İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə55/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   51   52   53   54   55   56   57   58   ...   135

MEDORANIN OĞURLANMASI 

-

 



Dori,  -  dedi,  -  nə  üçün  sifətini  tabaşirə  və  qırmızı  boyaya 

bulamısan? 

Medora əlini irəli uzatdı. 

-

 



Çox  gecdir,  -  qız  təntənəli  şəkildə  dedi.  -  Qərar  qəbul  edilmişdir. 

Mən artıq o aləmə mənsubam. Əgər istəyirsinizsə, məni lənətləyə bilərsiniz. 

Bu,  sizin  haqqınızdır.  Məni  azad  buraxın,  seçdiyim  yolu  getməyə  imkan 

verin.  Qoy  doğmalarım  bir  də  adımı  tutmasınlar.  Nə  qədər  ki  nəşə 

burulğanında  dolaşıb  bohemanın  parıltılı,  lakin  boş  həyatını  yaşayacağam, 

hərdən mənim üçün dua edərsiniz. 

-

 

Dəsmalı götür, Dori,  - Hoskins dedi, - üzünü sil. Məktubunu alan 



kimi  yola  çıxdım.  Sənin  bu  rəssamlığın  yaxşı  heç  nə  vəd  etmir.  Axşam 

qatarına iki bilet almışam. Tez əşyalarını çamadana yığ. 

-Taleyimlə mübarizə aparmaq gücündə deyiləm, Biriya. Nə qədər ki bu 

mübarizədə tam qüvvədən düşməmişəm, çıx get. 

-

 

Bu  molbert  necə  yığılır,  Dori?  Əşyalarını  yığ  da,  axı  qatar  yola 



düşənə  kimi  hələ  nahar  da  etməliyik.  Ağcaqayın  ağadan  çiçəkləyib,  Dori, 

özün görəcəksən. 

-

 

Doğrudan, çiçəkləyib, Biriya? 



-

 

Özün  görəcəksən,  Dori!  Səhər  günəşinin  şüaları  altında  lap  yaşıl 



dənizə oxşayırlar. 

-

 



Ah, Biriya! 

Qız vaqonda birdən soruşdu: 

-Təəccüblüdür, məktubumu aldığın halda nə üçün arxamca gəldin? 

-

 



Hə,  o  məktub  cəfəngiyatdır!  -  Biriya  dedi.  -  Mənə  kələk  gələ 

bilməzsən.  Sən  o  Bohemaya  necə  gedə  bilərdin  ki,  məktubunun  üstünə 

“Nyu-York” möhürü vurulmuşdu? 

171 


downloaded from KitabYurdu.org


O.HENRİ 

ALİCƏNAB DƏLƏDUZ 

(Hekayələr silsiləsi) 

1. CEF PİTERS FƏRDİ MAQNİT KİMİ 

Cef  Piters  müxtəlif  üsullarla  pul  qazanırdı.  Bu  üsullar  Cənubi 

Karolina  ştatının  Çarlston  şəhərinin  sakinlərinin  düyüdən  yemək 

hazırlamaq üçün istifadə etdikləri reseptlərdən az deyildi. 

Mən hər şeydən çox onun gəncliyi ilə bağlı hekayələri dinləməyi 

xoşlayıram;  o,  küçələrdə  maz  və  öskürəyə  qarşı  toz  alveri  edib, 

yanac-yantox  yaşayıb,  bütün  aləmlə  dostluq  edib  və  pulu  qurtarana 

kimi taleyi ilə “oryol-reşka” oyunu oynayıb. 

- Bir dəfə Arkanzasda Balıqçı Dağı qəsəbəsinə yolum düşmüşdü, 

-  o  danışırdı.  -  Əynimdə  maral  dərisindən  kostyum,  ayağımda 

mokasin,  barmağımda  Teksarkanda  bir  aktyordan  aldığım 

otuzkaratlıq  brilyant  üzük  vardı,  saçlarım  da  uzun  idi.  Bilmirəm 

üzüyə dəyişdiyi həmin db bıçağı o aktyorun nəyinə gərək idi. 

O  zaman  mən  məşhur  hind  şəfaveridsi  “doktor  Vof-Xu”  idim. 

Əlimdə  əzəmətli  “Xəstələri  dirçəldən  cövhəridən  başqa  heç  nə  yox 

idi.  Cövhər  həyatverid  otlardan  düzəldilmişdi,  Çokto  qəbiləsinin 

başçısının arvadı gözəl Ta-kva-la onu təsadüfən icad etmişdi. Gözəl 

qadın milli xörəyə - Qarğıdalı bayramı ərəfəsində hər il paylanılan it 

ətindən  hazırlanmış  soyutmaya  zinət  vermək  məqsədilə  göy-göyərti 

yığanda bu otlardan tapmışdı. 

Bu hadisədən əvvəl yaşadığım şəhərdə işlər yaxşı getmirdi; cəmi 

beş dollanm qalmışdı. Balıqçı Dağına yetişən kimi yolumu aptekdən 

saldım;  orada  mənə  borc  olaraq  qapaqlan  ilə  birlikdə  on  iki  ədəd 

səkkizunsiyalıq

1

 şüşə qab verdilər. Etiketlər və digər 



1

 Unsiya - 29,86 qr-a bərabər köhnə aptek ölçüsü 

172 

downloaded from KitabYurdu.org




ALİCƏNAB DƏLƏDUZ 

ləvazimatlar  çamadanımda  hazır  idi.  Mehmanxanada  kranından  su  gələn 

nömrə  tutandan  həyat  yenidən  mənə  gözəl  görünməyə  başladı.  “Xəstələri 

dirçəldən  cövhər”lə  dolu  butulkalar  qarşımdakı  masanın  üstündən  sıra  ilə 

düzülmüşdü. 

-

 



Bu, şarlatanlıq idimi? Xeyr, ser. Şüşə qablardakı təkcə su deyildi. 

Ona iki dollarlıq kinə və on sentlik anilin boyası qatmışdım. Çox illər sonra 

həmin  yerlərə  təzədən  getdiyim  zaman  adamlar  yenə  də  o  dərmandan 

verməyimi xahiş edirdilər. 

Həmin  axşam  araba  kirayə  edib  Baş  küçədə  alverə  başladım.  Balıqçı 

Dağı dağ adlansa da, malyariyanın tüğyan etdiyi bataqlıq ərazidə yerləşirdi; 

mən  diaqnoz  qoyurdum,  burada  əhali  məhz  ürək  və  xənazir  xəstəliklərinə 

qarşı  miksturaların

çatışmazlığından  əziyyət  çəkirdi.  Cövhər  vegetarian 



naharlarda  verilən  ət  buterbrodu  təki  tez  yerbəyer  oldu.  Artıq  hər  biri  əlli 

sentdən  olmaqla  iyirmi  dörd  şüşə  satmışdım  ki,  birdən  kiminsə  arxadan 

ətəyimi  dartdığını  hiss  etdim.  Bunun  nə  olduğunu  bilirdim.  Cəld  arabadan 

yerə sıçradım və sinəsində gümüş alman ulduzu parlayan subyektin ovcuna 

beş dollar basdım. 

-

 



Konstebl

2

, - dedim, - necə də gözəl axşamdır! 



O isə soruşdu: 

-

 



Dərman  adlandırdığınız  bu  qeyri-leqal  burdanın  satışı  üçün  şəhər 

patentiniz varmı? Şəhərdən sənəd almısınız? 

-

 

Xeyr,  almamışam,  -  cavab  verdim,  -  buranın  şəhər  olduğunu 



bilmirdim. Sabah onu tapa bilsəm, patent alaram. 

-

 



O zaman bu andan etibarən satışı saxlamağa məcburam, 

-

 



polis dedi. 

Daha  alver  edə  bilmədiyimdən  mehmanxanaya  qayıtdım  və  baş 

verənlər haqqında mehmanxana sahibinə danışdım. 

-

 



Balıqçı Dağında sizə hərəkət eləməyə imkan verməzlər, 

-

 



o  dedi.  -  Heç  nə  alınmayacaq.  Doktor  Hoskins  merin  kürəkənidir,  özü 

də  şəhərdə  yeganə  həkimdir;  hakimiyyət  orqanları  icazə  verməz  ki,  özünü 

şəfaverici adlandıran kimsə onun işini əlindən alsın. 

1

 

Mikstura - qaşıq dərmanı 

2

 Konstebl - İngiltərə və ABŞ-da aşağı polis rütbəsi 

173 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə