İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə44/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   40   41   42   43   44   45   46   47   ...   135

RANÇODA SANATORİYA 

Quş  kimi  atılıb  atın  belində  oturdu,  yəhər  qaşına  keçirilmiş  qırmancı 

götürdü  və  atı  qamçılamağa  başladı.  Vaxtilə  Xotor-  nada  at  yarışında 

qoyulan məbləği birə on qaldıran “Oğlan”ı finişə birinci çatdıran “Sisəy”in 

ayağı yenidən üzəngidə idi. 

Atlı  dəstə  darvazadan  yel  kimi  aralandıqda  Mak-Qayr  irəlidə  gedir, 

arxasınca çaparaq toz-duman qaldırmış kovboyların ruhlandıncı çığırtılarını 

eşidirdi. 

Amma heç bir mil getməmişdi ki, geridə qalmağa başladı; atlılar örüşü 

keçib  hündür  cəngəlliklərin  arası  ilə  çapdıqları  vaxt  o  artıq  arxada 

sürünürdü. Qalın  meşəliyə girdikləri zaman  isə  yüyəni çəkib atı saxladı  və 

dəsmal  çıxanb  dodaqlarına  yaxınlaşdırdı.  Dəsmal  al-qırmızı  qana 

boyanmışdı.  O,  dəsmalı  tikanlı  kolluğa  tulladı,  heyrətlənmiş  atına  xırıltılı 

səslə “getdik!” deyərək kovboylann arxasınca çapdı. 

Axşam Reydler Alabama şəhərində yaşayan qohumundan məktub aldı. 

Qohumlanndan  biri  ölmüşdü,  Reydlerdən  miras  bölgüsündə  iştirak  etmək 

üçün  ora  gəlməsini  xahiş  edirdilər.  Dan  yeri  ağaranda  o  artıq  öz 

tarataykasında preriyanı keçib stansiyaya tələsirdi. 

Evə  yalnız  iki aydan sonra qayıtdı. Malikanə boşalmışdı  - təkcə  onun 

olmadığı  müddətdə  evə  nəzarət  edən  İlario  burada  idi.  O, ağanın  olmadığı 

müddət ərzində işlərin necə getdiyi barədə məlumat verməyə başladı. Dedi 

ki,  mal-qara  hələ  damğalanmayıb.  Tez-tez  qasırğa  olduğundan  ora-bura 

qaçışan  hey- vanlan damğalamaq çətin  olur. Düşərgə indi Qvadelupa vadi-

sində - malikanədən iyirmi mil aralıda yerləşir. 

-

 

Hə,  yeri  gəlmişkən,  -  Reydler  nəyisə  xatırlayaraq  qəfil  soruşdu.  - 



Uşaqlarla düşərgəyə göndərdiyim o oğlan necədir, 

-

 



Mak-Qayrı soruşuram? İşləyir? 

-

 



Bilmirəm,  -  İlario  cavab  verdi.  -  Kovboyların  indi  nadir  hallarda 

rançoya  yolu  düşür.  Cavan  buzovlarla  bağlı  qayğıları  çoxdur.  Yox,  onun 

barəsində heç nə eşitməmişəm. Yəqin ki, çoxdan ölüb. 

-

 



Nə çərənləyirsən? - Reydler soruşdu. - Necə yəni ölüb? 

-

 



Çox ağır vəziyyətdə idi, - İlario çiyinlərini çəkərək dedi. 

-

 



Bilirdim ki, buradan getdikdən sonra heç bir ay belə yaşamaz. 

137 

downloaded from KitabYurdu.org




O.HENRİ 

-

 



Cəfəngiyatdır!  -  Reydler  donquldandı.  -  Görürəm,  səni  də 

barmağına  dolaya  bilib.  Həkim  onu  müayinə  edib  dedi  ki,  mes-  kit 

ağacı kimi sağlamdır. 

-

 



O,  belə  dedi?  -  İlario  gülümsəyərək  soruşdu.  -  Həkim  onun 

heç üzünü də görməyib. 

-

 

Aydın danış görüm! - Reydler əmr etdi. - Nədir, mənimlə nə 



oyun oynayırsan? 

-

 



Mak-Qayr,  -  İlario  sakit  səslə  dedi,  -  həkim  otağa  girəndə 

qalereyada su içirdi. O, məni müayinə edib başladı barmaqlan ilə ora-

buramı  döyəcləməyə.  -  İlario  sinəsini  göstərdi.  -  Mən  heç  nə  başa 

düşmədim. Sonra o, qulağını söykəyib dinlədi. Bax gah buranı, gah 

da  buranı...  Nə  üçün?  Sonra  bir  şüşə  çubuq  çıxanb  ağzıma  soxdu. 

Əlimi  tutub  bax  beləcə  yoxlamağa  başladı.  Bir  də  mənə  sakit  səslə 

iyirmi, 

treinta,  cuarenta

i

,

  -  deyə  saymağı  tapşırdı.  Kim  bilir,  -  İlario 

təəccüb  əlaməti  olaraq  əllərini  yelləyib  sözünü  yekunlaşdırdı,  -  o, 

bütün bunlan nəyə görə eləyirdi? Bəlkə, zarafat etmək istəyirdi? 

-

 

Atlann hansı buradadır? - Reydler yalnız bunu soruşdu. 



-

 

Raysano kiçik tövlənin arxasında otlayır, 



Sesor.

 

-



 

Yəhərlə, tez! 

Bir  neçə  dəqiqədən  sonra  Reydler  atın  üstünə  sıçrayıb  gözdən 

itdi.  Görkəmcə  gözəl  olmasa  da,  amma  itiayaq  quşun  şərəfinə  əbəs 

yerə  Raysano  adı  verilməyən  at  yol  zolaqlarını  makaron  kimi 

gəmirərək var gücü ilə yüyürürdü. İki saatdan azca sonra Reydler o 

qədər  də  hündür  olmayan  təpənin  üstündən  Qyadelupa  döngəsi 

boyunca  yayılmış  düşərgəni  seyr  edirdi.  Bəd  xəbər  eşidəcəyindən 

qorxduğu  üçün  ürəyi  bərk  döyünə-döyünə  düşərgəyə  yaxınlaşdı. 

Tələsik  cilovu  kənara  tulladı.  Sadəlövhlüyü  ucbatından  bu 

dəqiqələrdə özünü Mak- Qaynn qatili hesab edirdi. 

Düşərgədə  kovboylan  şam  yeməyinə  gözləyən  aşpazdan  savayı 

kimsə  yox  idi.  O,  dana  ətinin  iri  tikələrini  boşqablara  çəkir,  qəhvə 

içmək üçün masanın üstünə dəmir parçlar düzürdü. Reydler ona əzab 

verən məsələ barədə dərhal soruşmağa ürək eləmədi. 

1

 Otuz, qırx (isp.) 



138 

downloaded from KitabYurdu.org




RANÇODA SANATORİYA 

-

 



Düşərgədə hər şey qaydasındadır, Pit? - o, inamsız halda soruşdu. 

-

 



Belə  də,  -  Pit  təmkinlə  cavab  verdi.  -  İki  dəfə  azuqəsiz  qalmışıq. 

Qasırğa  bizim  üçün  zavala  çevrildi  -  mal-qaranı  bir  yerə  toplayana  kimi 

cəngəlliyin  qırx  mil  ətrafinı  dolaşası  olduq.  Mənə  təzə  qəhvədan  lazımdır. 

Bu il mığmığalar tamam azğınlaşıb. 

-

 

Bəs uşaqlar necədir... hamısı sağ-salamatdırmı? 



Pit optimist görünməyə çalışırdı. Bir də ki belə məqamda kovboyların 

sağlamlığı  ilə  maraqlanmaq  nəinki  yersiz  idi,  həm  də  iradəsizlikdən  xəbər 

verirdi. Sahibinin ağzından bu sözləri eşitmək qəribə təsir bağışlayırdı. 

-

 



Qalanları heç iki dəfə masa arxasına dəvət etmək lazım gəlmir, - o, 

nəhayət, söylədi. 

-

 

Qalanlan?  -  Reydler  xınltılı  səslə  təkrar  etdi.  O,  özündən  asılı 



olmadan  ətrafa  nəzər  salıb  gözləri  ilə  Mak-Qayrın  məzannı  axtarmağa 

başladı.  Gözləri  qarşısında  Alabama  qəbiristanlığında  bu  yaxınlarda 

gördüyü ağ rəngli daş lövhəyə bənzər lövhə canlandı. Amma bunun mənasız 

olduğunu dərk etdiyindən tez də özünə gəldi. 

-

 

Bəli, - Pit dedi. - Qalanlan. Kovboy düşərgəsində dəyişikliklər baş 



verir - təxminən iki aydan bir. Bir də görürsən ki, kimsə yoxdur. 

Reydler özündə cəsarət toplayıb dedi: 

-

 

Bəs  o  oğlan,  hansı  ki  bura  göndərmişdim,  -  Mak-Qayrı 



soruşuram... o... 

-

 



Qulaq asın, - Pit hər iki əlində tutduğu qarğıdalı unundan bişirilmiş 

iri  çörək  tikələrini  başı  üstünə  qaldıraraq  onun  sözünü  kəsdi.  -  Vicdanınız 

necə  yol  verdi  o  cür  xəstə  cavanı  kovboy  düşərgəsinə  göndərdiniz?  Bu 

oğlanın  bir  ayağının  qəbirdə  olduğunu  anlamayan  o  həkimi  mis  əyirməli 

yaxşı bir tapqırla möhkəm kötəkləmək lazım idi. Amma döyüşkən oğlan idi 

ha!  Bilirsiniz  necə  bir  mərəkə  qopardı?  Elə  birinci  axşam  uşaqlar  onu 

“kovboy ntsarlar” ilə tanış etmək qəranna gəldilər. Ross Har- qis dəri qunda 

ona  birini  çəkəndə  təsəvvür  edirsiniz  bədbəxt  uşaq  nə  etdi?  Bu  şeytan 

yerindən sıçrayıb Ross Harqisi əzişdirdi. 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə