ZİRZƏMİ VƏ QIZILGÜL
Miss Pozi Kerinqton haqlı olaraq öz şöhrətindən yararlanırdı. Onun
həyatı Kranberi Komers adlı balaca bir kənddə heç bir şey vəd etməyən
Boqs soyadı ilə başlanmışdı. On səkkiz yaşında paytaxt komediya teatrında
Kerinqton soyadını və xor artisti mövqeyini qazana bilmişdi. Bundan sonra
o, aləmə səs salmış “Yalan və yalançı” musiqili komediyasında “Quşcuğaz”
okte- tində fiqurant, “Fol de Rol”da cücü rəqsini oynayan solo nömrəsinə və
nəhayət, “Kralın hamam xalatı” operettasında Toynet rolunu oynayaraq -
tənqidçilərin rəğbətini qazandığı üçün bu rol ona uğur qazandırmışdı -
bütün pillələri asanlıqla qət edə bilmişdi. Bu hekayəyə başladığımız zaman
miss Kerinqton artıq şöhrət, tərif və şampan dənizində üzürdü və uzaqgörən
antre- prenyor
1
her Timoti Qoldşteyn ona mötəbər bir sənədi imza- latdıra
bilmişdi. Bu sənədə əsasən, qız qarşıdakı bütün mövsüm ərzində Dayd
Riçin “Qaz işığında” adlı yeni pyesində oynamağa razılıq verirdi.
Əsrin gənc, istedadlı oğlu, xarakterik rolların ifaçısı mister Haysmis
“Qaz işığında” pyesində komik baş kişi personajı olan Sol Heytoser rolunu
anqajement
2
kimi almaq ümidi ilə vaxt itirmədən her Timotinin hüzuruna
gəldi.
- Əzizim, - Qoldşteyn ona dedi, - əgər bu rolu ala bilirsinizsə, alın.
Onsuz da, miss Kerinqton mənə qulaq asmayacaq. O artıq “kənd
sadəlövhləri” ampluasına uyğun an yaxşı aktyorlardan imtina edib. Deyir ki,
əgər əsl Heytoser tapılmasa, ayağı səhnəyə dəyməyəcək. Bilirsiniz, o,
əyalətdə böyüyüb, Brodvey- dən gətirilmiş oranjereya bitkisini saman
çöpünə keçirib tarla otu təsvir etmək istəyəndə miss Pozi özündən çıxır.
Zarafatla ondan soruşdum ki, bu rola Lenman Tompson yarayar, ya yox?
“Yox, - dedi, - nə onu, nə Con Dıyumu, nə də Cim Korbeti istəyirəm,
1
Antreprenyor - şəxsi teatr, sirk və s. saxlayan adam
2
Anqajement - müqavilə ile artist çağırılması
159
downloaded from KitabYurdu.org
O.HENRİ
tumepsi tumiketdən ayıra bilməyən bu payızbülbüllərinin heç biri
mənə lazım deşyıl. Qəlp şeyə ehtiyac yoxdur”. Məsələ belədir,
əzizim, Sol Heytoseri oynamaq istəyirsinizsə, miss Kerinq- tonu
inandırmağa çalışın. Sizə uğur diləyirəm.
Növbəti gün Haysmis artıq qatarla Kranberi Komersə yola
düşmüşdü. O, bu ucqar və danxdıncı yerdə üç gün qaldı. Axta- nb
Boqslan tapdı, bu soyun üçüncü və dördüncü nəsli də daxil olmaqla
bütün tarixini su kimi əzbərlədi. O, Kranberi Komersin tarixini və
yerli koloritini də diqqətlə öyrəndi. Kənd miss Kerinqtona çata
bilməmişdi. Haysmisin fikrinə görə, səhnədə deyilən “o vaxtdan dörd
il keçib” sözlərində olduğu kimi, Terpsixora kahinəsi də buradan
xeyli vaxt uzaqlaşmışdı və getdiyi müddət ərzində kənddə çox az
dəyişikliklər olmuşdu. Kranberi Komers çalannı xamelyona uyğun
şəkildə qəbul edən Haysmis elə xamelyona çevrilmiş halda da şəhərə
qayıtdı.
Hər şey balaca zirzəmidə baş verdi... Məhz burada Haysmis öz
aktyor sənəti ilə parlamağa müvəffəq oldu. Əhvalatın yerini
dəqiqləşdirməyə ehtiyac yoxdur: “Kralın hamam xalatı” tamaşası
qurtardıqdan sonra miss Pozi Kerinqtonu görmək üçün yalnız bir
zirzəmi mövcuddur.
Burada olanlann hamısının diqqəti masalardan birinin arxa-
sındakı balaca bir dəstədə idi. Qaydaya görə zərif, cazibədar,
tündxasiyyət, qəşəng, şan-şöhrətdən nəşələnmiş miss Kerinqtonu
birinci qeyd etmək lazımdır. Sonra gur səsli, qıvnmsaç, yöndəmsiz,
hansı möcüzə nəticəsindəsə pəncəsi ilə kəpənək tutmağı bacarmış ayı
kimi narahat her Qpldşteyni. Növbəti adam isə mətbuata xidmət
göstərən, kədərli, daim ayıq-sayıq, ona müradətlə söylənilən bir
ifadəni korrespondensiya üçün mümkün hesab edən bir şəxs idi. Ən
nəhayət, adı restoran hesablannın tərs üzündə qızıl təki parlayan, saç
düzümü nəzəri cəlb edən cavan bir oğlan. Onlar masa arxasında
oturmuşdular; musiqiçilər çalır, xidmətlərinə ehtiyacı olanlann
hamısına dəyişməz qaydada arxasını çevirmiş lakeylər isə öz çətin
vəzifələrini yerinə yetirmək naminə ora-bura vurnuxurdular. Bütün
bunlar səkidən doqquz fut aşağıda baş verdiyindən, adama xoş təsir
bağışlayırdı.
160
downloaded from KitabYurdu.org
ZİRZƏMİ VƏ QIZILGÜL
On bir qırx beşdə zirzəmiyə bir nəfər də gəldi. Birinci skripka lya
əvəzinə iya bemolu çaldı; klamet zəngulələrin ortasında xoruz buraxdı; miss
Kerinqton fisıldadı, saç düzümü diqqəti çəkən oğlan isə zeytun tumunu
uddu.
Yenicə gələn şəxsin görkəmi qəribə və kəndçisayağı idi. Arıq,
yöndəmsiz, kətan rəngli saçları olan bu cavan oğlan ağzıaçıq vəziyyətdə
işığın və adamlann bolluğundan ağlını itirib qalmışdı. Qoz qabığı rəngli
kostyum geyinmiş, açıq-mavi qalstuk taxmışdı. Kostyumun qollanndan dörd
düym aşağıda anq əlləri, şalvarın altından isə elə bu məsafədə ayağına
geyindiyi ağ corabları nəzəri cəlb edirdi. O, stulun birini yerindən tərpədib o
birisinə oturdu, qıçını masanın ayağına ilişdirib, ona yaxınlaşan lakeyin
üzünə baxaraq yaltaqcasına gülümsədi.
-
Mənə bir stəkan imbir pivəsi, - o, ofisiantın nəzakətli müraciətinə
cavab olaraq dedi.
Zirzəmidəkilərin hamısının baxışı yad adama dikilmişdi. O, qırmızı
turp kimi təzə və dırmıq kimi sadə idi. Gözlərini bərəldib ətrafı elə nəzərdən
keçirdi ki, sanki, donuzlar kartof ləkinə soxulmuşdular. Nəhayət, baxışlan
miss Kerinqtonun üzərində dayandı. O, xoş təəssüratdan pörtərək ayağa
qalxdı və gülümsəyə-gülümsəyə qızın masasına yaxınlaşdı.
-
Necəsiniz, miss Pozi? - gerçəkliyi bir şübhə doğurmayan ləhcə ilə
soruşdu. - Yoxsa məni tanımadınız? Mən Bili Samer- səm, Samersləri
xatırlayırsınız, dəmirçixananın arxasında yaşayırdılar? Aydın məsələdir ki,
siz Kranberi Kornersdən getdiyiniz müddət ərzində bir az böyümüşəm.
Bilirsiniz, Liza Perri deyirdi ki, şəhərdə sizinlə görüşə bilərəm. Axı Liza
Ben Stanfildə ərə getdi. O deyir ki...
-
Nə danışırsınız? - miss Pozi cəld onun sözünü kəsdi. - Liza Perri
ərə gedib? O cür çillərlə?!
-
İyunda gedib, - qeybətdl gülümsədi. - İndi o, qədim Tatam-Pleysdə
yaşayır. Xem Rayli isə dindar olub. Qoca miss Blizers evini kapitan
Spunerə satıb; Voterslərin kiçik qızı musiqi müəlliminə qoşulub qaçıb; mart
ayında isə məhkəmə binası yandı; əminiz Vaylı konstebl seçdilər; Matilda
Hoskins əlinə iynə keçirib özünü öldürdü. Tom Bidl isə Saili Lazropa
girişib,
161
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |