədən şəhəri deyildi. O, ucqar, səs-küydən uzaq bir yerdə 

yerləşirdi  və  yerli  şəhərlərə  məxsus  əxlaqsızlıq  burada  da  hökm 

sürürdü. Rozada üç mil uzunluğunda tramvay xətti var idi və Aydaho 

ilə  bütün  həftəni  eyni  vaqonda  gəzir,  yalnız  gecələr  “Axşam 

şəfəqləri” hotelinin yanında düşürdük. Xeyli gəzə bilmişdik; özümüz 

də  artıq  mütaliə  etmiş  adamlar  idik.  Tezliklə  Rozanın  yüksək 

cəmiyyətinə daxil ola bildik. Bizi təmtəraqlı axşam məclislərinə dəvət 

edirdilər. Yanğınsöndürən komandasının şərəfinə bələdiyyə binasında 

təşkil  olunmuş  yaxşı  melodeklomasiya  və  çoxlu  bildirçin  yeyilməsi 

üzrə  müsabiqənin  keçirildiyi  xeyriyyə  axşamlannın  birində  Roza 

mühitinin kraliçası missis D. Ormond Sempsonla tanış olduq. 

Şəhərdəki  yeganə  ikimərtəbəli  evin  sahibi  dul  qadın  Missis 

Sempson  idi.  Ev  san  rənglə  boyanmışdı  və  haradan  baxsan,  pəhriz 

günü  iriand  saqqalındakı  yumurta  sansı  kimi  aydın  görünürdü. 

Aydaho ilə məndən savayı, düz iyirmi iki adam bu san evə iddialı idi. 

Notlar  və  bildirçin  sümükləri  zaldan  çıxanldıqdan  sonra  rəqs 

başlandı.  İyirmi  üç  pərəstişkar  missis  Sempsona  yaxınlaşıb  rəqsə 

dəvət  etdi.  Mən tustepdən

1

  əl  çəkdim  və  qadından  onu  evə  ötürmək 



üçün  icazə  istədim.  Bax  elə  bu  hərəkətimlə  də  mən  özümü  göstərə 

bildim. 


1

 Tustep - roqs adı 

92 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə