İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə34/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   30   31   32   33   34   35   36   37   ...   135

O.HENRİ 

dostsunuz, bəlkə  də,  o,  mənim üçün etmədiyini  sizin  xətrinizə  edər. 

Əgər  o  resepti  mənə  çatdıra  bilsəniz,  bir  də  onun  yanına 

getməyəcəyimə söz verirəm. 

-

 

Buna  deyərəm  kişi  söhbəti,  -  Cekson  Quşun  əlini  sıxdım.  -



Xidmət göstərəcəyimə şadam, bacardığımı əsirgəməyəcəyəm. 

O, Qotur Eşşək istiqamətindəki kaktusluğa sarı çöndü. Mən isə 

şimal-qərbə, qoca Bili Tumanın rançosuna doğru yol aldım. 

Yalnız beş gündən sonra yenidən Pimiyentə qayıda bildim. Miss 

Uillela ilə Emsli əmigildə gözəl bir axşam keçirdik. O, mahnı oxuyur, 

ədəb-ərkanla  operalardan  parçalar  ifa  etməklə  pianoya  əzab  verirdi. 

Mən  isə  zınqırovlu  ilanın  təqlidini  çıxanr,  Sneki  Mak-Fi  tərəfindən 

ixtira  edilmiş  yeni  inək soymaq  üsulu  və  Sent-Luisə  səfərim barədə 

danışırdım.  Qarşılıqlı  münasibətimiz  möhkəmlənmişdi.  Belə  olduğu 

üçün, məncə, Cekson Quşu uzağa uçmağa sövq etmək yerinə düşər. 

Ona kökə resepti ilə bağlı vəd verdiyimi xatırlayaraq miss Uilleladan 

öyrənib  resepti  çatdırmaq  qəranna  gəldim.  Bundan  sonra  Qotur 

Eşşəkdən olan quşu yenidən tutsam, qanadlarını kəsərəm. 

Beləliklə,  saat  ona  yaxın  yaltaqcasına  gülümsəyərək  miss 

Uillelaya dedim: "Bilirsiniz, yaşıl çəmənlikdə otlayan sanşın öküzdən 

daha çox xoşuma gələn bir şey varsa, o da patka sürtülmüş yaxşı isti 

kökənin dadıdır”. 

Oturduğu  fortepiano  kətilindən  sıçrayan  missis  Uillela  qəribə 

nəzərlərlə mənə baxdı. 

-

 



Doğrudur,  - qız  söylədi,  -  onlar,  həqiqətən,  ləzzətli  olur.  Siz 

necə  dediniz,  mister  Odom,  Sent-Luisdə  şlyapanızı  itirdiyiniz  küçə 

necə adlanırdı? 

-

 



Kökə  küçəsi,  -  göz  vurub  dedim  və  bununla  da  bildirmək 

istədim  ki,  guya,  onlara  miras  qalmış  resepti  bilirəm  və  məni 

aldatmaq  mümkün  deyil.  -  Orada  olan  nədir,  missis  Uillela,  - 

soruşdum,  -  onlan  necə  hazırladığınızı  söyləyin.  Kökələr  barədə 

fikirlər fayton təkəri kimi beynimdə firlanır. Hə, sonra... bir funt əla 

növ  un,  səkkiz  düjün  yumurta,  sonra...  İnqrediyent-  lərdən  ibarət 

kataloqda daha nələr var? 

-

 



Məni  bağışlayın, indi  qayıdıram,  -  miss  Uillela  mənə  çəpəki 

baxaraq sürüşüb kətildən düşdü. Cəld o biri otağa qaçdı, 



106 

downloaded from KitabYurdu.org




PİMİYENT KÖKƏLƏRİ 

sonra Emsli əmi əynində  həmişəki jileti və əlində bir bardaq suyla yanıma 

gəldi. O, stəkan götürmək üçün masaya san çevriləndə arxa cibindəki silahı 

gördüm. 


“Belə-belə  işlər!  -  fikirləşdim.  -  Madam  ki  onları  silahla  qoruyur, 

deməli,  bu  ailə  öz  aşpazlıq  reseptlərinin  üstündə  möhkəm  əsir.  Ailələr 

tanıyıram ki, heç nəsil düşmənçiliyində belə silaha əl atmayıb”. 

-

 



Bunu iç görüm, - Emsli əmi su olan stəkanı mənə uzatdı. 

-

 



Sən  bu  gün  at  belində  çox  gəzmisən,  Ced,  hər  şeyin  səbəbi  gün 

şüasıdır. Çalış, başqa şeylər barədə fikirləşəsən. 

-

 

Kökəni necə bişirmək lazım olduğunu bilirsən, Emsli əmi? 



-

 

soruşdum. 



-

 

Onların  anatomiyasına  yaxşı  bələd  deyiləm,  -  Emsli  əmi  dedi,  - 



amma  mənə  elə  gəlir  ki,  kifayət  qədər  böyük  tava,  azca  xəmir,  soda  və 

qarğıdalı  unu  götürüb  lazımi  qədər  yumurta  və  zərdabla  qanşdırmaq 

gərəkdir. Nə olub, Ced, qoca Bili yazda  mal-qaranı  yenidən Kanzas-Sitiyə 

qovmaq istəyir? 

Kökə  bişirmək  peşəsinə  mən  yalnız  həmin  axşam  yiyələnə  bildim. 

Cekson Quşun bu məsələdə uğursuzluğa düçar olması təəccüblü deyildi. Bir 

sözlə,  bu  mövzudan  əl  çəkib  Emsli  əmi  ilə  mal-qara  və  qasırğalar  barədə 

söhbət  etdim.  Sonra  isə  miss  Uillela  otağa  gəlib  “gecəniz  xeyrə  qalsın” 

söylədi; mən isə onlardan ayrılıb atımı rançoya san çapmağa başladım. 

Bir  həftə  sonra  Cekson  Quşla  görüşdüm.  O,  Emsli  əmigildən  gəlirdi. 

Mən  ona  sarı  yollandım.  Biz  yolüstü  dayanıb  mənasız-  mənasız  danışası 

olduq. 


-

 

Nə  oldu,  alyanaqlannızın  detalları  ilə  bağlı  siyahını  əldə  edə 



bildinizmi? - ondan soruşdum. 

-

 



Təsəvvür edirsiniz, hələ yox, - Cekson dedi, - görünür, məndə heç 

nə alınmayacaq. Siz necə, cəhd etdiniz? 

-

 

Etdim,  -  dedim,  -  bu,  çəmənlik  itini  qoz  qabığı  ilə  yuvasından 



çıxarmaq  kimi  bir  şeydir.  Onların  üstündə  bu  dərəcədə  əsmələrinə  baxsaq, 

bu resept, yəqin ki, talismandır. 

-

 

Demək  olar,  geri  çəkilməyə  hazıram,  -  Cekson  elə  məyus  halda 



dedi ki, ona yazığım gəldi.  - Amma öz rançomda  yeyib ləzzət almaq üçün 

bu kökələrin necə bişirildiyini öyrənməyi çox 

107 

downloaded from KitabYurdu.org




O.HENRİ 

arzulayırdım.  Gecələr də  gözümə  yuxu  getmir,  elə hey  onların necə 

gözəl olduqlan barədə düşünürəm. 

-

 



İşinizi  davam  etdirin,  -  dedim,  -  mən  də  əl  çəkməyəcəyəm. 

Axırda,  yəqin  ki,  hansımızsa  kəməndi  buynuza  keçirər.  Yaxşı, 

hələlik, Ceksi. 

Bu vaxta kimi münasibətlərimizin dinc məqsədli olduğunu özün 

də  gördün.  Onun  miss  Uillelaya  pərəstiş  etmədiyinə  əmin  olduqdan 

sonra  böyük  səbirlə  bu  sanşın  düşüyü  müşahidə  edirdim.  Onun 

iştahasını  təmin  etmək  üçün  miss  Uillelaya  miras  qalmış  reseptin 

sirlərini əvvəlki kimi öyrənməyə çalışırdım. Lakin “kökə” kəlməsini 

dilimə gətirən kimi qızın gözlərində tutqunluq və şübhə yaranır və o, 

mövzunu  dəyişməyə  çalışırdı.  Təkid  etməyə  başladıqda  isə  otaqdan 

sivişib çıxır, Emsli əmini bir bardaq su və qoşalülə qısa db silahı ilə 

yanıma göndərirdi. 

Bir dəfə əlimdə mavi rəngli minaçiçəyindən ibarət iri gül dəstəsi 

ilə  çaparaq  mağazaya  gəldim,  -  çiçəkləri  Zəhərlənmiş  Köpək 

çəmənliyində bitən yabanı güllərin arasından toplamışdım. Emsli əmi 

gözlərini qıyaraq gül dəstəsinə baxdı: 

-

 

Təzə xəbəri eşitməmisən? 



-

 

Mal-qara bahalanıb? 



-

 

Uillela ilə Cekson Quş dünən Palestinada nikah kəsdiriblər, 



-

 

dedi. - Bu gün səhər məktub almışam. 



Gül  dəstəsi əlimdən  sürüşüb  suxan  çəlləyinə düşdü;  yeni  xəbər 

qulaqlanmda əks-səda verib, köynəyimin yuxan sol dbin- dən keçərək 

ayaqlarımı zərbəyə məruz qoyana qədər gözlədim. 

-

 



Bir də təkrar edə bilərsənmi, Emsli əmi, - xahiş etdim, 

-

 



ola  bilsin,  düz  eşitmədim;  deyəsən,  hər  baş  düyənin  səksənə 

getdiyini, ya da buna bənzər nəsə söylədin? 

-

 

Dünən  evləniblər,  -  Emsli  əmi  dedi,  -  Bakoya  və  Niaqara 



şəlaləsinə bal ayına gediblər. Doğrudanmı, bu müddət ərzində heç nə 

hiss  etməmişdin?  Cekson  Quş  Uillelanı  atla  gəzintiyə  dəvət  etdiyi 

həmin gündən qıza pərəstişkarlıq edirdi. 

-

 



Həmin  gündən?  -  bağırdım.  -  Bəs  o,  kökələr  barədə  nə 

çərənləyirdi? Sən izah elə... 

“Kökələr”  kəlməsi  ağzımdan  çıxan  kimi  Emsli  əmi  yerindən 

sıçrayıb daldalı getdi. 



108 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə