43
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
dan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin də-
rinliyinə gətirdilər. (İ.Şıxlı), Səhərə yaxın onların arabasını kiçik
bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələ-
rin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında
saxladılar. (İ.Şıxlı) Prof. B.Əhmədov –qar şəkilçisinin “ yer”
sözündən yarandığını, onun şəkilçiləşmiş forması olduğu-
nu göstərir. B.Əhmədova görə , ucqar “uc yer” deməkdir.
Lakin –qar şəkilçisi yonqar sözündə ucqar sözündəki se-
mantikanı daşıya bilmir. Bunu M.Ə.Sabirin aşağıdakı şei-
rində də aydın görmək olar:
Adı puldursa pulun, leyk özü can yonqarıdır,
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!
Yonqar sözünün semantikasından çıxış edərək, şəkilçi-
nin qır(maq), kəs(mək) sözlərindən törəmə olduğunu dü-
şünmək olar. Güman etmək olar ki, -qar isim və feildən söz
əmələ gətirməklə omonimlik keyfiyyətinə malikdir.
Qeyd edək ki, qırmaq, kəsmək və qıymaq sözləri mənşə
və etimoloji cəhətdən eyni dil yuvasında birləşir. Yonqar
sözündəki –qar şəkilçisinin bu sözlərlə bağlılığı şübhəsiz-
dir. Qeyd olunan sözlərin semantik çalarlarını B.Xəlilov,
T.Hacıyev araşdırmış, müxtəlif mülahizələr söyləmişlər.
Prof. B.Xəlilov bu münasibətlə “Feillərin ilkin kökləri” ki-
tabında yazır: “ Qıy feli qədim türk lüğətində əymək, kəsmək,
öz sözündən geri dönmək, əyri mənalarında işlənmişdir.
Maraqlıdır ki, Ucar rayonunda qıy sözünün əyri mənası-
nı qır sözü bildirir. Qır və qıy sözlərində qı ilkin kökü söz
sonu –y və - q elementlərinə birikmişdir. Bu ilkin kök kəsmək fe-
linin təşəkkül tapdığı ilkin köklə allomorfluq yaratmışdır: kə/qı”.
(27.,140) Bu gün “qıyma, qıyım-qıyım, qıyma-qıyma” söz-
ləri daxili semantika etibarilə “kəsmək” sözünün seman-
44
İlkin Əsgər
tikası ilə müəyyən dərəcədə eyniyyət təşkil edir. Bu sözə
“Kitabi-Dədə Qorqud dastanları”nda da rast gəlinir: Qazan
oğlı Uruzı həbsdən çıqaruŋ, boğazındaŋ orğanla asuŋ, iki dalu-
sından çəngələ sancuŋ, qıyma-qıyma ağ ətindən çəküŋ , Mərə,
varıŋ, Qazanıŋ oğlı Uruzı dartıŋ, çəngələ asuŋ. Qıyma-qıyma
ağ ətindən çəküŋ, qara qavurma bişirüb, qırx bəg qızına ilətüŋ:
hər kim yedi, ol degil; hər kim yemədi oldur.
Qıyma sözü özü də, etimoloji baxımdan kənar, haşiyə
mənalarını ifadə edə bilir. Prof. B.Xəlilov göstərilən tə-
dqiqatında akademik T.Hacıyevin mülahizələrinə istina-
dən etimoloji cəhətdən “Kiyev” sözünün də qıy/kıy sözləri
ilə bağlı olduğunu yazır. Tədqiqatçı T.Hacıyevdən sitat gə-
tirərək yazır: “Ola bilər ki, şəhərin adı( Kiyev şəhəri nəzərdə tu-
tulur-B.X) qıy, kiy sözündəndir.Bu da türkcədir, məhz türkcə-
dir: hüdud, sərhəd, qıraq mənalarını verir. V əsrdə şəhər (Kiyev
şəhəri-B.X) gömrük mövqeyində idi, sərhəd, qurtaracaq idi. Gö-
rünür, həmin türkcə məna slavyanca “okraina” (kənar, qıraq)
tərcümə olunmuş və ölkəyə Okraina deyilmiş, sonra Ukraina
(Ukrayna) şəklini almışdır”.(27., 141)
Tarixən “uc” sözünün özü –qar şəkilçisisiz ucqar sözünün
ifadə etdiyi mənada işlənmişdir. Bu hala “Dastani-Əhməd
Hərami” poemasında rast gəlinir:
Bir oda tutdılar şəhrin ucında,
İkən azadəvü qovğa yox anda.
-lım. Feil düzəldən –ıl,-il,-ul,-ül və isim düzəldən –ım,-
im,-um,-üm şəkilçiləri əsasında yaranmış və müasir Azər-
baycan dilində -lım formasında sabitləşmişdir. Məsələn :
yaylım(atəşi). Ölüm, itim, geyim sözlərinin qəlibi əsasında
düzəlmişdir.
-laq,-lək. –lıq,-lik,-luq,-lük şəkilçisinin açıq saitli for-
masıdır. Həm isim, həm də sifət düzəldən qeyri-məhsul-
45
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
dar omonim şəkilçidir. Şəkilçiyə dilimizin bütün inkişaf
mərhələlərində az da olsa rast gəlmək mümkündür. Hətta
Orxan-Yenisey abidələrində də təsadüf olunur. –laq şəkil-
çisi əsasən, yer, məkan, zaman anlayışını ifadə edən isim-
lərə artırılıb yeni sözlər əmələ gətirir. Qoşulduğu sözdə yer,
məkan məfhumu yaradır və nisbətən çoxluluq ifadə edir.
Məsələn: yaylaq, otlaq, çaylaq, qışlaq, ovlaq. Qeyd edək
ki, orta və bəzi ali məktəb dərsliklərində (bax:7,51,53) şəkil-
çi –laq formasında verilir. Lakin bu düzgün yanaşma deyil.
Şəkilçi –la,-lə və -aq,-ək morfemlərinin sintezindən ibarət-
dir. Məsələn: yay-yayla(maq)-yaylaq, ot-otla(maq)-otlaq
və s. Dilimizin lüğət tərkibində qeyd olunan sözlərin hər
üç forması vardır. –laq şəkilçisinin quruluşu, işlənmə da-
irəsi prof. B.Əhmədov və Q.Kazımovun tədqiqatlarında
daha düzgün, elmi şəkildə işıqlandırılmışdır. Şəkilçinin –
lək variantı da –laq kimi yaranmışdır. İki hissədən ibarət
qeyri-məhsuldar şəkilçidir: iş-işlə(mək)-işlək, diş-diş-
lə(mək)-dişlək, çat-çatla(maq)-çatlaq.
İstisna hallarda feildən əşya, alət, vasitə, yer, məkan
məzmunlu isim də əmələ gətirir: udlaq, batlaq
-kən. Müasir Azərbaycan dilində isim düzəldən qey-
ri-məhsuldar şəkilçidir. Orxan-Yenisey abidələrində də iş-
lənmiş, daha çox sifət bidirmişdir. Məsələn: teŋrikən- tan-
rısifət.
Zaman keçdikcə şəkilçi formasını saxlasa da, məzmu-
nunu dəyişmiş, isim düzəldən şəkilçiyə çevrilmişdir. Söz
sonuna qoşulmaqla əşya, alət, vasitə məzmunu bildirən
yeni sözlər düzəldir: Məsələn: yelkən, pilləkən. Mürsəl təəc-
cüblənsə də, pilləkənləri endi.(İ.Şıxlı),Onu kənd şura sədri pil-
ləkənin başında qarşıladı.(İ.Şıxlı).
Dostları ilə paylaş: |