dan əlavə yem vasitəsilə mikoplazmanın, pasterellyozun, infek-
sion bronxitin və s. xəstəlik törədicilərinin quşlar arasında və
quş sexləri arasında yayılması təsdiq edilmişdir. Ona görə də
yemlərin qeyd olunan xəstəlik törədicilərinə görə yoxlanması
çox vacibdir. Taxıl məhsulları və qarğıdalı dəninin mikotoksin-
lərə görə yoxlanmasının böyük əhəmiyyəti var, çünki mikroksin-
lər immunodepressiya törədərək bakterial virus və parazitar in-
feksiyaların baş verilməsinə səbəb olur.
Yemlər xüsusi anbarlarda yığım halında və ya kisələrdə sax
lanır və onların gəmiricilərlə və həşaratlarla kontaktına yol ve
rilməməlidir. Quşçuluq təsərrüfatlarında quşların sonrakı yetiş
dirilməsi inkubatorlardan götürülmüş cücələrin keyfiyyətindən
çox asılıdır.
Cücələr bəzən inkubasiya dövründə xəstəlik törədicilərinin
/infeksion lainqotraxet/ daşıyıcıları, bəzən isə həyatlarının ilk
günündən başlayaraq xroniki, subkliniki formalı infeksiya törə
dicilərinin /xlamidioz, infeksion zökəm/ daşıyıcıları ola bilər.
Ona görə də cücə qruplarından müəyyən qədəri laboratoriya
müayinələri üçün götürülüb istifadə edilməlidir.
Müəayinələrdə aşağıdakı momentlər nəzərə alınmalıdır:
Kliniki müayinələr əsasında omfalit, su itkisi, inkişaf qüsur
ları təyin edilir. Patoloji-anatolik yarma aparılmaqla orqan və to
xumalarda gedən dəyişikliklər öyrinilir.
Bakterioloji müayinə əsasında kolibakterioz, salmanellyoz,
stafilokokkoz, mikroloji müayinə əsasında isə aspergillyoza gö
rə yoxlanılmalıdır. Qan alınacaq serioloji reaksiyalar əsasına mi-
koplazmoza görə müayinə edilməlidir.
Belə müayinələr əsasında quşların göstərilən xəstəliklərlə
xəstə olub-olmaması müəyyən edilməklə yanaşı, həm də infek
sion bursal xəstəliyinə qarşı ana antitellərin səviyyəsi müəyyən
edilməkləvaksinasiyanın tarixi təyin olunur.
Quş binalarında mikroiqlim göstəricilərinin normada olması
54
müəyyən əhəm iyyətə malikdir. Mikroiqlim göstəricilərinə bi
nanın temperaturası, nəmliyi, dövr edən avanın surəti və istiqa
məti havanın qaz tərkibi, havada tozun dərəcəsi, mikrobun ol
ması aiddir.
Quşların intensiv yetişdirilməsi şəraitində bu parametrlərin
kombinasiyası mikroiqlimdə disbalansa səbəb olur.
Binaların mikroiqlim göstəricilərinə nəzarət etdikdə xarici
mühitin iqlim şəraiti, quşların sıxlığı, yaş qrupu və növü, həm
çinin enerji məbəyi nəzərə alınmalıdır.
Mikroiqlim göstəricilərinə nəzarətin pis olması, döşəmənin
nəm lənm əsinə, bina daxilində temperatur dəyişkənliyinə, ter-
miki stresslərə, ammonyakın normadan çox olası və nisbi nəm
liyin yüksəlməsinə, havanın təzələnməsi surətinin azalmasına
səbəb olur.
M üxtəlif parametrlərin əlverişsiz kombinasiyaları nəticəsin
də quşların orqanizmində patoloji proseslərin yaranmasına sə
bəb olur. Belə ki, soyuq və nəmli böyrəklərin zədələnməsinə,
nəm və soyuq döşənək güclü ishala, toz, ammonyak və karbon
qazı isə tənəffüs orqanlarının müxtəlif xəstəliklərinin baş ver
məsinə səbəb olur.
Temperatura quşların yaşayış şəraitinə və məhsuldarlığına
daha çox təsir göstərir.
Cücələr ilk gündən öz temperaturlarını tənzim edə bilmədik
ləri üçün bina daxilində temperatura dəyişkənliyi onlara kəskin
şəkildə təsir göstərir. Adətən cücələr göçürülməzdən 48 saat
əvvəl quş binaları isidilməlidir. Bina daxilində hava cərəyanının
kəskin olması quşlarda diareya, tüklənmənin ləngiməsi, yemin
həzm olunmasının pisləşməsi kimi anomaliyalara səbəb olur.
Nəmliyin çoxluğu quşların inkişafını ləngidir, döşənəyin
keyfiyyətini aşağı salır. Döşənəyin pis olması isə quş binasında
digər parametrlərə də mənfi təsir göstərir.
Binadakı qazlardan ammonyakın çox olması quşlara daha çox
55
pis təsir göstərir. Bu tənəffüs üzvlərinə qıcıqlandırıcı, asılayıcı
və toksiki təsir göstərməklə nəticədə quşların immun sistemin
pozulması, yemə tələbatın azalması, onlarda inkişafın ləngiməsi
nə təsir göstərir. Ammonyakın yaranmasında 4 faktor: quş ifra
zatları, nəmlik, istiliyin bina daxilində çoxluğu və fermentasiya
iştirak edir. Ammonyakın yaranmasının qarşısını almaq üçün dö
şənək materialı yaxşılandırılması, ventilyasiya sistemi nəmlik və
temperatura nəzər alınmaqla normal işləməlidir. Döşəmənin hər
1000 m2 sahəsinə 300-500 kq superfostat verilməlidir.
Toz bina daxilində mikroorqanizmlər üçün mühit hesab edi
lir və bunun çoxluğu tənəffüs orqanlarının müxtəlif xəstəliklə
rinə səbəb olur.
Quş binalarında ventilysiya qurğularının mahiyyəti bina daxi
lində temperaturanın tənzimi və havanın təmizliyinin təmin edil
məsidir. Bundan əlavə ventilyasiya vasitəsilə bina daxilində hava
qarışdırılır, döşənəyin vəziyyəti qurudulma yolu ilə yaxşılaşdırılır
və ilin isti fəsillərində quşların ətrafında hava axını yaradılır.
Spesifik profilaktika
Spesifik profilaktika- xüsusi mübarizə tədbiri olub konkret
hər hansı bir xəstəliyin baş verməsinin qarşısını almağa yönəl
dilir. Spesifik prafılaktikaya xüsusi diaqnostik müayinələrin
aparılması, xüsusi təyinatlı müalicə-profilaktik vasitələrin tətbi
qi və immuno-profılaktika aiddir. İmmunoprofilaktika müxtəlif
spesifik vasitələrin, yeni vaksinlər, spesifik serumlar, immunoq-
lobulinlər və s. tətbiq etməklə aparılır. İmmunoprofilaktika qo
ruyucu və məcburi məqsədlə aparılır.
Epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq hələlik
sağlam təsərrüfatlarda quşların infeksion xəstəliklərdən qorun
masında aparılan immunoprofilaktikaya qoruyucu immunoprofi
laktika, infeksion xəstəliklər zamanı hələlik sağlam quşlarda
56
aparılan immunoprofilaktikaya isə məcburi immunoprofilaktika
deyilir.
Hazırda infeksion xəstəliklərin profilaktikası üçün müxtəlif bio
loji preparatlarla süni immunitet əldə edilir. Süni immunizasiya ək
sər xəstəliklərdə ciddi spesifikliyə malikdir. Baytarlıqda fəal im
munitet yaradılması üçün müxtəlif vasiələrdən istifadə edilir.
Onların effektliyi, reaktogenliyi, zərərsizliyi və stabilliyi is
tehsalat prosesində yaxlanır.
Baytarlıqlar tətbiq olunan vaksinlər 2 saylı sxemdə göstərilir.
Sxemdən göründüyü kimi vaksinlər tərkibindəki antigenə
görə bakterial, virus və göbələk qrupuna bölünür. Bakterial vak
sinlər bakterial etiologiyalı, virus vaksinləri virus etiologiyalı və
göbələk vaksinləri isə göbələk etiologiyalı xəstəliklərin spesifik
profilaktikası məqsədilə işlədilir.
Tərkibindəki antigen növlərinin sayma görə vaksinlər mono-
vaksinlər və polivaksinlər qrupuna bölünür. Monovaksinlər bir
xəstəliyə qarşı, polivaksinlər isə bir neçə xəstəliyə qarşı immu
nitet yaradır. Tərkibindəki antigenlərin vəziyyətinə görə bütün
vaksinlər diri və inaktivləşdirilmiş vaksinlər qrupuna bölünür.
Diri vaksinlərdə antigenlər öldürülmür, yalnız müxtəlif vasi
tələrlə onların reaktogenliyini aradan götürülür. Diri vaksinlərin
inakivləşdirilmiş vaksinlərdən fərqi odur ki, kiçik dozada və bir
dəfə tətbiq edməklə yüksək gərginlikli və uzunmüddətli immu
nitet yaradır. Ancaq bəzi diri vaksinlərdə reaktogenlik xüsusiy
yəti olduğuna görə quşlarda vaksinasiyalardan sonra bəzən
mürəkkəbləşmələr qeyd olunur.
Diri vaksinlər 4 qrupa bölünür:
1)
Virulentli diri vaksinlər; 2) paraspesifık diri vaksinlər; 3)
defektli mütantlardan əldə edilmiş vaksinlər və 4) attenuasiya
edilmiş vaksinlər. Bu vaksinlərdən daha çox attenuasiya olun
muş vaksinlər istifadə edilir.
Bu vaksinlər müxtəlif üsullarla viaılentliyi irsi olaraq zəiflə-
57
Dostları ilə paylaş: |