İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə37/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   33   34   35   36   37   38   39   40   ...   135

İLK TƏLƏB 

Kuper öskürməyə başladı. 

-

 

Amma Allah xatirinə, imtina eləməyin, - Mervin dedi. - Bilirsiniz, 



mən  on  min  dollar  borc  götürmüşəm  -  ilk  tələblə  qaytarmaq  şərti  ilə.  İndi 

onu istəyirlər. Pulu tələb edən adamla on il düşərgələrdə, çöllərdə bir adyal 

altında  yatmışıq.  O,  nəyim  varsa,  tələb  eləyə  bilər,  mən  də  verərəm.  Əgər 

desə  ki  damarlarındakı  bütün  qanı  mənə  ver,  rədd  cavabı  almaz.  Ona  bu 

pullar  çox  lazımdır.  Başına  yaramaz  bir...  nə  isə,  qısası,  ona  pul  lazımdır, 

mən də onu mütləq tapmalıyam. Kuper, siz ki bilirsiniz, mənim vədimə bel 

bağlamaq olar. 

-

 



Şübhəsiz, - Kuper nəzakətlə cavab verdi.  - Amma  mənim şərikim 

var. Borclar barədə sərəncam verməkdə sərbəst deyiləm. Bundan başqa, ən 

etibarlı  təminatınız  olduğu  halda  belə  sizə  bir  həftədən  tez  borc  verə 

bilməyəcəyik.  Elə  bu  gün  pambıq  tədarükü  üçün  Rokdellə,  Mayers 

qardaşlarına on beş min dollar göndərdik. Pul aparan adam bu axşam rayli 

ilə  yola  düşür.  Yəni  kassamız  müvəqqəti  olaraq  boşalmışdır.  Sizə  heç  cür 

xidmət göstərə bilməyəcəyimizə görə çox təəssüflənirəm. 

Mervin  kiçik,  sadə  bəzənmiş  kontoruna  qayıdıb  yenidən  qırmanc 

düzəltməklə  məşğul  olmağa  başladı.  Gündüz  saat  dörddə  o,  Birinci  Milli 

Banka gedib Bili Lonqlinin masasının qarşısında dayandı. 

-

 

Bili,  çalışaram  axşama  pulu  sənə  çatdınm.  Çatdıra  bilməsəm, 



deməli, sabaha qaldı. Sənə bunu demək istəyirdim. 

-Yaxşı, Tom, - Lonqli halını pozmadan dedi. 

Axşam saat doqquzda Tom Mervin tirdən düzəldilmiş evindən gizlicə 

çıxdı. Ev şəhər kənarında yerləşirdi və çətin ki bu saatlarda burada kiməsə 

rast gəlmək olaydı. Mervinin başında ətəkləri endirilmiş şlyapa, belində iki 

dənə  altıgülləli  tapança  var  idi.  O,  kimsəsiz  küçəni  tələsik  keçib, 

dəmiryoluna  aparan  qumlu  yolla  addımlamağa  başladı.  Şəhərdən  iki  mil 

aralıda,  qatarlann  su  götürdüyü  iri  çənin  yanında  dayandı,  sifətinin  aşağı 

hissəsini qara rəngli ipək dəsmalla sarıdı və şlyapasını alnına endirdi. 

On  dəqiqədən  sonra  Çapparozadan  Rokdellə  yola  düşən  axşam  qatan 

çənin yaxınlığında sürətini azaltdı. 

115 


downloaded from KitabYurdu.org


O.HENRİ 

Mervin hər əlində bir tapança kollann çuxasından çıxıb parovoza 

doğru  götürüldü.  Elə  bu  an  iki  uzun,  qüvvətli  əl  onu  arxadan 

qucaqlayıb  yerdən  qaldırdı  və  üzüstə  otun  üstünə  atdı.  Kiminsə 

qüvvətli  dizi  kürəyinə  dirənmiş,  dəmir  barmaqlan  isə  biləklərini 

sıxırdı. Maşinist su götürdükdən sonra qatar sürətini artıraraq gözdən 

itənə kimi onu uşaq təki bu vəziyyətdə tutub saxladılar. Buraxdıqlan 

vaxt ayağa qalxıb qarşısında Bili Lonqlini gördü. 

-

 

Tom, axı bu, lazım olduğundan artıq hərəkətdir, - Lonqli dedi. 



- Axşam Kuperlə görüşdüm və söhbətiniz barədə mənə danışdı. Sizə 

gələndə isə tapança ilə harasa tələsdiyinin şahidi oldum. Mən də səni 

izləməyə başladım. Hə, indi gedək evə. 

Onlar geri dönüb şəhərə doğru yol aldılar. 

-

 

Ağlıma  başqa  heç  nə  gəlmədi,  -  Tom  bir  qədər  susduqdan 



sonra dilləndi. - Sən borcunu tələb edirdin, mən də öz vəzifəmə əməl 

etməyə  çalışırdım.  Bəs  indi  necə  olacaq,  Bili?  Əgər  sabah  səni 

ilişdirsələr, nə edəcəksən? 

-

 



Bəs  bu  gün  səni  İlişdirsəydilər,  sən  nə  edəcəkdin?  -  Lonqli 

xəbər aldı. 

-

 

Heç  ağlıma  da  gəlməzdi  ki,  nə  vaxtsa  kollann  arasında 



gizlənib qatar güdə bilərəm, - Mervin fikirli halda söylədi, - amma ilk 

tələblə  borcun  qaytarılması...  bu,  tamam  ayn  məsələdir.  Söz 

vermişəm, deməli, sözümün üstündə durmalıyam. Qulaq as, Bili, bu 

xəfiyyə  başının  üstünü  alana  kimi  qarşıda  hələ  on  iki  saatımız  var. 

Nəyin bahasına olursa olsun, bu pulu əldə etməliyik. Bəlkə, sınayaq... 

vay! Əzizim! Tom! Eşidirsən?.. 

Mervin  ayağı  tutduqca  qaçmağa  başladı.  Lonqli  də  onun 

arxasınca.  Amma  elə  bir  hadisə  baş  verməmişdi,  sadəcə,  haradasa 

qaranlığın içində adama xoş təsir bağışlayan fit səsi eşidilirdi: kimsə 

cidd-cəhdlə 

“Kovboyun  gileyi”  adlı  melanxolik  mahnını 

fişqınqlayırdı. 

-

 

Bu  mahnını  təkcə  o  bilir,  -  Mervin  qaça-qaça  dedi.  -  Mərc 



gələrəm... 

Onlar artıq artırmanın qarşısında idilər. Tom təpiklə qapını açıb 

içəri girəndə ayağı otağın ortasına qoyulmuş çamadana ilişdi. Dərisi 

yanıb qaralmış, kvadratşəkilli çənəsi olan cavan bir 



116 

downloaded from KitabYurdu.org




İLK TƏLƏB 

oğlan  üst-başı  tamam  toz  içində  çarpayıda  uzanmışdı  və  qəhvəyi  rəngli 

siqar tüstülədirdi. 

-

 



Necə oldu, Ed? - Mervin təngnəfos soruşdu. 

-

 



Belə də, hər şey qaydasındadır, - işgüzar gənc tənbəl- tənbəl cavab 

verdi. - Elə indicə gəlmişəm - onun yarısında. Hamısını yerbəyer etdim. Hər 

birini  on  beş  dollardan.  Ey,  bəsdir  çamadanımı  təpiklədin!  Onun  içində 

iyirmi  doqquz  min  “yaşıl”  var,  onlarla  bir  qədər  mədəni  davranmaq 

lazımdır! 

117 


downloaded from KitabYurdu.org


O.HENRİ 

ŞAHZADƏ VƏ PUMA 

Görünür,  kral  və  krallçasız  keçinmək  mümkün  deyil.  Kral 

heybətli bir qoca idi; o, altıgülləli tapançalar və şporlar gəzdirir, elə 

zil səslə çığırırdı ki, preriyanın zınqırovlu ilanları kaktus kolla- nnın 

altındakı yuvalarında gizlənməyə tələsirdilər. Tacqoyma mərasiminə 

qədər onu Ben Şeptun çağırırdılar. Əlli minlərlə akr torpağa və elə bu 

miqdarda da mal-qaraya sahib olduqdan sonra - hətta özü belə sayını 

itirmişdi - onu mal-qara kralı CTDonnel adlandırmağa başladılar. 

Kraliça  Laredadan  olan  meksikalı  qadın  idi.  Yaxşı,  mülayim 

həyat  yoldaşı  olduğundan  Benə  evin  divarlan  arasında  səsini  o 

dərəcədə alçaltmağı təlqin etmişdi ki, daha o danışanda evdəki qab-

qacaq  sınıb  yararsız  hala  düşmürdü. Ben kral  olduqdan  sonra qadın 

Espinoze rançosundakı qalereyada oturub qamış- dan həsir toxumağı 

sevirdi.  Amma  var-dövlət  başlanndan  aşdıqdan  sonra  San-

Antoniodan arabalarla yumşaq kreslolar və dəyirmi masalar gətirildi 

və o, qarasaçiı başını aşağı salıb Danalnin taleyinə şərik oldu. 

“'Xe'se 

majeste

1



-yə  yol verilməsin deyə əvvəlcə kral və kraliça 

sizə  təqdim  olundu.  Amma  onlar  “şahzadənin  özünü  İtbməməsi  və 

şirin  özünü  gicliyə  qoyması  barədə povest”  adlandırılması  mümkün 

olan bu hekayədə heç bir rol oynamırlar. 

Şahzadə sağ-salamat ömür sürən kral qızı Jozefa CTDonnel idi. 

Anasından  ona  ürəyiyumşaqlıq  və  əsmər  subtropik  gözəllik  miras 

qalmışdı.  Əlahəzrət  Ben  CTDonneldən  isə  o,  cəsarəti,  aydın 

düşüncəni və insanlan idarə etmək qabiliyyətini mənimsəyə bilmişdi. 

Bu ahəngdarlığa tamaşa etmək üçün dünyanın o başından belə durub 

buraya  gəlməyə  dəyərdi.  Jozefanın  tələsik  atdığı  altı  güllədən  beşi 

ipin  ucunda  hərlənən  tənəkə  tomat  qutusuna  dəyirdi.  O,  ağ  rəngli 

pişik  balasım  yöndəmsiz  paltarlarla  bəzəyə-bəzəyə  saatlarla  onunla 

əylənə bilərdi. Karandaşı 

1

 Əlahəzrətin təhqir olunması (fr.) 



118 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə