İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə38/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   34   35   36   37   38   39   40   41   ...   135

ŞAHZADƏ VƏ PUMA 

xoşlamayan  qız  min  beş  yüz  qırx  beş  baş  ikiillik  dananın  hər  birini  səkkiz 

dollar  əlli  sentə  satarkən  nə  qədər  mənfəət  əldə  etmək  mümkün  olduğunu 

şifahi hesablaya bilirdi. Espinoza rançosunun uzunluğu qırx, eni otuz mildir 

və  bunun  əsas  hissəsini  icarəyə  götürülmüş  torpaqlar  təşkil  edir.  Jozefa  at 

belində onun hər milini təftiş eləmişdi. Bu yerlərdə qızı hər kovboy tanıyır 

və onun sədaqətli vassalı hesab olunurdu. Espinozanın kovboy dəstələrindən 

birinin  başçısı  Ripli  Qivns  onu  ilk  dəfə  görən  kimi  kral  ailəsi  ilə  qohum 

olmaq  qərarına  gəldi.  Bu,  özünə  güvənmək  idimi?  Əsla  yox.  Sadəcə,  o 

zamanlar Nueses  məmləkətində hər cidamı adam hesab edirdilər. Bir də ki 

“mal-  qara  kralı”  titulunun,  ümumiyyətlə,  kral  sülaləsinə  aidiyyəti  yoxdur. 

Onun  sahibi,  əsasən,  mal-qara  soyğunçuluğunda  parlaq  qabiliyyətinə  görə 

bu tacı daşıyır. 

Bir dəfə Ripli Qivns itmiş birillik danalardan soraq tutmaq məqsədi ilə 

at belində “İki  qarağac” rançosuna gedəsi  oldu. Geri  dönərkən gecikmişdi, 

Nueses  çayının  sahilindəki  Ağ  At  bərəsinə  çatanda  artıq  hava  qaralırdı. 

Bərədən  onun  düşərgəsinə  on  altı  mil,  Espinoza  rançosundakı  malikanəyə 

isə  on  iki  mil  məsafə  vardı.  Qivns  əldən  düşmüşdü.  Ona  görə  də  bərədə 

gecələmək qəranna gəldi. 

Çay burada gözəl, balaca bir körfəz əmələ gətirmişdi. Sahil iri ağaclar 

və  sıx  kolluqlarla  örtülmüşdü.  Talanın  körfəzdən  əlli  yardlıq  hissəsində 

qıvnm  meskit  otlan  bitmişdi  ki,  bu  da  at  üçün  axşam  azuqəsi,  atlı  üçünsə 

yataq ola bilərdi. Qivns atı hörüklə- yib yəhəraltını qurumağa qoydu. Oturub 

ağaca söykəndi və papiros eşdi. Birdən çayı əhatə edən cəngəllikdən gur və 

qəzəbli nərilti eşidildi. At təhlükə hiss etdiyindən yerindən tərpənib fınxırdı. 

Qivns papirosunu çəkə-çəkə kəmərini yerdən qaldırdı və hər ehtimala qarşı 

tapançanın  barabanını  fırlatdı.  Böyük  bir  dumabalığı  səs-küylə  körfəzə 

doğru  üzürdü.  Balaca  boz  dovşan  sıçrayıb  pişik  kimi  pəncələri  üstə  oturdu 

və  bığlannı  tərpədərək  məzəli  şəkildə  Qivnsə  baxdı.  At  yenidən  otları 

didməyə başladı. 

Şəfəq  sönərkən  -  Meksika  şirinin  soprano  oxuduğu  vaxtda  -  ehtiyat 

tədbiri görmək xələl gətirməz. Bəlkə də, onun mahnısı 

119 

downloaded from KitabYurdu.org




O.HENRİ 

cavan  danalann  və  yağlı  qoyunlann  nadir  hallarda  ələ  düşməsindən 

bəhs edir, yaxud adamla tanış olmaq ehtirasından xəbər verirdi. 

Otun üstündə yoldan ötən birinin atdığı meyvə konservinin boş 

qutusu  vardı.  Onu  görən  Qivns  sevincindən  güldü.  Yəhərə  sannmış 

gödəkcəsinin cibinə azca döyülmüş qəhvə qoymuşdu. Qara qəhvə və 

papiros! Kovboya daha nə lazımdır! 

İki  dəqiqənin  içində  Qivns  balaca  bir  tonqal  qaladı.  Qutunu 

götürüb körfəzə getdi. Sahilə on beş addım qalmış sol tərəfidə otlan 

didişdirən,  belinə  qadın  yəhəri  qoyulmuş  at  gördü.  Düz  suyun 

kənannda isə dizi üstə oturmuş Jozefa O'Donnel ayağa qalxmaq üzrə 

idi.  O,  elə  indicə  su  içmişdi,  ovcundakı  qumu  çırpıb  əllərini 

təmizləyirdi.  Qivns  elə  bu  vaxt  ondan  əlli  yard  sağda  -  sakvistan 

budaqlannın altında gizlənmiş Meksika şirini gördü. Onun san gözləri 

adıqdan alışıb-yanırdı; onlardan altı fut aralıda isə poynter

1

  quyruğu 



kimi  düz  quyruq  görünürdü.  Yırtıcı  bütün  pişik  dnsindən  olan 

heyvanlar kimi arxa pəncələrinin üstündə yüngülcə yırğalanırdı. 

Qivns  bacardığını  elədi.  Onun  tapançası  otun  üstündə  qalmışdı 

və ona qədər otuz beş yard məsafə vardı. Qivns çığıra- çığıra özünü 

şirlə şahzadənin arasına atdı. 

Özünün  danışdığına  görə,  döyüş  qısa  və  bir  az  da  nizamsız 

alındı.  Döyüş  yerinə  yetişən  Qivns  iki  zəif  güllə  səsindən  sonra 

havada  tüstü  zolağı  gördü.  Sonra  da  yüz  fiıntluq  Meksika  şiri  onun 

üstünə  yıxılıb  oğlanı  zərblə  yerə  sərdi.  O  necə  çığırdığını  yaxşı 

xatırlayır:  “Burax,  bu,  qaydalara  uyğun  deyil!**.  Sonra  isə  üst-başı 

ota  sürtülmüş,  ağzı  bulaşmış  halda,  qarağacın  kötüyünə  toxunan 

alnında  iri  şiş  -  soxulcan  kimi  sürünərək  şirin  altından  çıxdı.  Şir 

tərpənməz  uzanmışdı.  Pərt  olmuş  Qivns  bunun  kələk  olduğundan 

şübhələnərək  şiri  yumruğu  ilə  hədələyib  çığırdı:  “Dayan,  mən  hələ 

səninlə...’* - və elə bu an da özünə gəldi. 

Əvvəlki  yerində  sakitcə  dayanan  Jozefa  gümüş  sağanaqlı  otuz 

səkkiz kalibrli tapançasını yenidən doldururdu. Bu dəfə ondan xüsusi 

sərrastlıq  tələb  olunmamışdı;  yırtıcının  başı  ipin  ucunda  yırğalanan 

tomat qutusundan daha asan nişangah idi. 

1

 Poynter - hamartüklü tula cinsi 



120 

downloaded from KitabYurdu.org




ŞAHZADƏ VƏ PUMA 

Qızın  dodaqlarına  və  qara  gözlərinə  qonmuş  təbəssüm  lovğalıqdan  xəbər 

verirdi.  Uğursuz  ntsar  -  xilaskar  cəngavər  müvəffəqiyyətsizliyə 

uğradığından qəlbinin necə alışıb-yandığını hiss edirdi. Onun arzuladığı şey 

gör  harada  başına  gəlmişdi...  Amma  bütün  bunlar  Kupidon  bürcünün  yox, 

Momus bürcünün altında baş vermişdi. Görünür, qalmaqalg, səssiz gülüşlə 

dolu  satira  meşədə  -  elə  bumumuzun  ucunda  imiş.  Bu,  “Senyor  Qivns  və 

onun müqəvva şirlə məzəli döyüşü” vodevilindən savayı bir şey deyildi. 

-

 

Sizsiniz,  mister  Qivns?  -  Jozefa  özünəməxsus  asta,  üzüntülü  səslə 



soruşdu.  -  Çığırmaqla,  az  qala,  mənim  atəş  açmağıma  mane  olacaqdınız. 

Yıxılanda başınız əzilməyib ki? 

-

 

Əsla, - Qivns sakit səslə cavab verdi. - Heç ağrıtmadı da. 



O, utana-utana əyilib öz gözəl şlyapasını heyvanın altından 

dartıb  çıxartdı.  Şlyapa  əzilib  elə  hala  düşmüşdü  ki,  sanki,  onu  məxsusi 

olaraq hansısa komik nömrə üçün hazırlamışdılar. Sonra o, dizi üstə çöküb 

ağzı açıq qalmış şirin qəzəbli başını nəvazişlə sığalladı. 

-

 

Bədbəxt qoca Bili! - kədərli halda ucadan söylədi. 



-

 

Nə? - Jozefa sərt səslə soruşdu. 



-

 

Sizin,  əlbəttə,  xəbəriniz  yox  idi,  miss  Jozefa,  -  Qivns  ürəyinin 



böyüklüyü kədərini üstələyən adam kimi dilləndi. - Siz günahkar deyilsiniz. 

Mən onu xilas etmək istəyirdim, amma sizi xəbərdar etməyə yubandım. 

-

 

Kimi xilas etmək istəyirdiniz? 



-

 

Billi deyirəm. Bütün günü onu axtarmışam. Axı o, düz iki il bizim 



düşərgənin  sevimlisi  olub.  Bədbəxt  qoca!  Heç  dovşanları  belə  incitməzdi. 

Uşaqlar eşitsələr, dəli olacaqlar. Amma sizinlə oynamaq istədiyini haradan 

biləcəkdiniz ki... 

Jozefanın  ona  inadla  dikilmiş  qara  gözləri  qəlbini  odladı.  Ripli  Qivns 

bu  sınağa  tab  gətirdi.  O,  dayanıb  fikirli-fikirli  tünd-  şabalıdı,  qrvrım 

saçlarını  qarışdırdı.  Gözlərinə  kədər  çökmüşdü,  qara  sifətindən  qüssə 

oxunurdu. Jozefa təlaşa düşdü. 

-

 



Sizin  istəkliniz  burada  nə  gəzirdi?  -  sonuncu  dəlilinə  əsaslanaraq 

soruşdu. - Axı Ağ At bərəsinin yaxınlığında heç bir düşərgə yoxdur. 

121 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə