İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə86/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   82   83   84   85   86   87   88   89   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
180
dağılmış, antik polis "şəhər-dövlətləri" yaranmışdır. Vətəndaş icması-şəhərətrafı kənd təsərrüfatı ərazisi ona 
aiddir. Bu dövrdə ən böyük polislər Afina, Sparta, Korinf, Arqos, Fivada yaranmışdı. Bütün yunan dünyası 
Ellada adlanırdı. Qədim Şərq dinləri kimi Yunanıstanda da politeizm-çoxallahlılıq hökm sürürdü. Yunanlara 
görə əvvəllər əbədi, hüdudsuz, qaranlıq, xaos mövcud idi. Dünyanın həyat mənbəyi onda idi. Hər şey-bütün 
dünya və ölməz allahlar xaosdan yarandı. Yer ilahəsi Geya da xaosdan yaranmışdır. Həyat mənbəyi olan 
xaosdan qüdrətli, hər şeyi canlandıran məhəbbət - Eros yüksəlmişdir. Hüdudsuz xaos əbədi qaranlıq - Erebi 
və qaranlıq gecə - Nyuktu doğurmuşdur. Gecə və qaranlıqdan isə əbədi İşıq-Efir və şən işıqlı Gün - Gemera 
yaranmışdır. Qüdrətli, bərəkətli torpaq (Yer), hüdudsuz, mavi səma - Uran yaranmış  və  səma Yer üzünü 
örtmüşdür. Geyadan yeraltı dünya Tərtər, səma (Uran) doğulmuşdur. Allahların ikinci nəsli Geya və Uranın 
uşaqları-titanlar olmuşdur. Uşaqlarının onun əlindən hakimiyyəti alacaqlarından qorxan Uran titanları yerin 
altında saxlamışdır. Lakin titanlar azad ola bilmiş, atalarmı devirmiş, onlardan biri Kron dünya üzərində 
ağalıq etməyə başlamışdır. Onun özünü də kiçik oğlu Zevs devirmişdir. Onun qardaşı Poseydon dəniz allahı, 
Aid - yeraltı dünyanın allahı, işıq və poeziya allahı Apollon (onu doqquz muza-incəsənət və elmin hamisi 
müşayiət edir), Afrodita - gözəllik allahı, od və  dəmirçilik allahı Hefest, Ares müharibə allahı, Afina-
müdriklik allahı, Demetr - əkinçilik hamisi, Afina-toxuculuq hamisi, üzümçülük hamisi - Dionisi, ticarət 
hamisi Hermes və s. idi. 776 - cı ildən başlayaraq hər dörd ildən bir Zevsin şərəfinə Olimpiya oyunları 
keçirilirdi. Antik dövrün ilk fəlsəfi sistemi - naturfəlsəfə  həmin dövrdə yaranmışdır. Həmin sistemin 
filosoflarından Fales suyu bütün şeylərin əsası, Anaksimandr - apeyronu ilk materiya, Anaksimen - havanı 
ilkin əsas kimi götürürdü. Pifaqor (e.ə. VI əsr) dünyanın ilkin səbəbi kimi sayı, rəqəmi götürürdü. Bu dövrdə 
Heraklit kimi filosof da yaşayıb yaratmışdır. Məşhur Hesiod (e.ə. VIII-VII əsr) «Teoqoniya», «Əməklər və 
illər» əsərlərini yaratmışdır. Bu dövr ədəbiyyatında epos tədricən öz yerini lirik poeziyaya verir. İnsana, onun 
daxili aləminə diqqət müasiri olduqları həyat hadisələrin xarakterinin təhlili Arxiloxun (e.ə. VII əsrin ikinci 
yarısı), Solonun (e.ə. 635-559), Alkeyin (VII əsrin sonu - VI əsrin birinci yarısı), Anakreontun (570-478) və 
s. yaradıcılığında öz əksini tapmışdır. Safonun (e.ə. V11-VI) poeziyası indi də gözəlliyini saxlamaqdadır. 
VIII-VII əsrlərdə Yunan tarixşünaslığı yaranır. Loqoqraflar ilk dəfə olaraq mifoloji süjetlərin real əsaslarını 
aşkar etməyə  cəhd edirdilər. Yunan xoru və teatrı yaranır. Dramatik tamaşalardan, xordan iştirakçı 
şəxslərdən birinin ayrılması - aktyorun seçilməsi əlamətdar bir hadisə idi. 
Arxaik dövrdə incəsənət inandırıcı forma axtarışları  həm cismani, həm də ruhən gözəl olan estetik 
idealın-polis vətəndaşının təcəssümü mühüm yer tutmuşdur. Özünəməxsus arxaik yunan mədəniyyəti klassik 
mədəniyyətin çiçəklənməsi üçün təməl rolunu oynamışlar. Bu da öz növbəsində dünya sivilizasiyasının 
inkişafında böyük əhəmiyyətə malik olmuşdur. 
Yunan-İran müharibələri dövrü (500-449) ilə antik polisin - arxaik dövrün formalaşması başa çatır və 
klassik dövr başlanır. Yunanların qələbəsi, klassik quldarlığın tam formalaşması, polis demokratiyasının 
inkişafı Yunanıstanın iqtisadi, siyasi yüksəlişini  şərtləndirmiş, mədəniyyətin çiçəklənmə  mərhələsinə daxil 
olmağına kömək etmişdir. Bu dövrdə, xüsusilə Periklin idarəçiliyi dövründə Yunan mədəniyyətinin mərkəzi 
Afina hesab olunurdu. İlk dəfə bölünməz hissəciklər-atomlar nəzəriyyəsini elmə Demokrit (e.ə. V əsr) 
gətirmişdi. O, belə hesab edirdi ki, dünyada atomlardan və boşluqdan başqa heç nə yoxdur. Əgər Demokrit 
idrakın obyektiv xarakterini etiraf edirdisə, sofistlərə görə  nə  qədər həqiqət vardısa, o qədər də insanlar 
vardır. Sofistlərin ən görkəmli nümayəndəsi Sokrata (469-399) görə mütləq həqiqət vardır, lakin bu yalnız 
allaha məxsusdur. 
E.ə.  ədəbiyyatda  əsas janr faciə olmuşdur. Klassik yunan faciəsinin yaradıcısı Esxilin (525-456) 
«Zəncirlənmiş Prometey» faciəsi çox məşhur olmuşdur. «Oresteya» trilogiyası da bu qəbildəndir.  İkinci 
böyük faciə ustası Sofokl (497-406) olmuşdur.  Ən məşhur faciəsi  əfsanəvi hökmdar Edip haqqındadır. 
Psixoloji dramın yaradıcısı Evripid (480-406) «Medeya» və «Fedra» əsərlərini yazmışdır. Bu dövrün ən 
böyük komediya ustası Aristofan (445-385) «Dünya», «Atlılar», «Lisistrat» kimi əsərlərində komediyaya 
siyasi ruh və gündəlik düşüncə  tərzi gətirmişdir. E.ə. V əsrdə tarixşünaslıq surətlə inkişaf edir. «Tarixin 
atası» Herodot (484-470) məşhur «Tarix» əsərini yazmışdır.  Əsas süjet Yunan-İran müharibələri olsa da 
dünyanın digər xalqları haqqında da xeyli məlumatı həmin əsərdə tapmaq mümkündür. İkinci böyük tarixçi 
Fukidid (460-400) «Pelopennes tarixi» adlı əsərində ilk dəfə olaraq elmi-tənqidi metoddan istifadə etmişdir. 
E.ə. V əsrdə güclü, enerjili, ləyaqətli, səmimi ruha malik insanın düzgün təsviri yunan incəsənətinin 
əsas vəzifəsinə çevrilir. Bu insan Yunan-İran müharibəsinin qalibi, polisin azad vətəndaşı olmalıdır. Bu 
dövrdə realist heykəltəraşlıq inkişaf etmişdir. Fidi həmin dövrün ən qüdrətli heykəltəraşı olmuşdur. 
«Döyüşçü Afina», «Afina Parfenos», Olimpdəki məbəd üçün «Zevs» və s. onun əsərləri sırasında mühüm 
yer tutur. Heykəltəraş Miron «Diskobol», heykəltəraş Poliklet qızıl və fil sümüyündən hazırladığı Heranın 
heykəli, Dorifor «Nizə atan», «Yaralı amazonka» və s. əsərləri ilə çox şöhrət qazanmışdır. Təsviri sənətdə 
Poliqnot və Apollodor maraqlı  əsərləri ilə diqqəti cəlb edir. Məbəd tikintisi çiçəklənmə dövrünü yaşayır. 
Olimpdə Zevsin məbədi, Afinada baş məbəd Parfenon diqqətəlayiqdir. Sonralar məşhur Afina Akropolu öz 
əzəməti ilə seçilməyə başlanmışdır. Çiçəklənmə dövründən sonra böhran, tənəzzül dövrü gəlir. Əslində e.ə. 
IV əsr Yunan tarixində polisin böhranı tarixidir. Bu böhranın ilkin əlamətləri hələ Afina ilə Sparta arasında 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə