İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə43/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   39   40   41   42   43   44   45   46   ...   135

O.HENRİ 

-

 



Mən  sizə  nə  etmişəm?  -  Mak-Qayr  zarıdı.  -  Məgər  sizi 

aldatmışam?  Məni  buraya  gətirməyə  məcbur  etmişəm?  Xahiş 

etmişəm?  İndi  də  “sürüş  örüşə'*  deyirsiniz,  hə?  Orada  uzunçuluq 

etməkdənsə, mənə bıçaq batırsaydınız, daha yaxşı olardı! “Ata minib 

gəzintiyə  çıx!”  Mən  heç  ayağımı  da  ardımca  sürüyə  bilmirəm! 

Aydındır? Beşyaşlı uşaq məni yumruqla vursa, özümü ondan qoruya 

bilmərəm.  Sizin  lənətə  gəlmiş  rançonuz  axın-  ma  çıxdı.  Burada  nə 

yeməyə bir şey tapılır, nə də ki baxmağa. Danışmağa da adam yox - 

boks  yastığını  omar  salatından  ayırmağı  bacarmayan  vəhşi 

sürüsündən savayı! 

-

 

Bura,  doğrudan  da,  danxdıncıdır,  -  Reydler  karıxmış  halda 



özünə  haqq  qazandırmağa  çalışdı.  -  Hər  şey  boldur,  amma  sadədir. 

Bir  də  ki  əgər  nəsə  lazımdırsa,  uşaqlan  göndərək,  şəhərdən 

gətirsinlər. 

Serkl  Bar  düşərgəsindən  olan  kovboy  Çed  Merçison  öz  fikrini 

birinci bildirdi: Mak-Qayr hiyləgər və riyakar adamdır. Çed otuz mil 

uzaqdan onun üçün yəhər qaşına sanyaraq bir səbət gilas gətirmişdi. 

Tüstülü  otaqda  bir  az  oturduqdan  sonra  çıxıb  öz  şübhələrini  açıq-

aşkar sahibinə bildirdi. 

-

 

Onun  əli  almazdan  möhkəmdir,  -  Çed  dedi.  -  O,  “düz,  qısa 



günəş kələfi ”ni mənə göstərəndə elə bildim məni mustanq şıllaqladı. 

Bu cavan oğlan sizi vicdansızcasına aldadır, Kert. O, elə mənim kimi 

naxoşdur.  Adam  söyləməyə  utanır,  amma  bu  düşük  burada  müftə 

yaşamaq naminə sizi ələ salır. 

Əgər Reydler bir neçə gün sonra heç bir gizli niyyət güdmədən 

Mak-Qayn  müayinə  etdirməsəydi,  safqəlbli  maldar  Çed  in  aşkara 

çıxardıqlarını qulaqardına vuracaqdı. 

Bir  dəfə  günorta  vaxtı  iki  nəfər  rançoya  gəlib  arabadan  endi; 

atlannı hörük!əyib evə girdilər və nahar etmək üçün bir az ləngidilər: 

burada  hamı  özünü  həmişə  süfrəyə  dəvət  olunmuş  hesab  edir  -  bu 

diyann adəti belədir. Məlum oldu ki, gəlmələrdən biri san-antoniolu 

böyük  tibb  xadimidir.  Kimin  dəyərli  məsləhətləri  qəfil  gülləyə  tuş 

gəlmiş  inək  maqnatına  lazım  ola  bilərdi?  Həkimi  indilərdə  qatara 

minmək üçün stansiyaya aparmalı idilər. Nahardan sonra onu kənara 

çəkən Reydler iyirmidollarlıq kağız pulu ovcuna basdı: 

134 

downloaded from KitabYurdu.org




RANÇODA SANATORİYA 

-

 



Həkim,  bir  cavan  oğlanı  müayinə  etməkdən  boyun  qaçırmayın; 

burada,  qonşu  otaqdadır.  Onun  ağır  dərəcəli  vərəm  olduğundan  ehtiyat 

edirəm:  Bilmək  istəyirdim  vəziyyəti  pis-  dimni,  biz  onun  üçün  nə  edə 

bilərik? 

-

 

Nahara  qonaq  etdiyiniz  üçün  sizə  nə  qədər  borcluyam?  -  həkim 



eynəyin  üstündən  ev  sahibinə  baxdı.  Reydler  iyirmi-  dollarlığı  qaytanb 

cibinə soxdu. Həkim Mak-Qaynn otağına yollandı. Qalereykanın küncündə 

qalaqlanmış  yəhərlərinin  üstündə  oturan  maldar  isə  tibbi  rəyin  xoşagəlməz 

olacağı halda özünü lənətləməyə hazırlaşırdı. 

Bir neçə  dəqiqədən sonra həkim  gümrah  halda Mak-Qaynn  otağından 

çıxdı. 


-

 

Sizin  cavan  oğlan,  -  o,  Reydlerə  dedi,  -  məndən  sağlamdır. 



Ciyərləri  təzəcə  çapdan  çıxmış  dollar  kimi  təmizdir.  Nəbzi  qaydasındadır, 

temperaturu və tənəffüsü də həmçinin. Nəfəs alması dörd düym təşkil edir. 

Xəstəlikdən heç bir əlamət yoxdur. Düzdür, bakterioloji analiz etməmişəm, 

amma  əminəm  ki,  onda  vərəm  çöpləri  yoxdur.  Adımı  diaqnozun  altından 

qeyd  edə bilərsiniz. Hətta tənbəki ilə otağın ağır havası da ona zərər yetirə 

bilməyib. Öskürür? Ona deyin ki, bunu etməyə ehtiyac yoxdur. Onun üçün 

neyləyə  biləcəyinizlə  maraqlanırsınız?  Məsləhətim  -  onu  ya  teleqraf 

dirəkləri  basdırmağa,  ya  da  mustanq-  lara  təlim  verməyə  göndərin.  Yaxşı, 

bizim atlar hazırdır. Sağlıqla qalın,  ser. - Həkim atını çaparaq ani başlayan 

şiddətli sərin külək təki hərəkətə gəlib yoluna davam etdi. 

Reydler  sürahidəki  meskit  kolunun  yarpağını  qopardı  və  fikirli  halda 

çeynəməyə başladı. 

Mal-qaranın damğalanma mövsümü yaxınlaşırdı. Növbəti günün səhəri 

baş  sürəkçi  Ross  Harqis  işin  görüləcəyi  San-Karlos  düşərgəsinə  getmək 

üçün  rançonun  həyətində  tabeliyində  olan  uşaqlardan  iyirmi  beşini  ayırdı. 

Saat  altıda  atlar  yəhərlənmiş,  ərzaq  arabalara  yüklənmişdi.  Kovboylar  bir-

birinin ardınca atların belinə sıçradıqları zaman Reydler onlardan bir qədər 

gözləməyi xahiş etdi. Mehtər oğlan darvazaya yəhərlənmiş bir at da gətirdi. 

Reydler  Mak-Qayrın  otağına  yaxınlaşıb  qapını  taybatay  açdı.  O,  yançılpaq 

vəziyyətdə çarpayıda uzanıb tənbəki çəkirdi. 

135 

downloaded from KitabYurdu.org




O.HENRİ 

-

 



Qalx! - maldar dedi və səsi ovçunun mis şeypurunun səsi kimi 

qaba çıxdı. 

-

 

Nə olub? - Mak-Qayr karıxmış halda soruşdu. 



-

 

Ayağa qalx, geyin. Mən evimdə zınqırovlu ilanın olmasına da 



dözərdim, amma yalançıya burada yer yoxdur. Hə! Neçə dəfə təkrar 

etməliyəm?! - Mak-Qayrın boynundan yapışıb onu yataqdan qaldırdı. 

-

 

Qulaq asın, dost! - Mak-Qayr özündən çıxmış halda çığırdı. - 



Sizə  nə  olub,  dəli  olmusunuz?  Mən  xəstəyəm,  görmürsünüz? 

Yerimdən  dəbərsəm,  ölərəm!  Sizə  nə  etmişəm?  Məgər  xahiş 

etmişdim ki... - həmişəki tərzdə zarımağa başladı. 

-

 



Geyin! - Reydler səsini qaldırdı. 

Mak-Qayr  başını  itirmiş  halda  söyüş  söyə-söyə  paltarını  axtanr, 

heyrətlənmiş  baxışlarını  qəzəbli  maldann  nəhəng  vücudundan 

çəkmir,  titrəyən  əlləri  ilə  şalvarını  və  köynəyini  birtəhər  əyninə 

keçirirdi. Reydler  yenidən onun boynundan yapışıb həyətdən keçirdi 

və  darvazaya  bağlanmış  atın  yanına  gətirdi.  Kovboylar  ağızlan  açıq 

vəziyyətdə atların belində yırğalanırdılar. 

-

 



Bu  cavan  oğlanı  da  özünlə  götür,  -  Reydler  Ross  Harqisə 

dedi,  -  onu  da  işə  cəlb  elə.  Qoy  lazım  olduğu  qədər  işləsin,  harada 

olsa yatsın, nə versələr yesin. Bilirsiniz, uşaqlar, mən onun üçün hər 

şeyi etmişəm, özü də ürəkdən. Dünən San-Antonio- dan olan həkim 

onu  müayinə  edib  dedi  ki,  ciyərləri  qatır  ciyəri  kimi  təmizdir  və 

ümumiyyətlə,  öküztək  sağlamdır.  Bir  sözlə,  onu  sənə  tapşınram, 

Ross. 

Ross Harqis cavab əvəzinə yalnız qaşqabaqla gülümsədi. 



-

 

İşə  bir  bax!  -  Mak-Qayr  qəribə  bir  istehzalı  təbəssümlə 



Reydler!  nəzərdən  keçirərək  uzada-uzada  dedi.  -  Deməli,  qoca 

yapalaq mənim sağlam olduğumu deyib? O dedi ki, mən hiyləgərəm, 

eləmi? Deməli, onu mənim yanıma siz göndərmişdiniz? Elə bilirdiniz 

özümü  tülkülüyə  vurmuşam?  Sizcə,  mən  yalançıyam?  Qulaq  asın, 

dost,  mən  tez-tez  kobudluq  etmişəm,  amma  bu  yalnız...  əgər  bircə 

dəfə mənim yerimdə olsaydınız... hə, unutdum... mən ki sağlamam... 

qoca yapalaq belə söyləyib. Yaxşı, dost, işləyib əvəzini çıxaram. Bax 

o zaman da mənimlə haqq-hesab edərsiniz! 



136 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə