O.HENRİ
isə ayrı mühitdə böyümüşdü. Alt fut iki düym boyu, enli kürəkləri
olan Reydler, necə deyərlər, safqəlbli bir insan idi. Qərb və cənub,
sanki, onda birləşmişdi. Bu cür tiplər rəsm əsərlərində çox az təsvir
olunurlar. Çünki bizim rəsm qalereyalanmız çox miniatür idi,
kinematoqraflya isə Texasda hələ geniş vüsət almamışdı. Reydler
kimi yekəpər bir kişinin obrazını yaxşı təsvir etmək üçün yalnız çox
nəhəng, rahat, sadə və çərçivəyə sığmayan freska lazım idi.
Ekspress onlan sürətlə cənuba doğru apanrdı. Preriyanın yaşıl
düzənlikləri meşəni yanb, geniş sahələrə səpələnmiş ağac- lann baş-
başa verib əmələ gətirdiyi qaranlığa qovuşurdu. Bura inək krallannın
mülkü olan rançolar ölkəsi idi.
Mak-Qayr küncə sıxılaraq oturmuşdu və maldann sözlərinə
böyük inamsızlıqla qulaq asırdı. Onu, Allah bilir, haraya çəkib aparan
bu nəhəng qoca, görəsən, nə oyun oynamaq fikrinə düşüb? Mak-
Qaynn ağlına ən az gələn fikir qocanın təmənnasız yaxşılığı ola
bilərdi. “O, fermer deyil, - əsir düşündü, - kələkbaza da oxşamır.
Görəsən, bu hərif kimdir? Bax a, “Sisəy”, onun kartlarına nişan
vurulmayıb ki? indi istəsən də, istəməsən də, ayrı yolun yoxdur.
Sənin tez inkişafda olan vərəmin, bir də cibində beş sentin var. Belə
ki, yerində sakit otur. Sakit otur və gör onun niyyəti nədir”.
San-Antoniodan yüz mil aralıda - Rinkonada qatardan düşüb
Reydleri stansiyada gözləyən tarataykaya
1
oturdular. Mənzilbaşına
çatana qədər otuz mil gedəsi oldular. Görünür, səyahətin məhz bu
hissəsi ürəyi şübhə ilə dolu Mak-Qayra əsirliyinin əsl mahiyyətini aça
bildi. Onlar məxmər təkərlər üstündə firavanlıq içində mürgüləyən
savanna
2
boyunca hərəkət edirdilər. Bir cüt sürətli ispan atı
usanmadan löhrəm yeriyir, hərdən isə öz təşəbbüsləri ilə dördayaq
çapırdılar. Hava adamı şərab kimi kefləndirir, mədən suyu kimi
sağlamlaşdırırdı və səyahətçilər hər bir udumda tarla çiçəklərinin xoş
ətrini ciyərlərinə çəkirdilər. Yol otlann arasında azca itdiyindən
Reydlerin mahir əlləri ilə idarə olunan taratayka yaşıl çöl dalğalannın
üstü
1
Taratayka - ikitəkərli araba
2
Savanna - seyrək ağaclar və kolluq olan düzənlik
128
downloaded from KitabYurdu.org
RANÇODA SANATORİYA
ilə üzürdü. Uzaqdan zorla gözə çarpan hər meşə zolağı nişan ağacı rolunu
oynayır, təpələrin hər əyriliyi isə üfüqdə istiqaməti müəyyənləşdirərək
məsafəni göstərirdi. Oturacağa qısılan Mak- Qayr isə qaşqabaqlı və inamsız
halda diqqətlə maldara baxır, ətraflardakı kimsəsiz səhradan başqa gözünə
kimsə görünmürdü.
“Görəsən, niyyəti nədir? - bu fikir onu rahat buraxmırdı. - Bu
yekəpərin nə finldağı var axı?”
Ycilnız üfüq xəttinin dördüncü ölçüsü ilə hüdudlanmış ucu- bucağı
görünməyən səhranın qoynunda Mak-Qayr insanlara darısqal şəhər
məhəllələrinin sakinlərinə məxsus nəzərlərlə baxırdı.
Reydler bir həftə əvvəl preriyada atla getdiyi vaxt naxırdan ayrı
düşmüş, yanıqlı-yanıqlı mələyən düyə ilə rastlaşmışdı. Reydler tələsmədən
əyilib bu bədbəxti yəhərin üstünə qaldırmış və gətirib rançodakı
kovboyların himayəsinə vermişdi. Mak- Qayr haradan bilsin ki - bir də axı
bu, onun ağlına necə yerləşə bilərdi - o da Reydlerin gözündə, təxminən,
həmin düyəyə - xəstə, kiminsə qayğısına ehtiyacı olan kimsəsiz məxluqa
bənzəyir. Reydler görəndə ki kömək edə bilər, bu, ona kifayət edirdi. Onun
düşüncəsinə görə, bütün bunlar məntiqli, deməli, həm də düzgün hesab
oluna bilər. Reydlerin təsadüfən San- Antonioda rast gəldiyi Mak-Qayr
hesabca yeddinci naxoş idi. Bu şəhərin dansqal küçələrində minlərlə xəstə
vərəmdən əzab çəkirdi. Maldarın beş qonağı sağalana və gözlərində minnət-
darlıq yaşı qonaqpərvər ev sahibi ilə vidalaşana kimi Solito rançosunda
yaşayacaqdı. Altına buraya bir fiz gec gəlib düşmüşdü. Amma əzabdan
qurtardıqdan sonra bağın sakit guşəsində - qollu-budaqlı ağaan altında əbədi
rahatlıq tapmışdı.
Buna görə də tarataykanı eyvana yaxın sürən Reydler hima- yəçisi
olduğu xəstəni əsgi düyünçəsi kimi qaldınb verandada yerləşdirəndə
rançoda heç kim təəccüblənmədi.
Mak-Qayr vərdiş etmədiyi mənzərəyə ötəri nəzər saldı. Solito
rançosundakı bu ev mahalda ən yaxşı ev sayılırdı. Ev atlarla yüz mil
uzaqlıqdan gətirilmiş kərpicdən tikilmişdi. Amma o, birmərtəbəli olub dörd
otaqdan ibarət idi, torpaq sahəsi və
129
downloaded from KitabYurdu.org
O.HENRİ
“qalereyka” adlanan veranda ilə əhatə olunmuşdu. Atlann, itlərin,
yəhərlərin, arabalann, bir sözlə, kovboy həyatına məxsus əşyaların
müxtəlif çeşidləri müflis olmuş idmançının paytaxt sakinlərinə xas
düşüncələrini alt-üst etdi.
-
Budur, artıq evdəyik, - Reydler sevincək dedi.
-
Hə, amma çox uzaq yerdir! - Mak-Qayr öskürəkdən qıc olmuş
vəziyyətdə verandanın döşəməsinə sərildi.
-
Çalışarıq yerin rahat olsun, oğul, - ev sahibinin mülayim səsi
eşidildi. - Evimiz dəbdəbəli olmasa da, genişdir, sizə də elə bu
lazımdır. Bu da otağınız. Nə lazım olsa, utanma, soruş.
Reydler Mak-Qayrı evin şərq tərəfində yerləşən otağına apardı.
Döşənməmiş döşəmə təmiz yuyulmuşdu. Sərin külək pəncərələrin ağ
pərdələrini yellədirdi. Otağın ortasında yırğalanan böyük kreslo, iki
adi stul və üstündə qəzetlər, tənbəki çubuq- lan, tənbəkilər, şporlar,
tüfəng patronlan qalaqlanmış uzun masa qoyulmuşdu. Divarlardan
yaxşı aşılanmış bir neçə maral və bir dənə də nəhəng, qara qaban başı
boylanırdı. Küncdə qatlanan geniş parusin çarpayı yerləşdirilmişdi.
Solito rançosundakı qonaq otağı bütün mahal sakinlərinin gözündə
şahzadəyə layiq iqamətgah sayılırdı. Mak-Qayr onu gördükdə
hınldadı. Cibindən beş sent çıxarıb tavana san tulladı.
-
Elə bilirsiniz pul məsələsində yalan danışıram? İndi, istəsəniz,
üst-başımı da axtara bilərsiniz. Bu, sərvətimin axınncısı idi. Yaxşı,
bəs bunlann haqqını kim ödəyəcək?
Reydlerin aydın, boz gözləri çallaşmış qaşlarının altından düz
Mak-Qayrın qara, xırda gözlərinə zilləndi. O, bir qədər susduqdan
sonra halını pozmadan dedi:
-
Sən hər dəfə pul barədə danışanda xətrimə dəyirsən, oğul. Bir
dəfə dedin, kifayətdir. Mən qonaqlardan pul götürmürəm. Adətən,
onlar da pul təklif etmirlər. Şam yeməyi yarım saatdan sonra hazır
olacaq. Bax, buradakı bardaqda su var, qalereyada asılmış o biri
qırmızı bardaqda isə içməli sərin su qoyulub.
-
Bəs zəng haradadır? - Mak-Qayr ətrafı nəzərdən keçirərək
soruşdu.
-
Zəng? O, nəyinə gərəkdir?
130
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |