İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə39/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   35   36   37   38   39   40   41   42   ...   135

O.HENRİ 

-

 



Bu quldur hələ dünən düşərgədən qaçıb,  - Qivns səlis cavab 

verdi,  -  təəccüblüdür,  necə  olub  ki,  koyotlar  onu  qorxutmayıblar? 

Bilirsiniz,  keçən  həftə  bizim  mehtər  Cim  Vebster  düşərgəyə  teryer 

cinsindən olan bir küçük gətirmişdi. Bu küçük, demək olar ki, Billin 

həyatını  zəhərə  döndərdi:  o,  bütün  düşərgə  boyu  Billi  qovur,  arxa 

pəncələrini  saatlarla  çeynəyirdi.  Hər  gecə  Bili  küçükdən  gizlənərək 

uşaqlardan birinin adyalının altına soxulub orada yatırdı. Görünür, əli 

hər  yerdən  üzülüb,  yoxsa  qaçmazdı.  O,  həmişə  düşərgədən 

uzaqlaşmaqdan qor- xardı. 

Jozefa qəzəbli heyvanın cəsədinə baxdı. Qivns onun bir zərbə ilə 

birillik dananı öldürməyə qadir pəncəsini nəvazişlə şappıldatdı. Qızın 

sanşın  sifoti  al-qırmızı  rəng  aldı.  Görəsən,  bu,  əsl  ovçunun  layiq 

olmayan ovu öldürdüyü vaxt keçirdiyi xəcalət hissi idimi? Baxışları 

mülayimləşdi,  aşağı  endirdiyi  kirpiklərindən  isə  sevincə  bürünmüş 

istehza süzülməyə başladı. 

-

 



Mən çox təəssüflənirəm, - qız dedi, - amma o, elə nəhəng idi 

və elə hündürə tullandı ki... 

-

 

Bədbəxt  Bili  acıbmış,  -  Qivns  ölünü  müdafiə  etməyə 



tələsdiyindən  onun  sözünü  kəsdi.  -  Biz  düşərgədə  onu  yedirəndə 

həmişə  tullanmağa  məcbur  edərdik.  O,  bir  tikə  ət  almaq  üçün 

torpağın  üstünə  yıxılıb  yumalanardı.  Sizi  görəndə  ona  yemək 

verəcəyinizi düşünüb. 

Jozefanın gözləri birdən bərəldi. 

-

 



Axı mən sizi də güllələyə bilərdimi - qız ucadan söylədi. - Siz 

bizim  aramıza  tullandınız.  İstəklinizi  xilas  etmək  naminə  öz 

həyatınızla risk edirdiniz! Bu çox gözəldir, mister Qivns. Hey- vanlan 

sevən adamlar mənim xoşuma gəlir. 

Bəli,  bu  an  qızın  gözlərindən  heyranlıq  oxunurdu.  Nəhayət, 

rüsvayçı  sonluğun  xarabalığında  qəhrəman  doğulmuşdu.  Qivn-  sin 

üzünün  ifadəsi  “Heyvanlara  havadarlıq  cəmiyyəti”ndə  ona  yüksək 

mövqe vəd edirdi. 

-

 

Mən  onlan  həmişə  sevmişəm,  -  o  dilləndi,  -  atlan,  itləri, 



Meksika şirlərini, inəkləri, alliqatorlan... 

-

 



Alliqatorlan görməyə gözüm yoxdur! - Jozefa tələsik etirazını 

bildirdi. - Sürünən, çirkli məxluqlardır! 

122 

downloaded from KitabYurdu.org




ŞAHZADƏ VƏ PUMA 

-

 



Məgər mən “alliqatorlan” söylədim? - Qivns sözünə düzəliş etdi, - 

doğrusu, antilopu nəzərdə tuturdum. 

Jozefanın vicdanı onu bir az da dərinə getməyə məcbur etdi. O, məyus 

halda əlini irəli uzatdı. Gözlərində yaş damcıları parladı. 

-

 

Xahiş  edirəm,  məni  bağışlayın,  mister  Qivns.  Axı  mən  qadınam; 



əvvəlcə, təbii ki, qorxmuşdum. Billi güllələdiyimə görə çox təəssüflənirəm, 

lap  çox.  Siz,  bəlkə  də,  təsəvvür  edə  bilmirsiniz  necə  xəcalət  çəkirəm. 

Bilsəydim, heç vaxt belə bir iş görməzdim. 

Qivns  qızın  uzanmış  əlini  ovcunun  içinə  aldı.  O,  alicənablığı  Billin 

itirilməsindən  doğan  kədərə  qalib  gələnə  kimi  qızın  əlini  buraxmadı. 

Nəhayət, məlum oldu ki, qızı bağışlayıb. 

-

 

Xahiş  edirəm,  daha  bu  barədə  danışmayın,  miss  Jozefa.  Bili  öz 



görkəmi  ilə  hər  qızı  qorxuya  sala  bilərdi.  Mən  uşaqları  birtəhər  başa 

salaram. 

-

 

Doğrudan? Siz mənə nifrət etməyəcəksiniz ki? - Jozefa inamla ona 



bir qədər də yaxınlaşdı. Qızın  gözləri  nəvazişlə, hətta çox böyük nəvazişlə 

dolu idi və bu gözlərə məftunedici bir sükut çökmüşdü. - Mən kimliyindən 

asılı  olmayaraq,  pişiyimi  öldürən  adama  nifrət  edərdim.  Həyatınızı  riskə 

qoymaqla onu xilas etməyə cəhd göstərməyiniz sizin tərəfinizdən çox cəsur 

və təqdirəlayiq hərəkətdir! Çox az, çox az adam belə hərəkət edərdi! 

Məğlubiyyətdən  doğan qələbə! Dramaya çevrilmiş  vodevil! Eşq olsun 

sənə, Ripli Qivns! 

Gün batmışdı. Jozefanın malikanəyə tək getməsinə, əlbəttə, yol vermək 

olmazdı.  Qivns  tənəli  baxışlarına  baxmayaraq,  yenidən  atını  yəhərləyib 

qızla  gedəsi  oldu.  Onlar  atlarını  yumşaq  çəmənlikdə  yanaşı  çapırdılar  - 

şahzadə  və  heyvanları  sevən  adam.  Preriyanın  qoxusu  -  bərəkətli  torpağın 

və gözəl çiçəklərin ətri onları şirin xəyalların qoynunda uçururdu. Uzaqda - 

təpənin  üstündə  koyotlann  səsi  eşidilirdi.  Heç  nədən  qorxmağa  dəyməz! 

Amma hər halda... 

Jozefa  ilə  Qivns  yanaşı  gedirdilər.  Qızın  balaca  əli,  elə  bil,  nəsə 

axtarırdı. Qivns əli tutdu. Atlar da ayaqlarını bir atırdılar. 

123 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Əllər  yavaş-yavaş  bir-birinə  qovuşdular  və  onlardan  birinin  sahibi 

dilləndi: 

-

 



Mən  əvvəllər  heç  vaxt  qorxmamışam,  -  Jozefa  söylədi,  - 

amma  özünüz  fikirləşin,  əsl  vəhşi  şirlə  rastlaşmaq necə qorxuludur! 

Bədbəxt Bili! Məni ötürdüyünüzə görə çox şadam!.. 

CTDonnel qalereyada oturmuşdu. 

-

 

Allo, Ripl - o çığırdı. - Sənsən? 



-

 

O,  məni  ötürürdü,  -  Jozefa  dedi.  -  Yolu  itirdiyimdən  gecik-



mişdim. 

-

 



Son  dərəcə  məmnunam,  -  mal-qara  kralı  bildirdi.  -  Gecəni 

burada qal, Rip, düşərgəyə sabah gedərsən. 

Amma  Qivns qalmaq istəmədi.  O,  düşərgəyə  getmək  qəra- nna 

gəldi.  Öküz  sürüsünü  sübh  tezdən  ötürmək  lazım idi.  O, üzr  istəyib 

atın belinə sıçradı. 

Bir  saat  sonra  çıraqlar  söndürüldüyü  zaman  Jozefa  gecə 

köynəyində  qapıya  yaxınlaşıb,  kərpic  döşənmiş  dəhlizdən  uca  səslə 

kralı səslədi: 

-

 

Qulaq as, atacan, sən “Qulağıkəsik iblis” adlı Meksika şirini 



xatırlayırsan?  Mister  Martinin  qoyun  çobanı  Qpnsolesi  və  Salado 

rançosunda  əlli  buzovu  parçalayan  şiri  nəzərdə  tuturam.  Bu  gün 

onunla Ağ At bərəsinin yaxınlığında hesablaşdım. Yerindən sıçramaq 

istəyəndə  mən  öz  otuz  səkkiz  kalibrli  silahımdan  atəş  açıb  ona  iki 

güllə  vurdum.  Qoca  Qonsales  öz  maçetesi

1

  ilə  onun  sol  qulağını 



eybəcər hala salmışdı, ondan tanıdım. Sən özün də belə sərrast  atəşə 

qol qoymazdınmı, ata? 

-

 

Sən mənim qoçaq qızımsan! - Ben Şeptun zülmət içində olan 



kral otağından gurultulu səslə dilləndi. 

1

 Maçete - iri Meksika bıçağı 



124 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə