67
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
radır. İfadə etdiyi semantik çalar əsasən, mikro yaxud da
makromətn daxilində məlum olur.
Topa sözü həm sifət,
həm də zərf, həm də ki numerativ söz kimi işlənir. Məsələn:
Topa buludlar günəşin üzünü bizdən gizlədirdi; Bu hadisədən
sonra, Allahyarın və Musa kişinin adamları üstümüzə topa (bir-
likdə, birgə mənasında- İ.Ə) gəlmişdilər; Çayın kənarındakı qoca-
man söyüdün kölgəsinə bir topa adam yığışmışdı.
-a,-ə. Dilimizdəki azsaylı iç şəkilçilərdən olub, omonim-
lik keyfiyyətinə malikdir. Təkrar olunan sözlərin ortasın-
da işlənərək mürəkkəb isimlər düzəldir.Məsələn:
qaçaqaç,
basabas, içəiç,
baxabax və s.–a iç şəkilçisi təqlidi sözlərlə də
işlənib əşya, proses bildirən quruluşca mürəkkəb isimlər
əmələ gətirə bilir. Məsələn:
pıçapıç, çırtaçırt, qırtaqırt,
partapart və s.
-ha. Bu şəkilçi də dilimizdə qeyri-məhsuldar
iç şəkilçi
olub, mürəkəb isim əmələ gətirir. Təkrar olunan eyni feil
köklərinə və təqlidi sözlərə artırılaraq əşya, proses, vasitə
məzmunu ifadə edən mürəkkəb sözlər düzəldir. Məsələn:
gəlhagəl, vurhavur, tuthatut, şırhaşır, pıqhapıq, pırhapır,
gülhagül və s.
-ba,-bə. Sifət düzəldən qeyri-məhsuldar iç şəkilçidir və
omonimlik xüsusiyyəti daşıyır. Təkrar olunan sifətlərin
daxilində işlənərək mürəkkəb sifətlər düzəldir. Məsələn:
cağbacağ(maşın), düzbə
düz(yol), cürbəcür(yemək) və s. Hər
şeyə göz qoyur, süfrədəki cürbəcür yeməklərdən mənim qabağı-
ma düzürdü.(İ.Şıxlı).
-q. Qeyri-məhsuldar omonim şəkilçidir. Sifətdən birgə-
lik, əlamət anlayışı ifadə edən söz düzəldir. Məsələn
: ortaq
(fikir)
68
İlkin Əsgər
-
sala. Müasir Azərbaycan dilində atributiv xarakterə
malik
kar sözündən
karsala sözünü əmələ gətirir. Əsasən,
əlamət,
keyfiyyət, xüsusiyyət bildirir.
-kin. Bu omonim söz-şəkilçinin dilimizdə işlənmə tarixi
qədim olsa da, qeyri-məhsuldarlığı ilə diqqət çəkir. İsim-
dən hal-vəziyət, əşya proses, əlamət bildirən leksik vahid
əmələ gətirir.
–kin şəkilçisi haqqında prof.Ə.Rəcəbli yazır:
“Bu şəkilçi qədim türk yazısı abidələrinin dilində qey-
ri-məhsuldar işlənir, -lı,-li şəkilçisinə yaxın məna ifadə edir
və isimlərə artırılb sifət əmələ gətirir. el(el)- elkin(Y 41) –
elli”. (36.,320). Müasir Azərbaycan dilində bu şəkilçi vasitə-
silə çiskin sözü əmələ gəlmişdir.
Könlümün sazını dindi, a dünya,
Bu nə çiskindi, çəndi, a dünya...(V.Dumanoğlu)
-dir. Dilimizdə
dikdir sözündə rast gəlirik. Yer, məkan
məzmunu bildirir. Məsələn:
Dikdirə çıxdılar.(İ.Şıxlı), Ələd-
din səsə dönüb baxdı və gördü ki, Həsənağa dikdirdə dayanıb
aşağı enmək istəmir.(İ.Şıxlı)
-məz. Zərf düzəldən
–məz şəkilçisi isim və sifət düzəldən
–maz,-məz şəkilçisi ilə omonimlik təşkil edir. Dilimizdə bu
şəkilçiyə
dinməz sözündə rast gəlinir. Felə artırılıb hərəkə-
tin tərzini bildirir
. Məsələn:
Qız gözlərini yerdən ayırmadan
dinməzcə onunla görüşdü.(İ.Şıxlı)
-akı,-əki. Əsasən, adlara əlavə olunmaqla bu və ya digər
bir hərəkətin vəziyyətini, tərzini, əlamətini bildirən sözlər
düzəldir. Məsələn
: yanakı, çəpəki, ötəki, zorakı. O, qıçları-
nının ikisini də bir tərəfə aşırıb çəpəki əyləşmişdi.(İ.Şıxlı)
-aşı. Hərəkətin tərzini ifadə edən zərf əmələ gətirir.
Məsələn:
yanaşı. Bir dəfə onlar qonaqlıqda yanaşı oturmuşdu-
lar.(İ.Şıxlı)
69
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-q. Zərfdən zərf düzəldən qeyri-məhsuldar şəkilçi olub,
feildən isim, sifət, zərf əmələ gətirən
–q(-aq) şəkilçisi ilə
omonimlik təşkil edir. Artırıldığı sözdə tərz, vəziyyət çaları
ifadə edir. Məsələn:
yanaşıq (oturmaq)
-ən,-i. Dilimizdə -ən,-i şəkilçisi qəbul edən
təkrar, nisbət,
təxmin, təqrib sözləri də
təkrarən, nisbətən, təxminən, təqri-
bən, təxmini və təqribi şəklində düzəltmə kəmiyyət zərfi kimi
işlənə bilir. Məsələn:
Mən bu sözləri təxmini deyirəm. Anası bu
sözləri Narınca təkrarən deməli oldu.(S.Rəhman) (51.,216).
-pörtü. Bu şəkilçi müasir Azərbaycan dilində söz sonu-
na qoşulmaqla hərəkətin tərzini, vəziyyətini bildirən söz
əmələ gətirir. Çox güman ki,
-pörtü şəkilçisi dilin inkişafı-
nın hansısa bir mərhələsində müstəqil leksik mənaya malik
söz kimi işlənmiş, zaman keçdikcə mənasının daralması, il-
kin semantikasından uzaqlaşması, yaxud da şəkilçiləşməsi
nəticəsində özünün leksik çalarından məhrum olmuşdur.
Hazırda dilimizdə qeyri-məhsuldar şəkilçi kimi çıxış et-
məkdədir. Məsələn:
yanpörtü
-inə. Bu şəkilçi adların sonuna artırılmaqla hərəkətin
tərzini, əlamətini bildirən düzəltmə zərflər əmələ gətirir.
Məsələn:
tərsinə, çəpinə, eninə, əksinə, əvəzinə, ziddinə, di-
kinə və s.
Mən bulağam gözüm dolu,
Mən bulağam coşqun sulu,
Mən insanam, ömür yolu-
Düzünədi, tərsinədi.
(V.Dumanoğlu)
Qeyd: Bu şəkilçi əslində quruluşca mürəkkəb olub, III
şəxsin təkinin mənsubiyyət şəkilçisi və yönlük hal şəkil-
çisinin birləşməsindən əmələ gəlmişdir, sözdəyişdirici
şəkilçinin sözdüzəldici şəkilçiyə çevrilməsi əsasında ya-