İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə46/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   42   43   44   45   46   47   48   49   ...   135

O.HENRİ 

Körpə  qərb  küçələrindən  birinə  çıxdığı  zaman  gecədən  keçirdi. 

Mağazaların çoxu bağlanmışdı. Açıq olanlarda isə şaftalı soruşduqda, 

az qala, adama gülürdülər. 

Lakin  haradasa, uca  divarların  arxasında  bir  gəlin  oturub  xarici 

ölkələrdən  gətirilmiş  meyvəni  gözləyirdi.  Doğrudanmı,  ortaçəkili 

çempion  onun  üçün  şaftalı  tapa  bilməyəcəkdi?  Doğrudanmı,  o, 

fəsillərin,  iqlimlərin  və  təqvimlərin  sərhədlərini  aşa-aşa  sevgilisini 

san, ya da çəhrayı rəngli şirəli bəhərlə sevindirməyəcəkdi? 

İrəlidə  gözəl  təbiətin  məftunedici  rəngləri  ilə  bəzədilmiş  işıqlı 

vitrin  görünürdü.  Amma  Körpə  ora  yetişməyə  macal  tapmamış  işıq 

söndü.  O,  bütün  cəsarətini  toplayıb  meyvə  alverçisini  mağazanın 

qapısını bağladığı yerdə yaxaladı. 

-

 



Şaftalı var? - qətiyyətlə soruşdu. 

-

 



Siz  nə  danışırsınız,  ser?  Yalnız  iki-üç  həftədən  sonra.  İndi 

bütün şəhəri axtarsanız da, tapa bilməzsiniz. Əgər haradasa bir neçə 

portağal varsa, onlar da şüşəbənddə yetişdirilib. Onlann heç yerini də 

deyə  bilmərəm.  Məgər  adamların  pullannı  göyə  sovurduqları  bahalı 

mehmanxanalann  adını  çəkməyə  dəyərmi?  Əgər  istəyirsinizsə,  sizə 

gəmi ilə elə bu gün gətirilmiş qəşəng portağallar təklif edə bilərəm. 

Yaxın  tinlərin  birinə  çatan  Körpə  bir  anlıq  dayanıb  fikrə  getdi. 

Sonra qətiyyətlə qaranlıq dalana təıəf çevrildi və yaşıl fənəri! eyvanı 

olan evə san yollandı. 

-

 



Kapitan buradadır? - o, növbətçi polis çavuşundan soruşdu. 

Elə bu an növbətçinin arxasından kapitan göründü. O, mülki 

geyimdə idi və həddən artıq məşğul adam təsiri bağışlayırdı. 

-

 



Xoş gördük, Körpə! - boksçunu salamladı. - Elə bilirdim artıq 

toy səyahətinə çıxmısınız. 

-

 

Dünən  qayıtmışam.  Hazırda  Nyu-Yorkun  oturaq  vətənda-



şıyam.  Hətta  bələdiyyə  işləri  ilə  də  məşğul  oluram.  Kapitan,  deyin 

görüm,  bu  gün  gecə  Denver  Dikin  müəssisəsini  ələ  keçirmək 

istəyərdinizmi? 

-

 



İstərdim! - kapitan bığlannı tərpədərək dedi. - Amma Denveri 

iki ay əvvəl bağlamışıq. 

-

 

Doğrudur, - Körpə razılaşdı. - Refferti iki ay əvvəl onu Qırx 



üçüncü küçədən sıxışdınb çıxarıb. İndi o, sizin məhəllədə məs- 

144 

downloaded from KitabYurdu.org




ŞAFTALILAR 

kunlaşıb  və  orada  heç  vaxt  görünməmiş  oyun  gedir.  Denverlə  şəxsi  haqq-

hesabım var. İstəyirsiniz sizi oraya apanm? 

-

 



Mənim  məhəlləmdə?  -  kapitan  çığırdı.  -  Əminsiniz,  Körpə?  Əgər 

belədirsə,  bunu  böyük  xidmətiniz  kimi  dəyərləndirirəm.  Parolu  necə, 

bilirsiniz? Biz ora necə daxil olacağıq? 

-

 



Qapını  sındıraraq,  -  Körpə  cavab  verdi,  -  üstünə  dəmir  çəkməyə 

hələ  macal  tapmayıblar.  Özünüzlə  on  adam  götürün.  Yox,  mənə  oraya 

girmək olmaz. Denver məni öldürmək istəyirdi. Elə bilir ki, keçən dəfə onu 

satmışam. Yeri gəlmişkən, o, səhv edir. Hər halda, tələsin, kapitan. Evə tez 

qayıtmalıyam. 

On  dəqiqə  keçməmiş  kapitan  və  tabeliyində  olan  iki  nəfər  şəxs 

bələdçilərin  arxasınca  zahirən  ədəbli  təsir  bağışlayan,  gündüzlər  onlarca 

mühüm firma ilə iş görülən binanın qaranlıq girişinə daxil oldular. 

-

 

Üçüncü mərtəbə, dəhlizin sonu, - Körpə sakitcə dedi. - Mən irəlidə 



gedərəm. 

Körpə balta ilə silahlanmış iki yekəpər gəncə qapını göstərdi. 

-

 

Nəsə  sakitlikdir,  -  kapitan  şübhə  ilə  dedi.  -  Səhv  etmədiyinizə 



əminsiniz, Körpə? 

-

 



Qapını  sındırın,  -  Körpə  cavab  əvəzinə  əmr  etdi.  -  Əgər  səhv 

edərəmsə, buna görə özüm cavab verəcəyəm. 

Baltalar  şaqqıltı  ilə  mühafizə  olunmayan  qapıya  sancıldı.  Deşilmiş 

yerdən  gur  işıq  süzülməyə  başladı.  Qapı  yıxıldı  və  basqın  iştirakçılan 

tapançalan hazır vəziyyətdə əraziyə soxuldular. 

Geniş  zal  Qərbdə  doğulmuş  sahibin  zövqünə  uyğun  olaraq  qeyri-adi 

tərzdə  bəzədilmişdi.  Bir  neçə  masanın  arxasında  oyun  gedirdi.  Zalda  olan 

əlli  daimi  müştəri  nəyin  bahasına  olursa  olsun,  polisin  əlindən  canını 

qurtarmaq  üçün  çıxışa  doğru  yüyürdü.  Polis  dəyənəkləri  işə  düşdü.  Amma 

oyunçuların çoxu aradan çıxa bildi. 

Təsadüf elə gətirmişdi ki, bu gecə Denver Dik də öz iştirakı ilə pritonu 

şərəfləndirirdi.  O,  say  çoxluğunun  basqın  iştirakçılarını  əzişdirməyə  imkan 

verdiyini nəzərə alıb çağırılmamış qonaqlara birinci olaraq özü hücum etdi. 

Lakin  onlann  arasında  Körpəni  gördüyü  andan  heç  kim  və  heç  nə  barədə 

düşünə 

145 


downloaded from KitabYurdu.org


O.HENRİ 

bilmədi.  Ağır  çəkili  idmançılara  xas  iribədənli  Dik  həyəcanla 

nisbətən  zərif  görünən  düşməninin  üstünə  atıldı.  Onlar  bir-  birinə 

sannmış  halda  pilləkənlərlə  üzüaşağı  yumbalandılar.  Yalnız  İkind 

mərtəbədəki  meydançada  bir-birindən  aralanıb  ayağa  qalxa  bildilər. 

Körpə iyirmi minlik əmlakını itirmək təhlükəsinin təşvişə saldığı iki 

yüz funt çəkili güdü duyğular həvəskannın onu amansızcasına qolları 

arasında sıxdığı ana qədər istifadəsiz qalan peşəkarlığını, nəhayət ki, 

işə saldı. 

Rəqibini  yerə  uzadandan  sonra  Körpə  yuxarıya  yüyürüb  qaça-

qaça  qumarxanadan  keçdi,  alaqapı  ilə  ayrılmış  nisbətən  kiçik  otağa 

girdi. 


Burada  çini  və  gümüşü  qablarla  bəzədilmiş  və  qaydaya  görə, 

qumarda  udmuş  cənabları  qonaq  etmək  üçün  bahalı  və  təmtəraqlı 

təamlar düzülmüş uzun masa var idi. Masanın bəzə- dilməsi də Qərb 

ştatlarının  birindən  paytaxta  təşrif  gətirən  centlmenin  gücündən  və 

ekzotik zövqündən xəbər verirdi. 

Döşəməyə  qədər  sallanan  dümağ  süfrənin  altından  qırx  beş 

ölçülü panltılı ştiblet görünürdü. Körpə ondan yapışıb dartdığı zaman 

əynində frak və ağ qalstuk olan zənd ofisiant peyda oldu. 

-

 

Qalx! - Körpə əmr etdi. - Sən də bu mənfur gəlir mənbəyində 



işləyirsən? 

-

 



Bəli, ser, işləyirdim. Məgər bizi yenə də dolaşdırdılar, ser? 

-

 



Belə  görünür.  İndi  isə  cavab  ver  görüm,  sizdə  şaftalı  var? 

Əgər yoxdursa, deməli, nokauta düşmüşəm. 

-

 

Oyun  başlayanda  üç  düjün  şaftalı  var  idi,  amma  qorxuram 



centlmenlər  onlann  hamısını  yemiş  olsunlar.  Bəlkə,  siz  yaxşı  sulu 

portağallara üstünlük verəsiniz, ser? 

-

 

Buraları  alt-üst  elə,  -  Körpə  qəti  şəkildə  əmr  etdi,  -  mənə 



hökmən şaftalı lazımdır. Cəld ol, yoxsa məsələ pisliklə qurtara bilər. 

Əgər bu gün bir də kimsə mənimlə portağal barədə danışsa, dərisini 

boğazından çıxaracağam. 

Denver  Dikin  səxavəti  nəticəsində  çətinliyə  düşmüş,  masanın 

əsaslı  axtanşından  sonra  oyun  həvəskarlanndan  birinin  epikürçü 

çənəsindən  qalan  yeganə  şaftalını  əldə  etmək  mümkün  oldu.  O, 

dərhal Körpənin cibində bərqərar oldu və bizim yorulmaz furajir öz 

qəniməti ilə birgə geri döndü. Küçəyə çıx- 



146 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə