40
İlkin Əsgər
-sun. Bu şəkilçi də əslində qrammatik şəkilçidir. Felə ar-
tırılıb şəxs adı
bildirən isim düzəldir: Dursun.
-axay. –xay,-vay şəkilçilərilə bir mənbədən olduğu gü-
man olunur. Şəkilçiyə müasir Azərbaycan dilində
“so-
laxay”və “sağaxay” sözündə rast gəlinir.
Sağaxay sözünün
işlənmə arealı
məhdud olub, əsasən tibb sahəsində işlənir.
-i. Feildən isim düzəldən qeyri-məhsuldar omonim şə-
kilçidir. Dilimizdə nəticə sözünün sinonimi olan
“göstəri”
sözünü əmələ gətirmişdir.
-sə. Bu şəkilçi dilimizdə omonimlik keyfiyyətinə malik
qeyri-məhsuldar şəkilçidir. Əvəzlikdən qeyri-müəyyənlik
bildirən əvəzlik əmələ gətirir. Məsələn:
kimsə, nəsə.
Qeyd edək ki, dilçilik ədəbiyyatlarında göstərilən söz-
lərin tərkibindəki
–sə şəkilçisini
isə ədatının qısaldılmış
yaxud da şəkilçiləşmiş forması olduğu göstərilir. Lakin
orta əsrlərə aid bədii mətnlərdə
kimsə sözü
kiməsnə, kim-
sənə formasında işlənmişdir. Hətta müasir dilimizdə B.Va-
habzadənin yaradıcılığında da rast gəlinir. “Kitabi-Dədə
Qorqud dastanları”nın dilində və “Dastani-Əhməd Hə-
rami” poemasında da
kimsənə əvəzliyi bir neçə dəfə iş-
lənmişdir:
Qanturalı baqdı gördi kim, bir kimsənə yağıyı
öŋinə
qatmış, qovar.
“Dastani-Əhməd Hərami” poemasında
“kimsə” və
“kiməsnə” müvazi olaraq işlənmişdir:
Bənim nərəmə kimsə durmaz irdi
Neçə kişilər ünümdən canı verdi...
Məsəldir kəndi düşən ağlamaz, der,
Axan dəryayı kimsə bağlamaz der...
Kiməsnədən xəbər almadı hərgiz,
Necə kim istədi, bulmadı hərgiz...
41
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Ol iqlimlər isuzlu olmuş idi,
Kiməsnə uğramaz duyulmuş idi...
Bu əvəzliklərin də qeyri-müəyyən və ya inkar məzmu-
nunu ifadə etməsi mətndaxili situasiyadan asılıdır. M.Hü-
seynzadə əvəzliyin quruluşca növlərindən danışarkən
bu nitq hissəsinin sadə və mürəkkəb olduğunu göstərir.
(bax:51.,98) Düzəltmə əvəzliklər haqqında isə heç bir qeyd
yoxdur. Əslində
kim və
kimsə, nə və nəsə cütlükəri arasın-
da olan semantik fərq əvvəl
və əvvəlinci, orta və ortancı,
hənir və hənirti kimi cütlüklər arasında olan semantik fərqə
bərabərdir.
Kimsə, nəsə kimi sözlər
kim və nə sözlərindən
daha mücərrəd, daha qeyri-məzmun ifadə edir. Məsələn,
“
kimsə pəncərəni döyür” cümləsində mübtədanı
“kim” sözü
ilə əvəz eləsək, cümlənin məqsəd və intonasiyası ilə yanaşı,
onun semantikasında da fərq əmələ gələr. Pəncərəni döyən
külək də ola bilər, yağış da ola bilər, danışan və dinləyici
üçün naməlum olan şəxs də. Hətta bu əvəzetmə
kimsə, nəsə
sözlərinin inkar əvəzliyi vəzifəsində işləndiyi məqamlarda
belə özünü doğrultmur. Ümumiyyətlə, əvəzliklər mahiy-
yət etibarı ilə boş sözlərdən ibarətdir və onlar konkret mətn
daxilində konkretləşərək müəyyən məna kəsb edir.
Üçüncü şəxsin təkinin
mənsubiyyət şəkilçisi(-si) də bəzi
(ha!) qeyri-müəyyənlik ifadə edən əvəzliklərin yaranmasın-
da sözdüzəldici şəkilçi kimi çıxış edir. Düzdür, bəzi sözlər-
də
-si hələ də mənsubluq anlayışını qoruyub saxlamaqda-
dır.
Kimisi, birisi, bəzisi kimi əvəzliklər mənsub olduqları
söz birləşmələrinin birinci tərəfi olmadan da müstəqil şə-
kildə işlənə bilir və qeyri-müəyyən məzmun ifadə edir. Bu
dilimiz üçün xarakterik bir haldır. Sözdəyişdirici şəkilçinin