İmam Xomeynİ yolu


İmamın soyuq muharibə ilə bağlı xəbərdarlığı



Yüklə 219,43 Kb.
səhifə4/4
tarix21.06.2018
ölçüsü219,43 Kb.
#50267
növüYazı
1   2   3   4

İmamın soyuq muharibə ilə bağlı xəbərdarlığı

Düşmən aciz qalanda psixoloji müharibəyə əl atır, xalqları məyus etməyə və həvəsdən salmağa çalışır. Onlar psixoloji müharibə ilə və təhdidlə qarşılarındakı xalqları meydandan çıxarmağa çalışırlar. Bu o deməkdir ki, bu xalqın qarşısında əməli müqavimət gücləri yoxdur. Bu psoxoloji müharibə inqilabın ilk günlərindən otuz il ötən bu günə qədər davam edir. Bəzən deyirdilər ki, bu inqilab iki aydan artıq yaşamayacaq, bəzən deyirdilər ki, iki ildən artıq qalmayacaq. İndi otuz ildir bu inqilab çox qüdrətlə irəliləmiş, İran xalqını günbəgün daha yekdil, daha ümidli və enerjili etmişdir.

Bu gün soyuq və psixoloji muharibəni müxtəlif şəkillərdə aparırlar. İranlı gənci və İran xalqını inandırmaq istəyirlər ki, istismarçı güclərlə əlaqəniz olmadan siz heç bir şeyə nail ola bilməzsiniz. Bu, böyük təhlükədir və imam bunu duyurdu.

İmam gənclərə, universitetlərə, elm hövzələrinə xəbərdarlıq verdi ki, ayıq olsunlar. Gəncləri aldadıb ruhdan salmaq xalqı geridə saxlamaq deməkdir. Bütün xalq məsuliyyət hiss etməli və məmurlar böyük cihad olan bu yolda çox çalışmalıdırlar.

Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü mərasimində çıxışından, 2008
İmamla düşmənliyin bitməməsi

İslam inqilabı ilə başlayan bu əzəmətli hərəkət bitmiş bir hərəkət deyil; əsla bitmiş deyil, davam edir. İndi çıxışlarda, televiziyada, təbliğatda, məhkəmədə “yumşaq müharibə” sözü hamının dilinə düşüb. Bu doğru sözdür. Bu bir həqiqətdir. Yəni indi müharibə gedir. Əlbəttə, bu sözü mən bu gün demirəm. Müharibədən sonra - 88-ci ildən həmişə dəfələrlə bunu demişəm. Səbəb budur ki, mən səhnəni görürəm. Kimsə görmürsə, mən nə edim?! Mən səhnəni görürəm, təchizatı görürəm, sıraları görürəm, nifrət və qəzəblə açılan ağızları görürəm, inqilab əleyhinə, imam əleyhinə, bütün bu amalların və bu hərəkətə könül verən bütün şəxslərin əleyhinə qeyzlə sıxılmış dişləri görürəm. İnsan bunları görür, nə etsin?! Bu bitməyib və bitmədiyinə görə hamının üzərinə vəzifə düşür.

Şairlərlə görüşdə çıxışından, 2009
İmamın hegemonizm qarşısında qüdrəti

Tarixin həqiqətən müstəsna şəxsiyyəti olan böyük imamımız bunların hamısının qarşısında dedi: “Nə qədər təxribat hazırlasanız, öz zərərinizə bitəcək; İslam Respublikası geri çəkilməyəcək və Amerika heç bir qələt edə bilməyəcək”. İslam Respublikası heç bir dövlətdən utanıb-çəkinmir, əli ölkənin böyük maddi və insani qaynaqlarından kəsilən və bacardığı qədər təxribat aparan isə ABŞ dövləti idi. ABŞ dövləti İslam Respublikası quruluşu və İran xalqı əleyhinə otuz il təxribat aparmış, zərbə vurmuş, müxtəlif tədbirlər düşünmüş və bacardığı hər bir işi görmüşdür. Elə bir iş yoxdur ki, siz amerikalıların bacardığını, lakin etmədiyini düşünəsiniz. Onlar mümkün olan hər bir işi görmüşlər.

13 Aban (4 noyabr) ərəfəsində şagirdlərlə görüşdə çıxışından, 2009
İmamın üz döndərdiyi şəxslərin aqibəti

İnqilab, imam və İslam üçün çalışan şəxs onun sözünün və hərəkətinin bu prinsiplər əleyhinə bir istiqamətin yaranmasına bais olduğunu görən kimi cəld ayılmalıdır. Nə üçün ayılmırlar? İslam Respublikasının ən əsas şüarı olan "İstiqlaliyyət, Azadlıq, İslam Respublikası" şüarından "İslam" sözünün çıxarıldığını eşidən kimi özlərinə gəlməli, getdikləri yolun səhv olduğunu bilməli və kənara çəkilməlidirlər. Fələstinin xeyrinə və işğalçı sionizm rejiminin əleyhinə olan Qüds günündə işğalçı sionizm rejiminin xeyrinə və Fələstinin əleyhinə şüar verildiyini gördükdə ayılıb özlərini kənara çəkməli və deməlidirlər ki, xeyr, biz biz bu cərəyanla deyilik. Dünyanın zalım və hegemon başçılarının, həm indi, həm də son 100-200 illik tarixdə zülmün tərənnümü olan ABŞ, Fransa, İngiltərə və bu kimi dövlət başçılarının bunları dəstəklədiklərini gördükdə ayılmalı və işlərində nöqsanın olduğunu anlamalıdırlar. Bütün azğın insanların – şah tərəfdarlarının, kommunistlərin, ölkədən qaçan rəqqas və sapqın müğənnilərin bunları dəstəklədiklərini gördükdə ayılmalı, gözləri açılmalı, anlamalı və işlərində nöqsanın olduğunu bilməlidirlər; dərhal dönüb deməlidirlər ki, xeyr, biz sizin dəstəyinizi istəmirik.

İnqilabın ilk onilliyində və imamın həyatı dövründə onun dostlarından və yaxınlarından olan bəzi şəxslər imamın qarşısında dayandılar, imamla mübarizəyə qalxdılar, imamı diz çökürməyə, o böyük və ilahi insanın hərəkətinin səhv olduğunu sübut etməyə cəhd etdilər, lakin sonra təcrid olundular, inqilab bunları tərk etdi. İmamın yaxınlarından, dostlarından olan bu şəxslər ya düşmənə sığındılar, ya inqilaba qarşı çıxdılar, ya ona zərbə vurdular; bu qədər tənəzzül etdilər. Bunlar bizim hamımız üçün ibrət olmalıdır; başa düşməliyik.

Hövzə tələbələri və ruhanilərlə görüşdə çıxışından, 2009


Düşmənlərin ad dəyişdirməsi

İnqilabdan ötən bütün bu müddət ərzində imam və inqilabla mübarizə bayrağının altında kimlər dayandılar? O bayrağın altında İngiltərə vardı, ABŞ vardı, hegemon güclər və hegemonizmə bağlı mürtəcelər o bayrağın altına yığışmışdılar. İndi də belədir. Siz 2009 seçkilərindən öncəyə baxın, bu 7-8 ayda ABŞ harada dayanıb? İngiltərə harada dayanıb? Sionist xəbər agentlikləri harada dayanıb? Daxildəki antidin qüvvələr - kommunistlərdən tutmuş şah tərəfdarlarına və digər dinsizlərə qədər, yəni inqilabın əvvəlindən onunla və imamla düşmənçilik edənlər, daş atanlar, atəş açanlar, terror əməlləri törədənlər harada dayanıblar? İnqilabın qələbəsindən üç gün ötməmiş həmin adamlar həmin adlarla imamın iqamətgahı önündə şüar verməyə başladılar. İndi həmin adamlar küçələrdə quruluşun və inqilabın əleyhinə şüar səsləndirirlər. Heç nə dəyişməyib. Adları solçu idi, arxalarında ABŞ dururdu; adları sosialist idi, liberal, azadlıqsevər idi və arxalarında dünyanın kiçik və böyük hegemon, mürtəce və müstəbid gücləri dururdu. Bu gün də belədir. Bunlar meyardır. Əsas odur ki, xalq bu meyarları başa düşür. Bundan ötrü Allaha yüzlərlə şükür etsək də azdır.

Qum əhalisi ilə görüşdə çıxışından, 2010
İmam heç kimə bac vermədi!

Bəzən düşmənin çıxardığı bu oyunlar İslam Respublikasından bac almaqdan ötrü olur. İnqilabın əvvəlində də belə idi; bu gün-sabahların bəzisini ondan ötrü edirdilər ki, İslam Respublikası quruluşunu onları hakimiyyətə şərik etməyə vadar etsinlər. Halbuki buna haqları çatmır, xalq bunu istəmir və bunun ictimai dayağı da yoxdur. Bəzən belədir; bizim beynəlxalq düşmənlərimiz bu qalmaqalları yaradırlar ki, İslam Respublikasını bac verməyə məcbur etsinlər. Çoxlu dövlətlər belədir; bir təhlükə hiss edən kimi gedib böyük ərbabları qarşısında dayanır və bac ödəyirlər; pul verirlər, siyasi imtiyaz verirlər. İmam isə bac vermədi. Bunu hamı bilsin ki, biz də İran xalqı tərəfindən və öz tərəfimizdən heç kəsə bac verməyəcəyik.

Amul əhalisi ilə görüşdə çıxışından, 2010
İmamın düşmənlərilə ittifaq və imamın yoluna sədaqət iddiası

İmamın seçdiyi, sözlərində və əməllərində əks etdirdiyi bu üsula əsasən, insan özünü açıq şəkildə imam və İslamla mabarizə bayrağını ucaldan şəxslərlə bir cəbhədə tərif etdiyi halda, həm də imamın ardıcılı hesab edə bilməz. Qəbul etmək olmaz ki, Amerika, İngiltərə, CİA, MOSSAD, şah tərəfdarları və münafiqlər bir şəxs haqda razılığa gəlsinlər, bir mərkəz ətrafında toplaşsınlar, o şəxs və o mərkəz də imamın xəttində olduğunu iddia etsin. Belə olmaz və bu, məqbul deyil. Hər kəslə və hər əclafla blok yaratmaq olmaz. Görək imamın dünənki düşmənləri bizim qarşımızda hansı mövqeyi seçirlər. Əgər hegemon Amerikanın, işğalçı sionizmin, müxtəlif muzdurların, imamın, İslamın və inqilabın müxalif və düşmənlərinin bizi təriflədiyini, bizə hörmət etdiyini görsək, mövqeyimizə şübhə ilə yanaşmalı və düzgün yolla getmədiyimizi bilməliyik. Bu bir meyardır. İmam da dəfələrlə bunun üzərində təkid göstərirdi. İmam buyururdu ki, bizi tərifləyirlərsə, deməli, xəyanətkarıq. Bu, imamın yazılarında və dəqiq sənədlərdə mövcuddur. Bu çox mühüm məsələdir.

Bəzi adamlar imama əks xətdə hərəkət edir, Qüds günündə Fələstin məsələsinə dair bəlli mövqe seçir, Aşura günü bəlli rüsvayçılığı törədirlər, biz də imamın əsaslarına və yoluna açıq müxalif olanlarla həmrəylik nümayiş etdirir, özümüzü onların yanında göstərir, yaxud onların qarşısında sükut edirik. Eyni zamanda imamın ardıcılı olduğumuzu iddia edirik. Bu mümkün və məqbul deyil. Xalq da bunu gözəl dərk edir, görür, bilir və anlayır.

İmam Xomeyninin məqbərəsində cümə xütbəsindən, 2010



Nur kəlamı

İnqilabın heç bir qrupa borcu yoxdur. Biz hələ də liberallara və müxtəlif qruplara etimadımızın altını çəkirik. Ölkəyə qayıdıb xidmət etmək istəyənlərə inqilabın qucağı həmişə açıqdır, amma bütün prinsiplərə qarşı tələbkarlıqları bahasına yox ki, nə üçün “Amerikaya ölüm” deyirsiniz, nə üçün müharibə etdiniz, nə üçün münafiqlərə qarşı Allahın hökmünü icra etdiniz, nə üçün “Nə şərqçi, nə qərbçi” şüarı verirsiniz və sair.

Mən açıq şəkildə elan edirəm: Nə qədər ki, varam, hökumətin liberalların əlinə keçməsinə imkan verməyəcəyəm.

İmam Xomeyninin ölkə ruhanilərinə müraciətindən, 1989




1 Əhzab/21

2 Mümtəhinə/4

3 Nəhcül-bəlağə, xütbə: 173

4 Məhəmməd/7

5 Ənfal/17

6 Ənfal/63

Yüklə 219,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə