İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə54/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   50   51   52   53   54   55   56   57   ...   135

O.HENRİ 

Bohemanın  iştirakçılan  bir-biri  ilə  tez  tanış  oldular.  Miss  Eliza 

və miss Tuanetta da burada idi - onlar böyük ehtimalla model idilər - 

Henri Cems və Sen-Reji barədə söhbət edirdilər və bu, onlarda heç də 

pis alınmırdı. 

Medora  həzz  içində  idi;  Eliziumanın  arxa  otaqlannın  birində 

məskunlaşmış kefli trubadurlann ifa etdiyi musiqidən başı hərlənirdi. 

Bu aləm nə onun bu günə kimi olan təsəvvürlərinə, nə də Qarrimanın 

nəzarət etdiyi dəmiıyollanna uyğun gəlirdi. O, yaşıl dağların sakininə 

xas  şəklidə  zahirən  sakit  görünsə  də,  qəlbi  Andaluzyanın  ehtiraslı 

alovuna  bürünmüşdü.  Masanın  arxasında  bohema  əyləşmişdi. 

Havadan  çiçəklərin  və  gül  kələminin  qoxusu  gəlirdi.  Gülüş  və 

gümüşlər  dngildəylr,  xanımlara  eşq  elan  olunur,  şərab  və  meyvə 

təklif  edilirdi;  qədəhlərdə  şampan,  söhbətlərdə  isə  fərasət  bərq 

vururdu. 

Vandeyk qara-qıvrım saçlannı qanşdınb, qalstukunu saymazyana 

kənara dartdı və Madderə tərəf əyildi. 

-

 



Qulaq  as,  Maddi,  -  duyğulu  halda  pıçıldadı,  -  hərdən  bu 

fllisterin on dollannı qaytanb onu başımdan eləmək istəyirəm. 

Madder lif rəngli uzun saçını qanşdınb, qalstukunu saymazyana 

kənara dartdı. 

-

 

Ağlına  belə  gətirmə,  Vandi,  -  cavab  verdi.  -  Pul  xərclənər, 



amma İncəsənət yaşayar. 

Medora  qeyri-adi  yeməklər  yeyir,  qarşısına  qoyulmuş  stəkanda 

şərab  içirdi.  Şərab  Veımontdakı  evində  olduğu  rəngdə  idi.  Ofisiant 

başqa  qədəhə  qaynar  içki  süzdü,  amma  həmin  içkinin  dadı  soyuq 

qarşılandı. Qızın qəlbi heç vaxt belə sakit olmamışdı. 

Orkestr Medoraya tanış şarmankalarda kədərli vals ifa edirdi. O, 

astadan  zümzümə  edə-edə  başını  vəznə  uyğun  yırğalamağa  başladı. 

Madder masanın arxasından qıza baxıb, Binklinin onu hansı dənizdən 

ovladığını  düşünərək  təəccübləndi.  Qız  ona  baxıb  gülümsədi  və  hər 

ikisi şərab dolu qədəhlərini qaldırdı. 

İncəsənəti  rahat  buraxan  Binkli  artıq  siyənək  balığına  məxsus 

görünməmiş  gedişlərlə  boşboğazlıq  edirdi.  Miss  Eliza  mister 

Vandeykin  palitraya  oxşayan  qalstukunun  sancağını  düzəldirdi. 

Kənar masalann birinin arxasında oturan fllister elə hey 



168 

downloaded from KitabYurdu.org




MEDORANIN OĞURLANMASI 

nə  haqdasa  üyüdüb-tökürdü;  anlamaq  olmurdu  ki,  jeroma,  yoxsa  Ceroma 

barədə danışır. Məşhur aktrisa həvəslə monoq- ramlarla dəbdə olan corablar 

haqqında  söhbət  edirdi.  Universal  mağazanın  corab  şöbəsinin  satıcısı  olan 

qadın  hündürdən  dram  barədə  çərənçilik  edir,  yazıçı  Dikkensi  söyürdü. 

Xüsusi masanın arxasında oturan jurnal redaktoru ilə fotoqraf kəmşirin şərab 

içirdilər. Qəşəng gənc qadın isə məşhur heykəltəraşa deyirdi: 

-  Öz  yunanlarınızla  bir  yerdə  açılın  başımdan!  Qoy  sizin  Venera 

Miliseyski  Koqenin  yanında  manekenliyə  qəbul  olunsun,  bir  aydan  sonra 

onun  əyninə  yalnız  plaş  geyindirib  baxmaq  olacaq!  Sizin  o  yunan  və 

romalılarınızı yenidən basdırmaq lazımdır! 

Bohema bu cür əylənirdi. 

Saat  on  birdə  mister  Binkli  Medoranı  pansiona  ötürdü  və  giriş 

qapısının  pillələrində  nəzakətlə  təzim  edərək  vidalaşdı.  Qız  otağına  qalxıb 

qazı yandırdı. 

Elə  bu  zaman  mis  səhəngdən  çıxan  dn  kimi  otaqda  qəfildən  puritan 

vicdanının nəhəng kabusu peyda oldu. Medoranın dəhşətli əməli öz nəhəng 

vücudu  ilə  onun  qarşısında  dayanmışdı.  Qız,  həqiqətən  də,  “günahkar  olub 

şərabın badədə necə qızarıb, necə qığılcım saçdığına baxmışdı”. O, gecəyarı 

aşağıdakı məktubu yazdı: 



“Mister Biriya Hoskinsə, 

Harmoniya, Vermont. 

Əlahəzrət! 

Bu  gündən  etibarən  həmişəlik  ölmüşəm.  Günah  və  cinayətlə  ləkələnmiş 

həyatımı  sizinki  ilə  birləşdirib,  onu  məhv  etmək  bahasına  olsa  belə,  sizi  çox 

sevirdim.  Bu  günahkar  aləmin  cazibəsi  qarşısında  tab  gətirə  bilməyib 

Bohemanm 

girdabında 

çirkaba 

batdım. 

Əxlaqsızlığın 

elə 

dərin 

uçurumunayuvar- Icinmışam ki, onun dibindən heç cür qurtula bilmərəm. Qəra-

rıma  qarşı  çıxmaq  faydasızdır.  Elə  dərinliyə  yıxılmışam  ki,  oradcin  çıxmaq 

mümkün deyil. Məni unutmağa çalışın. Mən Bohemanm gözəl, lakin günahkar 

əlçatmazlığında həmişəlik azmışam. Salamat qalın. 

Nə vaxtsa sizin olan Medora”. 

downloaded from KitabYurdu.org




O.HENRİ 

Medora səhər öz qərarını götür-qoy  etdi. Səmadan qopmuş dan 

ulduzu artıq özünü talesiz hesab edirdi. Onunla Harmoniyanın çiçək 

açmış alma ağadan arasında uçurum görünürdü. Alovlu məlaikə onu 

ümidsiz  cənnətin  qapılanndan  qovdu.  Bohemanın  girdabı  bir  axşam 

Binklinin və Mummanın

* 1

 köməyi ilə onu öz ağuşuna almışdı. 



Yalnız  bir  yol  qalırdı: dəbdəbəli,  amma  əxlaqsız həyat  sürmək. 

Bir  də  heç  vaxt  Vermontun  müqəddəs  meşəsinə  yaxınlaşmağa 

cəsarəti  çatmayacaq.  Amma  o,  ad-sansız  yaşamayacaq  -  tarixdə  elə 

hay-küylü,  məşhur  adlar  var  ki,  onlan  öz  həyatı  üçün  nümunə 

seçəcək.  Kamilla,  Lola  Montes,  Mariya  Stüart,  Zaza

2

  -  Medora 



Martinin adı gələcək nəsillər üçün belə adlarla yanaşı çəkiləcək. 

Medora  iki  gün  evdən  bayıra  çıxmadı.  Üçüncü  gün  hansısa 

jurnalı  vərəqləyərkən  Belçika  kralının  portretini  görəndə  həqarətlə 

güldü. Əgər qadın qəlbinin bu görkəmli ovçusu onun yolunun üstünə 

çıxarsa,  qızın  məğrur  gözəlliyi  qarşısında  mütləq  baş  əyərdi.  O,  nə 

qocalara,  nə  də  cavanlara  rəhm  edəcək.  Bütün  Amerika,  bütün 

Avropa  onun  qaranlıq,  lakin  dəfedilməz  hakimiyyətinin  təsiri  altına 

düşəcək. 

Hələ ki nə vaxtsa can atdığı həyat haqqında düşünmək ona ağır 

gəlirdi - yəni yaşıl dağlann ətəklərində Hoskinslə əl-ələ gəzdiyi, Nyu-

Yorkun  bütün  poçtlanndan  rəsmlərinə  gələn  sifarişlərlə  bağlı 

arzuladığı həyat barədə... 

Son səhvi bu arzulan məhv etdi. 

Dördüncü gün Medora pudralandı, dodaqlarını boyadı. Bir dəfə 

o,  məşhur  Karteri  Zaza  rolunda  görmüşdü.  O,  güzgünün  qarşısında 

laqeyd görkəm alıb ucadan dedi: “Zit! Zit!” Onun bu sözü “həvəs”lə 

həmqafiyə  alındı.  Lakin  onu  tələffüz  edən  kimi  həmişəlik 

Harmoniyanı itirdi. Bohemanın girdabı onu özünə çəkdi. İndi geriyə 

yol yoxdur və Hoskins heç vaxt... 

Qapı açıldı, Hoskins otağa daxil oldu. 



1

 Mumma - şampan növü 

1

 Kamilla - “Kameliyalı (çiçək) xanımlar” m ingilis variantının qadın qəhrə- mam; Lola Montes - 

Bavariya kralı I Lüdovikin məşuqəsi; Zaza - Bertonun 

eyniadlı  pyesinin  qadın  qəhrəmanı,  aktrisa  və  kurtizanka  (yüksək  zümrələrə  məxsus  yüngül  əxlaqlı 

qadın) 

170 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə