İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə50/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   46   47   48   49   50   51   52   53   ...   135

O.HENRİ 

boyanmış  kostyumunu,  ağ  köynəyini,  yaxalığını  geyindi  və  sadəlik 

sevən  adama  layiq  alt  paltarlannı  xalçadan  tikilmiş  yol  çantasına 

qoydu.  Mismardan  asılmış  seçmə  tüfəngini  götürdü,  amma  ah 

çəkərək  qaytanb  yerindən  asdı.  Qisası  Kemberlenddə  tərifəlayiq  və 

əxlaqa  uyğun  hərəkət  hesab  etsələr  də,  Nyu-  Yorkda  Brodvey 

göydələnləri arasında, günün günortaçağı kiminsə ovuna çıxılmasının 

necə qarşılanacağı məlum deyildi. Uzun müddət komodun yeşiyində 

yatıb  qalmış  köhnə,  lakin  etibarlı  kolt  mərkəzi  şəhərlərdə  vendetta 

etmək  üçün  ən  münasib  silah  idi.  Sem  tapançanı  və  dəri  qında 

yerləşdirdiyi  ov  bıçağını  yol  çantasına  qoydu.  Qatınn  belində 

dəmiıyol  stansiyasına  yola  düşərkən  sidr  meşəsinin  yaxınlığında 

çevrilib  kədərli  nəzərlərlə  Foluellərin  ailə  qəbiristanlığına, 

şamağacından düzəldilmiş ağ başdaşılanndakı yazılara baxdı. 

Foluel  axşamdan  bir  az  keçmiş  Nyu-Yorka  çatdı.  O  hələ  də 

dairəvi  hərəkətdə  olan  təbiətin  qanunlarına  tabe  olduğu  üçün 

qaranlığa qərq olmuş, qəlbini və beynini qapamağa, digər qur- banlan 

kimi onu da ştamplamağa hazır böyük şəhərin iri, amansız, iti və sərt 

döngələrini əvvəlcə hiss etmədi. Kebmen sərnişinlərin arasında Semi 

qamar!adı. Bir vaxtlar o, qoz ağacından yarpaqla birgə düşən qozlan 

belə  qamarlayardı.  Keb  onu  çəkmələrinə  və  xalçadan  tikilmiş  yol 

çantasına uyğun mehmanxanaya apardı. 

Səhər  Foluellər  ailəsinin  sonuncu  nümayəndəsi  Haıknesslərin 

sonuncusunun  gizləndiyi  şəhərə  gəzintiyə  çıxdı.  Koltu  pencəyinin 

altına  soxub,  dar  kəmərlə  bərkitdi;  ov  bıçağı  yaxalığından  yanm 

düym  aşağı kürəyinin arasında  asılmışdı.  Ona  yalnız  bir  şey  məlum 

idi  -  Kol  Harkness  bu  şəhərdə  faytonla  gəzir  və  Sem  Foluel  onu 

öldürməlidir. Beləliklə, səkiyə çıxan kimi gözlərini qan tutdu və ürəyi 

intiqam hissi ilə alışıb-yanmağa başladı. 

Mərkəzi  küçələrin  səs-küyü  onu  bir  az  da  irəli  getməyə  sövq 

etdi.  Ona  elə  gəlirdi  ki,  Frankfurt,  yaxud  Lorel-sitidə  olduğu  kimi, 

pencəksiz,  bir  əlində pivə  parçı,  digərində  isə  qırmanc tutmuş  Kolu 

indicə  küçədə  görəcək.  Lakin  artıq  bir  saat  keçməsinə  baxmayaraq, 

Kol hələ də rastına çıxmamışdı. Bəlkə də, o, Semi pəncərədən, ya da 

qapı arxasından güllə ilə vurmaq üçün 

156 

downloaded from KitabYurdu.org




DAİRƏNİN KVADRATI 

pusqu qurmuşdu. O, bir müddət bütün qapı və pəncərələri diqqətlə nəzərdən 

keçirdi. 

Günortaya  yaxın  şəhər  Semlə  it-pişik  oyunundan  yorulduğundan  onu 

öz düz xətləri arasında möhkəmcə sıxdı. Sem Foluel şəhərin iki böyük xətt 

boyunca uzanan nəqliyyat yolunun kəsişdiyi yerdə dayandı. O, dörd tərəfinə 

baxıb öz orbitindən çıxaraq, ruletkalann və dərəcələrin köməyi ilə müxtəlif 

sahələrə  bölünmüş,  düzbucaqlı  müstəviyə  çevrilmiş  planetimizi  gördü. 

Bütün  canlı  məxluqlar  sistemə  salınmış,  sərhədlərlə  hüdudlan-  mış  yollar, 

cığırlar, relslər  boyunca  hərəkət  edirdilər.  Həyatın  rişəsi  üçüncü  dərəcədən 

alınmış  kök,  ölçüsü  kvadratın  ölçüsü  idi.  İnsanlar  sıra  ilə  yanından  keçir, 

səs-küydən qulaq tutulurdu. 

Sem  daş  binanın  sivri  tininə  söykəndi.  Yanından  minlərlə  yad  adam 

ötür, heç kəs ona fikir vermirdi. Ona elə gəldi ki, artıq ölüb, kabusa çevrilib 

və  heç  kim  onu  görmür.  Bu  şəhər  qəlbini  tənhalıqdan  doğan  kədərlə 

doldurdu. 

Yoldan  ötənlər  arasından  ayrılan  kök  bir  adam  ondan  bir  neçə  addım 

kənarda  tramvay  gözləməyə  başladı.  Sem  hiss  olunmadan  ona  yaxınlaşdı, 

küçənin səs-küyünü batırmaq üçün qulağına ucadan dedi: 

-

 



Rankis donuzlarının çəkisi bizimkilərdən ağırdır, çünki orada palıd 

qozalan fərqlidir, bizimkilərdən yaxşıdır... 

Gonbul  cidam  kənara  çəkildi  və  qorxduğunu  gizlətmək  üçün 

qızardılmış şabalıd aldı. 

Sem  hiss  etdi  ki,  belə  vəziyyətdə  mütləq  içmək  lazımdır.  Küçənin  o 

biri  tərəfində  kişilər  hərlənən  qapılardan  harasa  girib-  çıxırdılar.  Qapının 

arasından  şüşələr  düzülmüş  panltılı  piştaxta  görünürdü.  Qisasçı  yolu  keçib 

ora  girməyə  çalışdı.  İncəsənət  burada  da  tamaşalann  məlum  dairəsini 

yaratmışdı. Semin əli  qapı  dəstəyini tapa bilmədi  - o, əbəs yerə  misdən üz 

çəkilmiş düzbucaqlı palıd panel boyunca hərəkət etməyə çalışırdı. Qapının, 

heç olmasa, balaca bir çıxıntısı da yox idi ki, yapışasan. 

O,  pərtlikdən  qıpqırmızı  olub  özünü  itirmiş  halda  qapıdan  aralandı, 

pilləkənin  üstündə  oturdu.  Akasiyanın  arxasından  kimsə  dəyənəklə 

qabırğasına ilişdirdi. 

-

 

Get buradan! - polis dedi. - Çoxdan burada veyllənirsən. 



157 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Növbəti küçədəki qəfil fit səsindən Semin qulağı guruldadı. Geri 

çevrilərkən  yerfındığı  qızardılan  manqalın  arxasından  qaşqabaqla 

baxan  bir  yaramazı  gördü.  Küçəni  keçmək  istəyəndə  isə  at 

qoşulmamış,  öküz  səsinə  oxşar  səs  çıxaran  və  his  çəkmiş  lampa iyi 

verən  nəhəng  bir  maşın  yanından  keçib  dizini  əzdi.  Keb  onun  təkər 

topuna  ilişmişdi.  Faytonçu  işarə  verdi  ki,  lütfkar-  lıq  belə  hadisələr 

üçün  deyil.  Bərkdən  siqnal  verən  sürücünün  həyatda  ilk  dəfə 

faytonçu ilə həmrəy olduğu üzə çıxdı. İpək “şanjan” jaket geyinmiş 

kök qadın dirsəyi ilə kürəyindən vurub onu itələdi, qəzetsatan oğlan 

isə  tələsmədən  üstünə  banan  qabığı  tullayaraq  onun  haqqında  qərar 

çıxardı: “İstəməsən belə, bu cür məqamı əldən buraxmaq olmaz!” 

İşini  qurtaran  Kol  Harkness  faytonu  talvann  altında  saxladı  və 

memarın  cəsarətli  ideyası  əsasında  təhlükəsiz  ülgüc

1

  formasında 



tikilən binanın iti bucağı arxasına döndü. Elə bu vaxt yoldan tələsik 

ötən  adamların  arasında bütün  doğmalannın  və  yaxınlannın  son qan 

düşməni olan şəxsi gördü. 

O, yerində quruyub qaldı və silahsız yaxalandığından ani olaraq 

özünü  itirdi.  Lakin  Sem  Foluelin  dağlılara  məxsus  iti  gözləri  artıq 

onu almışdı. 

Ani  sıçrayışdan  yoldan  ötənlər  kənara  səpələndilər  və  o,  azca 

gözdən yayına bildi. Birdən Semin çığırtısı eşidildi: 

- Xoş gördük, Kol! Səni görməyimə necə də şadaml Brodveyin 

tinlərinin birində - Beşinci küçə ilə İyirmi üçüncü küçənin kəsişdiyi 

yerdə Kemberlenddən olan qan düşmənləri bir-birinin əlini sıxdı. 

1

 İti bucağa malik “göydələn ütü” 



158 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə