O.HENRİ
-
Mən sizə nə etmişəm? - Mak-Qayr zarıdı. - Məgər sizi
aldatmışam? Məni buraya gətirməyə məcbur etmişəm? Xahiş
etmişəm? İndi də “sürüş örüşə'* deyirsiniz, hə? Orada uzunçuluq
etməkdənsə, mənə bıçaq batırsaydınız, daha yaxşı olardı! “Ata minib
gəzintiyə çıx!” Mən heç ayağımı da ardımca sürüyə bilmirəm!
Aydındır? Beşyaşlı uşaq məni yumruqla vursa, özümü ondan qoruya
bilmərəm. Sizin lənətə gəlmiş rançonuz axın- ma çıxdı. Burada nə
yeməyə bir şey tapılır, nə də ki baxmağa. Danışmağa da adam yox -
boks yastığını omar salatından ayırmağı bacarmayan vəhşi
sürüsündən savayı!
-
Bura, doğrudan da, danxdıncıdır, - Reydler karıxmış halda
özünə haqq qazandırmağa çalışdı. - Hər şey boldur, amma sadədir.
Bir də ki əgər nəsə lazımdırsa, uşaqlan göndərək, şəhərdən
gətirsinlər.
Serkl Bar düşərgəsindən olan kovboy Çed Merçison öz fikrini
birinci bildirdi: Mak-Qayr hiyləgər və riyakar adamdır. Çed otuz mil
uzaqdan onun üçün yəhər qaşına sanyaraq bir səbət gilas gətirmişdi.
Tüstülü otaqda bir az oturduqdan sonra çıxıb öz şübhələrini açıq-
aşkar sahibinə bildirdi.
-
Onun əli almazdan möhkəmdir, - Çed dedi. - O, “düz, qısa
günəş kələfi ”ni mənə göstərəndə elə bildim məni mustanq şıllaqladı.
Bu cavan oğlan sizi vicdansızcasına aldadır, Kert. O, elə mənim kimi
naxoşdur. Adam söyləməyə utanır, amma bu düşük burada müftə
yaşamaq naminə sizi ələ salır.
Əgər Reydler bir neçə gün sonra heç bir gizli niyyət güdmədən
Mak-Qayn müayinə etdirməsəydi, safqəlbli maldar Çed in aşkara
çıxardıqlarını qulaqardına vuracaqdı.
Bir dəfə günorta vaxtı iki nəfər rançoya gəlib arabadan endi;
atlannı hörük!əyib evə girdilər və nahar etmək üçün bir az ləngidilər:
burada hamı özünü həmişə süfrəyə dəvət olunmuş hesab edir - bu
diyann adəti belədir. Məlum oldu ki, gəlmələrdən biri san-antoniolu
böyük tibb xadimidir. Kimin dəyərli məsləhətləri qəfil gülləyə tuş
gəlmiş inək maqnatına lazım ola bilərdi? Həkimi indilərdə qatara
minmək üçün stansiyaya aparmalı idilər. Nahardan sonra onu kənara
çəkən Reydler iyirmidollarlıq kağız pulu ovcuna basdı:
134
downloaded from KitabYurdu.org
RANÇODA SANATORİYA
-
Həkim, bir cavan oğlanı müayinə etməkdən boyun qaçırmayın;
burada, qonşu otaqdadır. Onun ağır dərəcəli vərəm olduğundan ehtiyat
edirəm: Bilmək istəyirdim vəziyyəti pis- dimni, biz onun üçün nə edə
bilərik?
-
Nahara qonaq etdiyiniz üçün sizə nə qədər borcluyam? - həkim
eynəyin üstündən ev sahibinə baxdı. Reydler iyirmi- dollarlığı qaytanb
cibinə soxdu. Həkim Mak-Qaynn otağına yollandı. Qalereykanın küncündə
qalaqlanmış yəhərlərinin üstündə oturan maldar isə tibbi rəyin xoşagəlməz
olacağı halda özünü lənətləməyə hazırlaşırdı.
Bir neçə dəqiqədən sonra həkim gümrah halda Mak-Qaynn otağından
çıxdı.
-
Sizin cavan oğlan, - o, Reydlerə dedi, - məndən sağlamdır.
Ciyərləri təzəcə çapdan çıxmış dollar kimi təmizdir. Nəbzi qaydasındadır,
temperaturu və tənəffüsü də həmçinin. Nəfəs alması dörd düym təşkil edir.
Xəstəlikdən heç bir əlamət yoxdur. Düzdür, bakterioloji analiz etməmişəm,
amma əminəm ki, onda vərəm çöpləri yoxdur. Adımı diaqnozun altından
qeyd edə bilərsiniz. Hətta tənbəki ilə otağın ağır havası da ona zərər yetirə
bilməyib. Öskürür? Ona deyin ki, bunu etməyə ehtiyac yoxdur. Onun üçün
neyləyə biləcəyinizlə maraqlanırsınız? Məsləhətim - onu ya teleqraf
dirəkləri basdırmağa, ya da mustanq- lara təlim verməyə göndərin. Yaxşı,
bizim atlar hazırdır. Sağlıqla qalın, ser. - Həkim atını çaparaq ani başlayan
şiddətli sərin külək təki hərəkətə gəlib yoluna davam etdi.
Reydler sürahidəki meskit kolunun yarpağını qopardı və fikirli halda
çeynəməyə başladı.
Mal-qaranın damğalanma mövsümü yaxınlaşırdı. Növbəti günün səhəri
baş sürəkçi Ross Harqis işin görüləcəyi San-Karlos düşərgəsinə getmək
üçün rançonun həyətində tabeliyində olan uşaqlardan iyirmi beşini ayırdı.
Saat altıda atlar yəhərlənmiş, ərzaq arabalara yüklənmişdi. Kovboylar bir-
birinin ardınca atların belinə sıçradıqları zaman Reydler onlardan bir qədər
gözləməyi xahiş etdi. Mehtər oğlan darvazaya yəhərlənmiş bir at da gətirdi.
Reydler Mak-Qayrın otağına yaxınlaşıb qapını taybatay açdı. O, yançılpaq
vəziyyətdə çarpayıda uzanıb tənbəki çəkirdi.
135
downloaded from KitabYurdu.org
O.HENRİ
-
Qalx! - maldar dedi və səsi ovçunun mis şeypurunun səsi kimi
qaba çıxdı.
-
Nə olub? - Mak-Qayr karıxmış halda soruşdu.
-
Ayağa qalx, geyin. Mən evimdə zınqırovlu ilanın olmasına da
dözərdim, amma yalançıya burada yer yoxdur. Hə! Neçə dəfə təkrar
etməliyəm?! - Mak-Qayrın boynundan yapışıb onu yataqdan qaldırdı.
-
Qulaq asın, dost! - Mak-Qayr özündən çıxmış halda çığırdı. -
Sizə nə olub, dəli olmusunuz? Mən xəstəyəm, görmürsünüz?
Yerimdən dəbərsəm, ölərəm! Sizə nə etmişəm? Məgər xahiş
etmişdim ki... - həmişəki tərzdə zarımağa başladı.
-
Geyin! - Reydler səsini qaldırdı.
Mak-Qayr başını itirmiş halda söyüş söyə-söyə paltarını axtanr,
heyrətlənmiş baxışlarını qəzəbli maldann nəhəng vücudundan
çəkmir, titrəyən əlləri ilə şalvarını və köynəyini birtəhər əyninə
keçirirdi. Reydler yenidən onun boynundan yapışıb həyətdən keçirdi
və darvazaya bağlanmış atın yanına gətirdi. Kovboylar ağızlan açıq
vəziyyətdə atların belində yırğalanırdılar.
-
Bu cavan oğlanı da özünlə götür, - Reydler Ross Harqisə
dedi, - onu da işə cəlb elə. Qoy lazım olduğu qədər işləsin, harada
olsa yatsın, nə versələr yesin. Bilirsiniz, uşaqlar, mən onun üçün hər
şeyi etmişəm, özü də ürəkdən. Dünən San-Antonio- dan olan həkim
onu müayinə edib dedi ki, ciyərləri qatır ciyəri kimi təmizdir və
ümumiyyətlə, öküztək sağlamdır. Bir sözlə, onu sənə tapşınram,
Ross.
Ross Harqis cavab əvəzinə yalnız qaşqabaqla gülümsədi.
-
İşə bir bax! - Mak-Qayr qəribə bir istehzalı təbəssümlə
Reydler! nəzərdən keçirərək uzada-uzada dedi. - Deməli, qoca
yapalaq mənim sağlam olduğumu deyib? O dedi ki, mən hiyləgərəm,
eləmi? Deməli, onu mənim yanıma siz göndərmişdiniz? Elə bilirdiniz
özümü tülkülüyə vurmuşam? Sizcə, mən yalançıyam? Qulaq asın,
dost, mən tez-tez kobudluq etmişəm, amma bu yalnız... əgər bircə
dəfə mənim yerimdə olsaydınız... hə, unutdum... mən ki sağlamam...
qoca yapalaq belə söyləyib. Yaxşı, dost, işləyib əvəzini çıxaram. Bax
o zaman da mənimlə haqq-hesab edərsiniz!
136
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |