VOLXVLARIN HƏDİYYƏSİ
Milad bayramıdır, amma Cimə hədiyyə almaq üçün onun cəmi bir dollar
səksən yeddi sent pulu var! Uzun aylar hər sentə qənaət etməklə, nəhayət,
artıra bildiyi məbləğ bu idi. Həftəyə iyirmi dollarla uzağa getmək mümkün
deyil. Xərclər onun hesabladığından artıq alınırdı. Həmişə elə olur. İndi isə
Cimə hədiyyə almaq üçün cəmi bir dollar səksən yeddi sent pulu var! Onun
Cimi üçün! Milad günü ona bağışlayacağı hədiyyə barədə düşünərkən o
qədər sevincli anlar yaşamışdı ki... Nəsə nadir, qiymətli bir şey olmalı idi ki,
Çimin adına, az da olsa, layiq olsun.
İki pəncərənin arasındakı divara güzgü vurulmuşdu. Mebellə təchiz
olunmuş səkkiz dollarlıq mənzildə nə vaxtsa aynaya baxmısınız? Çox anq
və çox diribaş adam onun laylarında ardıcıl olaraq dəyişən əksini müşahidə
edərək zahiri görkəmi barədə dəqiq təsəvvür əldə edə bilər. Zərif bədən
quruluşu olan Della bu bacarığa yiyələnə bilmişdi.
O, birdən pəncərənin ağzından aralanıb güzgüyə tərəf atıldı. Gözləri
parıldayırdı, amma iyirmi saniyə ərzində üzünün rəngi qaçdı. Cəld hərəkətlə
sancaqlan çıxarıb sagnı açdı.
Sizə deməliyəm ki, Ceyms Dillinqhem Yunq cütlüyünün fəxr etdiyi iki
sərvət mövcuddur. Biri - Cimə atasından və babasından miras qalmış qızıl
saat, o biri - Dellanın saçlan idi. Çariça Savskaya qarşı evdə yaşasaydı,
Della qəsdən başını yuyub saçlarını pəncərə qarşısında qurudardı ki,
ülyahəzrətin bütün paltarlarını və daş-qaşını kölgədə qoysun. Çar Solomon
həmin evdə qapıçı işləyib var-dövlətini zirzəmidə gizlətsəydi, Cim
yaxınlıqdan keçəndə qəsdən hər dəfə saatı cibindən çıxarardı ki,
qısqanclıqdan onun saqqalını necə yolduğunun şahidi olsun.
Budur, Dellanın gözəl saçlan açılıb, panltı ilə dalğalanır - elə bil,
şabalıdı şəlalə şırnağı idi. Dizinə qədər uzanan saçları bütün bədənini plaş
kimi qucaqlamışdı. Amma o, tez əsəbi və tələsik hərəkətlə onları yenidən
yığmağa başladı. Sonra, sanki, tərəddüd edirmiş kimi bir an tərpənmədən
dayandı və qırmızı rəngli köhnə xalçanın üstünə iki-üç damcı göz yaşı
düşdü.
Köhnə qəhvəyi jaketini çiyninə atıb, köhnə qəhvəyi şlyapasını başına
qoyub nəm gözlərindəki parıltı ilə sürətlə aşağı, küçəyə qaçdı.
11
downloaded from KitabYurdu.org
O.HENRİ
Qarşısında dayandığı lövhədə yazılmışdı: “M-me soph-
ronie.
Saçlardan düzəldilmiş müxtəlif məmulatlar”. Della tələsik ikinci
mərtəbəyə qalxdı və təngnəfəs halda dayandı.
-
Mənim saçlanmı alarsınızmı? - o, madamdan soruşdu.
-
Mən saç alıram, - madam cavab verdi. - Şlyapanızı çıxarın,
mala baxmaq lazımdır.
Şabalıdı şəlalə yenidən axıb göz oxşadı.
-
İyirmi dollar, - madam vərdiş etdiyi hərəkətlə sıx kütlənin
çəkisini yoxlayaraq dedi.
-
Onda tez olun, - Della dedi.
Növbəti iki saat çəhrayı qanadlar üstündə ötüb-keçdi - köhnəlmiş
metaforaya görə üzr istəyirəm. Della Cimə hədiyyə almaq üçün
mağazaları dolaşdı.
Nəhayət, tapdı. Şübhəsiz, bu hədiyyə Cim üçün yaranmışdır,
yalnız onun üçün... Digər mağazalarda buna bənzər heç bir şey yox
idi. Axı o, hər yerin altını üstünə çevirmişdi. Bu, db saatlan üçün
nəzərdə tutulmuş, keyfiyyəti ilə adamı valeh edən, sadə və dddi
görünüşlü platin zəndr idi. Bütün yaxşı əşyalar, əslində, belə
olmalıdır. Onu ən dəyərli saatlar üçün münasib hesab etmək olardı.
Della zəndri görən kimi düşündü kl, bu yalnız Cimə qismət olmalıdır.
O, elə Qmin özünə bənzəyirdi. Ciddi və ləyaqətli - bu, onlann hər
ikisini fərqləndirən keyfiyyətlər idi. İyirmi bir dollar kassaya ödəndi
və Della dbində səksən yeddi sentlə evə tələsdi. Belə bir zəndrlə
hansı cəmiyyətdə olur-olsun, Cim saata baxmaqdan utanmayacaq.
Onun saatı nə qədər gözəl olsa da, Om ona, adətən, gizlində baxırdı,
çünki o, bərbad dəri kəmərdən asılmışdı.
Evdə Dellanın coşqunluğu azaldı və öz yerini ehtiyatlı bir
qənaətdlliyə verdi. O, saçburan sancaqlan götürdü, sobanı yandırdı və
səxavətlə məhəbbətin dağıtdıqlarını yenidən düzəltməyə başladı. Bu
isə həmişə çox ağır zəhmət tələb eləyir, dostlar, çox ağır.
Heç qırx dəqiqə keçməmiş başını dimdik dayanmış xırda
hörüklər bəzəyirdi kl, bu görkəmdə dərsdən qaçmış oğlan uşağına
bənzəyirdi. O, uzun müddət diqqətlə və tənqidi nəzərlərlə güzgüdə
özünə baxdı.
12
downloaded from KitabYurdu.org
VOLXVLARIN HƏDİYYƏSİ
“Hə, - öz-özünə dedi, - əgər Cim məni görən kimi öldürməzsə, o
zaman düşünəcək ki, Koni-Aylendin xorda oxuyan qadınlarına oxşayıram.
Ancaq mən nə edə bilərdim, nə edə bilərdim ki, cəmi bir dollar səksən yeddi
sent pulum vardı!?”
Saat yeddidə qəhvə dəmlənmiş, bərk qızdırılmış tava isə qaz sobasının
üstündə qoyun ətindən hazırlanmış kotletləri gözləyirdi.
Cim heç vaxt gecikməzdi. Platin zənciri ovcunda gizləyən Della giriş
qapısına yaxın qoyulmuş masanın uc tərəfində oturmuşdu. Tezliklə aşağıdan
onun ayaq səslərini eşitdi və bir anlığa rəngi ağardı. O, hər cür xırda şey
üçün Allaha qısa dualar etməyə alışdığından, tələsik pıçıldadı:
-
İlahi, elə et ki, həmişə onun xoşuna gəlim!
Qapı açıldı, Cim içəri girdi və qapını arxasınca bağladı. Onun anq və
qayğılı sifəti var idi. İyirmi iki il ailə qayğısı ilə yüklənmək asan məsələ
deyildi! Onun artıq çoxdan təzə paltoya ehtiyacı var idi və əlləri əlcəksiz
donurdu.
Cim bildirçin görmüş ov tulası kimi qapının ağzında donub- qaldı. O,
gözlərini Dellaya dikib dayanmışdı, qadın bu baxışlar- dakı mənanı anlaya
bilmədiyi üçün qorxmağa başladı. Bu gözlərdə nə qəzəb, nə heyrət, nə tənə,
nə də dəhşət oxunurdu. Onlar gözlənilən hisslərin heç birindən xəbər
vermirdi. O, sadəcə, gözünü çəkmədən qadına baxır, sifətindəki qeyri-adi
ifadə isə dəyişmirdi.
Masanın arxasından sıçrayan Della onun üstünə atıldı.
-
Cim, əzizim, - o çığırdı, - mənə belə baxma! Saçlarımı kəsdirib
satmışam, çünki sənə Milad bayramında heç nə hədiyyə etməsəydim,
yaşaya bilməzdim. Onlar yenidən uzanacaq. Sən hirslənmirsən, düzdür?
Başqa cür bacarmazdım. Mənim saçlanm tez uzanır. Hə, Milad bayramı
münasibətilə məni təbrik elə, Cim, sonra da bayramı qeyd edək. Bilsən sənə
necə hədiyyə hazırlamışam, necə gözəl, necə ecazkar bir hədiyyə?
-
Sən saçlarını kəsdirmisən? - Cim gərgin vəziyyətdə soruşdu, beyni
iti işləsə də, bu faktı dərk eləyə bilmirdi.
-
Hə, kəsib satmışam, - Della dedi. - Amma sən məni, onsuz da,
sevəcəksən!? Saçlarım qısa olsa da, həmin qadınam.
13
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |