serioloji reaksiyalardan biridir. Bu reaksiyanı ilk dəfə 1901-ci il
də Borde və Janqu təklif etmişlər.
Reaksiya mürəkkəb serioloji reaksiyalara mənsub olmaqla 2
sistemdən: 1) bakteriolitik və 2) hemolitik sistemdən ibarətdir.
Bakteriolitik sistemdə antigen, yoxlanan quşun qan serumu
/antitel/ və komplement, hemolitik sistemdə isə hemolizin və
qoç eritrositləri iştirak edir.
Reaksiyanın mahiyyəi ondan ibarətdir ki, bakteriolitik sistem
də əgər antigenlə antitelin
uyğunluğu varsa, yəni quş xəstədirsə bu
zaman komplementi antien-antitel kompleks üzərinə əlavə etdikdə
komlement bu kompleks tərəfindən adsorbsiya olunur və sərbəst
halda qalmır. Sonra hemolitik sistemi bakterioolitik sistemin üzəri
nə əlavə etdikdə komplement səbəst halda olmadığı üçün o hemo-
lizinlə birləşib onu fəallaşdıra bilmir və fəallaşmamış hemolizin
isə qoçun eritrositlərini lizisə uğratmır. Nəticədə mixbər şüşəsinin
dib hissəsində eritrositlərdən ibarət çöküntü əmələ gəlir.
Əgər antigenlə antitelin uyğunluğu yoxdursa yəni quş sağ-
lamdırsa bu zaman komplement antigen-antitel kompleksi tərə
findən adsorbsiya olunmur və sərbəst şəkildə məhlulda qalır.
Hemolitik sistemi bakteriolitik sistemin üzərinə əlavə etdikdə
məhlulda sərbəst halda olan komplement hemolizinlə birləşərək
onu fəallaşdırır və fəallaşmış hemolizin qoçun eritrositlərini li
zisə uğradır. Nəticədə mixbər şüşəsində qırmızı rəngdə məhlul
nəzərə çarpır.
Reaksiyanı qoyduqda əvvəlcə hemolizin işçi titri, sonra
komplementin işçi titri təyin edilməsi və sonra isə əsas reaksiya
qoyulmalıdır.
Komplementin birləşməsi reaksiyası 4 müsbətlə qiymətlən
dirilir:
Müsbət reaksiya: ++++ / #) -75-100 % eritositlərin hemlizə
uğramaması:
+++
Ф)
-40-75 % eritrositlərin hemolizə uğramaması;
66
++ / ) -şübhəli reaksiya -20-40 % eritrositlərin hemolizə uğ-
ramaması:
+ -10-20 % eritrositlərin hemolizə uğramaması; mənfi reak
siya: 0-eritrositlərin tam hemolizə baş verir.
K om p lem en tin uzun m üddəti b irləşm əsi reak siy asın ın
/K U M B R / əvvəlki reaksiyalardafərqi ondan ibarətdir ki, KBR-
da reaksiya su hamamında 37-38°S temperaturda getdiyi halda,
uzunmüddətli birləşmə reaksiyasında nisbətən aşağı temperatu-
rada istifadə edilir. Nəticədə reaksiyanın gedişi ləngiyir, ancaq
spesifikliyi yüksəlir.
N ey trallaşm a reaksiyası /M R/ yüksək spesifik və həssas
reaksiya olub mahiyyəti ondan ibarətdir ki, virusların və bakte-
riyaların infeksion təsirini spesifik immun serumlar neytrallaş-
maq qabiliyyətinə malikdir. Reaksiya ilk dəfə P.Erlix tərəfindən
təklif edilmişdir. Bu reaksiyadan virusların və bakteriyaların tip
lərinin müəyyən edilməsi üçün istifadə edilir. Bundan əlavə
mikrobların hasil etdiyi toksinlərin tiplərinin təyinində də bu re
aksiya yüksək dərəcədə spesifikliyi ilə səciyyələnir.
Neytrallaşma reaksiyası müxtəlif modellərdə: TEF kulturasın-
da, toyuq embrionunun xoriollantois qişasında, yaxud cücələrdə
qoyulur. Reaksiya qoyulmazdan əvvəl cücələr və ya embrionlarda
titrləşdirilir və bu məqsədlə Rid və Menç üsulundan istifadə edilir.
TEF kulturasında NR qovulm ası. Reaksiya üçün konta-
minantlardan azad olan ilkin tribsinləşdirilmiş TEF kulturası
götürülür. 24-28 saat keçmiş alınmış yaxşı təhqiqatlı matrislər
seçilir və 1 ml.qida mühitində 200-300 min hüceyrə konsentra-
siyasında subkultura əldə edilir. Bu subkulturaları 1,3 ml. miq
darında pensilin flakonları və ya mexbər şüşələrinə tökülür.
Təfriq olunan material kimi xəstəliyiin əvvəlində və bundan
iki həftə keçmiş quşlardan götürülmüş qan serumlarından istifa
də edilir. Bundan əlavə ölmüş quşların daxili orqanlarının sus-
pensiyasında istifadə edilə bilər.
67
Yoxlanılan materialın və hiperimmun spesifik serumların iq-
la mühitində 0,5ml. həcmdə olmaq şərti ilə l:2-dən l:128-dək
müsbətində durultmalar hazırlanır. Serumun hər bir durultması-
na yoxlanılan virus suspenziyası antibiotikli iqla mühitinə də
əlavə edilir. Qarışdırılır, otaq temperaturasında saxlanılır və 2
saatdan sonra içərisinə TEF subkulturası olan pensilin flakonla-
rı və ya mixbər şüşələrinə 0,2 ml dozada tökülür. Reaksiyanın
nəticəsi onun qoyulmasından 5-6 gün keçmiş mikroskopiki yol
la aparılır. 50
%
yoluxdurulmuş hüceyrə kulturasında virusun
10-100 LD50 dozasının infeksion təsirini neytrallaşdıran serum
durultması onun titri hesab edir. Bundan əlavə hüceyrə kultura-
sında neytrallaşma reaksiyasını onun virusa sitopatik təsiri ilə də
müəyyən edilir.
Tovuq em brionunda NR qovulm ası. Mixbər şüşəsinə
tədqiq olunan qan serrumu 0,13 ml, 199 mühiti və ya fizioloji
məhlul, 0,3 ml, virus antigeni 4 durultma dərəcəsində 0,6 ml.
töküb otaq temperaturasında 2 saat saxlanılır. Sonra bu qarışığı
0,3 ml dozada embrionları xorioallantoriz qişasına eneksiya edi
lir. Embrionları 370S temperaturda 8 gün inkubasiya etdikdən
sonra nəticəsi yoxlanılır.
N eytrallaşm a reaksiyasını cü cə lə rd ə qovulm ası. Reak
siya 2 m ərhələdə qoyulur. Birinci mərhələdə mixbər şüşəsi da
xilində viruslar qan serumunun 2 saat ərzində kontaktı həyata
keçirilir, 2 -c i mərhələdə isə alınmış qarışıqla cücələr yoluxdu
rulur. Reaksiyanın nəticəsi əvvəlcə 8-ci gündə, sonra isə 2 həf
tə ərzində hər 3 gündən bir yoxlanılır. Virus cücələrdə bioloji
aktivlik törətmirsə, reaksiya müsbət hesab edilir.
Bakterial etiologiyalalı xəstəliklərdə neytrallaşma reaksiyası
vasitəsilə ya məlum antigen əsasında antitelləri müəyyənləşdir
mək, ya da məlum antitel əsasında antigeni aşkar etmək üçün is
tifadə edilir. Xəstəlik törədicilərinin toksinlərinin və onların tir
lərinin təyinində də bu reaksiya mühüm əhəmiyyətə malikdir.
68
Reaksiyanı qoymaq üçün 2 ədəd sınaq şüşəsinin hər birinə təd
qiq olunan materialdan / orqanların fizioloji məhluldan ekstraktı,
kültura və s. / 0,5 və ya 0,3 ml tökülür. Sonra bu materiala mikro-
bun tipinə məxsus olan diaqnostik serumdan 0,5 və ya 0,3 ml əla
və olunur. İkinci nəzarət mixbərindəki tədqiq olunan materialın
üzərinə serum əvəzinə fizioloji məhlul tökülür. Qarışığı möhkəm
çalxaladıqdan sonra termostatda 370 S temperaturda 45 dəqiqə
saxlayıb bununla laboratoriya təcrübə heyvanlarının yoluxdurması
aparılır. Tədqiq olunan materialın xüsusiyyətindən asılı olaraq qa
rışıq dəri altı, vena daxili və qarın boşluğuna vurula bilər.
Nəzarət qrupundakı siçanların 100 % tə lə f olub, digər qrup-
dakıların sağ qalması onu göstərir ki, tədqiq olunan materialda
seruma müvafiq antigen və ya toksin vardır.
İmmunoflüoressensiva reaksiyası /İFR/ fluoroxrom boyaları
ilə boyanmış obyektlərin lyuminissent mikroskopiyasından iba
rətdir.
Reaksiya 2 üsulla qoyulur.
Vasitəsiz və ya bir mərhələli üsul və vasitəli yaxud iki mərhə
ləli üsul. Vasitəsiz üsul baytarlıqda daha çox istifadə edilir. Bu
üsulda əvvəlcədən yağsızlaşdırılmış əşya şüşəsi üzərinə tədqiq
olunan materialdan bir damcı qoyub, qurudurlar. Sonra
etil stpirtin-
də 10-15 dəqiqə və ya metil spirtində 3-5 dəqiqə ərzində təsbi et
dikdən sonra bunun üzərinə 1 damla flüoroxrom boyası ilə boyan
mış serum əlavə edilir, 370 S temperaturda 15-30 dəqiqə saxladıq
dan sonra bunu 0,01 molyar fosfar buferində 0,15 molyar natriym-
xlorid məhlulu ilə 10-15 dəqiqə ərzində yuyub, havada qurutduq
dan sonra liiminissent mikroskop altında mikroskopiya edilir.
Mikrosikopiyanın nəticəsi visual qaydada işuq saçmasının in
tensivliyinə görə müəyyən ediir və 4 müsbətlə qiymətləndirilir:
# - güclü parlaq yaşıl işıq saçma;
* - güclü yaşılımtıl işıq saçma;
i -
hüceyrə periferiyasında sarımtıl-yaşıl işıq saçma;
69