18610
İlham Məmmədov, Aydın Əhmədov
Nəcməddin Məmmədov
Ч&
M-ГУ
Epizootologiya
və quşların infeksion
xəstəlikləri
2
I
~2
[A jarbaycan Respublikası Preıideulinin
İşlər İdarəsinin
K İ T A B X A N A S I
Bakı - Qismət - 2003
ВВК 37.5.1
М-52
Rəy verənlər: N.M.Şirinov
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun
direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının və
Rusiya Kənd Təsərrüfatı Akademiyasının müxbir üzvü,
baytarlıq elmləri doktoru, professor
İ.M.Əzimov
Azərbaycan Dövlət Baytarlıq preparatlarına Elmi Nəzarət
İnstitutunun direktoru, baytarlıq elmləri doktoru, professor
M-52
İlham Məmmədov, Aydın Əhmədov, Nəcməddin Məmmədov
“Epizootologiya və quşların infeksion xəstəlikləri”,
Bakı, Qismət,
2003, 352 səh. (şəkilli)
Bu kitabda hər bir xəstəliyin qısa inkişaf tarixi, onun törədicisi və
törədicisinin əsas xüsusiyyətləri, epizootologiyası, xəstəliyin patogenizi,
xəstəliyin gedişi və kliniki əlamətləri, diaqnozu, müalicəsi, profilaktikası
ətraflı şəkildə verilmişdir. Bu kitab quşçuluq sahəsində çalışan baytar
həkimlərin və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq
fakültəsinin tələbələri üçün qiymətli bir dərslikdir.
3705010000
M-085-15-2003
© Qismət, 2003
ON SOZ
Quşların bioloji xüsusiyyətlərindən ən əsası onların yüksək
məhsuldarlığı, tez yetişkənliyi və intensiv inkişafı ilə yanaşı
həm də bitki mənşəli proteinləri sintetik amin turşuları və ya mi-
krobioloji sənayenin analoji məhsulları ilə birlikdə insnlar üçün
oduqca zəruri olan tam keyfiyyətli zülallara çevirmək qabiliyyə
tidir. Quşların mühüm xüsusiyyətlərindən biri də onların inten
siv əsasda saxlanmaya tez uyğunlaşmasıdır ki, bu da kənd tə
sərrüfatı heyvanları içərisində onun üstünlüyü təmin edir. Hey
van mənşəli ərzaq məhsulları içərisində süd və ətdən əlavə yu
murta və quş ətidə yüksək dərəcədə keyfiyyətli yeyinti məhsu
ludur və insanların əvəz olunmaz qida məhsullarına olan tələba
tın ödənilməsində böyük əhəmiyyətə malikdir.
Respublikamızda son zamanlar kənd təsərrüfatının quşçuluq
sahəsi surətlə inkişaf etdirilir. Burada yumurtalıq, yumurtalıq-
ətlik və ətlik cinsli quşlar yetişdirilir və bu işdə bir çox xarici öl
kələrin ən müasir məhsuldar texnologiyasından və qabaqcıl
təcrübələrdən istifadə edilir.
Sənaye təməli əsasında intensiv quşçuluqda təbii şəraitdə
yetişdirilməkdən fərqli olaraq quşların orqanizmində və o
cümlədən müxtəlif maddələr mübadiləsində əsaslı dəyişikliklər
baş verir. Orqanizm hipodinamiya vəziyyətində olduğu üçün və
intensiv yemləmə ilə əlaqədar olaraq quşlarda fizioloji proseslər
dəyişikliyə uğrayır.qısa zaman kəsiyində nəzərdə tutulan çəki
əldə edilir. Ancaq belə şəraitdə vahid sahədə daha çox quş cəm
ləndiyi və onlar həmişə qapalı şraitdə olduqarı üçün bunlar ara
sında kontakt çoxalır, xarici mühit faktorları ilə əlaqəli bir sıra
xəstəliklər yox dərəcəsinə çatdırıldığı halda, potensial patogen-
liyə maik mikrobların belə şəritdə fəallaşması, yüksək dərəcə
də virulentlik xüsusiyyətli qazanması nəticəsində yeni xəstəlik
lər meydana çıxır.
3
İnfeksion xəstəliklərin patogenezində, gedişində, klinikasın
da patoliji-anatomiyasında dəyişikliklər baş verir.
Çox vaxt bəzi xəstəliklərin yaranmasında mikrob assosiasiy
aları iştirak edir ki, şübhəsiz belə xəstəliklərə diaqnoz qoymaq
da çətinləşir. Son zamanlar xəstəliklərin müalicəsi və spesifik
profilaktikası üçün kifayyət qədər bioloji preparatlar və müalicə
vasitələri əldə edilmişdir. Bütün bu məsələlərin baytar həkim
lərinə və quşçuluqda işləyən mütəxəsislərə çatdırılması dövrün
tələbindən irəli gəldiyi üçün müvafiq dərsliyn yazılması çox
vacibdir.
Bu cəhətdən “Epizootologiya və quşların infeksion xəstəlik
ləri” adlı kitab öz aktuallığı ilə səciyyələnir. Çünki axırıncı 30-
35 il ərzində Azərbaycan dilində quşların xəstəliklərinə dair ay
rıca olaraq kitab yazılmamışdır.
Təqdim olunan kitabda epizootologiyanın bəzi məsələləri
əks edilmiş və quşların xəstəlikləri ən yeni məlumatlar əsasın
da yazılmışdır. Burada quşların bakteriozları, virozları, mikozla-
rı, xlamidiozları və digər qrup xəstəlikləri haqqında quşçuluqda
çalışan mütəxəssislərə və tələbələrə məlumat verilir.
Burada infeksion xəstəliklərin epizootoloji xüsusiyyətləri,
patogenezi, kliniki əlamətləri, patoloji-anatomiq dəyişiklikləri,
diaqnozu, təfriqi diaqnozu müalicəsi, prafılaktikası və mübarizə
tədbirləri əks etdirilir.
M üəlliflərdən
4
İNFEKSİYA VƏ İNFEKSİON
XƏSTƏLİKLƏR
Patogen mikroorqanizmlərlə insan, heyvan və quşların qarşı
lıqlı yaşayış tərzi zamanı baş verən mürəkkəb bioloji hadisə in
feksion proseslə nəticələnir.
İnfeksiya/infectio-yoluxturmaq, zəhərləmək-mürəkkəb bio
loji proses olmaqla müəyyən xarici mühit şəraitində insan, hey
van və quş orqanizmi ilə patogen mikroorqanizmin qarşılıqlı
münasibətində ibarətdir. Bu zaman mikro və makroorqanizmlə-
rin müxtəlif xüsusiyyətlərindən asılı olaraq infeksion proses in
feksion xəstəlik, mikrob daşıyıcılıq və immunoloji subinfeksiya
şəklində özünü göstərir.
Xarici mühitin müəyyən şəraitində mikrorqanizmlərlə mak-
roorqanizm lərin qarşılıqlı təsirindən orqanizmdə yaranan
mürəkkəb bioloji prosesə infeksion proses deyilir.
Bioloji baxımdan infeksiya simbiozun və ya parazitizmin bi
formasıdır.
Bioloji prosesin bir növü kimi infeksiyanın öyrənilməsi yalnız
XIX əsrin ikinci yarısında yəni patogen mikroorqanizmlərin aşkar
edilməsindən sonra başlamışdır. Əvvəllər belə güman edilirdi ki,
infeksion prosesin baş verilməsində heyvan orqanizmi və xarici
mühit şəraiti elə bir əhəmiyyətə malik deyil. Sonralar əksər alim
lərin tədqiqatları nəticəsində məlum olmuşdur ki, infeksion pro
ses tək patogen mikrobdan yox həm də həmin patogen mikrorqa-
nizmə həssas heyvan və quş orqanizminin qoruyucu gücündən
asılıdır. İnfeksion prosesin baş verməsində makro və mikroorqa-
nizmlə bərabər həm də xarici mühit amilləri iştirak etməlidir.
Patogen mikrobların və makroorqanizmlərin fərdi xüsusiy
yətlərindən asılı olaraq infeksion proses müxtəlif tərzdə meyda
na çıxır. Belə ki, konkret şəraitdə bezən müxtəlif gedişli və for
5
Dostları ilə paylaş: |