İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə60/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   56   57   58   59   60   61   62   63   ...   135

O.HENRİ 

şikayətlənəcək,  gah  hıçqıracaq,  gah  da  göz  yaşlannı  sel  kimi 

axıdacaqlar. 

-

 



Nə  etmək  olar,  Endi,  -  dedim,  -  əgər  vəziyyətin  bu  qədər 

dözülməzdirsə, get, bütün söz resurslannı mülayim və dözümlü yerli 

sakinlərdən birinin başına yağdır. Əlaltılanmızın köməkliyi ilə sənsiz 

də işin öhdəsindən gələrik. Şəhərdə nahar fasiləsi tezliklə qurtaracaq, 

bildiyin kimi, duzlu donuz əti yanğı əmələ gətirir. Gecəyansına kimi 

əlavə min beş yüz dollarımız da olacaq. 

Beləliklə,  Endi  “Mavi  ilan”dan  çıxdı  və  küçədən  ötənlərdən 

birini saxladığını, onunla söhbətə girişdiyini gördüm. Heç on dəqiqə 

keçməmişdi  ki,  ətrafına kiçik bir dəstə  toplaşdı.  Bir qədər də  keçdi, 

bir  də  baxdım  tində  dayanıb,  əllərini  ölçə-ölçə  nəsə  danışır, 

ətrafındakı  adamların  sayı  da  çoxalıb.  Sonra  o  çönüb  getməyə 

başladı, dəstə də onun arxasınca. O, hələ də danışırdı. Endi camaatı 

Quş Şəhərinin əsas küçəsi boyunca arxasınca apanr və yoldan ötənlər 

də  onlara  qoşulurdu.  Bu,  mənə  nə  vaxtsa  kitabdan  oxuduğum  bir 

kələyi  xatırlatdı:  bir  nəfər  elə  hey  tütək  çalır  və  bu,  o  vaxta  kimi 

davam edir ki, o, şəhərdəki bütün uşaqlan öz arxasınca apara bilir

1



Bir saat, iki saat, üç saat keçdi, amma içmək üçün bir “quş” belə 



yanımıza  uçub  gəlmədi.  Küçədə  ördəklərdən  savayı  kimsə  gözə 

dəymirdi.  Aradabir  yaxınlıqdan  keçib  dükana  gedən  qadınlar 

görünürdü. Bu arada yağış da tamam kəsmişdi. 

Elə  bu  vaxt  bir  kişi  çəkmələrinin  palçığını  təmizləmək  üçün 

qapımızın ağzında dayandı. 

-

 



Əzizim,  -  ondan  soruşdum,  -  nə  baş  verir?  Səhər  burada 

başgicəlləndirici bir şənlik var idi, indisə bütün şəhər, divarla- nnda 

kərtənkələlər sürünən Tir və Sifön xarabalıqlarını xatırladır. 

-

 



Bütün şəhər,  - o cavab verdi,  - yun anbarlarının qarşısındakı 

Sperriyə  toplaşıb  dostunuzun  nitqinə  qulaq  asır.  Nə  barədə 

danışdığını bilmirəm, amma müxtəlif səslər çıxara bilir. 

-

 



Deməli, məsələ belə imiş, - dedim. - Hə, fikrimcə, o, tez- 

1

  Piters,  şair  Robert  Brauninqin  Qammelindən  olan  qisasçı  -  siçovultutan  cadugər  barədə  nəql 

etdiyi  efsaneni  xatırlayır:  efsaneye  görə,  cadugər  tütək  çalaraq  şəhərin  bütün  uşaqlarını  mağaraya 

aparar və orada məhv edərmiş. 

186 

downloaded from KitabYurdu.org




ALİCƏNAB DƏLƏDUZ 

liklə  fasilə  edəcək: 



sinegua  non\

  çox  tezliklə,  çünki  alverimiz  ziyan  görə 

bilər. 

Axşama  kimi  bizə  heç  bir  müştəri  müraciət  etmədi.  Saat  altıda  iki 



meksikalı  eşşəklərinin  belində  Endini  saluna  gətirdi.  Sərxoşu  yatağa 

uzatdıq. O isə hələ də əllərini-ayaqlarını oynadaraq boşboğazlıq edirdi. 

Kassanı  bağladım  və  nə  baş  verdiyini  öyrənmək  üçün  şəhərə  çıxdım. 

Tezliklə bir adamla rastlaşdım və o, mənə bütün əhvalatı danışdı. Sən demə, 

Endi iki saat dayanmadan danışıb. Bu adamın sözlərinə  görə, elə gözəl bir 

nitq  söyləyib  ki,  beləsini  nəinki  Texasda,  heç  bütün  Yer  kürəsində 

eşitməyiblər. 

-

 



Bəs o, nə barədə danışırdı? - soruşdum. 

-

 



Spirtli  içkilərin  zərəri  barədə,  -  o  cavab  verdi.  -  O,  nitqini 

tamamlayan  kimi  Quş  Şəhərinin  bütün  sakinləri  bir  il  ərzində  ağızlanna 

spirtli içki vurmayacaqlan barədə sənədə imza atdılar. 

3. MÜASİR KƏND ƏYLƏNCƏLƏRİ 

Cef Pitersin həmişə xatırlamağa ehtiyacı olur. Hər dəfə ondan maraqlı 

bir  macəra  danışmasını  xahiş  etdikdə  adamı  inandırmağa  çalışır  ki,  guya, 

həyatı Trollopun

1 2


 uzun romanı kimi hadisələrdən xalidir. Lakin onu özü də 

hiss etmədən tələyə salmaq  olar; məsələn,  mən  qarmağa düşməsi üçün  hər 

dəfə bir neçə əhvalat quraşdırmalı oluram. 

-

 



Müşahidələrimə görə, - bir dəfə dedim, - Qərb fermerləri arasında 

varlı  olmalanna  baxmayaraq,  köhnə  populist

3

  kumirlər  hərəkatına  maraq 



göstərənlər çoxalıb. 

-

 



İndi elə bir mövsümdür ki, - Cef cavab verdi, - hər yerdə canlanma 

hiss olunur. Fermerlər harasa tələsirlər, siyənək balıqlan 



1

 Bunsuz mümkün deyil, 

(lat.) 

2

Antoni Trollop (1815-1882) - ingilis yazıçısı 

3

 

Populistlər  -1891  -ci  ildə  yaradılmış  kiçik  buıjuaziya  partiyası:  demir  yollarının  və 

teleqrafların dövlətə verilməsi, gəlir vergisinin daxil edilməsi, torpaq mülkiyyətinin  məhdudlaşdırılması  və  bu 

kimi islahatlar uğranda mübarizə aparırdılar. 

187 


downloaded from KitabYurdu.org


O.HENRİ 

saysız-hesabsız  dəstələrlə  harasa  üzür,  ağacların  qatranı  süzülür, 

Konemo  çayında  da  artıq  buzlar  əriməyə  başlayıb.  Mən  fermerlərə 

azacıq  bələdəm.  Bir  dəfə  hətta  həmkarlan  kimi  sürtülmüş  yolla 

getməyən  fermer  tapdığımı  düşünüb  sevinmişdim  də.  Lakin  Endi 

Takker  mənim  necə  bir  səhvə  yol  verdiyimi  isbat  etdi.  O,  “Fermer 

kimi  doğulmusansa,  maymaq  kimi  öləcəksən,  -  dedi,  -  fermerlər 

bütün  siyasi  boşboğazlıqlara,  səsvermələrə  və  baletlərə  əhəmiyyət 

vermədən  cəmiyyət  içinə  çıxmağı  bacaran  insanlardır.  Əgər  onlar 

olmasaydı, bilmirəm kimlərə firıldaq gələrdik”. 

Bir  səhər  Endi  ilə  oyanıb  gördük  ki,  cəmi  altmış  səkkiz  sent 

pulumuz qalıb. Bu əhvalat Cənubi İndianadakı san şam meşəliyində 

baş  vermişdi.  Bundan  bir  gün  əvvəl  qatardan  necə  tullandığımız 

barədə danışmayacağam; bu haqda düşünmək belə qorxuludur, çünki 

qatar  elə  sürətlə  hərəkət  edirdi  ki,  vaqonun  pəncərəsindən 

gördüyümüz  şeyin  əvvəlcə  salun  olduğunu  fikirləşdik.  Tullanandan 

sonra  məlum  oldu  ki,  bu,  bir-birindən  iki  məhəllə  aralıda  yerləşən 

fərqli-fərqli şeylərmiş - aptek, bir də iri su çəni. 

Bilmək  istəyirsiniz  ki,  ilk  fürsətdəncə  istifadə  edib qatardan nə 

üçün  tullanmışdıq?  Saxta  qızıl  saatlar,  bir  də  Kentukkİ  sərhədindən 

keçirə  bilmədiyimiz  bir  partiya  Alyaska  brilyanh  ilə  bağlı  dolaşıq 

məsələ vardı. 

Oyanan  kimi  xoruzlann  banladığını  eşitdim;  ətrafda  xlorid 

turşusunun  iyinə  bənzər  qoxu  hiss  olunurdu;  aşağı  mərtəbədə 

döşəməyə  nəsə  ağır  bir  şey  çırpıldı;  sonra  kişi  xeylağının  söyüşü 

eşidildi. 

-  Endi,  -  dedim,  -  üzün  gülsün!  Deyəsən,  kəndə  gəlib  çıxmışıq. 

Aşağıda  kimsə  təmiz  qızıl  külçəsini  yoxlamaq  üçün  yerə  çırpır. 

Gedək payımıza düşəni fermerdən alaq. Başını tovlaya- nq, sonra da 

xudahafiz. 

Fermerlər həmişə mənim üçün ehtiyat fondu rolunu oynayıblar. 

Hər  dəfə  işlərim  axsayanda  dörd  yolayncma  gedir,  onlardan  birini 

aşırmasından  yapışaraq  söhbətə  tutur,  qeyri-adi  səslə  kələyim 

haqqında  danışır,  bu  arada  isə  gözucu  əmlakını  nəzərdən  keçirir, 

sonra da təkcə onun üçün qiymətli olan açan, 

188 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə