O.HENRİ
boyanmış kostyumunu, ağ köynəyini, yaxalığını geyindi və sadəlik
sevən adama layiq alt paltarlannı xalçadan tikilmiş yol çantasına
qoydu. Mismardan asılmış seçmə tüfəngini götürdü, amma ah
çəkərək qaytanb yerindən asdı. Qisası Kemberlenddə tərifəlayiq və
əxlaqa uyğun hərəkət hesab etsələr də, Nyu- Yorkda Brodvey
göydələnləri arasında, günün günortaçağı kiminsə ovuna çıxılmasının
necə qarşılanacağı məlum deyildi. Uzun müddət komodun yeşiyində
yatıb qalmış köhnə, lakin etibarlı kolt mərkəzi şəhərlərdə vendetta
etmək üçün ən münasib silah idi. Sem tapançanı və dəri qında
yerləşdirdiyi ov bıçağını yol çantasına qoydu. Qatınn belində
dəmiıyol stansiyasına yola düşərkən sidr meşəsinin yaxınlığında
çevrilib kədərli nəzərlərlə Foluellərin ailə qəbiristanlığına,
şamağacından düzəldilmiş ağ başdaşılanndakı yazılara baxdı.
Foluel axşamdan bir az keçmiş Nyu-Yorka çatdı. O hələ də
dairəvi hərəkətdə olan təbiətin qanunlarına tabe olduğu üçün
qaranlığa qərq olmuş, qəlbini və beynini qapamağa, digər qur- banlan
kimi onu da ştamplamağa hazır böyük şəhərin iri, amansız, iti və sərt
döngələrini əvvəlcə hiss etmədi. Kebmen sərnişinlərin arasında Semi
qamar!adı. Bir vaxtlar o, qoz ağacından yarpaqla birgə düşən qozlan
belə qamarlayardı. Keb onu çəkmələrinə və xalçadan tikilmiş yol
çantasına uyğun mehmanxanaya apardı.
Səhər Foluellər ailəsinin sonuncu nümayəndəsi Haıknesslərin
sonuncusunun gizləndiyi şəhərə gəzintiyə çıxdı. Koltu pencəyinin
altına soxub, dar kəmərlə bərkitdi; ov bıçağı yaxalığından yanm
düym aşağı kürəyinin arasında asılmışdı. Ona yalnız bir şey məlum
idi - Kol Harkness bu şəhərdə faytonla gəzir və Sem Foluel onu
öldürməlidir. Beləliklə, səkiyə çıxan kimi gözlərini qan tutdu və ürəyi
intiqam hissi ilə alışıb-yanmağa başladı.
Mərkəzi küçələrin səs-küyü onu bir az da irəli getməyə sövq
etdi. Ona elə gəlirdi ki, Frankfurt, yaxud Lorel-sitidə olduğu kimi,
pencəksiz, bir əlində pivə parçı, digərində isə qırmanc tutmuş Kolu
indicə küçədə görəcək. Lakin artıq bir saat keçməsinə baxmayaraq,
Kol hələ də rastına çıxmamışdı. Bəlkə də, o, Semi pəncərədən, ya da
qapı arxasından güllə ilə vurmaq üçün
156
downloaded from KitabYurdu.org
DAİRƏNİN KVADRATI
pusqu qurmuşdu. O, bir müddət bütün qapı və pəncərələri diqqətlə nəzərdən
keçirdi.
Günortaya yaxın şəhər Semlə it-pişik oyunundan yorulduğundan onu
öz düz xətləri arasında möhkəmcə sıxdı. Sem Foluel şəhərin iki böyük xətt
boyunca uzanan nəqliyyat yolunun kəsişdiyi yerdə dayandı. O, dörd tərəfinə
baxıb öz orbitindən çıxaraq, ruletkalann və dərəcələrin köməyi ilə müxtəlif
sahələrə bölünmüş, düzbucaqlı müstəviyə çevrilmiş planetimizi gördü.
Bütün canlı məxluqlar sistemə salınmış, sərhədlərlə hüdudlan- mış yollar,
cığırlar, relslər boyunca hərəkət edirdilər. Həyatın rişəsi üçüncü dərəcədən
alınmış kök, ölçüsü kvadratın ölçüsü idi. İnsanlar sıra ilə yanından keçir,
səs-küydən qulaq tutulurdu.
Sem daş binanın sivri tininə söykəndi. Yanından minlərlə yad adam
ötür, heç kəs ona fikir vermirdi. Ona elə gəldi ki, artıq ölüb, kabusa çevrilib
və heç kim onu görmür. Bu şəhər qəlbini tənhalıqdan doğan kədərlə
doldurdu.
Yoldan ötənlər arasından ayrılan kök bir adam ondan bir neçə addım
kənarda tramvay gözləməyə başladı. Sem hiss olunmadan ona yaxınlaşdı,
küçənin səs-küyünü batırmaq üçün qulağına ucadan dedi:
-
Rankis donuzlarının çəkisi bizimkilərdən ağırdır, çünki orada palıd
qozalan fərqlidir, bizimkilərdən yaxşıdır...
Gonbul cidam kənara çəkildi və qorxduğunu gizlətmək üçün
qızardılmış şabalıd aldı.
Sem hiss etdi ki, belə vəziyyətdə mütləq içmək lazımdır. Küçənin o
biri tərəfində kişilər hərlənən qapılardan harasa girib- çıxırdılar. Qapının
arasından şüşələr düzülmüş panltılı piştaxta görünürdü. Qisasçı yolu keçib
ora girməyə çalışdı. İncəsənət burada da tamaşalann məlum dairəsini
yaratmışdı. Semin əli qapı dəstəyini tapa bilmədi - o, əbəs yerə misdən üz
çəkilmiş düzbucaqlı palıd panel boyunca hərəkət etməyə çalışırdı. Qapının,
heç olmasa, balaca bir çıxıntısı da yox idi ki, yapışasan.
O, pərtlikdən qıpqırmızı olub özünü itirmiş halda qapıdan aralandı,
pilləkənin üstündə oturdu. Akasiyanın arxasından kimsə dəyənəklə
qabırğasına ilişdirdi.
-
Get buradan! - polis dedi. - Çoxdan burada veyllənirsən.
157
downloaded from KitabYurdu.org
O.HENRİ
Növbəti küçədəki qəfil fit səsindən Semin qulağı guruldadı. Geri
çevrilərkən yerfındığı qızardılan manqalın arxasından qaşqabaqla
baxan bir yaramazı gördü. Küçəni keçmək istəyəndə isə at
qoşulmamış, öküz səsinə oxşar səs çıxaran və his çəkmiş lampa iyi
verən nəhəng bir maşın yanından keçib dizini əzdi. Keb onun təkər
topuna ilişmişdi. Faytonçu işarə verdi ki, lütfkar- lıq belə hadisələr
üçün deyil. Bərkdən siqnal verən sürücünün həyatda ilk dəfə
faytonçu ilə həmrəy olduğu üzə çıxdı. İpək “şanjan” jaket geyinmiş
kök qadın dirsəyi ilə kürəyindən vurub onu itələdi, qəzetsatan oğlan
isə tələsmədən üstünə banan qabığı tullayaraq onun haqqında qərar
çıxardı: “İstəməsən belə, bu cür məqamı əldən buraxmaq olmaz!”
İşini qurtaran Kol Harkness faytonu talvann altında saxladı və
memarın cəsarətli ideyası əsasında təhlükəsiz ülgüc
1
formasında
tikilən binanın iti bucağı arxasına döndü. Elə bu vaxt yoldan tələsik
ötən adamların arasında bütün doğmalannın və yaxınlannın son qan
düşməni olan şəxsi gördü.
O, yerində quruyub qaldı və silahsız yaxalandığından ani olaraq
özünü itirdi. Lakin Sem Foluelin dağlılara məxsus iti gözləri artıq
onu almışdı.
Ani sıçrayışdan yoldan ötənlər kənara səpələndilər və o, azca
gözdən yayına bildi. Birdən Semin çığırtısı eşidildi:
- Xoş gördük, Kol! Səni görməyimə necə də şadaml Brodveyin
tinlərinin birində - Beşinci küçə ilə İyirmi üçüncü küçənin kəsişdiyi
yerdə Kemberlenddən olan qan düşmənləri bir-birinin əlini sıxdı.
1
İti bucağa malik “göydələn ütü”
158
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |