İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə49/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   45   46   47   48   49   50   51   52   ...   135

AVTOMOBİL GÖZLƏYƏRKƏN 

oğlan  qızın  bütün  hərəkətlərini  izləyirdi.  Üzbəüz  səkiyə  keçən  qız  işıqlı 

lövhəsi  olan  restoranın  qapısını  itələyib  açdı.  Bu,  hər  əşyası  parlayan 

restoranlardan idi, tamam ağ rənglə boyanmış, hər tərəfidən şüşələrlə əhatə 

olunmuşdu; burada ucuz qiymətə dadlı xörəklər yemək olardı. Qız restoran 

boyu irəliləyib gizli bir yerdə gözdən itdi, sonra yenidən peyda oldu. Amma 

bu dəfə şlyapasız, tor duvaqsız idi. 

Şüşədən  olan  giriş  qapısının  yaxınlığında  kassa  yerləşirdi.  Kassa 

arxasında oturmuş sarışın qız saatına baxıb kətildən düşdü. Boz paltarlı qız 

isə onu əvəz etdi. 

Cavan oğlan əlini cibinə sadıb yavaş-yavaş geri qayıtdı. Tində o, yerə 

düşmüş  kağız  üzlüklü  kitab  gördü.  Üz  qabığından  qızın  oxuduğu  kitabı 

tanıdı. Ehtiyatla qaldırıb adını oxudu: “Şəhrizadın yeni nağıllan”; müəllifin 

adı Stivenson idi. Oğlanın əlindəki kitab otluğa düşdü və o, tərəddüd içində 

bir  an  yerindən  tərpənə  bilmədi.  Sonra  ağ  avtomobilin  qapısını  açıb  otura-

cağa yayxandı və sürücüyə üç kəlmə söz dedi: 

- Kluba sür, Anri. 

153 


downloaded from KitabYurdu.org


O.HENRİ 

DAİRƏNİN KVADRATI 

Sizi  usandırmaqdan  ehtiyatlanan  müəllif  bu  hekayəyə  həndəsi 

səciyyə daşıyan qızğın söhbətlə müqəddimə verməyi özünə borc bilir. 

Təbiətdəki  hadisələr  dairə  boyunca  hərəkətdədir.  İncəsənət  isə 

düz  xətt  boyunca.  Təbii  olan  hər  şey  dairəvi,  süni  olan  hər  şey  isə 

yöndəmsizdir.  Boranda  azan  adam  özü  də  bilmədən  dairələr  cızır; 

şəhər adamının düzbucaqlı otaqlara və meydançalara alışmış ayaqlan 

onu düz xətt boyunca özündən uzaq- laşdınr. 

Uşağın  dairəvi  gözləri  məsumluğun  səciyyəvi  nümunəsidir; 

qəmzəli  xanımın  düz  xətt  şəkli  alana  qədər  qıyılmış  gözləri 

İncəsənətə zorla daxilolmadan, ağızın düz xətt şəkli alması hiylə və 

məkrdən  xəbər  verir;  məsum  öpüşçün  dairələnmiş  dodaqlarda  kim 

Təbiətin ehtiraslı lirik pıçıltılannı hiss etməyib ki? 

Gözəllik  -  kamilliyə  yetişmiş  Təbiət  deməkdir.  Dairəvilik  isə 

onun  əsas  atributudur;  misal  üçün,  bütöv  ayı,  borc  kassasının 

üstündəki  qızıl  kürəni,  kilsənin  günbəzini,  dairəvi  qaragilə  piro- 

qunu, nişan üzüyünü, sirkin səhnəsini, kasanı, çaypulu kimi ofisianta 

verdiyiniz  qəpiyi  təsəvvür  edin.  Düz  xətt  digər  tərəfdən  Təbiətdən 

kənaraçıxmanı  bildirir.  Təkcə  Venera  qurşağını  ingilis  bluzunun 

qırışı ilə müqayisə etmək kifayətdir. 

Biz  düz  xətt  boyunca  hərəkət  edərkən  iti  bucaq  altında 

döndüyümüz  zaman  xasiyyətimiz  dəyişikliyə  məruz  qalır. Beləliklə, 

Təbiət onun çox sərt qanunlanna uyğunlaşan İncəsənətlə müqayisədə 

daha elastikdir. Nəticə etibarilə tez-tez çox qəribə hadisələr müşahidə 

olunur;  məsələn:  mavi  qızılgül,  ağac  spirti,  respublikaçılann  lehinə 

səs  verən  Missuri  ştatı,  suxanda  bişmiş  gül  kələmi  və  Nyu-York 

sakini. 

Təbii  xüsusiyyətlər,  daha  çox,  böyük  şəhərlərdə  yoxa  çıxır. 

Səbəbini  etikada  deyil,  həndəsədə  axtarmaq  lazımdır.  Küçələrin  və 

binalann düz xətləri, qanun və ədalətin düzxətli xüsusiyyətə 



154 

downloaded from KitabYurdu.org




DAİRƏNİN KVADRATI 

malik olması, heç zaman düz xətdən kənara çıxmayan səkilər, hətta istirahət 

və əyləncə vaxtlarında belə heç nəyi güzəştə getməyən ciddi, sərt qaydalar - 

bütün bunlann hamısı Təbiətin əyri xəttinə meydan oxuyur. 

Bu səbəbdən böyük şəhərlərin dairənin kvadratlanması məsələsini həll 

etdiyini söyləmək olar. Bu riyazi müqəddimə taleyin özünə aid olan hər şeyi 

sındırmaq, əzmək və öz tinlərinə oxşar forma vermək vərdişinə malik şəhərə 

gətirdiyi Kentukki vendettası barədə bir hekayədən əvvəl yaranmışdır. 

Bu  vendetta  Kemberlend  dağlarında  Foluel  və  Harkness  ailələri 

arasında  başlanmışdı.  Qan  düşmənçiliyinin  ilk  qurbanı  Bili  Harknessin 

opossuma

1

  qarşı  təlim  görmüş  ov  iti  oldu.  Harknesslər  Foluellər  nəslinin 



başçısını  öldürməklə  bu  ağır  itkinin  əvəzini  çıxdılar. Foluellərin  də  cavabı 

yubanmadı.  Onlar  seçmə  tüfənglərini  yağlayıb,  Bili  Harknessi  itinin 

arxasınca opos- sumun ağacın kəsilməsini gözləmədən öz istəyi ilə ovçunun 

yanına sürünüb düşdüyü dünyaya yola saldılar. 

Vendetta  qırx  il  ərzində  sürətlə  inkişaf  etdi.  Harknessləri  evlərinin 

işıqlı  pəncərəsindən,  kotanın  arxasında,  yuxuda,  ibadətə  gedərkən  yolda, 

dueldə, ayıq vaxtlarında və əksinə, tək olduqlan, yaxud ailəvi şəkildə gözəl 

aləmə  keçid  üçün  hazır-  laşdıqlan  vaxt  və  islaholunmaz  vəziyyətdə 

güllələyirdilər.  Foluellərin  nəslinin  nümayəndələri  də  eynən  bu  tərzdə  -  öz 

ölkələrinin adət və ənənələrinə uyğun şəkildə vurulurdular. 

Nəhayət, şəcərə ağacı səylə budandıqdan sonra hər tərəfdən bir adam 

sağ qaldı. Bu zaman Kol Harkness, görünür, nəsil- lərarası ədavətin kifayət 

qədər şəxsi səciyyə aldığı qənaətinə gəldiyindən, Foluellər nəslinin sonuncu 

qisasçısının 

hüquqlarına 

saymazlıq 

göstərərək 

gözlənilmədən 

Kemberlenddən yoxa çıxdı. 

Sem Foluel qan düşməninin Nyu-Yorkda sağ-salamat yaşadığından bir 

il  sonra  xəbər  tutdu.  Bunu  eşidən  kimi  həyətə  çıxıb  paltar  yuyulan  böyük 

qazanı  üzü  üstə  çevirdi,  qurumu  yığdı,  donuz  piyi  ilə  qanşdırdı  və  alınan 

qarışıqla çəkmələrini təmizlədi. Sonra vaxtilə qoz qabığı rəngində olan, indi 

isə qara rəngə 



1

 

Opossum - Amerikada yaşayan kisəli siçovul 

155 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə