Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə29/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   25   26   27   28   29   30   31   32   ...   112

                                                                                                  85
da çətinləşdirirdi. Çünki müsəlmanlardan on nəfərdən birinin minik 
vasitəsi (at, dəvə) vardı  və onlar növbə ilə ona minməli olacaqdılar. 
Nəticədə, döyüşə hazır olmaq və ərzaq tədarükünün görülməsi əmri 
verildi. Amma anbarlarda olan ərzaq müəyyən miqdarda qurumuş və 
xarab olmuş xurmalardan başqa, bir şey deyildi. 
Müsəlmanların otuz minlik qoşunu Peyğəmbərin (s) başçılığı ilə 
Təbuk meydanına tərəf yola düşdü. Aclıq və susuzluq İslam qoşununa 
əziyyət verərək onları taqətdən salmış və hətta əsgərlərdən bəzilərinin 
piyada yol getməkdən ayaqları  şişmişdi. Amma buna baxmayaraq
onlar yollarına davam edirdi. İslam qoşunu döyüşə getmək və 
qayıtmaqda o qədər  əziyyət və  çətinliklərə düçar oldu ki, onlara 
“Ceyşul-usrəh” (Çətinlik qoşunu) adı verdilər.
1
 Rum imperiyasının 
qoşunu  İslam ordusunun bu qədər məsafəni piyada və  ən az minik 
vasitəsinə malik olduqları halda və otuz min nəfərlik qoşunla onlarla 
döyüşmək üçün gəldiyindən xəbər tutduqda, geri çəkilmək qərarına 
gəldi. Rum sərkərdəsi geri çəkilmək əmri verdi. Müsəlmanlar Təbuk 
çölünə yetişdikdə, düşmənin geri çəkildiyini bildi və bu müvəffəqiyyətə 
görə Allaha şükr etdilər. Peyğəmbər (s) müsəlmanlarla geri qayıtmaq 
və ya Rum qoşununu təqib edərək Şamatda onlarla döyüşməklə bağlı 
məşvərət etdi. Nəticədə, geri qayıtmaq qərarına gəldilər. İslam həmin 
zamanlarda gənc idi və ölkələrin fəth edilməsi ilə  əlaqədar kifayət 
qədər təcrübəyə malik deyildi və onlar bu şəkildə addım atmaqla 
yenicə çiçəklənən İslama təhlükə yarada bilərdilər. 
Verdiyimiz  şərhə diqqət etməklə, “Təbuk” döyüşünün müxtəlif 
cəhətlərdən – xüsusən, Mədinə ilə  Təbuk arasındakı  məsafənin 
həddən artıq çoxluğu və bütün müsəlmanların iştirak edə bilməməsi 
– Peyğəmbər (s) zamanında baş vermiş bütün döyüşlərdən fərqli 
olduğunu və o həzrətə qarşı terror aktının həyata keçirilməsi, eyni 
zamanda, Mədinədəki münafiqlərin şəhərdən xaricdəki münafiqlərlə 
əlbir olaraq üsyan qaldırması ehtimalının olmasını anlayırıq. 
Bu səbəbdən,  İslam Peyğəmbərinin (s) yerinə o həzrət Mədinədə 
olmadığı zaman müsəlmanlardan  ən güclü şəxsin  İslamın paytaxtı 
olan Mədinəni münafiqlərin ehtimal edilən təhlükəsindən qoruması 
üçün təyin edilməsi zəruri idi və həmin şəxs həzrət Əlidən (ə) başqası 
ola bilməzdi. Beləliklə, Peyğəmbər (s) həzrət Əlini (ə) öz yerinə çanişin 
təyin edir və Əbu Bəkr Mömin Şirazinin də nəql etdiyi rəvayətə uyğun 
olaraq onu “Ulul-əmr” adlandırır.
1. Şübhəsiz ki, həmin qoşunun çətinliklərə dözümü və səbr etməsi olmasaydı, bu gün İslam 
bizim əlimizə gəlib çatmazdı. Bu səbəbdən, İslamı asanlıqla əldən vermək olmaz, çünki o, bizə 
çətinliklə gəlib çatmışdır.


          86             
                                            
Əbülqasim Əlyan Nejadi
Nəticədə, həzrət  Əlinin (ə), hətta Peyğəmbər (s) zamanında 
müvəqqəti olsa belə, “Ulul-əmr” və ona itaət edilməsinin Mədinə 
müsəlmanlarına Allah və onun Peyğəmbərinə (s) itaətin vacibliyi kimi 
zəruri olduğunu başa düşürük. Beləliklə, itaətlə bağlı tutulan irad 
verilən iki cavabla aydın oldu. 
İkinci sual: 
“Ulul-əmr” cəm şəkildədir və həzrət Əli (ə) bir nəfərdən 
artıq deyil, görəsən, ayədəki “Ulul-əmr”də məqsəd təkcə Əli ibn Əbu 
Talibdirmi (ə)?
Cavab: 
“Ulul-əmr”in cəm olmasına baxmayaraq, onda məqsəd 
təkcə həzrət Əli (ə) deyil, əksinə şiənin bütün on iki imamıdır. Misal 
olaraq, deyə bilərik ki, “Səqəleyn” hədisindəki 
ﱵْﻴَﺑ  َﻞْﻫَﺃ  ﻲِﺗَﺮْﺘِﻋ
 
(itrəti 
əhlə-bəyti)
 sözü təkcə  həzrət  Əliyə  (ə)  şamil olmadığı kimi, bütün 
məsum imamlara (ə) məxsusdur. Sözümüzə  dəlil olaraq “Yənabiul-
məvəddəh”  əsərində geniş  şərhlərlə verdiyimiz rəvayəti göstərə 
bilərik. Bu rəvayətdə “Ulul-əmr” “Səqəleyn” hədisində qeyd edilənlərə 
uyğun olaraq təfsir edilmişdir və
ﱵْﻴَﺑ َﻞْﻫَﺃ ﻲِﺗَﺮْﺘِﻋ 
 sözünün bütün məsum 
imamlar (ə) olduğunu söyləmişdik. 
Nəticədə, “Ulul-əmr”dəki məqsədin  şiənin bütün on iki imamı 
olduğu və onların imam olduqları zamanlarda hər birinə itaətin 
qeydsiz və şərtsiz hamıya vacibliyi anlaşılır. 
Üçüncü sual:
 Nə üçün “Ulul-əmr” müsəlmanların ixtilaflarının həll 
edilməsində müraciət edilməli olan mənbəni göstərən ayənin altında 
təkrar olaraq gəlməmiş  və o da həmin mənbələrdən biri ünvanında 
qeyd edilməmişdir? 
Cavab:
 Birincisi, bu irad təkcə  şiəyə aid deyil, əksinə  əhli-sünnə 
də ona cavab verməlidir, çünki onlar “Ulul-əmr”i hansı mənaya təfsir 
etsələr, bu problemlə üzləşməli olacaqlar. İkincisi, “Ulul-əmr”in 
ayənin son hissəsində təkrar olaraq gəlməməsi səbəbinin “Rəsul” və 
“Ulul-əmr” sözlərinin fərqi ilə bağlı verdiyimiz izahda bildirmiş  və 
demişdik ki, “Rəsul” əhkamı bəyan və qanunu təyin edən şəxs, “Ulul-
əmr” isə qanunu icra edəndir. Aydın məsələdir ki, əgər kimsə ilahi 
hökmlərdən hansısa biri ilə bağlı  şəkkə düşərsə, qanun icraçısının 
deyil, qanunvericinin ardınca getməlidir. Deməli, ayədə  təkrara yol 
verilməməsi onun üçün naqislik hesab olunmur, əksinə Quranın 
fəsahət və bəlağətini nişan verir. 
Diqqət ediləsi məsələ bütün məsum imamların (ə) İslam qanunlarının 
icraçısı olmasıdır və onlar hansısa bir islami hökmü bəyan edirdilərsə, 
onu Peyğəmbərdən (s) öyrənmişdilər (əldə etmişdilər). 
“Camiu  əhadisiş-şiə” kitabının birinci cildi səhifə yüz səksən 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə