YARIMÇIQ HEKAYƏ
münasibətlərinə layiq olmayan rüsvayçılıq damğası vuruldu. Onu təsvir
etmək üçün yenə də heyvanlar aləminə müraciət etmək olar: Piqqidə siçovul
ürəyi, yarasa xasiyyəti və pişik cəsarəti vardı. O, şıq geyinən və yarıac-
yarıtox həyatın bilicisi idi. Mağazada işləyən satıcıya baxıb saatına qədər
dəqiqliklə söyləyə bilərdi ki, onun çayla pastiladan
1
başqa daha qidalı bir
şey yediyi vaxtdan nə qədər ötüb. O, daim iri mağazaları dolaşar və qızları
nahara dəvət edərdi. Hətta itlərini gəzməyə çıxaran kişilər belə ona
həqarətlə baxardılar. Bu, məlum bir tipdir: onun barəsində danışdıq - bəsdir;
onun kimiləri təsvir etmək üçün mənim qələmim acizdir: mən dülgər
deyiləm.
Yeddiyə on dəqiqə qalmış Delsi hazır idi. O, əyri güzgüyə baxıb
özündən razı qaldı. Heç bir bürüşüyü olmadan əyninə oturmuş tünd-göy
rəngli paltar, qara lələkli şlyapa, demək olar ki, tamamilə təzə əlcəklər -
bütün bunlar məhrumiyyətin şahidi idi (hətta nahardan) və ona çox
yaraşırdı.
Delsi bir anlığa gözəlliyindən və həyatın sirli pərdəsinin ətəyini
qaldıraraq öz möcüzələrini ona göstərməyə hazır olmasından başqa hər şeyi
unutdu. Bu vaxta kimi hələ heç bir kişi onu restorana dəvət etməmişdi. Bu
gün o, bir anlığa rəngləri ilə gözqamaşdıran yeni aləmə nəzər sala biləcəkdi.
Qızların dediyinə görə, Piqqi “bədxərcdir”. Deməli, qarşıda onu gözəl
nahar və musiqi gözləyirdi; bir də bəzənib-düzənmiş qadınları görəcək və
elə yeməklərdən dadacaqdı ki, adətən, rəfiqələrinə bunlan təsvir etməyə
çalışan qızların tərifləməkdən az qalırdı çənələri çıxsın. Şübhəsiz, Piqqi onu
yenə nə vaxtsa restorana dəvət edəcək.
Mağazalardan birinin pəncərəsində o, Çin ipəyindən tikilmiş mavi
rəngli paltar görmüşdü. Hər həftə on yox, iyirmi sent artıra bilərsə... dayan,
dayan... yox, buna bir neçə il gərəkdir. Amma Yeddinci küçədə nimdaş
geyimlər mağazası var və orada...
Kimsə qapını döydü. Delsi açdı. Mənzilin sahibəsi üzündə saxta
təbəssüm qapının ağzında dayanmış, oğurluq qazda bişirilmiş yeməyin iyini
duymağa çalışırdı.
l
Pastila - şirniyyat növü
41
downloaded from KitabYurdu.org
O.HENRİ
—
Sizi aşağıda bir centlmen soruşur, - dedi, - soyadı Yuq-
qinsdir.
Piqqini ciddi qəbul edən bədbəxtlər onu bu adia tanıyırdılar.
Delsi burun dəsmalını götürmək üçün komoda sarı çevriləndə
yerindəcə donub-qaldı və alt dodağını dişlədi. O, güzgüyə baxanda,
nağıllar diyarını və özünü - uzunmüddətli yuxudan təzəcə ayılan
şahzadəni görürdü. Amma kədərli, qəşəng, dddi gözlərini ondan
çəkməyən və davranışına görə onu alqışlaya, yaxud da qınaya bilən
yeganə şəxsi unutmuşdu. Hündür, qədd-qamətli, yaraşıqlı,
melanxolik sifətində kədərli qınaq olan general Kiçener qızıl
çərçivədən heyrətlə ona baxırdı.
Delsi qurulmuş oyuncaq təki sahibəyə tərəf çevrildi.
-
Ona deyin ki, mən getmirəm, - o, ağır-ağır danışmağa başladı,
- deyin ki, xəstəyəm, ya da başqa bir şey söyləyin. Deyin ki, çıxa
bilməyəcəyəm.
Sahibəni ötürüb qapını bağladıqdan sonra Delsi özünü üzü üstə
yatağa elə atdı ki, gözünün qarası tamamilə yayıldı və düz on dəqiqə
ağladı. General Kiçener onun yeganə dostu idi. Nəzərlərində o, əsl
cəngavər idi. Onun simasında müəmmalı bir kədər oxunurdu, bığı isə
lap onun arzuladığı kimi idi və qız onun ciddi, lakin mehriban
baxışlarından bir azca qorxurdu. O, məsum fantaziyaları ilə özünü
əyləndirməyə adət etmişdi; düşünürdü ki, general nə vaxtsa bu evə
gəlib onu soruşacaq; bu zaman onun qılına uzunboğaz çəkmələrinə
toxunub taqqılda- yacaq. Bir dəfə bir oğlan zənciri fənər dirəyinə
vurub cingildədərkən, o, pəncərəni açıb küçəyə baxdı. Amma yox! O
bilirdi ki, general Kiçener uzaqda, Yaponiyadadır və öz ordusunu
türklərə qarşı müharibəyə aparır. O, heç vaxt öz qızılı çərçivəsindən
çıxıb onun yanına gəlməyəcəkdi. Buna baxmayaraq, bu axşam o,
bircə baxışı ilə Piqqiyə qalib gəldi. Bəli, məhz bu axşam.
Doyunca ağladıqdan sonra Delsi qalxıb öz qəşəng paltannı
soyundu və əyninə köhnə, mavi rəngli xalat geyindi. Yemək
istəmirdi. “Sammi”dən iki bənd zümzümə elədi. Sonra bumunun
üstündəki qırmızı ləkə ilə ciddi şəklidə məşğul olmağa başladı. Daha
sonra stulu laxlayan masaya yaxınlaşdınb kartlarla fala baxmağa
başladı.
42
downloaded from KitabYurdu.org
YARIMÇIQ HEKAYƏ
-
Əclaflığa bir bax, həyasızlığa bir bax! - o, ucadan söylədi. - Mən
ona nə bir sözümlə, nə də baxışlanmla belə düşünməyə əsas verməmişəm.
Delsi saat doqquzda sandıqdan suxarı yığılmış tənəkə qabı və moruq
mürəbbəsi olan bardağı çıxarıb, özü üçün ziyafət təşkil etdi. O, general
Kiçenerə də mürəbbə yaxılmış suxarı təklif etdi; amma o, qıza sfinks
kəpənəyə - əlbəttə, əgər səhrada kəpənək olursa - baxan kimi baxdı.
-
Yaxşı, əgər istəmirsinizsə, yeməyin, - Delsi dedi, - və mənə belə
təkəbbürlü-təkəbbürlü, belə tənəli baxışlarla baxmayın. Əgər siz də həftə
ərzində altı dollara yaşamalı olsaydınız, çətin ki belə məğrur görünərdiniz.
Delsi general Kiçeneri açıladı və bu, yaxşı heç nə vəd etmirdi. Sonra
isə o, Benvenuto Çellininin üzünü acıqla divara sarı çevirdi. Amma bunu
bağışlamaq olardı, çünki Delsi həmişə onu davranışını qətiyyən
bəyənmədiyi VIII Henrix hesab edirdi.
Onun yansında Delsi sonuncu dəfə portretlərə nəzər salıb işığı
söndürdü və yatağına girdi. General Kiçener, Vilyam Mel- dun, hersoginya
Malboro və Benvenuto Çellini ilə baxışaraq vidalaşandan sonra yatağa
uzanmaq çox qorxuludur.
Hekayə elə beləcə də yarımçıq qaldı. O, nə vaxtsa bir müddət sonra -
Piqqi Delsini təzədən restorana dəvət edəndə və qız özünü lap tənha hiss
edəndə və general Kiçener təsadüfən üzünü yana çevirəndə tamamlanacaq:
və o zaman...
Artıq söylədiyim kimi, yuxuda gördüm ki, varlı mələklərdən bir qədər
aralıda dayanmışam və polis məni qanadının altına alıb həmin dəstədən
olub-olmadığımı soruşur.
-
Onlar kimdirlər ki? - mən soruşdum.
-
Necə yəni kimdirlər, - o dedi, - bu adamlar qızları işə götürən,
onlara həftədə beş, ya altı dollar ödəyən adamlardır. Siz onlann
dəstəsindənsiniz?
-
Yox, ölməz zati-aliləri, - mən cavab verdim. - Mən yalnız yetimlər
evini yandırmış, bir də mis pullan qarət etmək məqsədi ilə kor adamı
öldürmüşəm.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |