İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə53/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   49   50   51   52   53   54   55   56   ...   135

MEDORANIN OĞURLANMASI 

Miss  Medora  Martin  bir  yeşik  boya  və  molbertlə

1

  yaşıl  dağların 



ətəyində yerləşən Harmoniya qəsəbəsindən Nyu-Yorka gəldi. 

Miss Medora digər bacılarına rəhm etməyən ilk şaxtalann aman verdiyi 

payız qızılgülünə bənzəyirdi. Rəssamlığı öyrənmək üçün əxlaqsız Vavilona 

gedərkən Harmoniya qəsəbəsində danışırdılar ki, o, dəli, yaramaz, özbaşına 

bir  qızdır.  Nyu-Yorkda  isə  ilk  dəfə  Vest-Saydadakı  ucuz  pansionatda  öz 

masasının arxasında göründükdə oranın sakinləri bir-birindən soruşdular: 

- Bu yaraşıqlı qanmış qız kimdir? 

Bütün qüvvəsini toplayan Medora öz imkanlarına uyğun ucuz bir otaq 

kirayələdi  və  keçmiş  bərbər,  öz  peşəsini  qarlem  rəqs  siniflərinin  birində 

öyrənmiş  professor  Ancelinidən  həftədə  iki  dəfə  rəssamlıq  dərsi  almağa 

başladı. Burada ona axmaqlıq etdiyini söyləyən  heç kim  yox idi. Çünki bu 

böyük şəhərdə hamımızın nəsibi eynidir. Basten Lepajın və Jeromun keçmiş 

şagirdləri  bizlərdən  kimin  saçını  pis  qırxmayıb  və  yaxud  tustepi  düz 

öyrətməyib  ki?  Nyu-Yorkda  ən  kədərli  mənzərə  -  əgər  pik  vaxtlarda 

kütlənin  davranışı  nəzərə  alınmazsa  -  İstedadsızlığın  qabil  iyyətsiz 

qullarının  məyus-məyus  yeriməsidir.  İncəsənət  onlar  üçün  xeyirxahlıq 

ilahəsi  deyil,  öz  pərəstişkarlannı  üstlərinə  yağan  daşlara  və  ayaqqabı 

qəliblərinə əhəmiyyət vermədən tənqidçilərin qapısı ağzında miyovuldayan 

küçə  pişiklərinə  çevirən  Tsirseydir.  Bəziləri  doğma  ucqar  diyarlarına 

sürünə-  sürünə  gedib  çıxırlar,  orada  isə  onları  kəlamlardan  alınmış  südə 

qonaq  edirlər:  “Sizə  demişdik  axı”;  bəziləri  də  bizim  ilahəyə  məxsus 

məbədin  həyətində  onun  süfrəsinin  qınntılarını  yeyə-  yeyə  donmaq  üçün 

qalırlar. Nəhayət, kimsə bu faydasız xidmətdən bezir. Bu zaman qarşımızda 

iki yol görünür: ya hansısa 



1

 

Molbert - rəssam dəzgahı 

165 


downloaded from KitabYurdu.org


O.HENRİ 

mağaza sahibinin yanında işə girib faytonlarla bakaleya

1

 daşımalı, ya 



da  bohema

2

  girdabında  batmalıyıq.  Sonuncu  gözəl  səslənir,  lakin 



birinci  daha  sərfəlidir.  Çünki  baqqal  işimizə  görə  zəhməthaqqı 

ödədiyi zaman kirayəyə frak götürüb - şablon yumor burada daha çox 

yerinə  düşür  -  xərçənglərin  harada  qışladıqlannı  bohemaya  göstərə 

bilərik. 

Miss  Medora  girdabı  seçdiyindən  bizə  bu  kiçik  hekayə  üçün 

süjet verə bildi. 

Professor  Ancelini  onun  etüdlərini  çox  təriflədi.  Bir  dəfə  qız 

parkdakı şabalıd ağacının  eskizini  ona  göstərəndə professor  dedi  ki, 

ondan  ikinci  Roza  Boner  alınacaq.  Lakin  hərdən  (bütün  dahi 

rəssamların  özünəməxsus  şıltaqlığı  olur)  o,  qızın  işini  kəskin  və 

amansızcasına  tənqid  edirdi;  məsələn,  bir  gün  Medora,  Kolumb 

meydanındakı heykəlin və onun memarlıq işlərinin şəklini səliqə ilə 

çəkmişdi. Professor istehza ilə gülümsəyərək eskizi bir kənara tulladı 

və  Cottonun  əlinin  cəmi  bircə  hərəkəti  ilə  ideal  çevrə  çəkdiyini 

söylədi. 

Həmin  gün  yağış  yağırdı,  Harmoniyadan  göndərilən  pul 

yubanırdı,  Medoranın  başı  ağnyırdı,  professor  isə  ondan  borca  iki 

dollar  pul  istəmişdi;  bir  yandan  da  sənət  mağazasından  satılmamış 

bütün  akvarellərini  geri  qaytarmışdılar  və...  mister  Binkli  onu  şam 

yeməyinə dəvət etmişdi. 

Mister Binkli pansionun kefdi daimi müştərilərindən biri idi. O 

artıq  qırx  doqquz  yaşı  haqlamışdı  və  bütün  günü  şəhərin  mərkəzi 

bazarlannın birində - balıq mağazasında oturardı. Axşam saat altıdan 

sonra isə frak geyinər, İncəsənətlə bağlı boşboğazlıq edərdi. Gəndər 

onu  sırtıq  adlandınrdı.  O,  bohemanın  ən  seçmə  nümayəndələrindən 

hesab  olunurdu.  Heç  kimə  sin-  deyildi  ki,  o,  ümidverid  bir  gəncə  - 

hətta  onun hansısa  rəsmi  “Peka”da  yerləşdirilmişdi  -  on  dollar  borc 

vermişdi.  Bax  bəziləri  bu  şəkildə  tilsimlənmiş  mühitə  soxulur, 

bəziləri də yağlı şam yeməyinə qonaq olurdular. 

Axşam  saat  doqquzda  mister  Binklinin  qoluna  girmiş  Medora 

pansiondan çıxdıqda digər sakinlər ona qibtə ilə baxır- 

1

 Bakaleya - yeyinti şeyləri 

2

 Bohema - sərsəri heyat sürən ziyalılar təbəqəsi və s. 

166 

downloaded from KitabYurdu.org




MEDORANIN OĞURLANMASI 

dılar.  O,  öz  açıq-mavi  bluzka  və  büzməli  tor-tor  yubkasında  idi;  çəhrayı 

pudra yaxdığı al yanağı, qəhvəyi çantasına yığdığı dəsmal və otağının açarı 

ilə birlikdə bir dəstə payız yarpağına bənzəyir və gözəl görünürdü. 

Qırmızısifət  və  çalbığlı  mister  Binkli  isə  məşhur  romançılar  kimi 

boynu qalın qırçınlı dar frakda çox ciddi təsir bağışlayırdı. 

Onlar  gur  işıqlı  Brodvey  tinindən  burulub,  yalnız  seçilmişlərin  daxil 

olmasına  icazə  verilən  bohema  yeməkxanalarından  ən  məşhuruna  - Terens 

kafesinə çatdılar. 

Yaşıl dağlann ətəyindən gəlmiş Medora yol yoldaşının arxasınca kiçik 

masaların arası ilə addımlayırdı. 

Qadın  həyatında  yalnız  üç  dəfə  buludların  üstü  ilə  uçur,  sevincdən 

ayağının altını görmür. Birinci dəfə  - ərə gedərkən, ikinci dəfə  - müqəddəs 

bohemaya  daxil  olarkən  və  üçüncü  dəfə  -  əlində  qonşunun  ölü  toyuğu  öz 

bostanından çıxdığı zaman. 

Müştərilər masalann arxasında ya üç-üç, ya da dörd-dörd oturmuşdular. 

Ofisiant ətrafda an kimi fırlanır, süfrələrin üstündəki büllur və  gümüş qab-

qacaqlar  bərq  vururdu.  Şam  yeməyinə  başlanğıc  kimi  sadə  orqanizmlərin 

yaranmasından  əvvəlki  tarixdə  çox  qədim  qranit  qayalann  reseptinə  uyğun 

qaydada hazırlanmış fransız çörəyi başıbəlalı şəhərlilərə təqdim olundu - ev 

kökələrinin  dadına  baxan  Allahlar  gülümsədi,  diş  həkimləri  isə  öz  parıltılı 

qızıl lövhələrinin kölgəsi altında sevinclərindən rəqs etməyə başladılar. 

BinkJinin  gənclərdən  birinə  dikilmiş  gözləri  bohemanın  nüma-

yəndəsinə xas məxsusi bir şövqlə parlayırdı, - bu gözlərdə əjdaha baxışlan, 

pivə  qədəhinin  işıltısı,  rəssam  ilhamı  və  dilənçi  zəhlətökənliyi  əks 

olunmuşdu. 

Cavan oğlan yerindən sıçradı. 

-

 



Xoş gördük, dünyagörmüş Binkli! - ucadan dedi. - Bizim masanın 

yanından  ötüb-keçmək  ağlınıza  belə  gəlməsin.  Başqa  tanışlarla  şam 

etməyəcəksinizsə, bizimlə əyləşin. 

-

 



Nə  olar,  dost,  -  balıq  mağazasının  sahibi  Binkli  dedi.  -  Siz  ki 

bilirsiniz, mən mister Vandeykin, mister Madder... e-e... miss Martinin, həm 

də sevimli m uz... e-e... boheması arasında dolaşmağı xoşlayıram. 

167 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə