İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə11/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   7   8   9   10   11   12   13   14   ...   87

transmissiv yol  adlanır.  Xəstəlik törədicilərinin  yalnız transmis- 
siv  yolla  xəstələrdən  sağlamlara  verilməsi  obliqat-transmissiv 
yol  adlanır.  Əgər  xəstəlik  törədicisi  xəstələrdən  sağlamlara 
transmissiv  yoldan  başqa  digər  yollarla  da  verilirsə  bu  fakulta- 
tiv-transmissiv yol  adlanır.
İnfeksiya  törədicilərinin  mexaniki  keçiricisi  kimi  insanları  da 
qeyd etmək olar. Quşçuluq təsərrüfatlarında işləyən şəxslər müxtə­
lif geyim vasitələri  ilə amili xəstələrdən sağlamalara verə bilir.
Bu deyilənlərdən məlum olur, infeksiya törədicilərinin veril­
mə yolu  ilə  üsulu olduqca müxtəlifdir.  Epizootiya əleyhinə  təd­
birlər aparılanda bu  yolların müəyyən  edilib  onlara qarşı  müba­
rizə  aparılması  mühüm əhəmiyyətə malikdir.
Həssas  heyvan  və  quşlar  epizootik  zəncirin  bir  elementi  ol­
maqla  epizootik  prosesin  baş  verməsində  böyük  rol  oynayır. 
Ona  görə  epizootiya  əleyhinə  tədbirlər  aparılanda  həssas  hey­
van  və  quşların  yemələnmə  və  saxlanma  şəraitinə  xüsusi  fikir 
vermək  və  spesifik  prafılaktika  vasitələrindən  istifadə  etməklə 
onların  qeyri-həssaslığını  əldə  etmək  lazımdır.
Epizootik proses  müxtəlif tərzdə təzahür edir.  Bu, təbii  və tə­
sərrüfat  faktorlarının  təsirindən  və  infeksion  xəstəliyin  xüsusiy­
yətlərindən  asılıdır.  Elə  xəstəliklər vardır  ki,  onlar geniş  şəkildə 
yayılma  qabiliyyətinə  malikdir.  Digər  xəstəliklər  isə  şəraitdən 
asılı  olmadan  yayılma  qabiliyyəti  zəifdir,  tək-tək  xəstələr müəy­
yən edilir,  yaxud  kiçik  qrup quşların xəstələnməsi qeyd olunur.
Epizootik prosesin  intensivliyinin  3  dərəcəsi  ayırd edilir:  spo- 
radiya, epizootiya və panzootiya.  Sporadiya və ya sporadik xəstə­
lənmə,epizootik prosesin ən aşağı dərəcəsidir. Xəstəlik sporadiya 
hallarında  tək-tək  quş  və  ya  heyvanlarda  qeyd  olunur  və  bunlar 
arasında epizootoloji  əlaqəni  müəyyən etmək mümkün  olmur.
Epizootiya -  epizootik prosesin  intensivliyinin orta dərəcəsi­
dir.  Belə halda xəstəlik  geniş ərazidə yayılmaqda təsərrüfı, rayo­
nu hətta ölkəni  əhatə edir.  Ayrı-ayrı  ərazilərdə müşahidə edilən
42
xəstəlik  hadisəsi  arasında  epizootoloji  əlaqələr  aydın  şəyildə 
nəzərə  çarpır.
Panzootiya -   epizootik  prosesin  intensivliyinin  ali  dərəcəsi­
dir.  Xəstəlik  olduqca  geniş  ərazilərdə  qeyd  olunmaqla  bir  neçə 
ölkəni,  bir və  ya  bir neçə  qitəni  işğal  edir.
Epizootik  proses  bəzi  infeksion  xəstəliklərdə  müəyyən  əra­
zilərdə  daima  və  ya  vaxtaşırı  qeyd  olunur  ki,  belə  hadisə  enzo- 
otiya və yaxud  enzootiklik adlanır.
Epizootik  prosesin  hər  3  elementinin  qarşılıqlı  əlaqəsi  epi­
zootik ocaqda baş verir.  İnfeksion xəstəliyin  ilk qeyd olunan ye­
ri  epizootik  ocaq  adlanır.  Təzə  və  sönən  epizootik  ocaqlar 
mövcuddur.
Təzə ocaq yeni yaranmaqla buradakı heyvan və quşların xəs­
tələnm ə  halları  artdığı  halda,  sönən  ocaqda  bunun  əksi  prosesi 
nəzərə çarpır.
Müəyyən  ərazlərdə  infeksion  xəstəliyin  buradakı  canlılarda 
dövr  etməsi  ilə  özünü  göstərən  ocaq  təbii  ocaq  adlanır.  Onu  da 
qeyd  etmək  lazımdır ki,  müəyyən  coğrafi  ərazidə bəzi  xəstəlik­
lər  təbii  ocaq  yaratmaq  xüsusiyyətinə  malikdir  ki,  belə  hadisə 
təbii ocaqlılıq hədisəsi adlanır.  İnfeksion xəstəliklərdə təbii ocaq- 
lılıq  təliminin  banisi  Y.N.Pavlovski  hesab olunur.
İnfeksion xəstəliyin baş verməsi üçün həmişə şərait olan ocaq 
stasionar ocaq  adlanır.
Epizootik  prosesin  baş  verməsi  və  gedişinə  bir çox  faktorlar 
təsir göstərir.
Epizootik  prosesin  özünü  göstərməsi  infeksiya  törədicisinin 
verilmə  mexanizmindən,  inkubasiya  dövrünün  müddətindən, 
xəstə  və  həmin  xəstliyə  həssas  orqanizmin  bir-birinə  nisbətin­
dən,  quşların  saxlanma  şəraiti  və üsulundan  və  s.  asılıdır.
Ayrı-ayrı  quş  qruplarının  müəyyən  xəstəlik  töədicisinə  həs­
saslığı  eyni  deyil,  ona görə də quşların  bəzilərində xəstəlik tipik 
formada  getməklə  xəstəliyə  məxsus  əlam ətlər  aydın  şəkildə
43


özünü  göstərir  və  əksər  hallarda  xəstəlik  ölümlə  nəticələnir. 
Quşların  bəziləri də kliniki xəstələnir, ancaq sağ qalır və  immu­
nitet əldə edir.  Bir  qrup quşlar isə simptomsus xəstələnir və on­
larda  immunitet əldə  edir.
Quş  qrupu  nə  qədər  yüksək  dərəcədə  xəstəlik  törədicisinə 
həssaslıq göstərirsə, xəstəlik də bir o qədər ağır gedir və yüksək 
dərəcədə  tələfat  verir.  Quşların  süni  yolla  davamlılığının  pey­
vəndlərlə yaradılması  epizootik prosesin gedişini  dəyişir və xəs­
təliyin  yayılmasının  qarşısını  alır.
İnfeksion  prosesin  baş  verməsi  və  yayılmasına  xarici  mühit 
şəraitini  əsaslı  şəkildə  təsir göstərir.
Ekstensiv  quşçuluqdan  intensiv  quşçuluğa keçilməsi  ilə  əla­
qədar olaraq  epizootik prosesin xarakterində əsaslı  dəyişikliklər 
qeyd  olunur.  Hal-hazırda  respublikamızda  böyük  quşçuluq  tə ­
sərrüfatları  və fabrikləri quş əti  və yumurta istehsalı  üçün ən ye­
ni  texnologiyadan  istifadə edir.  Belə şəraitdə məhtut ərazidə  ki­
fayət  qədər  quş  saxlanılır  və  intensiv  yemləmə  aparmaqla  qısa 
dövr ərzində  kifayət qədər məhsul  götürülməsinə çalışılır.  Quş­
ların  saxlanma  yerində  yüksək  konsentrasiyası  şəraitində  çox­
dan  məlum  olan xəstəliklər öz gedişi  və  formasım  dəyişir,  hətta 
yeni-yeni xətəliklər meydana çıxır.  Belə şəraitdə qısa müddə ər­
zində  xəstəlik  törədicilərinin  bir  neçə  dəfə  hassas  quş  orqaniz­
mindən passajı  ilə əlaqədar olaraq onların  virulentliyinin kəskin 
şəkildə yüksəlməsi  meydana çıxır.
Məlumdur  ki,  ekstensiv  quşçuluqda  alimentar  infeksiyalar 
üstünlük  təşkil  edirsə,  intensiv  quşçuluqda  respirator  infeksiya­
lar daha çox  nəzərə  çarpır.  Xüsusilə  böyük quşçuluq  təsərrüfat­
larında mədə-bağırsaq və respirator orqanların qarışıq  infeksiya- 
ları  daha  çox  nəzərə  çarpır,  ancaq  transmissiv  infeksiyaların 
xüsusi  çəkisi  azalır.
Epizootik  prosesdə  mövsümiilük  və  dövrülük  də  qeyd  olu­
nur.  Müəyyən  mövsümlərdə  epizootik  prosesin  intensivliyinin
44
yüksəlməsi  müşahidə  edilir.  Belə  yüksəlmə  dövründə  xəstə 
heyvanların miqdarı artır, epizootik ocaqların sayı çoxalır.  Meteo­
roloji  və  təsərrüfat  şəraitinin  dəyişilməsi  nəticəsində  də  orqa­
nizmin  ümümi  rezistentliyi  aşağı  düşür  və  belə  halda  xəstəliyə 
həssaslıq  daha  da  artır.  Bəzi  xəstəliklər  payız-qış,  bəziləri  isə 
yaz-yay  fəsillərində qeyd  edilir.
Mövsümülük  təbi  ocaqlı  infeksion  xəstəliklər üçün  daha  xa­
rakterikdir.
Bəzi  xəstəliklərdə  epizootik prosesin  intensivliyinin  yüksəl­
məsi  və  aşağı  düşməsi  bir neçə  illik  fasilələrlə  müşahidə  edilir. 
Belə  hadisə  epizootik  prosesin  dövrülüyü  adlanır.
Epizootik proses mərhələlər üzrə inkişaf edir ki, buda epizooti- 
yalar  arası  dövr,  epizootiya  önü  dövrü,  epizootiyanın  inkişafı 
dövrü,  sönməsi  dövrü  və  postepizootiya  dövrünün  bir-birini  ar­
dıcıl  şəkildə  əvəz edilməsi  ilə özünü  göstərir.
Q uşların  infeksion  xəstəlik lərin in   təkam ülü
İnfeksion  xəstəliklərin  təkamülünün  öyrənilməsi  mühüm 
əhəmiyyətə  malikdir.  Epizootologiya,  epidimologiya  və  mikro­
biologiyada  müqayisəli  müayinələr  nəticəsində  müəyyən  edil­
mişdir  ki,  istər  xəstəliklərin  törədiciləri  və  istərsədə  epizootik 
prosesdə  müəyyən  tarixi  dövrlərdə  əsaslı  dəyişikliklər  nəzərə 
çarpır.  Epizootologiyada  infeksion  xəstəliklərin  öyrənilməsində 
təkamül  prinsipi  mühüm  metodoloji  əhəmiyyətə  malikdir.  Bu 
infeksiya törədiilərinin təkamülü zamanı baş verən dəyişikliklə­
rin,  makroorqanizm  və  mikroorqanizmin  qarşılıqlı  əlaqəsində 
baş  verən  dəyişikliklərin  və  bunların  əsasında  epizootik  prose­
sin  özündə  baş verən  dəyişikliklərin öyrənilməsinə  imkan  verir.
Məlumdur  ki,  təkamül  geniş  mənada  cəmiyyətdə  və  təbiət­
də  başverən  dəyişikliklərin  istiqamətliliyini  və  qanunauyğun­
luqlarını  öyrənən  elmdir.
45


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə