İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə47/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   43   44   45   46   47   48   49   50   ...   135

ŞAFTALILAR 

dıqda  o,  kapitanın  adamlarının  əsirləri  polis  faytonuna  itələdikləri  tərəfə 

baxmadan tələsik evinə san addımladı. 

İndi ürəyi sakit idi. Adətən, çoxlu təhlükəli sınaqlardan çıxan və gözəl 

xanımlannın  şərəfinə  şücaətlər  göstərən  Dəyirmi  Masa  rıtsarları  evə  belə 

qayıdardılar.  Öz  xanımından  buna  bənzər  göstəriş  alan  Körpə  onu  həyata 

keçirə  bilmişdi!  Düzdür,  məsələ  yalnız  şaftalı  ilə  bağlı  idi,  amma  hələ  də 

fevral  qan  ilə  örtülmüş  şəhərdə  gecəyarı  şaftalı  əldə  etmək  qəhrəmanlıq 

deyildimi?  Xanımı  şaftalı  xahiş  etmişdi;  o,  Körpənin  arvadı  idi;  və  budur, 

itirməkdən  qorxduğu  üçün  bərk-bərk  yapışdığı  və  əli  ilə  qızdırdığı  şaftalı 

artıq onun cibində idi. 

Körpə  yolunun  üstündəki  gecə  aptekinə  girib  eynəyinin  arxasından 

sual dolu nəzərlərlə baxan sahibə müraciət etdi: 

-

 



Qulaq  asın,  mərhəmətli  insan,  istəyirəm  qabırğalarımı 

yoxlayasınız,  görüm  hamısı  qaydasındadırmı?  Dostumla  bir  balaca 

incikliyimiz oldu və mən birinci, ya da deyəsən, ikinci mərtəbədən üzüaşağı 

pilləkənlərlə yumbalandım. 

Aptekçi diqqətlə onu müayinə etdi. 

-

 



Qabırğalarının hamısı salamatdır, - onun rəyi eşidildi. - Amma bu 

hissədə  qançır  əmələ  gəlib  və  buna  əsasən  demək  olar  ki,  siz  “Ütü” 

göydələnindən yıxılmısınız. Özü də bir yox, ən azı, iki dəfə. 

-

 



Bunun  əhəmiyyəti  yoxdur,  -  Körpə  dedi.  -  Sizdən  yalnız  paltar 

şotkasını mənə verməyinizi xahiş edirəm. 

Gəlin çəhrayı abajurlu lampanın işığında oturub gözləyirdi. Yox, hələ 

dünyada  möcüzələr  əskilməyib.  Onun  istəyi  ilə  bağlı  yeganə  bir  söz  -  qoy 

bu lap mənasız bir şey olsun: çiçək, nar və yaxud az qala, yaddan çıxmışdı - 

elə  şaftalının  özü  -  onun  qarşısında  tab  gətirməyə  aciz  olan  əri  gecənin, 

geniş aləmin üstünə yeriyib arvadının arzusunu yerinə yetirər. 

Budur,  o,  qadının  oturduğu  kreslonun  qarşısında  əyilib  şaftalını  onun 

ovcuna qoyur. 

-

 



Dəcəl  oğlan!  -  gəlin  nəvazişlə  deyindi.  -  Məgər  mən  şaftalı  xahiş 

etmişdim? Böyük məmnuniyyətlə portağal yeyərdim. 

Allah səni xoşbəxt eləsin, təzə gəlin! 

147 

downloaded from KitabYurdu.org




O.HENRİ 

AVTOMOBİL GÖZLƏYƏRKƏN 

Qız  yenə  də  əynində  boz  rəngli  paltar,  qaş  qaralan  kimi  səs- 

küysüz  balaca  parkın  sakit  guşəsinə  gəldi.  Skamyada  oturub  kitabı 

açdı. Gün işığında hələ yarım saat mütaliə etmək olardı. 

Təkrar edirik: qızın əynində boz rəngli sadə paltar var idi - paltar 

o qədər sadə idi ki, biçiminin və görünüşünün eylbslzliyi nəzəri cəlb 

etmirdi.  Çalmaşəkilli  şlyapasından  sallanan  tor  örtük  qızın  sakit  və 

gözəl  üzünü  örtmüşdü.  O,  dünən  də,  srağagün  də  eyni  vaxtda  bura 

gəlmişdi və bir adamın bundan xəbəri var idi. 

Bu  barədə  bilən  cavan  oğlan  Təsadüf  adlı  böyük  səcdəgahın 

mərhəmətinə  bel  bağlayıb  canını  fəda  edərək  yaxınlıqda  dolaşırdı. 

Dindarlığı  səmərə  verdi  -  qız  səhifoni  çevirən  zaman  kitab  əlindən 

sürüşüb skamyadan iki addım aralıda yerə düşdü. 

Cavan  oğlan  vaxt  itirmədən  kitaba  san  atılıb  götürdü  və  qıza 

təqdim etdi. Bu zaman o, bizim parklarda, digər ictimai yerlərdə kök 

salmış  və  tində  postda  dayanan  polisin  ehtiramını  qazanmağa 

hesablanmış nəzakətlə ümidin qarışığı olan qaydaya dddi əməl edirdi. 

Xoşagəlimli  səslə  hava  barədə  nəsə  söyləməyə  çalışdı  -  bu,  yer 

üzündəki  bədbəxtliklərin  bir  çoxuna  görə  məsuliyyət  daşıyan  adi 

mövzu idi - və qismətini gözlədiyi zaman yerində donub-qaldı. 

Qız tələsmədən onun ciddi koslyumuna və heç bir məxsusi ifadə 

əks etdirməyən üzünə nəzər saldı. 

-

 

İstəsəniz, otura bilərsiniz,  - o, nüfuzedici sakit qadın səsi ilə 



dedi.  -  Düzü,  oturmağınızı  istəyərdim.  Onsuz  da,  qaranlıq  düşüb, 

oxumaq mümkün deyil. Söhbət etməyə üstünlük verərdim. 

Təsadüfün qulu məmnuniyyətlə skamyada oturdu. 

-

 



Bilirsiniz  ki,  -  adətən,  parkda  mitinq  keçirən  natiqlərsayağı 

təmtəraqla danışmağa başladı,  - bu vaxta kimi gördüyüm qızlann ən 

gözəlisiniz? Dünən gözümü sizdən çəkə bilmirdim. Balaca, bəlkə də, 

kiminsə sizin o qəşəng gözlərinizin təsirindən başını itirdiyindən heç 

xəbəriniz də olmadı. 

148 

downloaded from KitabYurdu.org




AVTOMOBİL GÖZLƏYƏRKƏN 

-

 



Kim  olursunuzsa  olun,  -  qız  soyuq  səslə  söylədi,  -  amma 

unutmayın  ki,  mən  lediyəm.  Elə  indicə  söylədiyiniz  ifadəyə  görə  sizi 

bağışlayıram  -  səhviniz,  şübhəsiz,  sizin  mənsub  olduğunuz  mühit  üçün 

təbiidir.  Mən  sizə  oturmağı  təklif  etdim;  əgər  bu,  sizə  məni  “balaca” 

adlandırmağa əsas verirsə, təklifimi geri götürürəm. 

-

 



Allah  xatirinə,  bağışlayın,  -  cavan  oğlan  yalvardı.  Üzündəki 

özündənrazılıq  itaət  və  peşmanlıqla  əvəz  olundu.  -  Səhv  etdim;  bilirsiniz, 

demək  istəyirəm  ki,  qızlar,  adətən,  parkda...  siz,  əlbəttə,  bunu  bilmirsiniz, 

amma... 


-

 

Bu mövzunu kənara qoyaq. Əlbəttə, nə demək istədiyinizi bilirəm. 



Yaxşısı budur, mənə yanınızdan ötüb öz yolları ilə gedən bu adamlar barədə 

danışasınız. Onlar hara gedirlər? Nə üçün belə tələsirlər? Xoşbəxtdirlərmi? 

Cavan  oğlan  cini  olaraq  şux  görkəmini  itirdi.  Dərhal cavab  vermədi  - 

indi ona məhz hansı rolun tapşırıldığını anlamaq çətin idi. 

-

 

Bəli,  onları  müşahidə  etmək  çox  maraqlıdır,  -  o,  nəhayət,  öz 



həmsöhbətinin  damarını  tutduğuna  əmin  olaraq  uzada-  uzada  söylədi.  - 

Həyat  tapmacadır.  Bəziləri  şam  etməyə  gedir,  digərləri...  hm...  başqa  yerə. 

Adam bilmək istəyir ki, onlar necə yaşayırlar. 

-

 



Mən  -  yox,  -  qız  dedi.  -  Məni  hər  şey  çox  da  maraqlandırmır. 

Yalnız ona görə burada otururam ki, heç olmasa, bir müddət döyünən böyük 

insan  ürəyinə  yaxın  ola  bilim.  Həyatım  o  qədər  uzaqdır  ki,  onun 

döyüntüsünü eşidə bilmirəm. Deyin görüm, anlaya bilirsiniz nə üçün sizinlə 

belə danışıram, mister... 

-

 



Parkensteker,  -qıza  kömək  edən  cavan  oğlan  ümidlə  və  sual  dolu 

nəzərlərlə ona baxdı. 

-

 

Yox,  -  qız  incə  barmağını  qaldırıb  azca  gülümsədi.  -  O,  kifayət 



qədər məşhurdur. Bəzi soyadları qeyd etmək üçün qəzetlərə heç nə mane ola 

bilməz.  Hətta  portretlər  də.  Bu  qulluqçu  toru  və  şlyapası  mənə  özümü 

gizlətməyə imkan verir. Bilirsiniz, hər dəfə sürücü mənə necə baxır, özü də 

elə  bilir  ki,  onun  baxışlarından  xəbərim  yoxdur.  Açıq  deyirəm:  beş,  yaxud 

altı məxfi soyad mövcuddur; və təsadüf elə gətirib ki, mən 

149 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə