İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə48/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   44   45   46   47   48   49   50   51   ...   135

O.HENRİ 

doğularkən soyadım bu soyadlar siyahısına daxil olub. Bütün bunları 

yalnız sizə deyirəm, mister Stekenpot... 

-

 



Parkensteker, - cavan oğlan ciddi şəkildə düzəliş verdi. 

-

 



...  mister  Parkensteker,  ona  görə  də  istəyirəm  ki, həyatımda, 

heç olmasa, bircə dəfə əsl adamla söhbət eləyim - elə bir adamla ki, 

mənfur  var-dövlətin  parıltısı,  ya  da,  necə  deyərlər,  “yüksək  ictimai 

mövqe”  onu  korlamayıb.  Ah,  siz  inanmazsınız  puldan  necə 

yorulmuşam  - daim pul, pull Ətrafımda olanlardan həmçinin  - hamı 

marionet  kimi  oyunbazlıq  edir,  özü  də  eyni  tərzdə.  Əyləncələrdən, 

brilyantlardan, gəzintilərdən, hər cür təmtəraqdan bezmişəm. 

-

 



Lakin mən həmişə düşünmüşəm ki, - cavan oğlan qətiyyətsiz 

şəkildə söylədi, - pul heç də pis şey deyil. 

-

 

Lazım qədər vəsaitin olması, əlbəttə, yaxşıdır. Amma adamın 



milyonlarla  pulu  olanda...  -  qız  fikrini  ümidsiz  şəkildə  tamamladı.  - 

Yeknəsəqlik,  ətalət...  bütün  bunlar  insana  kədər  aşılayır.  Gəzintilər, 

nahar məclisləri, teatrlar, ballar, şam yeməkləri - hamısı zənginliyin 

qızıl  suyuna  salınıb. Bəzən  şampan qədəhinə  salınan buzun  çırtıltısı 

belə məni dəli edir. 

Adama elə gəlirdi ki, mister Parkensteker qıza səmimi şəkildə və 

maraqla qulaq asır. 

-

 



Varlılann  həyatı  və  yüksək  cəmiyyət  barədə  oxumağı  və 

onlarla  bağlı  söhbətlərə  qulaq  asmağı  həmişə  xoşlamışam,  -  oğlan 

danışmağa başladı.  - Görünür, mən bir qədər sno- bam

1

. Amma hər 



şey barədə dəqiq məlumat almağı sevirəm. Mənim təsəvvürümə görə

şampanı butulkada soyumağa qoyurlar, qədəhə buz salmırlar. 

Qızın gülüşü lətafətli alındı  - görünür, oğlanın iradı onun kefini 

açmışdı. 

-

 

Hər  halda,  nə  vaxtsa  sizə  məlum  olacaq  ki,  -  qız  yumşaq 



tərzdə  izah  etdi,  -  biz  -  tənbəl  zümrənin  adamlan  ənənələri  tez-  tez 

pozaraq  əylənirik.  Buzu  şampanın  içinə  salmaq  son  vaxtlar  dəbə 

düşüb. Bu ədabazlıq ilk dəfə tatar knyazının gəlişi şərəfinə Uoldorfda 

verilən nahar məclisində edildi. Amma tezliklə bu 

1

 Snob - aristokrat cəmiyyətin zövq və ədalarım kor-koranə təqdim etməyə çalışan adam 

150 

downloaded from KitabYurdu.org




AVTOMOBİL GÖZLƏYƏRKƏN 

şıltaqlığı  başqa  bir  şey  əvəz  edəcək.  Bir  həftə  əvvəl  Medisonda  təşkil 

olunmuş  ziyafətdə  hər  qab-qacaq  dəstinin  yanına  yaşıl  rəngli  layka  əlcək 

qoyulmuşdu ki, zeytun yeyərkən ondan istifadə olunsun. 

-

 

Hə, - cavan oğlan itaətkarlıqla etiraf etdi, - yüksək zümrənin intim 



dairələrinin  bütün  bu  təfərrüatı  və  əyləncələri  geniş  ictimaiyyətə  məlum 

deyil. 


-

 

Hərdən...  -  qız  onun  öz  avamlığını  etiraf  etməsini  yüngül  baş 



hərəkəti ilə təsdiqləyib sözünə davam etdi, - hərdən düşünürəm ki, kaş aşağı 

zümrədən  olan  bir  adamı  sevə  biləydim.  Amma  zəhmətkeş  olsun,  tüfeyli 

yox.  Şübhəsiz,  zənginliyin  və  nəcibliyin  tələbləri  mənim  meylimdən 

güclüdür;  məsələn,  indi  iki  nəfər  məni  təngə  gətirib.  Onlardan  biri  alman 

knyazlığının hersoqudur. Mənə elə gəlir ki, o ya evlidir, ya da evli olub və 

arvadını  öz  azğınlığı,  qəddarlığı  ilə,  az  qala,  dəli  eləyib.  Başqa  namizəd 

ingilis  markizidir.  Elə  zabitəli,  elə  qənaətcil  adamdır  ki,  məmnuniyyətlə 

hersoqun qəddarlığına üstünlük verərdim. Lakin bunları danışmağa məni nə 

məcbur edir, mister Pokens- teker? 

-

 



Parkensteker,  -  cavan  oğlan  zorla  eşidiləcək  tərzdə  kəkələyə-

kəkələyə dedi. 

Qız ictimai  mövqeləri arasındakı fərqə dəlalət  edəcək səviyyədə sakit, 

etinasız nəzərlərlə oğlana nəzər saldı. 

-

 

Peşəniz nədir, mister Parkensteker? - qız soruşdu. 



-

 

Çox ciddi peşəm vardır. Lakin həyatda daha çox şeyə nail olmağa 



çalışıram.  Aşağı  zümrədən  olan  adamı  sevə  biləcəyiniz  barədə  fikirləriniz 

ciddidirmi? 

-

 

Əlbəttə.  Amma  mən  “kaş  ki  sevə  biləydim”  söylədim.  Hersoq  və 



markizi  unutmayın.  Hə, adamın  özü  xoşuma  gələrsə,  onun  nə  kimi  peşəyə 

malik olmasının əhəmiyyəti yoxdur. 

-

 

Mən  işləyirəm,  -  mister  Parkensteker  bildirdi,  -  restoranların 



birində. 

Qız azca səksəndi. 

-

 

Yəqin ki, ofisiant deyilsiniz? - o, az qaıla, yalvarışla soruşdu. - Hər 



bir  zəhmət  fədakarlıq  tələb  edir,  lakin...  fərdi  xidmət,  başa  düşürsünüz, 

lakeylər və... 

151 

downloaded from KitabYurdu.org




O.HENRİ 

-Xeyr,  ofisiant  deyiləm.  Kassirəm...  -  Park  boyunca  uzanan 

üzbəüz  küçədə  “Restoran”  sözü  yazılmış  lövhədəki  elektrikli 

hərflərin işığı ətrafa yayılırdı. - Bax o restoranda kassir işləyirəm. 

Qız zərif əl işi olan bilərziylndəki bambalaca saata baxıb tələsik 

ayağa  qalxdı.  O,  kitabı  kəmərindən  asılmış  qəşəng,  kiçik  çantasına 

güdə yerləşdirə bildi. 

-

 



Nə üçün işdə deyilsiniz? - soruşdu. 

-

 



Bu  gün  gecə  növbəsindəyəm,  -  cavan  oğlan  dedi.  -  Mənim 

hələ  bir  saat  vaxtım  var.  Bu,  yəqin  ki,  bizim  sonuncu  görüşümüz 

deyil? Sizi görəcəyimə ümid bəsləyə bilərəmmi? 

-

 



Bilmirəm,  ola  bilsin.  Amma  bəlkə  də,  bir  daha  ərköyünlük 

etmədim.  Tələsməliyəm.  Məni  ziyafət  gözləyir,  sonra  da  teatr-  dakı 

loja - təəssüflər olsun ki, yenə də həmin qınlmaz mühit. Yəqin, bura 

gələrkən  parkın  yanında  -  tində  dayanan  avtomobili  görmüsünüz? 

Dümağ. 

-

 



Təkərləri də qırmızı? - cavan oğlan qaşlarını qaldıraraq fikirli 

halda soruşdu. 

-

 

Bəli.  Bura  həmişə  o  avtoda  gəlirəm.  Pyer  məni  yolda  göz-



ləyir.  O  elə  bilir  ki,  parkın  o  biri  tərəfindəki  mağazada  vaxtımı 

öldürürəm. Siz elə bir həyat yolu təsəvvür edirsiniz ki, bu yolda adam 

öz sürücüsünü də aldatmağa məcbur olsun! Sağlıqla qalın. 

-

 



Artıq  qaranlıq  düşüb,  -  mister  Parkensteker  dedi,  -  parkda  o 

qədər kobud adamlar var ki. İcazə verin, sizi ötürüm... 

-

 

Azca  da  olsa  istəyimlə  hesablaşırsınızsa,  -  qız  qətiyyətlə 



cavab  verdi,  -  mən  gedəndən  sonra  on  dəqiqə  bu  skamyadan 

qalxmayın.  Buna  görə  sizi  günahlandırmıram,  amma  hər  ehtimala 

qarşı  bilməlisiniz  ki,  avtomobillərdə  sahiblərinin  mono-  qramı  olur. 

Bir daha salamat qalın. 

Qız  tələsik  və  vüqarla  addımlayaraq  küçənin  qaranlığında 

gözdən itdi. Parkdan çıxıb avtomobil dayanan tinə çatana qədər oğlan 

arxadan qızın yaraşıqlı vücudunu seyr etdi. Sonra tərəddüdsüz və qızı 

xəyanətkarcasına  təqib  edərək  bir  saniyə  gözdən  qoymadan  paralel 

yolla ağadann, kolların arxasında gizlənə- gizlənə getməyə başladı. 

Qız tinə çatarkən ağ avtomobilə san çevrilib ona ani nəzər saldı 

və yanından ötüb yolu keçdi. Kebin arxasında gizlənən 

152 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə