9
Şərh və təfsir
Canişin seçilməsi risalətin sona çatma
nöqtəsidir
İslam Peyğəmbərinə (s) Qurani-Kərimdə müxtəlif cümlələrlə xitab
olunur:
ﻝﻮُﺳﱠﺮﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ
(Ya əyyuhər-rəsul) “Ey Rəsul!”
ُﻞﱢﻣﱠﺰُﻤْﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ
(Ya əyyuhəl-muzzəmmil) “Ey libasına bürünən!”
1
ُﺮﱢﺛﱠﺪُﻤْﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ
(Ya əyyuhəl-muddəssir) “Ey əbasına bürünüb yatan
Peyğəmbər!”
2
ﱡﯽِﺒﱠﻨﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ
(Ya əyyuhən-nəbiyy) “Ey Peyğəmbər!”
3
Birinci və ikinci xitabda o həzrətin xüsusi zahiri halətinə, amma
üçüncü və dördüncü xitabda isə Peyğəmbərin (s) mənəvi və ilahi
məqamlarına işarə edilmiş və
ﱡﯽِﺒﱠﻨﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ
(ya əyyuhən-nəbi)– xitabı
dəfələrlə Quranda təkrar olaraq işlədilmişdir.
Amma
ﻝﻮُﺳﱠﺮﻟﺍ ﺎَﻬﱡ ﻳَﺃ ﺎَﻳ
(Ey Rəsul!) – xitabı təkcə Quranın
iki surəsində
– biri indi bəhs etdiyimiz ayədə və digəri “Maidə” surəsinin 48-ci
ayəsində işlədilmiş və bu ayə ilə uyğunluq təşkil edir. Peyğəmbərə
(s) aləmlərin Rəbbi tərəfindən bu şəkildə xitab edilməsi mövzunun
əhəmiyyətini göstərir.
َ
ﻚﱢﺑﱠﺭ ﻦِﻣ َﻚْﻴَﻟِﺇ َﻝِﺰﻧُﺃ ﺎَﻣ ْﻎﱢﻠَﺑ
– “Ey Peyğəmbər! Allahın sənin öhdənə
qoyduğu xüsusi vəzifəni yerinə yetir və onu camaata çatdır!”
Bu vəzifə canişin təyin edilməsindən başqa, bir şey deyildi.
ُﻪَﺘَﻟﺎَﺳِﺭ َﺖْﻐﱠﻠَﺑ ﺎَﻤَﻓ ْﻞَﻌْﻔَﺗ ْﻢﱠﻟ ﻥِﺇَﻭ
– “Əgər (bunu) etməsən, onun risalətini
yerinə yetirməmisən.”
Öhdənə qoyulan vəzifə o qədər əhəmiyyətli və həlledicidir ki,
əg ər onu yerinə yetirməsən və camaata çatdırmasan, elə bil Allahın
risalətini (sənə verdiyi peyğəmbərliyi) yerinə yetirməmisən
və sənin
iyirmi üç illik zəhmət və əziyyətin naqis olacaqdır.
Əlbəttə, Peyğəmbərin (s) ona nazil olunanların hamısını camaata
1. “Muzzəmmil” surəsi, ayə 1.
2. “Muddəssir” surəsi, ayə 1.
3. Bu cür xitab 10-dan artıq ayədə təkrarlanmışdır.
10
Əbülqasim Əlyan Nejadi
çatdıraraq onlara izah etməsi aydın məsələdir, amma ayənin bu ifadə
ilə və belə tərzdə nazil olması camaatın həmin mətləbin xüsusililik və
həddən artıq əhəmiyyətinə diqqət yetirməsi üçündür.
ِﺱﺎﱠﻨﻟﺍ َﻦِﻣ َﻚُﻤ ِﺼْﻌَﻳ ﱡﷲﺍَﻭ
– “Allah səni insanlardan (onların ehtimal edilən
şərindən) qoruyacaq.”
Bu xüsusi və həssas vəzifəylə bağlı xətər – aşkar və gizlində zəif
imanlı şəxs və münafiqlərin reaksiya və əks-təsirləri – gözlənildikdə,
Allah Peyğəmbərin (s) canını ehtimal edilən təhlükələr müqabilində
qoruyacağına zəmanət verir.
َﻦﻳِﺮِﻓﺎَﻜْﻟﺍ َﻡْﻮَﻘْﻟﺍ ﻱِﺪْﻬَﻳ َﻻ ﱠﷲﺍ ﱠﻥِﺇ
–
“Həqiqətən, Allah kafir olan qövmü
hidayət etməz.”
Allah hamıya öz hidayətini şamil etmək istəməsinə
baxmayaraq, yersiz olaraq öz təfəkkür və əqidələrində qalaraq
inadkarlıq edən kəsləri (kafir olan qövmü)
hidayətə layiq bilməyərək
hidayət etməz.
Qeyd edilən ayənin məzmunu barədə düşündükdə, onun çox
mühüm bir məsələdən xəbər verdiyini və israrla yanaşı olduğunu
anlayırıq.
1. Əvvəldə də vurğuladığımız kimi, ayənin
ﻝﻮُﺳﱠﺮﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ
(ya əyyuhər-
rəsul) xitabı ilə başlaması mətləbin xüsusi əhəmiyyətə malik olduğu
və bu səbəbdən Peyğəmbərə (s) Allah tərəfindən belə xitab edildiyini
göstərir.
2.
ْﻎﱢﻠَﺑ
(Bəlliğ) – sözü də yuxarıdakı ayənin məzmun baxımından
xüsusiliyi və əhəmiyyətli olmasına digər bir dəlildir:
Birincisi, bu söz gələcəyə aiddir və Quranın yalnız həmin ayəsində
işlənmişdir.
İkincisi, Rağib İsfahaninin “Mufrədat” kitabındakı qeydlərinə
əsasən,
bu kəlmə
ﻎﻠﺑﺍ
(ibləğ) sözünə nisbətdə daha çox təkidə malikdir.
Nəticədə, həmin sözün Quranın bir ayəsində işlənməsinə baxmayaraq
1
,
kəlmənin daxilində təkiddən əlavə, təkrarın da olması mümkündür,
yəni bu mövzu o qədər əhəmiyyətə malikdir ki, onu camaata çatdırmalı
v ə təkrar etməlisən.
2
3.
ُﻪَﺘَﻟﺎَﺳِﺭ َﺖْﻐﱠﻠَﺑ ﺎَﻤَﻓ ْﻞَﻌْﻔَﺗ ْﻢﱠﻟ ﻥِﺇَﻭ
“ Əgər (bunu) etməsən, onun risalətini
yerinə yetirməmisən”
– ayəsi mətləbin əhəmiyyətliliyinə üçüncü
şahiddir. Peyğəmbərin (s) təbliğinə vəzifəli olduğu məsələ “risalət” və
1. «Tövbə» surəsi, ayə 6.
2. Peyğəmbər (s) də bu cür əməl etmişdir. O həzrət İslamın zühurunun əvvəlindən vəfat
etdiyi günə qədər həzrət Əlinin (ə) canişinlik məsələsini camaatın qulağına eşitdirirdi.
11
“nübüvvət”in əsası və onun sütünudur. Əgər onu yerinə yetirməsə,
elə bil ki, öz risalət və peyğəmbərliyini yerinə yetirməmişdir.
4. Peyğəmbərin (s) canının qorunması üçün bu ayədə Allah
tərəfindən zəmanət və ehtimal olunan təhlükələr müqabilində mühafizə
edilməsinə vədə verilməsi məsələnin əhəmiyyət
və əzəmətinə başqa
bir dəlildir.
Peyğəmbərin (s) vəzifəsi o qədər həlledici və əhəmiyyətlidir ki,
onda can təhlükəsi və müxtəlif əksül-əməllərin olması ehtimalı da
vardır. Amma bununla belə, Allah ehtimal edilən bütün təhlükələr
qarşısında Peyğəmbərini (s) sığortalayaraq ona zəmanət verir. Görəsən,
“Təbliğ” ayəsinin barəsində xəbər verdiyi mühüm mətləb nədir? İslam
Peyğəmbərinin (s) açıq-aşkar ilahi zəmanətə ehtiyaclı olduğu vəzifə
hansıdır?
Peyğəmbərin (s) risalətinə bərabər hesab edilən və camaata
çatdırmalı olduğu mətləb nədir? Allahın Peyğəmbərdən (s) yerinə
yetirməsini istədiyi və bir
tərəfdən onu təhdid edən, digər tərəfdən
isə Allahın onun canının mühafizəsinə vədə verdiyi məsələ hansı
məsələdir? Xülasə, ayənin bütün bu misligörünməmiş təkidlərlə
yanaşı bildirmək istədiyi mövzu nədən ibarətdir?
Bu sualların cavabını əldə etmək üçün iki yol var:
Birincisi, bu barədə əhli-sünnə və şiədən onun təfsirilə bağlı gəlib
bizə çatan bütün rəvayətləri, tarix və təfsirçilərin sözlərini nəzərə
almadan ayənin öz məzmunu üzərində təfəkkür etmək.
İkincisi, ayəni onun nazilolma səbəbi ilə bağl ı hədis və rəvayətlər
sayəsində təfsir etmək.
Birinci yol: Ayənin digər şahidlərin köməyi
olmadan təfsiri
Ayənin özü barədə düşünmək və digər vasitələrdən yardım
almamaqla bütün sualların cavabı aydın olacaq,
bu şərtlə ki, insafla və
təəssübkeşlikdən uzaq olmaqla hökm verək. Nəticədə:
Birincisi,
qeyd edilən ayə “Maidə” surəsinin 67-ci ayəsidir və onun
Peyğəmbərə (s) nazil olan sonuncu surə və ya surələrdən olduğunu
bilirik. Yəni, bu ayə hicrətin 10-cu və Peyğəmbəri-Əkrəmin (s)
ömrünün sonuncu ilində və o həzrətin iyirmi üç illik təbliğindən sonra
nazil olmuşdur.
Sual:
Həqiqətdə, iyirmi üç ildən sonra Peyğəmbərin (s) ömrünün
axırına qədər hələ də rəsmi olaraq hansı məsələlər bəyan olunmamış
qalırdı? Görəsən, bu mühüm məsələ müsəlmanların iyirmi ilə yaxın
namaz qılmasına baxmayaraq, namazla bağlı idimi?