İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə42/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   38   39   40   41   42   43   44   45   ...   135
    Bu səhifədəki naviqasiya:
  • Sesor

RANÇODA SANATORİYA 

-

 



Zəng etmək üçün... Nəsə lazım olanda. Mən ki bacarmıram... qulaq 

asın!  -  o,  birdən  qəzəblə  bağırdı.  -  Məni  buraya  sürüyüb  gətirməyi  xahiş 

etməmişəm!  Sizdən  pul  istəməmişəm!  Sizdə  mərhəmət  hissi  oyatmaq 

niyyətim  olmayıb  -  özünüz  mənə  qəmiş  oldunuz!  Mən  xəstəyəm!  Hərəkət 

edə bilmirəm! Amma buranın əlli milliyində nə xidmətçi var, nə də kokteyl! 

Oh,  ilahi!  Mən  nə  bəlaya  düşdüm!  -  Mak-Qayr  taxta  uzanıb  təlaş  içində 

hönkür-hönkür ağlamağa başladı. 

Reydler qapıya yaxınlaşıb, xidmətçini çağırdı. Düzqamətli, iyirmiyaşlı 

qırmızıyanaq meksikalı cəld otağa daxil oldu. Reydler onunla ispan dilində 

danışmağa başladı. 

-

 

İllario, xatırlayırsansa, payızdan  etibarən San-Karlos  düşərgəsində 



vaquero

 vəzifəsində də çalışacağına söz vermişdim? 

-

 

Si, Sesor,



 cənabınızın əmri belə idi. 

-

 



Onda qulaq as. Bu 

Sesorito

 - mənim dostumdur. Bərk xəstədir. Ona 

xidmət edəcəksən. Onun yanında ol və bütün göstərişlərinə əməl et. Bu işə 

qayğı və dözüm göstərmək lazım gələcək. Sağaldıqdan, ya da... sağaldıqdan 

sonra  səni 

vaquero 

yox,  de  lya  Pedras  rançosunda  mayordomo

1  2  3

  təyin 


edəcəyəm. 

Yesta bueno7

1

 

-



 

Si,  si,  mil  gradas,  SesorP

  -  İllario  minnətdarlıq  əlaməti  olaraq  bir 

dizini  yerə  qoymaq  istəyəndə  Reydler  ayağı  ilə  onu  zarafatyana  itələyib 

donquldandı: 

-

 

Yaxşı, yaxşı, balet nömrələri lazım deyil... 



On  dəqiqədən  sonra  İllario  Mak-Qayrın  otağını  tərk  edib  Reydlerin 

qarşısında dayandı. 

-

 

Kiçik 



Sesor,

 - dedi, - sizə təzim  edir (Reydler bu çıxışı İlla- rionun 

lütfkarlığının hesabına qeydə 

cila 

bildi) və xahiş edir ki, ona doğranmış buz, 

isti  vanna,  qızardılmış  çörək,  ingilis  arağı,  bütün  pəncərələrin  örtülməsi, 

bərbərin  çağırılması,  bir  qutu  “Nyu-York  repald”  siqareti  gətirilməsini  və 

teleqram göndərmək istədiyini sizə çatdınm. 

Reydler aptek şkafindan bir şüşə viski çıxardı. 



1

  Atlara baş mehtər 

(isp.) 

2

  Yaxşı? 

(isp.) 

3

  Bəli, bəli, sağ olun, Senyor! 

(isp.) 

131 


downloaded from KitabYurdu.org


O.HENRİ 

— Budur, apar ver ona, - dedi. 

Solito  rançosunda  terror  rejimi  belə  tətbiq  olundu.  İlk  həftələr 

Mak-Qayr  ucqar  otlaqlardan  Reydlerin  sonuncu  nailiyyətinə  tamaşa 

etmək  üçün  gələn  kovboylann  qarşısında  ağına-  bozuna  baxmadan 

özünü tərifləyir,  lovğalanırdı. Mak-Qayr  onlar  üçün  yeni  hadisə idi. 

O, müdafiənin və hücumun bic fəndləri ilə lovğalanır və kovboylan 

boks  sənətinin  incəliklərindən  agah  edirdi;  peşəkar  idmançılann 

həyatının gizli tərəflərindən danışırdı. Onun jarqon sözlərlə dolu nitqi 

kovboylan  heyrətləndirir  və  əməlli-başlı  əyləndirirdi.  Hərəkətləri, 

qəribə  ədaları,  dilindəki  qaba  sözlər  və  prinsipləri  ilə  Mak-Qayr 

onlan  ovsun-  1  amışdı.  Sanki, başqa aləmdən təşrif  gətirmiş  məxluq 

idi. 

Qəribə də  olsa,  düşdüyü  yeni aləm  onun  üçün,  elə bil,  mövcud 



deyildi. O, kərpiclər və əhənglər dünyasından gəlmiş mükəmməl bir 

eqoist idi. Ona elə gəlirdi ki, tale onu mənasız bir aləmə tullayıb və 

burada  təkəbbürlü  reminissensiyalannın  bir  neçə  dinləyicisindən 

savayı heç nə əldə edə bilməyib. Nə preriyanın günəş şəfəqinə qərq 

olmuş sərhədsiz düzənlikləri, nə də aylı gecələrin əsrarəngiz sakitliyi 

qəlbini  riqqətə  gətirmirdi.  Avroranın  ən  parlaq  rəngləri  belə  onu 

idman  jurnalının  çəhrayı  səhifələrindən  ayıra  bilmirdi.  Cansıxıcı 

söhbətlər  devizi,  Otuz  yeddinci  küçədəki  tənbəki  isə  səylərinin 

nəticəsi idi. 

İki  aydan  sonra  səhhətinin  pisləşməsindən  şikayətlənməyə 

başladı.  O,  bu  andan  etibarən  Solito  rançosu  üçün  bəlaya,  taun 

xəstəliyinə, kabusa çevrildi. Sanki, dn, ya da ərköyün qadın idi  - bir 

küncdə  oturub  sızıldayır,  inildəyir,  şikayətlənir,  lənətlər  yağdınrdı. 

Bütün  şikayətləri  yalnız  bir  fikrə  xidmət  edirdi:  istəyinin  əleyhinə 

olaraq  onu  cəhənnəm  alovuna  atıblar  və  baxımsızlıq,  rahatsızlıq 

ucbatından  burada  məhv  olur.  Lakin  səhhətinin,  guya,  günbəgün 

pisləşməsi səbəbindən məyus-məyus fəryad qopardığı vaxtlarda onun 

zərrə  qədər  də  dəyişilmədiyini  sezmək  olardı.  Qara  muncuq  kimi 

xırda gözlərində iblisə məxsus həminki parıltı vardı; səsi elə əvvəlki 

kimi  sərt  idi,  sifəti  də  əvvəlki  kimi  görünürdü  -  dərisi  tanm 

çəkildiyindən  sümükləri  çıxmışdı,  anqlığı  son  həddə  çatdığından, 

sanki,  bundan  artığına  yer  qalmamışdı.  Axşamlar  almacıq 

yanaqlannda görünən 

132 


downloaded from KitabYurdu.org


RANÇODA SANATORİYA 

qırmızılıq  isə  belə  düşünməyə  əsas  verirdi  ki,  termometr  xəstə  vəziyyəti, 

yəqin ki, qeydə cila bilir, lakin qulaq asarkən Mak- Qayrın yalnız ağciyərlə 

nəfəs  aldığını,  zahiri  görünüşünün  isə  əsla  dəyişmədiyini  müəyyən  etmək 

olardı. 

İlario  durmadan  ona xidmət göstərirdi. Görünür, rütbəsinin artırılması 

ilə  bağlı  vəd  oğlanı  tələyə  salmışdı.  Yoxsa  Mak-  Qaynn  yanında  olmaq 

onun  üçün  cəhənnəm  əzabı  idi.  Xəstənin  göstərişi  ilə  otaqdakı  bütün 

pəncərələr  kip  örtülmüş,  pərdələr  endirilmiş,  təmiz  havanın  otağa  daxil 

olması üçün bütün yollar kəsilmişdi. Beləliklə, Mak-Qayr xilası üçün lazım 

olan  yeganə  ümiddən  də  özünü  məhrum  etmişdi.  Acı  tənbəki  tüstüsündən 

nəfəs  almaq  mümkün  deyildi.  Mak-Qaynn  yanına  gələn  hər  kəs  tüstünü 

ciyərlərinə  çəkməli  və  bu  şeytanın  dava-dalaş  kaıyerası  ilə  bağlı  ağına-

bozuna baxmadan lovğa-lovğa danışdığı söhbətlərə qulaq asmalı idi. 

Lakin  ən  təəccüblüsü  Mak-Qayr  ilə  ev  sahibi  arasında  yaranmış 

münasibət idi. Xəstə öz himayədanna şıltaq uşaq öz həlim xasiyyətli atasına 

xor baxdığı kimi baxırdı. Reydler evdən uzaqlaşan kimi Mak-Qayr qüssəyə 

qərq  olur,  qaşqabağını  sallayıb  susurdu.  Amma  o,  kandardan  ayağını  içəri 

basan kimi tikanlı, acı eyhamlarla ona hücum edirdi. Reydlerin qəyyumluq 

etdiyi  adama  münasibəti  də  ağlabatan  deyildi.  Görünür,  o  özü  də  Mak-

Qaynn  ona  ünvanladığı  dəhşətli  ittihamlara  inanır,  özünü  zülmkar,  qəddar 

firon  hesab  edirdi.  Yəqin,  qonağının  sağlamlığına  görə  məsuliyyət  hiss 

etdiyi  üçün  tövbəli  adam  təki  səbirlə,  itaətkarlıqla  onun  məzəmmətlərinə 

qulaq asırdı. 

Bir dəfə necə oldusa, Reydler Mak-Qayra dedi: 

- Çalış daha çox təmiz  havada olasan, oğul. İstəyirsən hər  gün  mənim 

tarataykamı  götür,  gəzintiyə  çıx.  Bir  həftə  uşaqlarla  örüşdə  yaşa.  Orada 

sənin  üçün  yaxşı  şərait  yaradaram.  Təmiz  havada,  torpağa  da  yaxın  -  bu, 

sənin  tez  sağalmağına  kömək  edər.  Filadelfiyalı  bir  oğlan  tanıyırdım, 

səndən də ağır xəstə idi. Bir dəfə necə olursa, Qvadelupada azır və iki həftə 

qoyun  otlağında  yaşayıb,  quru  torpağın  üstündə  yatmalı  olur. Sonra  sürətlə 

sağalmağa  başlayır.  Hava  da,  torpaq  da  insana  şəfa  verir.  İstəyirsən,  atla 

gəzintiyə çıx. Mənim rahat atım da var... 

133 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə