İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə58/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   54   55   56   57   58   59   60   61   ...   135

O.HENRİ 

2. DAĞILAAIŞ TREST 

-

 

Trestin özünəməxsus zəif nöqtəsi var, - Cef Piters dedi. 



-

 

Bu  fikir  lap...  -  mən  dedim,  -  "Nə  üçün  dünyada  polislər 



vardır?” sualı kimi mənasız görünür. 

-

 



Xeyr,  xeyr,  - Cef  dedi.  -  Polislə trest  arasında  ümumi heç  nə 

yoxdur.  Mənim  söylədiyim  epiqramdır...  məğzdir...  yaxud  necə 

deyərlər,  kvintessensiyadır

1

.  Bu  trest  yumurtaya  oxşayıb' 



oxşamamasından asılı olmayaraq hansı mənanı daşıyır? Yumur- tanı 

sındırmaq  üçün  qabığını  döyəcləyirsən.  Lakin  tresti  yalnız  içindən 

dağıtmaq mümkündür. Otur və quş balasının qabığı içəridən nə vaxt 

dağıdacağını  gözlə.  Bir  diqqət  edin,  yenicə  təşkil  edilmiş  kollec  və 

kitabxanalardan  ayrılmış  balalar  bütün  ölkə  boyunca  necə 

civildəşirlər.  Bəli,  ser,  hər  trest  sinəsində  öz  ölümünün  toxumunu 

gəzdirir.  Bu,  Corciya  ştatında  zənci-metodistlərin  qopardığı 

mərəkənin  lap  yaxınlığında  xoruzun  ban-  lamaq  istəməsinə,  ya  da 

respublika 

partiyasının 

üzvünün 

Texas 


qubematoriuğuna 

namizədliyini irəli sürməsinə bənzəyir. 

Zarafatla  Cefdən  soruşdum  ki,  ona  rəngbərəng,  zolaqlı,  dama-

dama  və  xal  vurulmuş  karyerası  dövründə  "trest”  adı  verilmiş 

təşkilata  rəhbərlik  etmək  nəsib  olmayıb  ki?!  Təəccübümə  səbəb  ola 

biləcək bir günahını etiraf etdi. 

-

 

Yalnız  bir  dəfə,  -  dedi,  -  və  heç  vaxt  Nyu-Cersi  ştatının 



möhürü  doğmalannı  qanuni  şəkildə  soymağa  imkan  verən  bu  cür 

mötəbər  və  həqiqi  sənədi  təsdiq  etməmişdi.  Hər  şey  bizim 

ixtiyanmızda idi  -  su, hava,  polis,  səbir  və  istehlakçılara  son  dərəcə 

gərəkli olan dəyərli ərzaqlara bölünməz monopoliya. Monopoliya və 

trestlərin  düşmənlərindən  heç  kim  bizim  müəssisədə  nöqsan  tapa 

bilməzdi.  Rokfellerin  kiçik  neft  finldaqlan  ONUNLA  müqayisədə 

miskin  kerosin  dükanı  kimi  görünürdü.  Lakin  bütün  bunlara 

baxmayaraq, biz yandıq. 

-

 

Yəqin, gözlənilməz əngəllər meydana çıxdı? - soruşdum. 



1

 Kvintessensiya - nəyinsə mahiyyəti 

180 

downloaded from KitabYurdu.org




ALİCƏNAB DƏLƏDUZ 

-Xeyr,  ser,  hər  şey  söylədiyim  kimi  oldu.  Biz  özümüzü  məhv  etdik. 

AlbertTenninson dediyi kimi: ud özü çatlaq

1

 imiş. 



Xatırlayırsınızsa, Endi Takkerlə bir neçə il birlikdə işlədiyimiz barədə 

danışmışdım. Endi bütün hərbi kələklərə bələd olan təcrübəli, dahi bir adam 

idi.  Başqalarının  dollarlannı  qənimət  kimi  mənimsəyə  bilmirdisə,  bunu 

özünə təhqir hesab edirdi. O, təhsil görmüşdü, bundan savayı, xeyli səmərəli 

məlumata  malik  idi.  Kitablardan  zəngin  təcrübə  əldə  etmişdi,  ideya  və 

cürbəcür  mübahisəli  məsələlərlə  bağlı  istənilən  mövzuda  saatlarla  danışa 

bilərdi.  Elə  bir  fırıldaq  iş  yox  idi  ki,  onu  sınaqdan  keçirməsin.  Doğulduğu 

Fələstin  barədə  mühazirədən,  Atlantik-sitidə  sehrli  fonərin  köməyi  ilə 

paltarbiçənlərin  illik  toplantısının  şəklini  göstərməkdən  başlamış 

Konnektikutda  dəniz  suyundan,  ceviz-  dən  çəkilmiş  saxta  ağac  spirtinə 

kimi. 

Bir  dəfo  yaz  vaxtı  necə  oldusa,  qısa  müddətə  yolumuz  Meksikaya 



düşdü. Filadelfiyalı bir kapitalist Çixuaxuadakı  mədən gümüşünün yansına 

görə  bizə  iki  min  beş  yüz  dollar  pul  ödədi.  Bəli,  belə  gümüş  mövcud  idi. 

İşlər öz axan ilə gedirdi. Gümüşün qalan yansının haqqı isə ya iki, ya da üç 

min  dollar  təşkil  edirdi.  Sonralar  düşünürdüm:  görəsən,  bu  gümüş  kimə 

məxsus idi? 

Endi ilə Birləşmiş Ştatlara qayıtdıqdan sonra Texasda balaca bir şəhərə 

rast gəldik. O, Rio-Qrandanın sahilində yerləşirdi. “Quş Şəhəri” adlansa da, 

orada  heç  bir  quş  yaşamırdı.  İki  min  əhalisi  var  idi,  əksəriyyəti  də  kişi. 

Fikrimcə, onların dolanışıqla- nnı təmin edən əsas vasitə şəhərin ətrafındakı 

sıx çaporal kollan idi. Sakinlərin bəziləri maldar, bəziləri qumarbaz, bəziləri 

at  dəllalı  idi,  bəziləri  isə  -  belələri  çoxluq  təşkil  edirdi  -  qaçaqmalçılıqla 

məşğul  olurdu.  Endiylə  elə  bir  mehmanxanaya  düşdük  ki,  bura  kitab  şkafı 

ilə  koma  arasında  orta  bir  şeyi  xatırladırdı.  Yenicə  çatmışdıq  ki,  yağış 

başladı.  Necə  deyərlər,  Nuh  Ağrı  dağına  qalxıb  bütün  səma  kranlarını 

açmışdı. 

Endi ilə içən olmasaq da, şəhərdə üç içkixananın foaliyyət göstərdiyini 

bilirdik,  şəhər  sakinləri  bütün  günü  gecəyansına-  dək  üçbucaqlı  xətt 

boyunca  içkixanaların  birindən  o  birinə  keçirdi.  Onlann  hər  biri  pullannı 

necə xərcləyəcəyini gözəl bilirdi. 

1

 

"Udda çat” - Albert Tennisonun “Merlin” poemasında məşhur ibarə 

181 


downloaded from KitabYurdu.org


O.HENRİ 

Üçüncü gün yağış azca dayandı, palçıqlı təbiəti seyr etmək üçün 

Endi  ilə  şəhərə  yollandıq.  Quş  Şəhəri,  Rio-Qranda  ilə  əvvəllər  çay 

axan  enli  və  dayaz  bir  dərənin  arasında  salınmışdı.  Çayın  suyu 

yağışlardan çoxaldığı üçün indi onu köhnə məcrasından ayıran torpaq 

bənd  tamamilə  suyun  altında  qalmışdı.  Endi  uzun  müddət  torpaq 

bəndi  seyr  etdi.  Bu  adamın  ağlı  heç  vaxt  onu  aldatmırdı.  Yerindən 

tərpənmədən ağlına gələn ideyanı mənə də dedi. Bax trestin əsası elə 

bu  zaman  qoyuldu.  Sonra  isə  şəhərə  qayıdıb  ideyanı 

gerçəkləşdirməyə başladıq. 

Əvvəlcə  “Mavi  ilan”  adlanan  baş  saluna  yollanıb  onu  öz 

mülkiyyətimizə  keçirdik.  Bu,  bizə  min  iki  yüz  dollara  başa  gəldi. 

Sonra  isə  meksikalı  Conun  barına  baş  çəkib  havadan-sudan  danışa-

danışa söhbətarası bu ban beş yüz dollara ala bildik. 

Səhər  yuxudan  oyanan  Quş  Şəhəri  özünün  adaya  çevrildiyinin 

şahidi  oldu.  Çay  torpaq  bəndi  yanb  köhnə  məcrasına  qovuşmuşdu; 

bütün şəhər uğultulu su axını ilə əhatə olunmuşdu. Yağış dayanmadan 

yağırdı; şimal-qərb istiqamətində gözə dəyən buludlar yaxın iki həftə 

ərzində altı ortaillik çöküntüdən xəbər verirdi. Lakin əsl fadə qarşıda 

idi. 


Quş Şəhəri yuvasından uçub qanadlannı silkələdi və bütün şəhər 

içki ardınca yollandı. Vayl Mekslkalının ban bağlıdır, digər xilasedid 

məntəqələr  də  həmçinin.  Təbii  ki,  hamının  ağzından  heyrət  və 

yanğının  doğurduğu  eyni  çığırtı  eşidilir  və  şəhər  sakinləri  elliklə 

“Mavi  ilan”a  san  yüyürdülər.  Bəs  onlar  “Mavi  ilan”da  nəyin  şahidi 

oldular? Səkkizayaqlı istismarçı spruta

1

 bənzər piştaxtanın bir ucunda 



sağında və solunda kolt

2

  tutan Cef  Piter  oturub  və qalığı  ya dollarla, 



ya  da  güllə  İlə  qaytarmağa  hazır  vəziyyətdədir.  Müəssisədə  üç 

barmen,  divarda  isə  on  fut  uzunluqda  lövhə  gözə  dəyir.  Lövhədə 

yazılıb:  “Hər  içkinin  qiyməti  bir  dollar”.  Endi  odadavamlı  kassanın 

arxasında  əyləşib:  əynindəki  göy  rəngli  kostyum,  damağındakı  əla 

növ siqar gözləmə mövqeyində olduğundan xəbər verir. Yanında iki 

polis nəfəri olan polis rəisi də buradadır: trest onlara havayı içki vəd 

edib. 

Bəli, ser, bir dəqiqə keçməmiş Quş Şəhəri anladı ki, qəfəsin 



1

 Sprut - deniz heyvam 

2

 Kolt - xüsusi sistemə malik tapança, yaxud pulemyot 

182 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə