46
İlkin Əsgər
-alaq. –laq,-lək şəkilçisi ilə bir mənbədəndir. Dilimizdə
şapalaq, sapalaq, yatalaq sözlərində işlənir.
-ılı,-ili,-ulu,-ülü. Tədqiqatçı A.Ağalarov “örtülü” sö-
zünü nümunə gətirməklə -ülü şəkilçisini ad düzəldən
qeyri-məhsuldar şəkilçi kimi tədqiq edir.(bax: 7.,15) La-
kin əslində örtülü sözündə -ülü iki şəkilçinin sintezindən
ibarətdir və iki sözdüzəldici şəkilçi kimi götürülməlidir.
Prof. Q.Ş.Kazımov da örtülü sözündəki –ülü şəkilçisini iki
şəkilçi kimi təqdim edir: -ü feildən isim; -lü isimdən sifət
düzəldir.(bax: 48.,108). Örülü bazar dostluğu pozar(atalar
sözü). Bu qayda ilə dilimizdə xeyli sayda söz əmələ gəlir.
Məsələn: yazılı, küsülü, ütülü, ölçülü, çəkili və s.
Lakin dildəki bütün -ılı,-ili,-ulu,-ülü şəkilçili sözlər bu
qaydaya tabe olmur. Məsələn: süzülü, biçili, tikili və s. Ve-
rilən nümunələrdən göründüyü kimi, bu, bütün sözlərdə
özünü doğrultmur. Müasir Azərbaycan ədəbi dilində süzü,
biçi, tiki, sökü, qazı, tökü, didi, taxı və s. isimlər olmadığı
kimi, bunlara da dördvariantlı –lı şəkilçisini artırıb düzəltmə
sifət əmələ gətirmək mümkün deyil. Ona görə də, bu sözlər
–ıl,-il,-ul,-ül məchul növ şəkilçisinin və feildən sifət düzəl-
dən –ı,-i,-u,-ü şəkilçisinin artırılması nəticəsində yaranır.
Məsələn: süzmək-süzül(mək)-süzülü,biçmək-biçil(mək)-bi-
çili, tikmək-tikil(mək)-tikili, sökmək-sökül(mək)-sökülü,
qazmaq-qazıl(maq)-qazılı, tökmək-tökül(mək)-tökülü, did-
mək-didil(mək)-didili, taxmaq-taxıl(maq)-taxılı və s.
Örtü və yazı kimi sözlərdə isə -ü,-ı feildən isim düzəldən
şəkilçi kimi çıxış edir. Bu məqamda çaşqınlıq yaradan əsas
cəhət feildən isim düzəldən –ı,-i,-u,-ü şəkilçisinin feildən
sifət düzəldən –ı,-i,-u,-ü şəkilçisi ilə qarışıq salınmasıdır.
Dilçilik ədəbiyyatlarında da əsasən, feildən sifət düzəldən
47
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
–ı,-i,-u,-ü şəkilçisi haqqında münasibət bildirilməmişdir.
Əslində bu şəkilçi feildən isim düzəldən şəkilçi ilə omo-
nimlik münasibətindədir və eyni bir şəkilçinin feildən həm
isim, həm sifət əmələ gətirməsi dilimizdə mövcuddur, bu
hal da tamamilə dilimiz üçün təbii və qəbulolunandır.
Yazılı, küsülü, ütülü, ölçülü, çəkili kimi sözlərdə şəkil-
çi –ı,-i,-u,-ü+ lı,-li,-lu,-lü formasında olduğu halda, süzü-
lü, biçili, tikili, sökülü və s. sözlərdə -ıl,-il,-ul,ül+ ı,-i,-u,-ü
modelindədir.
-ılı. Feildən zərf düzəldən qeyri-məhsuldar şəkilçi olub,
quruluşca mürəkkəb struktura malikdir. Artırıldığı sözdə
tərz, vəziyyət, hərəkətin əlamətini bildirir. Məsələn : uzanı-
lı.Yaralı əsgər yerdə uzanılı qalmışdı.
-kəm. Söz-şəkilçi olub, feillərdən ad düzəldən qey-
ri-məhsuldar şəkilçidir. Məsələn: ötkəm, görkəm. Ötkəm və
qumral səslə əzan oxudu və dindar müsəlmanları ibadətə çağırdı.
(İ.Şıxlı), Buz bulaq elə bil çağlayır səndə; Dağlar öz görkəmində,
ağlayır səndə?! (V.Dumanoğlu)
-təkin. Bu şəkilçi dilimizdə əsasən, şəxs adları düzəldir:
Aytəkin, Gültəkin.
-axlı,-ikli. Sifət düzəldən qeyri-məhsuldar şəkilçi olub,
iki komponentin birləşməsindən əmələ gəlmişdir.Məsələn:
adaxlı, deyikli və s.
Bayram idi, gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu...
(M.Şəhriyar)
-axlı şəkilçisi tarixən də müasir dilimizdə olduğu kimi iş-
lənmişdir. Bu şəkilçi vasitəsilə əmələ gəmiş “ adaxlı” sözünə
“Kitabi-Dədə Qorqud dastanları”nın dilində “adaxlu” for-
masında bir neçə dəfə rast gəlmək mümkündür. Məsələn:
48
İlkin Əsgər
Baqdı gördi bu otağ Banıçiçək otağıymış ki, Beyrəgiŋ beşikkərtmə
nişanlısı-adaxlusıydı. Biz bunu tanımazız. Adaqlusına apa-
rıŋ, görsün. Ol yaxşı bilür.
-mar. Feildən sifət düzəldir. Dilimizdə qızmar sözün-
də rast gəlirik. Prof. B.Əhmədova görə, -mar hind (yunan)
mənşəli söz olub, yandıran, isidən, isti deməkdir. Qızmar
isə sinonim sözlərin birləşməsindən yaranmışdır. Dilimizdə
bu yolla yaranmış sözlər vardır : uzundraz, qızıləhmədi və s
-cə. Qayıdış növ feillərin sonuna artırılıb, isim düzəldir.
Məsələn: düşüncə, ələncə.
Düşüncənin əvvəli, bütün sayların sonu,
Sözdür, yadında saxla, unutma əsla bunu! (N.Gəncəvi)
-ac,-c. Bu şəkilçi də feillərdən isim düzəldən qeyri-məh-
suldar şəkilçi olub, əşya, alət, vasitə, proses bildirən yeni
sözlər əmələ gətirir. Məsələn: tıxac, saxlanc, güvənc, əyləc,-
sevinc, qaxac, qısqanc.
-ır,-ir. Feillərə qoşularaq əşya, alət məzmunlu isimlər
düzəldən qeyri-məhsuldar omonim şəkilçidir.Məsələn: ya-
tır, gəlir, kəsir.
-y. Bu şəkilçi feil sonuna qoşulmaqla yer, məkan, yol,
əşya məzmunu ifadə edir. Şəkilçiyə müasir Azərbaycan di-
lindəki “dolay” sözünün tərkibində rast gəlinir. Məsələn:
Uzaq yollardan keçib dolaylardan qalxırıq. (N.Rəfibəyli).
-ar,-ər. Bu şəkilçi də omonimlik keyfiyyətinə malik olub,
feildən isim düzəldən qeyri-məhsuldar söz-şəkilçidir. Qo-
şulduğu sözdə əşya, alət, vasitə, şəxs məzmunu yaradır.
Məsələn: çapar, açar, çıxar, kəsər, tutar, yazar, dəyər; Sən-
siz açarı itmiş qapalı bir xəzinəyəm.(B.Vahabzadə), Kosaoğlu-
nun ağzının kəsəri var.(İ.Şıxlı), Şofer Məmməd uzaqlaşdıqdan
sonra Nəsib dayı açarı götürüb İmrana baxdı. (İ.Şıxlı).
Dostları ilə paylaş: |