İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə51/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   47   48   49   50   51   52   53   54   ...   135

ZİRZƏMİ VƏ QIZILGÜL 

Miss  Pozi  Kerinqton  haqlı  olaraq  öz  şöhrətindən  yararlanırdı.  Onun 

həyatı  Kranberi  Komers  adlı  balaca  bir  kənddə  heç  bir  şey  vəd  etməyən 

Boqs soyadı ilə başlanmışdı. On səkkiz yaşında paytaxt komediya teatrında 

Kerinqton soyadını və xor artisti mövqeyini qazana bilmişdi. Bundan sonra 

o, aləmə səs salmış “Yalan və yalançı” musiqili komediyasında “Quşcuğaz” 

okte- tində fiqurant, “Fol de Rol”da cücü rəqsini oynayan solo nömrəsinə və 

nəhayət,  “Kralın  hamam  xalatı”  operettasında  Toynet  rolunu  oynayaraq  - 

tənqidçilərin  rəğbətini  qazandığı  üçün  bu  rol  ona  uğur  qazandırmışdı  - 

bütün pillələri asanlıqla qət edə bilmişdi. Bu hekayəyə başladığımız zaman 

miss Kerinqton artıq şöhrət, tərif və şampan dənizində üzürdü və uzaqgörən 

antre-  prenyor

1

  her  Timoti  Qoldşteyn  ona  mötəbər  bir  sənədi  imza-  latdıra 



bilmişdi.  Bu  sənədə  əsasən,  qız  qarşıdakı  bütün  mövsüm  ərzində  Dayd 

Riçin “Qaz işığında” adlı yeni pyesində oynamağa razılıq verirdi. 

Əsrin  gənc,  istedadlı  oğlu,  xarakterik  rolların  ifaçısı  mister  Haysmis 

“Qaz işığında” pyesində komik baş kişi personajı olan Sol Heytoser rolunu 

anqajement

2

  kimi  almaq  ümidi  ilə  vaxt  itirmədən  her  Timotinin  hüzuruna 



gəldi. 

-  Əzizim,  -  Qoldşteyn  ona  dedi,  -  əgər  bu  rolu  ala  bilirsinizsə,  alın. 

Onsuz  da,  miss  Kerinqton  mənə  qulaq  asmayacaq.  O  artıq  “kənd 

sadəlövhləri” ampluasına uyğun an yaxşı aktyorlardan imtina edib. Deyir ki, 

əgər  əsl  Heytoser  tapılmasa,  ayağı  səhnəyə  dəyməyəcək.  Bilirsiniz,  o, 

əyalətdə  böyüyüb,  Brodvey-  dən  gətirilmiş  oranjereya  bitkisini  saman 

çöpünə  keçirib  tarla  otu  təsvir  etmək  istəyəndə  miss  Pozi  özündən  çıxır. 

Zarafatla  ondan  soruşdum  ki,  bu  rola  Lenman  Tompson  yarayar,  ya  yox? 

“Yox, - dedi, - nə onu, nə Con Dıyumu, nə də Cim Korbeti istəyirəm, 

1

 

Antreprenyor - şəxsi teatr, sirk və s. saxlayan adam 

2

 Anqajement - müqavilə ile artist çağırılması 

159 


downloaded from KitabYurdu.org


O.HENRİ 

tumepsi  tumiketdən  ayıra  bilməyən  bu  payızbülbüllərinin  heç  biri 

mənə  lazım  deşyıl.  Qəlp  şeyə  ehtiyac  yoxdur”.  Məsələ  belədir, 

əzizim,  Sol  Heytoseri  oynamaq  istəyirsinizsə,  miss  Kerinq-  tonu 

inandırmağa çalışın. Sizə uğur diləyirəm. 

Növbəti  gün  Haysmis  artıq  qatarla  Kranberi  Komersə  yola 

düşmüşdü.  O,  bu  ucqar  və  danxdıncı  yerdə  üç  gün  qaldı.  Axta-  nb 

Boqslan tapdı, bu soyun üçüncü və dördüncü nəsli də daxil olmaqla 

bütün  tarixini  su  kimi  əzbərlədi.  O,  Kranberi  Komersin  tarixini  və 

yerli  koloritini  də  diqqətlə  öyrəndi.  Kənd  miss  Kerinqtona  çata 

bilməmişdi. Haysmisin fikrinə görə, səhnədə deyilən “o vaxtdan dörd 

il  keçib”  sözlərində  olduğu  kimi,  Terpsixora  kahinəsi  də  buradan 

xeyli  vaxt  uzaqlaşmışdı  və  getdiyi  müddət  ərzində  kənddə  çox  az 

dəyişikliklər  olmuşdu.  Kranberi  Komers  çalannı  xamelyona  uyğun 

şəkildə qəbul edən Haysmis elə xamelyona çevrilmiş halda da şəhərə 

qayıtdı. 

Hər şey balaca zirzəmidə baş verdi... Məhz burada Haysmis öz 

aktyor  sənəti  ilə  parlamağa  müvəffəq  oldu.  Əhvalatın  yerini 

dəqiqləşdirməyə  ehtiyac  yoxdur:  “Kralın  hamam  xalatı”  tamaşası 

qurtardıqdan  sonra  miss  Pozi  Kerinqtonu  görmək  üçün  yalnız  bir 

zirzəmi mövcuddur. 

Burada  olanlann  hamısının  diqqəti  masalardan  birinin  arxa-

sındakı  balaca  bir  dəstədə  idi.  Qaydaya  görə  zərif,  cazibədar, 

tündxasiyyət,  qəşəng,  şan-şöhrətdən  nəşələnmiş  miss  Kerinqtonu 

birinci  qeyd  etmək  lazımdır.  Sonra  gur  səsli,  qıvnmsaç,  yöndəmsiz, 

hansı möcüzə nəticəsindəsə pəncəsi ilə kəpənək tutmağı bacarmış ayı 

kimi  narahat  her  Qpldşteyni.  Növbəti  adam  isə  mətbuata  xidmət 

göstərən,  kədərli,  daim  ayıq-sayıq,  ona  müradətlə  söylənilən  bir 

ifadəni korrespondensiya üçün mümkün hesab edən bir şəxs idi. Ən 

nəhayət, adı restoran hesablannın tərs üzündə qızıl təki parlayan, saç 

düzümü  nəzəri  cəlb  edən  cavan  bir  oğlan.  Onlar  masa  arxasında 

oturmuşdular;  musiqiçilər  çalır,  xidmətlərinə  ehtiyacı  olanlann 

hamısına  dəyişməz  qaydada  arxasını  çevirmiş  lakeylər  isə  öz  çətin 

vəzifələrini  yerinə  yetirmək  naminə  ora-bura  vurnuxurdular.  Bütün 

bunlar səkidən doqquz fut aşağıda baş verdiyindən, adama xoş təsir 

bağışlayırdı. 



160 

downloaded from KitabYurdu.org




ZİRZƏMİ VƏ QIZILGÜL 

On  bir  qırx  beşdə  zirzəmiyə  bir  nəfər  də  gəldi.  Birinci  skripka  lya 

əvəzinə iya bemolu çaldı; klamet zəngulələrin ortasında xoruz buraxdı; miss 

Kerinqton  fisıldadı,  saç  düzümü  diqqəti  çəkən  oğlan  isə  zeytun  tumunu 

uddu. 

Yenicə  gələn  şəxsin  görkəmi  qəribə  və  kəndçisayağı  idi.  Arıq, 



yöndəmsiz,  kətan  rəngli  saçları  olan  bu  cavan  oğlan  ağzıaçıq  vəziyyətdə 

işığın  və  adamlann  bolluğundan  ağlını  itirib  qalmışdı.  Qoz  qabığı  rəngli 

kostyum geyinmiş, açıq-mavi qalstuk taxmışdı. Kostyumun qollanndan dörd 

düym  aşağıda  anq  əlləri,  şalvarın  altından  isə  elə  bu  məsafədə  ayağına 

geyindiyi ağ corabları nəzəri cəlb edirdi. O, stulun birini yerindən tərpədib o 

birisinə  oturdu,  qıçını  masanın  ayağına  ilişdirib,  ona  yaxınlaşan  lakeyin 

üzünə baxaraq yaltaqcasına gülümsədi. 

-

 



Mənə  bir  stəkan  imbir  pivəsi,  -  o,  ofisiantın  nəzakətli  müraciətinə 

cavab olaraq dedi. 

Zirzəmidəkilərin  hamısının  baxışı  yad  adama  dikilmişdi.  O,  qırmızı 

turp kimi təzə və dırmıq kimi sadə idi. Gözlərini bərəldib ətrafı elə nəzərdən 

keçirdi  ki,  sanki,  donuzlar  kartof  ləkinə  soxulmuşdular.  Nəhayət,  baxışlan 

miss  Kerinqtonun  üzərində  dayandı.  O,  xoş  təəssüratdan  pörtərək  ayağa 

qalxdı və gülümsəyə-gülümsəyə qızın masasına yaxınlaşdı. 

-

 



Necəsiniz, miss Pozi? - gerçəkliyi bir şübhə doğurmayan ləhcə ilə 

soruşdu.  -  Yoxsa  məni  tanımadınız?  Mən  Bili  Samer-  səm,  Samersləri 

xatırlayırsınız,  dəmirçixananın  arxasında  yaşayırdılar?  Aydın  məsələdir  ki, 

siz  Kranberi  Kornersdən  getdiyiniz  müddət  ərzində  bir  az  böyümüşəm. 

Bilirsiniz,  Liza  Perri  deyirdi  ki,  şəhərdə  sizinlə  görüşə  bilərəm.  Axı  Liza 

Ben Stanfildə ərə getdi. O deyir ki... 

-

 

Nə  danışırsınız?  -  miss  Pozi  cəld  onun  sözünü  kəsdi.  -  Liza  Perri 



ərə gedib? O cür çillərlə?! 

-

 



İyunda gedib, - qeybətdl gülümsədi. - İndi o, qədim Tatam-Pleysdə 

yaşayır.  Xem  Rayli  isə  dindar  olub.  Qoca  miss  Blizers  evini  kapitan 

Spunerə satıb; Voterslərin kiçik qızı musiqi müəlliminə qoşulub qaçıb; mart 

ayında  isə  məhkəmə  binası  yandı;  əminiz  Vaylı  konstebl  seçdilər;  Matilda 

Hoskins  əlinə  iynə  keçirib  özünü  öldürdü.  Tom  Bidl  isə  Saili  Lazropa 

girişib, 

161 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə