İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə36/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   32   33   34   35   36   37   38   39   ...   135

O.HENRİ 

arabasına  zəncirlənmiş  əsirinə  çevrilmişdi.  O,  cəmiyyətin  dayağı 

olmağa  məhkum  edilmişdi.  Əvvəlcə  ilk  dəfə  tövləyə  salınmış 

mustanq  kimi  şıllaqladı,  sonra  isə  dərindən  ah  çəkib  şporlannı  və 

qamçısını divardan asdı. Fani həyat onu sıxırdı, harasa çıxıb getmək 

isə artıq gec idi. O, Çapparozada Birinci Milli Bankı yaratdı və onun 

prezidenti seçildi. 

Bir dəfə bankda sifəti babasil rəngdə, qalın şüşəli eynək taxmış 

çirkin  bir  adam  peyda  oldu  və  xidmət  kartını  baş  mühasibin 

pəncərəsindən içəri uzatdı. Beş dəqiqədən sonra bankın bütün işçiləri 

növbəti təftişə gəlmiş müfəttişin göstərişlərinə əməl etmək üçün ora-

bura qaçışırdılar. 

Müfəttiş mister C. Edqar Toddun çox təcrübəli olduğu üzə çıxdı. 

Öz işini tamamlayan müfəttiş şlyapasını başına qoydu və bankın 

prezidenti mister Uilyam R. Lonqlinin şəxsi kabinetinə daxil oldu. 

-

 



Hə,  işlər  necədir?  -  Bili  gurultulu  səsini  alçaldaraq  uzada- 

uzada tənbəlcəsinə soruşdu.  - Zövqünüzü oxşamayan bir şey axtanb 

tapa bildinizmi? 

-

 



Bankdakı hesabatlar qaydasındadır, mister Lonqli,  - müfəttiş 

cavab  verdi.  -  Verilən  borclar  da  -  təkcə  bir  hal  istisna  olmaqla  - 

qaydaya  uyğun  tərtib  edilmişdir.  Amma  bir  dənə  çox  xoşagəlməz 

sənəd var ki, fikrimcə, onun sizi necə ağır vəziyyətə sala biləcəyi heç 

ağlınıza da gəlmir. Tomas Mervin adlı birisinə elə ilk tələbinə əsasən 

ödənmiş  on  min  dollar  borcu  nəzərdə  tuturam.  Qanuna  əsasən  o, 

nəinki fərdi şəxslərə verməli olduğunuz maksimal məbləği aşır, həm 

də  ödəniş  zamanı  heç  bir  zəmanət  və  təminat  verilməmişdir. 

Beləliklə,  siz  Milli  B  anklar barədə qaydaian  ikiqat  pozmuşunuz  və 

cinayət  məsul-  liyəti  daşıyırsınız.  Əgər  bu  barədə  baş  nəzarətçiyə 

məruzə  etsəm  -  bunu  etmək  borcumdur  -  şübhəsiz,  o,  işi  ədliyyə 

depar- tamentinə verəcək və sizi məhkəməyə cəlb edəcəklər. Gördü-

yünüz kimi, vəziyyət çox ciddidir. 

Bili  Lonqli  Arlanan  kreslosuna  söykənərək  oturmuş,  əllərini 

boynunun ardına qoyub, uzun ayaqlannı irəli uzatmışdı. Vəziyyətini 

dəyişmədən kreslonu azca fırladıb müfəttişin üzünə 



112 

downloaded from KitabYurdu.org




İLK TƏLƏB 

baxdı.  Müfəttiş  bankirin  dodaqlarındakı  mehriban  təbəssümü,  mavi 

gözlərindəki  istehzadan  xəbər  verən  qığılcımı  sezdikdə  təəccübləndi.  O, 

vəziyyətin  ciddiliyini  dərk  etsə  də,  zahiri  görünüşündən  bunu  hiss  etmək 

mümkün deyildi. 

-

 



Əlbəttə, düz buyurursunuz, - Lonqli bir qədər təkəbbürlə dilləndi, - 

axı  siz  Tomas  Mervini  tanımırsınız.  Bu  borc  barədə  hər  şey  mənə 

məlumdur.  Onun  təminatı  yoxdur,  lakin  arada  Tom  Mervinin  verdiyi  söz 

var. Mən artıq çoxdan anlamışam ki, adamın verdiyi sözə güvənə bilərsənsə, 

bu, əsl zəmanətdir. Əlbəttə, onu da bilirəm ki, hökumət başqa cür düşünür. 

Deməli, bu borcla bağlı Tom Mervini görməliyəm. 

Müfəttiş elə vəziyyətə düşdü ki, sanki, babasili şiddətlənmişdi. O, qalın 

şüşələrin arxasından təəccüblə çöl bankirinə baxdı. 

-

 

Bilirsiniz,  -  Lonqli,  görünür,  öz  arqumentlərinin  əsaslı  olduğuna 



zərrə qədər də şübhə etmirdi, ona görə də iltifatla sözünə davam etdi, - Tom 

eşitmişdi ki, Rio-Qrandadakı Daş bərədə  hər birinin qiyməti səkkiz  dollara 

ikiillik mal-qara satılır. Fikrimcə, qoca Leandro Qarsio onları qaçaqmalçılıq 

yolu ilə sərhəddən keçirdiyindən, tez də başından eləmək İstəyirdi. Kanzac-

sitidə  bu  inəklərin  hər  birini  aşağısı  on  beş  dollara  satmaq  olar. Tom  bunu 

bilirdi,  elə  mən  də.  Əlində  nağd  altı  min  dollan  var  idi,  mən  də  ona  əlavə 

olaraq  on  min  verdim  ki,  bu  işi  təşkil  edə  bilsin.  Onun  qardaşı  Ed  hələ  üç 

həftə əvvəl mal- qaranı bazara çıxanb. Yəqin, indilərdə qayıdar. Pulu gətirən 

kimi Tom borcunu ödəyəcək. 

Müfəttiş  öz  qulaqlarına  çətinliklə  inanırdı.  Əslində,  o,  bütün  bunlan 

eşidən  kimi  poçta  gedib  baş  nəzarətçiyə  təcili  teleqraf  göndərməli  idi. 

Amma  o,  bunu  etmədi.  Əvəzində  təsirli  və  acı  bir  nitq  söylədi.  Düz  üç 

dəqiqə  danışdı  və  bankiri  fəlakət  qarşısında  olduğuna  inandıra bildi.  Sonra 

isə xilasedici dar bir bacanı ona nişan verdi. 

-

 

Bu  gün  axşam  Xilldelə  yola  düşürəm,  -  o  dedi,  -  oradakı  bankı 



təftiş  etməliyəm.  Geri  dönərkən  Çapparozaya  baş  çəkəcəyəm.  Sabah  düz 

saat  on  ikidə  sizin  bankda  olacağam.  Əgər  həmin  müddətə  borc  ödənərsə, 

hesabatda bu barədə heç nə göstərməyəcəyəm. Əks halda öz vəzifəmi yerinə 

yetirməliyəm. 

113 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Sonra müfəttiş təzim edib getdi. 

Birinci  Milli  Bankın  prezidenti  kresiosuna  sərələnib  yanm  saat 

yerindən  tərpənmədi,  sonra  yüngül  bir  siqar  çəkdi  və  Tomas 

Mervinin kontoruna yollandı. 

Parusin  şalvar  geyinmiş  Mervin  görünüşcə  maldar  olsa  da, 

gözlərinin ifadəsi filosoflara məxsus xəyalpərəstlikdən xəbər verirdi. 

O,  ayaqlannı  masanın  üstünə  qoyaraq  oturmuş,  xam  gön  kəmərdən 

qıımanc düzəldirdi. 

-

 



Tom, - Lonqli masaya söykənib soruşdu, - Eddən xəbər var? 

-

 



Hələ  ki  yoxdur,  -  Mervin işinə davam  edərək  cavab  verdi.  - 

Yəqin, iki-üç gündən sonra gələr. 

-

 

Bu  gün bizim banka  müfəttiş  gəlmişdi,  - Bili  sözünə  davam 



etdi.  -  Bütün  künc-bucağı  eşələdi,  sənin  borc  kağızını  görəndə  şahə 

qalxdı. İkimiz də hər şeyin qaydasında olduğunu bilirik, amma Allah 

qorusun, bu, bank qaydalarını pozmaq deməkdir. Hesabıma görə, sən 

növbəti təftişə qədər borcu ödəməli idin, amma bu it oğlu heç kimin 

gözləmədiyi  vaxtda  peyda  oldu.  İndi  əlimdə bir  sentim də nağd  pul 

yoxdur,  yoxsa  özüm  sənin  yerinə  ödəniş  edərdim.  O,  sabaha  kimi 

vaxt  verib;  sabah,  düz  günorta  vaxtı  ya  mən  kağızla  birlikdə  pulu 

masanın üstünə qoymalıyam, ya da... 

-

 

Ya da nə? - Mervin soruşduqda Billin dili dolaşdı. 



-

 

Hə...  görünür,  o  zaman  Sem  dayı  məni  hər  iki  ayağı  ilə 



tapdayacaq. 

-

 



Çalışaram  pulları  vaxtında  çatdınm,  -  Mervin  gözünü 

kəmərlərdən çəkmədən dedi. 

-

 

Sağ ol, Tom, - Lonqli qapıya san çevrilib dedi. - Bilirdim ki, 



nə mümkündürsə, edəcəksən. 

Mervin  qırmana  döşəməyə  tullayıb  şəhərdəki  digər  banka 

yollandı. Bu, Kuper və Kreqin şəxsi bankı idi. 

-

 



Kuper,  -  Mervin  şəriklərdən  birinə  müraciət  etdi,  -  mənə  on 

min  dollar  pul  lazımdır.  Bu  gün,  ya  da  uzağı  sabah  səhərə.  Burada 

altmış  min  dollar  dəyərində  evim  və  torpaq  sahəm  var.  Hələlik 

təminatım  bunlardan  ibarətdir.  Amma  hazırda  bir  əməliyyat  edirəm 

və  bu,  bir  neçə  gündən  sonra  mənə  söylədiyimdən  iki  dəfə  artıq 

qazanc gətirəcək. 



114 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə