İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov


İnfeksiyanın  form aları,  infeksion  x əstəlik lərin



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə5/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   2   3   4   5   6   7   8   9   ...   87

İnfeksiyanın  form aları,  infeksion  x əstəlik lərin  
baş  verm əsi  və  dinam ikası
İnfeksiya  müəyyən  kliniki  əlamətləri  ilə  özünü  göstərən  in­
feksion xəstəlik halında və gizli, yəni  latent, inapparant infeksiya, 
immunlaşdırı subinfeksiya və mikrobdaşıyıcılıq  halında gedir.
İnfeksion xəstəliklər qeyri-infeksion xəstəliklərdən spesifik­
liyi,  kontagiozluğu,  mərhələlərlə  inkişafı  və  postinfeksion  im­
munitetin  yaranması  ilə  fərqlənir.
İnfeksion  xəstəliklər zamanı  xəstəlik  törədicisinin  xəstələr­
dən  sağlamlara  kontakt  və  ya  aralıq  obyektləri  vasitəsilə  veril­
məsi  halı  kontagiozluq adlanır.  Quşların bir çox infeksion xəstə­
likləri  yüksək dərəcədə kontagioz xəstəliklər hesab  edilir.
İnfeksion  xəstəliklərin  əvvəlcə  inkubasiya  sonra  prodromal 
daha sonra kliniki əlamətlər dövrü və nəticə halında getməsi on­
ların m ərhələlər üzrə inkişafını göstərir.  İnqubasiya, xəstəlik tö­
rədicilərinin  orqanizmə daxil  olması  anından  ilk  kliniki  əlam ət­
lərin görülməsinədək,  latent infeksiyalarda isə  immunobiolji  re­
aksiyaların  ilk  müsbət  nəticəsinədək  olan  dövrə  deyilir.  Bu 
dövr bütün  infeksion  xəstəliklər üçün  xarakterikdir,  müddəti  isə 
müxtəlif olmaqla bir neçə saatdan  bir neçə gün,  bəzi  xəstəliklər 
zamanı  isə  bir neçə  aya qədər davam  edir.  İnqubasiya dövründə 
quş  orqanizmində  mikrobların  miqdarı  artır,  onun  toksini  çoxa­
lır,  maddələr  mübadiləsi  pozulur,  qanın  formal  elementlərində 
müəyyən  keyfiyyət  və  kəmiyyət  dəyişiklikləri  baş  verir,  ancaq 
kliniki  əlam ətlər görünmür.
İnqubasiya dövrü prodromal dövrlə əvəz olunur ki, bu da bir ne­
çə saatdan  bir -iki  günə qədər davam  edir.  Bu dövrdə qeyri-spesi- 
fık  əlamətlər  müşahidə  edilir.  Prodromal  dövr  kliniki  əlamətlər 
dövrü  ilə əvəz olunur.  Bu dövrdə xəstəliyə məxsus olan əlamətlə­
rin  əksəriyyəti  nəzərə  çarpır.  İnfeksion  xəstəliklərdə  kliniki  əla­
mətlər həddən artığ  müxtəlif tərzdə müşahidə edilir ki, bu da ayn-
18
ayrı orqanların  funksional  dəyişiklikləri  ilə əlaqədardır.  Bəzi  klini­
ki  əlamətlər,  məsələn:  temperatırın yüksəlməsi, ümumi zəiflik ək­
sər  infeksion  xəstəliklər  üçün  xarakterikdar.  Orqanizmdə  istiliyin 
tənzimlənməsinin pozulması pirogen faktorların, yəni bakterial tok- 
sinlərin,  hüceyrə  və toxumların parçalanmasının  aralıq  məhsulları­
na təsirindən baş verir. İnfeksion xəstəliklər zamanı bakterial və to­
xuma  mənşəli  toksiki  məhsullar ürək  əzələsi  və  qan  damarlarına, 
həmçinin veqetativ  sinir sisteminə təsir edərək,  müxtəlif xarakterli 
zədələnmələrə səbəb olur.  Nəticədə həm  funksional  həm  də  üzvi 
dəydiklər  meydana  çıxır.  Mərkəzi  sinir  sisteminin  zədələnmələri 
zamanı  quşlarda  oyanıqlıq  və  ya  ölgünlük,  adinamiya,  qıc  olma, 
reflekslərdə dəyişkənlik və meninqoensefalit simptomlan  görünür.
İnfeksion  prosesin  yüngül  gedişi  zamanı  orqanizmin  bütün 
fizioloji  sistemlərinin  pozulmuş  funksiyları  tədricən  bərpa  olu­
nur,  baş  verən  kliniki  əlamətlər  zəyifləyir  və  rekonvalesensiya 
dövrü  ilə  əvəz  olunur.  Bu  dövrün  müddəti  xəstəliyin  xüsusiy­
yətindən  quşların  immunobioloji  reaktivliyindən,  onların  sax­
lanma  və yemləmə  şəraitinjdən  və  s.  asılıdır.
İnfeksion  xəstəliklər  ildırımvari,  iti,  yarım  iti,  xroniki  gediş- 
lidir.  İldırımvari  gedişdə əsasən  septisimiya,  viremiya,  bəzi  hal­
larda  isə  toksemiya  nəticəsində  quşlarda  qısa  müddətdə  ölüm 
baş  verir.  Xarakterik  kliniki  əlamətlər  ildırımvari  gedişdə  tam 
şəkildə  inkişaf  edə  bilmir,  iti  gediş  zamanı  xəstəliyə  məxsus 
olan əlamətlər aydın şəkildə nəzərə çarpır, yarım  iti gedişdə kli­
niki  əlamətlər  nisbətən  tədricən  inkişaf edir  və  patoloji-anato- 
mik dəyişdiklər daha xarakterik olur.  Xəstəliklərin xroniki gedi­
şində patoloji  proses aylarla və bəzən  daha uzun  müddət davam 
edir,  kliniki  əlam ələr isə  o  qədər də  xarakterik  olmur.
Hər  hansı  xəstəlik  üçün  xarakterik  olan  bütün  əlam ətlər 
kompleks  halda  nəzərə  çarpırsa,  xəstəliyin  belə  forması  tipik 
forma  adlanır.  Bəzən  xəstəliklər  həddindən  artıq  ağır  və  ya 
yüngül  gedirsə,  bu  xəstəliyin  attipik  forması  adlanır.  Son  za­
19


manlar  infeksion  xəstəliklərin  atipik  forması  daha  çox  nəzərə 
çarpır  ki,  bu  da  quşçuluqda  antibiotiklərin  və  digər müalicə  va­
sitələrinin  çox  tədbiqi  ilə  izah  olunur.
Bəzən  infeksion  xəstəliklər  gizli  formada  gedir,  bu  isə  çox 
vaxt immunlaşdırıcı subinfeksiya ilə nəticələnir.  Mikrobun az do- 
zalardla  orqanizmə  dəfələrlə  daxil  olaraq,  immunobioloji  reak­
siyalar törətməsi,  bunun  əsasında spesifik antitellərin sintezi  ha­
disəsi  immunlaşdırıcı  subinfeksiya  hadisəsi  adlanır.
Mikrobdaşıyıcılıq  infeksiyanın  xüsusi  forması  olub,  kliniki 
sağalmadan  sonra  müəyyən  müddət  ərzində  quşlar  arasında 
müşahidə  edilir.  Mikrobdaşıyan  quşlar epizootoloji  nöqteyi  nə­
zərdən  təhlükəli  olub  infeksiya törədicisinin  potensial  mənbəyi 
sayılır,  bunlar müəyyən ərazidə epizootik ocağın saxlanmasında 
və təkrar infeksiyaların  baş  vennəsinə  böyük  rol  oynayır.
İnfeksiyanın  bir  formasının  digərinə  keçməsi  qeyd  edilir. 
Belə  ki,  mikrobdaşıyıcılıq  və ya gizli  infeksiya orqanizmin  rezis- 
tentliyi  aşağı  düşdükdə  infeksion  xəstəlikyə,  və  əksinə  infeksi­
on  xəstəlik  isə  gizli  infeksiyaya  keçə  bilər.
İm m unitet
İmmunitet /immunitas/ -  qeyri  həssaslıq  deməkdir.  Yəni  ge­
netik  yabançı  maddəyə  qarşı,  o  cümlədən  patogen  mikroba  və 
ya  onun  toksininə  orqanizmin  qeyri-həssaslığıdır.  Klassik  im- 
munologiyaya  və  onun  banilərinə /L.Prastet,  P.Erlix,  İ.İ.Meçni- 
kov/  görə  infeksion  xəstəliklərə  qarşı  qeyri-həssaslıq  dedikdə, 
xəstəlik  törədən  amillərə  qarşı  orqanizmi  qoruyan  sistem  başa 
düşülməlidir.  İmmunitetin  yaranmasında  bütün  orqanizin  iştirak 
edir  və  bu  mürəkkəb  prosesin  orqanizmdə  inkişafında  mərkəzi 
sinir sistemi  balıca  rol  oynayır.
İmmunologiyanın  bir  sərbəst  kimi  həll  etdiyi  m əsələlər  və 
vəzifələr  çox  mürəkkəb  və  çətindir.  Ancaq  immunologiyanın
20
əsas  istiqaməti  immunitetin  faktorlarını  və  mexanizmini  öyrən­
məkdir.  Bunun  əsasını  İ.İ.Meçnikov  qoymuş  və  immunitetin 
əm ələ  gəlməsində  foqositar  nəzəriyyəni  irəli  sürmüşdür.  Bun­
dan sonra  1901-ci  ildə P.Erlix Humoral nəzəriyyəni təklif etmiş­
dir.  Sonralar İ.P.Pavlov/1938/, Q.Selye/1942/,  F.B em et/1959/, 
P.F.Zdradovski  /1961/,  Qaşek  -   Medavr  /1964/,  R.V.Petrov 
/1976/ immunitetin əm ələ gəlmə mexanizmini  öyrənib, onun  fi­
zioloji  qanunlara  tabe  olmasını  irəli  sürmüşlər.
Müasir  immunologiya  elminə  görə  infeksion  xəstəliklərin 
törədiciləri  və ya antigen təbiətli  yabançı qıcıq orqanizmdə qey- 
ri-spesifık  reaksiyalar əm ələ gətirir.
1.Spesifik  antigenlə  reaksiyaya  girən  və  qanda  sirkuliyasiya 
edən  antitellərin  biosintezi  və  təcili  hepperhəssaslığın  əmələ 
gəlməsi/A.Y.Qurviç  1968/.
2.  Ləngidilmiş hepethəssaslığın yaranması /B.D.Bronda  1965/
3.  Tolerantlığın  orqanizmdə baş verməsi /T.N.Fontalin  1968/
İmmunitetin  əm ələ  gəlməsi  spesifik  və  qeyri-spesifık  reak­
siyalardan  və orqanizmin  ümumi  rezistenliyindən  asıldır.
Orqanizmin  davam lığında  iştirak  edən  bütün  qeyri-spesifik 
amillərin  cəmi  rezistenlik  adlanır.  Orqanizmdə  immunitetin  ya­
ranmasında spesifik və qeyri-spesifık amillər bir-biri  ilə sıx  əla­
qədardır.  Orqanizmin  qeyri-spesifık  müdafiə  mexanizmi  komp­
leks  xarakter  daşıyır  və  bu  dəqiq  şəkildə  «özününkünü»  və 
«özgəni»  fərqləndirir.  Deməli  özününkünü  yəni  orqanizmin 
normal  hüceyrələrini  və  molekullarını  patogen  mikroblardan, 
zülallardan,  polisaxarilərdən,  irsi  dəyişmiş  hüceyrələrdən  və 
başqa  maddələrdən  müdafiəsini  «özgənin»  isə  parçalanması  və 
orqanizmdən  ixrac  olunmasını  təmin  edir.
Antigen qıcığına orqanizmə spesifik reaksiyası  immun cavab 
adlanır.  Orqanizmdə  qeyri  həsasslığın  inkişafında  spesifik  amil­
lərdən  başqa  qeyri-spesifik  yəni  ümimü  təsirə  malik  olan  amil­
lərdə  iştirak  edir.
21


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə