İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə45/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   41   42   43   44   45   46   47   48   ...   135

O.HENRİ 

Bəli, Ross Harqisi əzişdirdi. Onu necə lazımdır döyüb, əməlli- başlı 

payını verdi. Ross qalxıb sürünə-sürünə uzanmaq üçün yer axtarmağa 

başladı. Amma Mak-Qayr dərhal kənara çəkildi, üzü üstə otun üstünə 

yıxılıb  qan  tüpürməyə  başladı.  Qanqusma  -  xəstəliyinin  məhz  belə 

olduğunu öz baytannıza çatdırın. On səkkiz saat yataqda qaldı və onu 

heç kim yerindən dəbərdə bilmədi. Sonra isə Ross Harqis  - hansı ki 

onu  əzişdirənləri  çox  sevir  -  işə  girişib,  Qrenlandiyadan  başlamış 

Kitaylandaya qədər bütün həkimləri lənətlədi. Conson Yaşıl Budaqla 

ikisi  Mak-Qayrı  sürüyüb  alaçığa  apardılar  və  bir-birinin  sözünü 

kəsərək zorla ona çiy ət yedirib, çoxlu viski içirdilər. 

Amma  görünür,  cavan  oğlanın  sağalmaq  fikri  yox  idi.  Gecə 

gizlicə  alaçıqdan  çıxıb,  yenidən  otun  üstünə uzandı  - bir  yandan  da 

nann  yağış  yağırdı.  “Çəkilin!  -  onlara  dedi.  -  Rahat  ölməyə  imkan 

verin. Mən yalançı və riyakaram. Hə, indisə yaxamdan əl çəkin!” 

-

 



O, iki həftə beləcə uzanıqlı qaldı, - aşpaz sözünə davam etdi, - 

heç kəslə bir kəlmə danışmadı, sonra isə... 

Havaya  yayılan  göy  gurultusuna  bənzər  tappıltı  səsləri  eşidildi 

və iyirmi nəfər gənc kentavr cəngəllikdən çıxıb düşərgəyə soxuldu. 

-

 

Ay Allah, əjdahalar və zınqırovlu ilanlar!  - aşpaz özünü ora-



bura vuraraq çığırdı. - Üç dəqiqədən sonra onlara yemək verməsəm, 

başımı üzəcəklər. 

Reydlerin  gözü  gur  tonqalın  yanında  sıçrayıb  atdan  düşən,  şən-

şən dişlərini ağardan, dərisi qaralmış balacaboy oğlana dikilmişdi. O, 

Mak-Qayra oxşamırdı, amma hər halda... 

Bir neçə saniyədən sonra Reydlerin bir əli oğlanın əlində, o biri 

isə onun çiynində idi. 

-

 



Oğlum, oğlum, hə, indi necəsən? - o, çətinliklə soruşa bildi. 

-

 



Torpağa yaxın demişdiniz? - Mak-Qayr Reydlerin əlini polad 

təki möhkəm əli ilə sıxaraq bağırdı. - Mən dediyiniz kimi etdim - və 

budur,  görürsünüz  ki,  sağ-salamatam,  gücüm  də  artıb.  Anladım  ki, 

təlxəklik  edirmişəm.  Sağ  olun,  qoca,  yaxşı  ki,  məni  buraya 

göndərdiniz. Amma qoca yapalağın işi həngamə 

140 

downloaded from KitabYurdu.org




RANÇODA SANATORİYA 

idi, hə? Meksikalı oğlanın sinəsini necə döyəclədiyini pəncərədən gördüm. 

-

 

Bəs nə üçün susurdun, ay daşürək? - maldar əsib-coşdu. - Nə üçün 



həkimin səni müayinə etmədiyini söyləmədin? 

-

 



Əl çəkin! Başımı xarab etməyin, - həmişə olduğu kimi, hirsli-hirsli 

deyindi.  -  Siz  məndən  soruşdunuz  məgər?  Nitqinizi  bitirib  məni  çölə 

tulladınız,  mən  də  bununla  razılaşdım.  Amma  bilirsiniz,  dostum,  inəklərlə 

cıdıra  çıxmaq  gözəl  əyləncədir.  Elə  buradakı  uşaqlar  da  əladırlar  - 

qismətimə ən yaxşı komanda ilə gəzmək düşüb. Mənə burada qalmağa icazə 

verərsiniz, qoca? 

Reydler sual dolu nəzərlərlə Ross Harqisə baxdı. 

-

 



Bu yaramaz, - Ross rəğbətlə dedi, - bütün kovboy düşərgəsində ən 

qoçaq  sürəkçidir.  Həm  də  elə  dalaşır  ki,  qabağında  tab  gətirmək  mümkün 

deyil. 

141 


downloaded from KitabYurdu.org


O.HENRİ 

ŞAFTALILAR 

Bal  ayının  coşqun  çağları  idi.  Mənzili  parlaq  qırmızı  xalça, 

yeməkxanadakı  panelin  üstünə  düzülmüş  qalay  qapaqları  olan  altı 

saxsı pivə parçı və əklil qoyulmuş portyerlər bəzəyirdi. Gəndərə elə 

gəlirdi  ki,  hələ  də  səmada  uçurlar.  Heç  biri  “Çayın  kənarındakı 

çəmənlikdə  novruzgülünün  necə  saralıb-solduğunu”  heç  vaxt 

görməmişdi;  əgər  buna  bənzər  mənzərə  gözlərinə  sataşsaydı, 

şübhəsiz, ona nəzər yetirərdilər - lakin şairin fikrincə, bütün bunlara 

çiçək  açan  novruzgülünü  görmək  baca-  nğı  olan  əsl  insanın  haqqı 

çatır. 


Gəlin yırğalanan kresloda otursa da, ayaqları torpaqda idi. Şirin 

xəyallara  dalmışdı.  Onu  adamların  Qrenlandiya,  Bəludstan  və 

Tasmaniya  adalarında keçirilən toy  mərasimi haqqında  Körpə  Mak-

Qarri  ilə  nə  danışdıqlan  düşündürürdü.  Ümumiyyətlə,  bu,  elə  də 

böyük  əhəmiyyət  kəsb  etmirdi.  Londondan  ta  Cənub  Xaç  bürcünə 

kimi ortaçəkili elə boksçu tapılmazdı ki, dörd saat, xeyr, dörd raund 

Körpə  Mak-Qarrinin  qarşısında  tab  gətirə  bilsin!  Budur,  artıq  üç 

həftədir  o,  məhz  bu  qıza  məxsusdur;  qızın  çeçələ  barmağına 

toxunmaq  kifayət  idi  ki,  məşhur  çempionların  qarşısında  aciz 

qaldıqlan bu şəxsi əyilməyə məcbur etsin. 

Özümüz  sevdiyimiz  zaman  “sevgi”  sözü  bizim  üçün  “fəda-

karlıq” və “dönüklük” sözləri ilə sinonim olur. Divar qonşula- nmız 

sevəndə isə bu söz təkəbbür və sırtıqlıq mənasını verir. 

Gəlin  tuflidə  olan  ayaqlannı  bir-birinin  üstünə  aşırdı  və  kupi- 

donların naxış vurduğu tavanı dalğın-dalğın süzdü. 

-

 



Əzizim... - o, Antoniyə Romanı qutuda yaşadığı evə gətirmək 

istəyini  bildirən  Kleopatra  görkəmində  dedi,  -  əzizim,  mən 

məmnuniyyətlə şaftalı yeyərdim. 

Mak-Qarri  qalxıb  paltosunu  və  şlyapasını  geyindi.  O,  ciddi, 

qamətli, sentimental və cəsarətli idi. 

-

 



Nə olar, - elə soyuqqanlı dedi ki, sanki, söhbət İngiltərə çem-

pionu ilə döyüş şərtlərinə imza atmaqdan gedir. - İndi gətirərəm. 



142 

downloaded from KitabYurdu.org




ŞAFTALILAR 

-

 



Amma  tez  gəl,  -  gəlin  söylədi.  -  Yoxsa  sənsiz  darıxaram.  Bax  a, 

yaxşısını, yetişmişini seç. 

Uzun  sürən  coşqun  vidalaşmadan  sonra  -  sanki,  Körpə  yad  ölkələrə 

təhlükəli səfər ərəfəsində idi - o, küçəyə çıxdı. 

Burada tərəddüd etməsi heç də əsassız deyildi. Çünki yazın ilk çağlan 

idi  və  nəm  küçələrdə,  soyuq  mağazalarda  yayın  qızıl  başlanğıcının  arzu 

edilən  şirəli  meyvəsini  çətin  ki,  əldə  etmək  mümkün  olsun.  Meyvə  alveri 

edən  italyanların  dükanı  yerləşən  tinə  çatıb  dayandı  və  papiros  kağızına 

bükülmüş  portağallan,  parıldayan  alyanaq  almalan  və  günəşin  xiffətini 

çəkən solğun bananlan həqarətli baxışlarla seyr etməyə başladı. 

-

 

Şaftalı  var?  -  o,  sevdalananlardan  ən  sevdalısı  olan  həmvətəni 



Danteyə müraciət etdi. 

-

 



Şaftalı yoxdur, senyor, - alverçi ah çəkdi. - Yalnız bir aydan sonra 

olacaq. İndi vaxtı deyil. Yaxşı portağallar var. Alacaqsınız? 

Körpə  cavab  vermədən  ondan  aralanıb  axtanşa  davam  etdi.  O,  köhnə 

dostu  və  pərəstişkarı  Castesu  O'Kellexenin  yanına  yollandı.  Bu  şəxs  ucuz 

restoranlar, gecə kafesi və keqelbanı

özündə birləşdirən müəssisənin sahibi 



idi.  CTKellexeni  yerində  tapdı  -  restoranı  gəzib  nizam-intizama  nəzarət 

edirdi. 


-

 

Səninlə təcili işim var, Kel, - Körpə ona müraciət etdi. 



-

 

Qarım şaftalı yemək həvəsinə düşüb. Əgər cəmi bircə şaftalın varsa da, 



mənə ver. Yox, əgər çoxdursa, onda bir neçəsini ver, lazım olar. 

-

 



Bütün evim sənə qurbandır, - O'Kellexen cavab verdi. 

-

 



Amma  orada  şaftalı  tapa  bilməzsən.  İndi  vaxtı  deyil.  İlin  bu  çağında 

hətta Brodveydə də şaftalı tapmaq mümkün deyil. Çox təəssüflənirəm. Əgər 

qadının  nəyəsə  möhkəm  iştahası  yara-  nıbsa,  vermək  lazımdır.  Bir  də  indi 

artıq gecdir, bütün meyvə mağazaları bağlıdır. Necə bilirsən, bəlkə, sahibən 

elə  portağallara  qane  olacaq?  Elə  indilərdə  bir  yeşik  seçmə  portağal  almı-

şam, bəlkə... 

-

 

Yox,  Kel,  sağ  ol.  Yarış  şərtlərinə  əsasən,  yalnız  şaftalılar  tələb 



olunur, əvəzetməyə yol verilmir. Gedib axtarım. 

1

 

Keqelban - keql oynanılan yer 

143 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə