peraturun təsirindən mikoplazma konservləşir. Liofılizasiyalı
halda amil 10 ilə qədər öz patogenliyini saxlayır. Kimyəvi de
zinfeksiya vasitələrindən 2%-di xlorlu əhəng məhlulu, 1,5-2%-
li natrium qələvisi 2%-li formalinin təsirindən qısa m üddət ə r
zində inaktivləşir.
E p izootoloji m əlum atlar.
Xəstəliyə toyuqlar dəstəsinə m ən
sub olan ev quşları və sərbəst yaşayan quşlar həssasdır. Xüsusilə
3 həftəlikdən 5 aylığa qədər quşlar daha çox həssaslıq göstərir.
İnfeksiya törədicisinin mənbəyi xəstə və xəstəliyi keçirmiş miko-
plazmadaşıyan quşlar hesab edilir. Mikoplazmadaşıyıcılıq bəzən
quşun bütün ömrü boyu davam edir. Xəstəliyin törədicisi quşlar
arasında üfüqi və şaquli yolla yayılır. Yoluxmuş yumurta burada
daha böyük rola malikdir. Yumurtaların yoluxma faizi təsərrüfat
larda xəstəliyin davametmə müddətindən, təsərriifatn sanitariya
vəziyyətindən və quşların yaş dərəcəsindən asılıdır.
Respirator mikoplazmoza görə qeyri-sağlam təsərrüfatlarda
xəstəlik çox vaxt xroniki gedir və mühüm kliniki əlam ətlər
görünmür. X əstəlikdə stasionarlıq qeyd olunur ki, buda miko-
plazmadaşıyıcılıqla əlaqədardır. Xəstəlik çox vaxt kolibakte-
riozla, salmonellyozla, infeksion bronxitlə, infeksion larinqotra-
xeyitlə, çiçəklə qarışıq infeksiya halında nəzərə çarpır.
Quşların orqanizminə düşmüş amil uzun müddət orqanizmdə
qalmaqla bəzən quşlarda kliniki xəstəlik törətmir. Belə quşların
ümumi müqavimət qüvvəsi müxtəlif amillərin təsirindən aşağı
düşdükdə gizli gedən infeksiya kliniki xəstəliklə əvəz olunur.
Xüsusilə quşların yemləmə və bəsləmə şəraitinin pozulması, di
ri virus vaksinlərlə peyvəndlərin aparılması, bəzi infeksion və
qeyri-infeksion xəstəliklərin baş verməsi quşun ümumi müqavi
mət qüvvəsini aşağı salır və xəstəliyin kliniki əlamətləri aydın
şəkildə nəzərə çarpır. Xəstə quşlarda ət və yumurta məhsuldar
lığı aşağı düşür, ölüm həm körpələr qrupunda və həm də yaşlı
larda qeyd olunur.
Patogenez.
Respirator mikoplazmozun patogenezində orqa
nizmin rezistentliyi və quşların yaşı böyük rola malikdir. Orqa
324
nizmə düşmüş amil qısa müddət ərzində qana keçərək orqan və
toxumalara yayılır və intoksikasiyalara məxsus kliniki simptom-
ların əm ələ gəlməsinə səbəb olur. Daha çox yuxarı tənəffüs or
qanları zədələnir. Bundan əlavə xəstəliyin törədicisi dalaqda,
qaraciyərdə, böyrəklərdə və baş beyində m üxtəlif xarakterli il
tihab törədir.
G ed işi v ə kliniki əla m ətləri.
Xəstəliyin inkubasiya dövrü
toyuqlarda 4-22 gün, hind quşlarında isə 2-14 gün arasında dəyi
şir. İnkubasiya dövrünün belə dəyişkənliyi quşların yaşından,
növündən, xəstəlik törədicisinin virulentliyi və dozasından ası
lıdır. Xəstəlik bütün yaş qruplarında müşahidə edilir. Broyler
cinslər ən çox 4-8 həftəlikdə həssaslıq göstərir.
Xəstəlik iti və xroniki gedir. Xarakterik kliniki əlam ətlər
cücələrdə müşahidə edilir. Bunlarda iştahsızlıq, tənəffüs orqan
larının funksiya pozğunluğu, yəni onlarda öskürək, təngənəfəs-
lik, traxeyit, sinusit, aerosakkulit nəzərə çarpır. Bəzən toyuqlar
da infraorbital cibcik sahəsində şişkinlik, sinovit və sinir poz
ğunluğu əlamətləri müşahidə edilir, cücələrdə ölüm 10-25%,
yaşlılarda isə 4-6% təşkil edir.
Hind quşları bütün yaşda xəstəliyə həssaslıq göstərir. Ən ti
pik əlam ət infraorbital cibciyin iltihabının baş verməsidir, cibcik
boşluğuna serozlu və ya serozlu-fıbrinozlu eksudat toplanır və
ikincili mikrofloranın inkişafı nəticəsində şorvari kütləyə çevri
lir. Tənəffüs orqanlarının iltihabı nəticəsində xırıltılar və təngə-
nəfəslik müşahidə edilir.
Xəstəliyin xroniki formasında şiddətli arıqlama, yaşlılarda
boğazda toplanmış eksudatdan azad olmaq üçün başını irəli uza
daraq tez-tez silkələyir, rinit inkişaf edir, burun yolundan selikli
kataral eksudat ayrılır. Toyuqlarda yumurta məhsuldarlığı aşağı
düşür.
Həm toyuqlarda və həm də hind quşlarında bəzən oynaqların
iltihabı nəzərə çarpır. Xəstə yumurtaların inkubasiyası zamanı
embrionların 10-30%-i inkişaflarının müxtəlif dövrlərində tələf
olur.
325
Respirator mikoplazmoz, nyukasl xəstəliyi, infeksion bron-
xit və kolibakteriozla mürəkkəbləşdikdə xəstəlik ağır getməklə
letallıq da yüksək olur.
P a toloji-an atom ik d əy işilik lər.
Ölmüş quş cəsədlərinin pa-
toloji-anatomik yarılması zamanı tənəffüs orqanlarının selikli
qişasının kataral iltihabı, qırtlaq və traxeyada fıbrinozlu çöküntü
müşahidə edilir. Əksər quş cəsədlərində kataral yaxud fıbrinoz-
lu rinit, sinusit, traxeyit, pnevmoniya, serozlu, yaxud fıbrinozlu
aerosakkulit qeyd edilir. Bunlardan əlavə ağciyərlərdə bozum
tul-ağ rəngdə nekroz ocaqları görünür. Kolibakteriozla m ürək
kəbləşm ələr zamanı köks və qarın hava kisələrində iri fıbrinoz-
lu çöküntülərlə dolu olması, qaraciyər və ürək üzərində fıbri-
nozlu pərdə müşahidə edilir.
Histoloji müayinələr zamanı burun boşluğunun cibcikləri-
nin, qırtlaq və traxeyanın selikli qişasında epiteli hüceyrələrinin
proliferasiyası və hüceyrə-infıltrativ proseslər aşkar edilir. Ağ
ciyərdə kapsula içərisində sekvestrlər, divarın daxili hissəsinin
nekrozu ilə bərabər kataral-fıbrinozlu aerosakkulit qeyd edilir.
D iaqnoz.
Respirator mikoplazmoza diaqnoz qoymaq çətin
dir, çünki tənəffüs orqanlarının zədələnmələrinə məxsus olan
əlam ətlər bir çox xəstəliklər zamanı da qeyd edilir. İlkin diaq
nozda xəstəliyin epizootoloji xüsusiyyətləri, kliniki əlam ətləri
və patoloji-anatomik dəyişdikləri nəzərə alınır. Ancaq quşlarda
m üxtəlif müalicə vasitələrindən daimi olaraq istifadə edildiyi
üçün bəzi göstəricilərin diaqnostik əhəmiyyəti müəyyən qədər
aşağı düşür. Ona görə də diaqnozun dəqiqləşdirilməsi üçün bak-
terioloji müayinə aparılmalıdır.
Bakterioloji müayinə üçün ölmüş təzə quş cəsədləri yarılır,
tənəffüs yollarının seklikli qişasından, baş beyindən və parenxi-
matoz orqanlardan fizioloji məhlulda suspenziya hazırlanır.
Hind quşlarında bu məqsədlə daha çox infraorbital cibciyin ek-
sudatdan istifadə edilir.
Alınmış suspenziya ƏPB-da l:10-l:20-də duruldur, pambıq-
tənzif qarışığından süzülür və bunun üzərinə 0,1 ml 1%-li sirkə
326
turşusunun talium duzu məhlulu və penisillin (5 min TV/ml) əla
və edilir, 30-40 dəqiqə otaq temperaturasında saxlandıqdan son
ra qida mühitlərinə əkilir.
Xəstə quşlardan patoloji material kimi traxeya eksudatı isti
fadə edilir. Bunu steril pambıq tamponla götürüb ət-peptonlu
bulyonda yuyulur və qida mühitinə əkilir.
Yumurta müayinə edildikdə onun sarı maddəsindən nümunə
götürülür və qida mühitlərinə əkilir. Bioloji sınaq məqsədilə ta-
lium-asetat və ya penisilinlə işlənmiş suspenziya və ya miko-
plazma kulturası 4-6 həftəlik cücələrə 0,5 ml dozada intranazal,
intratraxeyal və ya köks hava kisələri boşluğuna yeridilir və
bunlar 30-60 gün nəzarətdə saxlanır. Bunlarda respirator miko
plazmoza məxsus kliniki əlamətlər və patoloji-anatomik dəyişi-
liklərin baş verməsi patoloji materialda M.qalliseptikanın olma
sını göstərir.
Bioloji sınağı toyuq embrionlarında da aparmaq mümkündür.
Patoloji materialın suspenziyasım xoriollantois boşluğuna və ya
sarılıq kisəsinə vururlar.
Quşların respirator mikoplazmozunun diaqnostikasında se-
rum-damla aqqlyutinasiya reaksiyasından da istifadə edilir.
T əfriq i diaqnoz.
Xəstəliyi kollibakteriozdan, pasterellyoz-
dan, hemofılyozdan, infeksion bronxit və larinqotraxeyitdən və
aspergillyozdan təfriq etmək lazımdır.
Kolibakteriozda letallıq faizi daha yüksəkdir, ürəkdə, qaraci
yərdə, hava kisələrində iltihab daha intensiv xarakterə malikdir,
yarma zamanı fıbrinozlu perikardit, perihepatit və aerosakkulit
aşkar edilir. Bakterioloji müayinə əsasında isə E.coli tapılır.
Pasterellyozda respirator mikoplazmozdan fərqli olaraq çox
vaxt qanla qarışıq ishal olur. Yarma zamanı ürək əzələsində kəs
kin şəkildə qan sızmaları bakterioloji müayinə əsasında isə
P.Multocida aşkar edilir.
Hemofiliyoz (yoluxucu zökəm) zamanı xəstəliyin geniş əra
zidə yayılması, xəstələrdə rinit, konyunktivit, panaftalmit müşa
hidə edilir.
327
Dostları ilə paylaş: |