İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə52/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   48   49   50   51   52   53   54   55   ...   135

O.HENRİ 

deyirlər  bir  axşamı  belə  boş  buraxmır,  elə  hey  onların  eyvanının 

qarşısında veyllənir. 

-

 



O dombalangözə? - miss Kerinqton bir az qaba tərzdə ucadan 

soruşdu.  -  Axı  Tom  Bidl  nə  vaxtsa...  bağışlayın,  dostlar,  bu  dəqiqə 

gəlirəm.  Tanış  olun.  Bu,  mənim  köhnə  tanışım  mister...  adınız  nə 

oldu?  Hə,  mister  Samers.  Mister  Qoldşteyn,  mister  Rikets,  mister... 

oy, sizin soyadınız? Nə isə, fərqi yoxdur: Conni. İndi isə gəlin gedək 

və mənə bəzi şeylər barədə danışın. 

Qız  onu  arxasınca  küncdəki  boş  masaya  san  apardı.  Her 

Qoldşteyn  tosqun  çiyinlərini  dartıb,  ofisiantı  çağırdı.  Müxbir 

yüngülcə hərəkətə gəlib absent

1

 sifariş verdi. Saç düzümü ilə seçilən 



gənc  isə  melanxoliyaya  qapıldı.  Zirzəmidəkilər  gülür,  stəkanlannı 

cingildədir,  Pozinin  adi  proqramından  fərqli  şəkildə  onlara  bəxş 

etdiklərindən  zövq  alırdılar.  Bəzi  skeptiklər

2

  isə  “reklam”la  bağlı 



pıçıldaşır və məsələdən hali adamlar kimi gülümsəyirdilər. 

Pozi  Kerinqton  əlini  çirklənmiş  yaraşıqlı  çəkməsinə  söykəyib 

tamaşaçılan - ona şöhrət bəxş edən iqtidan unutmuşdu. 

-

 



Mən  nəsə  Bili  Samers  adlı  birini  xatırlamıram,  -  o,  kənd 

adamının məsum, mavi gözlərinə baxıb dalğın şəkildə dedi. - Amma 

Samersləri  xatırlayıram.  Yəqin,  oralarda  dəyişikliklər  olub. 

Mənimkiləri çoxdan görmürsən? 

Bu  zaman  Xaysnis  kozırını  işə  saldı.  Sol  Heytoser  rolu  təkcə 

komizm deyil, həm də pafos tələb edirdi. Qoy miss Kerinqton əmin 

olsun ki, o, bunun da öhdəsindən layiqincə gələ bilər. 

-

 



Miss  Pozi,  -  “Bili  Samers”  söhbətinə  davam  etdi,  -  sizin 

valideynlərinizin  evində  cəmi  üç  gün  bundan  əvvəl  olmuşam. 

Doğrusu,  orada  elə  böyük  dəyişikliklər  baş  verməyib.  Mətbəxin 

pəncərəsi  önündəki  yasəmən  kolu  düz  bir  fut  boy  atıb,  amma 

həyətdəki  qarağac  quruduğundan  onu  kəsiblər.  Hər  halda,  hər  şey 

əvvəllər olduğu kimi deyil. 

-

 

Anam necədir? - miss Kerinqton soruşdu. 



-

 

Onu  axınncı  dəfə  görəndə  eyvanda  oturub  masa  üçün  süfrə 



tikirdi, - “Bili” dedi. - Ananız qocalıb, miss Pozi. Amma 

1

 Absent - yovşan arağı 

2

 Skeptik - skeptisizmin tərəfdarı 

162 

downloaded from KitabYurdu.org




ZİRZƏMİ VƏ QIZILGÜL 

evdə  hər  şey  əvvəllər  olduğu  kimidir.  Ananız  mənə  oturmağı  təklif  etdi. 

‘Təkcə o hörmə kürsüyə toxunmayın, Uilyam, - dedi. 

-

 



Pozi  gedəndən  ona  əl  dəyməyib.  Kəsib  doğradığı  önlüyü  də  kürsünün 

üstünə necə atıbsa, eləcə də qadır. Ümid edirəm ki, 

-

 

ananız dedi, - Pozi onu nə vaxtsa tikib tamamlayacaq”. 



Miss Kerinqton amiranə səslə lakeyi çağırdı. 

-

 



Bir  pint

1

  şampan,  soyuq  olsun,  -  qısaca  əmr  etdi.  -  Hesabı 



Qoldşteynə təqdim et. 

-

 



Günəşin  şüası  eyvana  düşürdü,  -  Kranberi  salnaməçisi  sözünə 

davam  etdi, - ananız isə düz üzü günəşə tərəf oturmuşdu. Deməli, mən  ona 

dedim ki, bəlkə, azca kənara oturasınız. “Yox, Uilyam, - dedi, - mən yalnız 

belə oturmalıyam ki, yolu görə bilim, yerimdən tərpənə bilmərəm. Hər gün 

vaxt tapan kimi hasara san boylanıb baxıram ki, görüm mənim Pozim gəlir-

mi.  O,  evdən  gecə  gedib,  səhər  tozun  içində  yalnız  onun  balaca 

başmaqlannın  izini  görə  bildik.  O  vaxtdan  bəri  daim  düşünürəm  ki,  nə 

vaxtsa o, hay-küylü həyatdan usanıb anasını xatırlayacaq və elə bu yolla da 

geri dönəcək”. 

-

 



Geri döndüyüm zaman, - “Bili” söhbətinə yekun vurdu, 

-

 



evinizin qarşısındakı  koldan bax bunu dərdim.  Ağlıma gəldi ki, bəlkə, 

elə, doğrudan da, sizi şəhərdə görə bildim; doğma yurddan gətirilmiş nəyisə 

qəbul etmək sizin üçün xoş olar. 

O,  qızılgülü  pencəyinin  cibindən  çıxardı  -  rəngi  solmuş,  saralmış,  bu 

vulqar  zirzəminin  ağır  havasında  Roma  səhnəsindəki  şirlərin  isti  nəfəsi 

qarşısında bakirə qız təki başı əyilməz olan zərif qızılgülü. 

Miss  Pozinin  gur,  amma  ahəngdar  gülüşü  “ZəngçiçəklərF’ni  ifa  edən 

orkestrin səsini batırdı. 

-

 

Ay  Allah,  -  o,  şövqlə  çığırdı,  -  görəsən,  dünyada  bizim 



Kranberidən darıxdırıcı nəsə varmı? Düzdür, indi mən orada heç iki saat da 

qala  bilmərəm  -  sıxıntıdan  ölərəm.  Lakin  sizinlə  görüşümə  çox  şadam, 

mister Samers. İndi isə icazənizlə evə gedib yaxşıca yatmalıyam. 

O, qızılgülü qəşəng ipək paltarının yaxasına taxıb ayağa qalxdı və her 

Qoldşteyn tərəfə amiranə baxışla nəzər saldı. 

1

 

Pint - ölçü vahidi 

163 


downloaded from KitabYurdu.org


O.HENRİ 

Yoldaşlarının hər üçü və “Bili Samers” miss Pozini onu gözləyən 

kebin  yanına  kimi  ötürdülər.  Bütün  büzmələri  və  lentləri  uğurla 

faytona yerləşdirildikdən sonra miss Kerinqton vidalaşaraq dişlərinin 

və gözlərinin zərif panltısını hamıya bəxş etdi. 

-

 



Evə qayıtmazdan əvvəl mənə baş çəkin, Bili, - ucadan dedi və 

bərq vuran fayton yerindən tərpəndi. 

Haysmis əynindəki maskarad kostyumla her Qoldşteynlə birlikdə 

balaca bir kafeyə yollandı. 

-

 

Hə, necədir? - aktyor gülümsəyərək soruşdu. - Necə bilirsiniz, 



o,  Sol  Heytoser  rolunu  mənə  verəcək?  Gözəl  miss  bir  az  da  olsun 

şübhələnmədi. 

-

 

Orada nə danışdığınızı eşitmədim, - Qoldşteyn dedi, - amma 



kostyumunuz  və  hərəkətləriniz  -  okey.  Uğurunuzun  şərəfinə  içirəm. 

Elə  günü  sabah  miss  Kerinqtona  baş  çəkib  rol  məsələsi  ilə  bağlı 

söhbətə  girişməyinizi  məsləhət  görürəm.  Ola  bilməz  ki,  o,  sizin 

qabiliyyətinizə etinasız yanaşsın. 

Növbəti  gün  səhər  on  bir  qırx  beşdə  dəblə  geyinmiş  yaraşıqlı 

Haysmis  yaxasında  fuksiya  çiçəyi,  inamla  miss  Kerinqtonun 

hoteldəki dəbdəbəli apartamentində peyda oldu. 

Onu aktrisanın fransız qulluqçusu qarşıladı. 

-

 

Çox  təəssüflənirəm,  -  madmazel  Hortenz  dedi,  -  mənə 



tapşınblar  ki,  bunlan  sizə  çatdırım.  Çox  təəssüf!  Miss  Kerinqton 

teatrla bütün müqavilələrə xitam verib yaşamaq üçün ora getdi - necə 

adlanır, yadımdan çıxdı? Hə, Kranberi Komersə. 

164 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə