İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə41/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   37   38   39   40   41   42   43   44   ...   135

O.HENRİ 

isə  ayrı  mühitdə  böyümüşdü.  Alt  fut  iki  düym  boyu,  enli  kürəkləri 

olan  Reydler,  necə  deyərlər,  safqəlbli  bir  insan  idi.  Qərb  və  cənub, 

sanki, onda birləşmişdi. Bu cür tiplər rəsm əsərlərində çox az təsvir 

olunurlar.  Çünki  bizim  rəsm  qalereyalanmız  çox  miniatür  idi, 

kinematoqraflya  isə  Texasda  hələ  geniş  vüsət  almamışdı.  Reydler 

kimi yekəpər bir kişinin obrazını yaxşı təsvir etmək üçün yalnız çox 

nəhəng, rahat, sadə və çərçivəyə sığmayan freska lazım idi. 

Ekspress  onlan  sürətlə  cənuba  doğru  apanrdı.  Preriyanın  yaşıl 

düzənlikləri meşəni yanb, geniş sahələrə səpələnmiş ağac- lann baş-

başa verib əmələ gətirdiyi qaranlığa qovuşurdu. Bura inək krallannın 

mülkü olan rançolar ölkəsi idi. 

Mak-Qayr  küncə  sıxılaraq  oturmuşdu  və  maldann  sözlərinə 

böyük inamsızlıqla qulaq asırdı. Onu, Allah bilir, haraya çəkib aparan 

bu  nəhəng  qoca,  görəsən,  nə  oyun  oynamaq  fikrinə  düşüb?  Mak-

Qaynn  ağlına  ən  az  gələn  fikir  qocanın  təmənnasız  yaxşılığı  ola 

bilərdi.  “O,  fermer  deyil,  -  əsir  düşündü,  -  kələkbaza  da  oxşamır. 

Görəsən,  bu  hərif  kimdir?  Bax  a,  “Sisəy”,  onun  kartlarına  nişan 

vurulmayıb  ki?  indi  istəsən  də,  istəməsən  də,  ayrı  yolun  yoxdur. 

Sənin tez inkişafda olan vərəmin, bir də cibində beş sentin var. Belə 

ki, yerində sakit otur. Sakit otur və gör onun niyyəti nədir”. 

San-Antoniodan  yüz  mil  aralıda  -  Rinkonada  qatardan  düşüb 

Reydleri  stansiyada  gözləyən  tarataykaya

1

  oturdular.  Mənzilbaşına 



çatana  qədər  otuz  mil  gedəsi  oldular.  Görünür,  səyahətin  məhz  bu 

hissəsi ürəyi şübhə ilə dolu Mak-Qayra əsirliyinin əsl mahiyyətini aça 

bildi.  Onlar  məxmər  təkərlər  üstündə  firavanlıq  içində  mürgüləyən 

savanna


2

  boyunca  hərəkət  edirdilər.  Bir  cüt  sürətli  ispan  atı 

usanmadan  löhrəm  yeriyir,  hərdən  isə  öz  təşəbbüsləri  ilə  dördayaq 

çapırdılar.  Hava  adamı  şərab  kimi  kefləndirir,  mədən  suyu  kimi 

sağlamlaşdırırdı və səyahətçilər hər bir udumda tarla çiçəklərinin xoş 

ətrini  ciyərlərinə  çəkirdilər.  Yol  otlann  arasında  azca  itdiyindən 

Reydlerin mahir əlləri ilə idarə olunan taratayka yaşıl çöl dalğalannın 

üstü 


1

 Taratayka - ikitəkərli araba 

2

 Savanna - seyrək ağaclar və kolluq olan düzənlik 



128 

downloaded from KitabYurdu.org




RANÇODA SANATORİYA 

ilə  üzürdü.  Uzaqdan  zorla  gözə  çarpan  hər  meşə  zolağı  nişan  ağacı  rolunu 

oynayır,  təpələrin  hər  əyriliyi  isə  üfüqdə  istiqaməti  müəyyənləşdirərək 

məsafəni göstərirdi. Oturacağa qısılan Mak- Qayr isə qaşqabaqlı və inamsız 

halda  diqqətlə  maldara  baxır,  ətraflardakı  kimsəsiz  səhradan  başqa  gözünə 

kimsə görünmürdü. 

“Görəsən,  niyyəti  nədir?  -  bu  fikir  onu  rahat  buraxmırdı.  -  Bu 

yekəpərin nə finldağı var axı?” 

Ycilnız  üfüq  xəttinin  dördüncü  ölçüsü  ilə  hüdudlanmış  ucu-  bucağı 

görünməyən  səhranın  qoynunda  Mak-Qayr  insanlara  darısqal  şəhər 

məhəllələrinin sakinlərinə məxsus nəzərlərlə baxırdı. 

Reydler  bir  həftə  əvvəl  preriyada  atla  getdiyi  vaxt  naxırdan  ayrı 

düşmüş,  yanıqlı-yanıqlı  mələyən  düyə  ilə  rastlaşmışdı.  Reydler  tələsmədən 

əyilib  bu  bədbəxti  yəhərin  üstünə  qaldırmış  və  gətirib  rançodakı 

kovboyların himayəsinə vermişdi. Mak- Qayr haradan bilsin ki - bir də axı 

bu,  onun  ağlına  necə  yerləşə  bilərdi  -  o  da  Reydlerin  gözündə,  təxminən, 

həmin  düyəyə  -  xəstə,  kiminsə  qayğısına  ehtiyacı  olan  kimsəsiz  məxluqa 

bənzəyir. Reydler görəndə ki kömək edə bilər, bu, ona kifayət edirdi. Onun 

düşüncəsinə  görə,  bütün  bunlar  məntiqli,  deməli,  həm  də  düzgün  hesab 

oluna  bilər.  Reydlerin  təsadüfən  San-  Antonioda  rast  gəldiyi  Mak-Qayr 

hesabca  yeddinci  naxoş  idi.  Bu  şəhərin  dansqal  küçələrində  minlərlə  xəstə 

vərəmdən əzab çəkirdi. Maldarın beş qonağı sağalana və gözlərində minnət-

darlıq  yaşı  qonaqpərvər  ev  sahibi  ilə  vidalaşana  kimi  Solito  rançosunda 

yaşayacaqdı.  Altına  buraya  bir  fiz  gec  gəlib  düşmüşdü.  Amma  əzabdan 

qurtardıqdan sonra bağın sakit guşəsində - qollu-budaqlı ağaan altında əbədi 

rahatlıq tapmışdı. 

Buna  görə  də  tarataykanı  eyvana  yaxın  sürən  Reydler  hima-  yəçisi 

olduğu  xəstəni  əsgi  düyünçəsi  kimi  qaldınb  verandada  yerləşdirəndə 

rançoda heç kim təəccüblənmədi. 

Mak-Qayr  vərdiş  etmədiyi  mənzərəyə  ötəri  nəzər  saldı.  Solito 

rançosundakı  bu  ev  mahalda  ən  yaxşı  ev  sayılırdı.  Ev  atlarla  yüz  mil 

uzaqlıqdan gətirilmiş kərpicdən tikilmişdi. Amma o, birmərtəbəli olub dörd 

otaqdan ibarət idi, torpaq sahəsi və 

129 


downloaded from KitabYurdu.org


O.HENRİ 

“qalereyka”  adlanan  veranda  ilə  əhatə  olunmuşdu.  Atlann,  itlərin, 

yəhərlərin,  arabalann,  bir  sözlə,  kovboy  həyatına  məxsus  əşyaların 

müxtəlif  çeşidləri  müflis  olmuş  idmançının  paytaxt  sakinlərinə  xas 

düşüncələrini alt-üst etdi. 

-

 



Budur, artıq evdəyik, - Reydler sevincək dedi. 

-

 



Hə, amma çox uzaq yerdir! - Mak-Qayr öskürəkdən qıc olmuş 

vəziyyətdə verandanın döşəməsinə sərildi. 

-

 

Çalışarıq yerin rahat olsun, oğul, - ev sahibinin mülayim səsi 



eşidildi.  -  Evimiz  dəbdəbəli  olmasa  da,  genişdir,  sizə  də  elə  bu 

lazımdır. Bu da otağınız. Nə lazım olsa, utanma, soruş. 

Reydler  Mak-Qayrı  evin  şərq  tərəfində  yerləşən  otağına  apardı. 

Döşənməmiş döşəmə təmiz yuyulmuşdu. Sərin külək pəncərələrin ağ 

pərdələrini  yellədirdi.  Otağın  ortasında  yırğalanan  böyük  kreslo,  iki 

adi  stul  və üstündə  qəzetlər,  tənbəki çubuq-  lan, tənbəkilər,  şporlar, 

tüfəng  patronlan  qalaqlanmış  uzun  masa  qoyulmuşdu.  Divarlardan 

yaxşı aşılanmış bir neçə maral və bir dənə də nəhəng, qara qaban başı 

boylanırdı.  Küncdə  qatlanan  geniş  parusin  çarpayı  yerləşdirilmişdi. 

Solito  rançosundakı  qonaq  otağı  bütün  mahal  sakinlərinin  gözündə 

şahzadəyə  layiq  iqamətgah  sayılırdı.  Mak-Qayr  onu  gördükdə 

hınldadı. Cibindən beş sent çıxarıb tavana san tulladı. 

-

 

Elə bilirsiniz pul məsələsində yalan danışıram? İndi, istəsəniz, 



üst-başımı  da  axtara  bilərsiniz.  Bu,  sərvətimin  axınncısı  idi.  Yaxşı, 

bəs bunlann haqqını kim ödəyəcək? 

Reydlerin  aydın,  boz  gözləri  çallaşmış  qaşlarının  altından  düz 

Mak-Qayrın  qara,  xırda  gözlərinə  zilləndi.  O,  bir  qədər  susduqdan 

sonra halını pozmadan dedi: 

-

 



Sən hər dəfə pul barədə danışanda xətrimə dəyirsən, oğul. Bir 

dəfə  dedin,  kifayətdir.  Mən  qonaqlardan  pul  götürmürəm.  Adətən, 

onlar  da  pul  təklif  etmirlər.  Şam  yeməyi  yarım  saatdan  sonra  hazır 

olacaq.  Bax,  buradakı  bardaqda  su  var,  qalereyada  asılmış  o  biri 

qırmızı bardaqda isə içməli sərin su qoyulub. 

-

 



Bəs  zəng  haradadır?  -  Mak-Qayr  ətrafı  nəzərdən  keçirərək 

soruşdu. 

-

 

Zəng? O, nəyinə gərəkdir? 



130 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə