İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə14/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

 
43 
dır.  Qadın  məhkumiyyətini,  pak  və  ismətli  bir  qadının  sevgisini, 
ələmlərini,  dərdlərini  Hökümə  xanım  ilhamla,  həqiqi  səhnə  sənət-
karlığı ilə məharətlə ifa etməyə müvəffəq olmuşdur”. 
H.  Qurbanovanın  ifa  etdiyi  Süsən  də  bir  cazibə,  bir  məlahət 
var idi. Süsən – Qurbanova bir yandan böyük məhəbbətlə sevən aşıq 
olmaqla  yanaşı,  digər  tərəfdən  çürük  adət  və  ənənələrdə  batıb 
qalmağa məcbur olan, ixtiyarı öz əlində olmayan təmiz qız surətini 
böyük sənətkarlıqla canlandıra bildi. 
“Hökümə xanım Süsənin xəyalpərvərliyini, romantikliyini, ilk 
plana çəkdi. Hökümə xanım Süsənin kaman telləri kimi incə qəlbini, 
onun  qəfəsə  salınmış  bir  quş  vəziyyətini  ilhamla  yaratdı.  Süsən-
Hökümə xanım çirkin adətlərə, insanı qula çevirən qanunlara qarşı 
etiraz  etmək  istəyir,  lakin  bunu  bacarmır,  onun  etirazı  zalım  atası 
Barxudarın  qəddarlığı  qarşısında  acizdir.  Hökümə  xanım,  Süsənin 
dili ilə öz dərdini quşlara, buludlara, otlara, çiçəklərə söyləyir... 
Budur, toy pərdəsi. Qonaqlar çalıb-çağırır, qədəhlər dolub-başa-
lır,  Sergey  bəy  (bu  rolu  xalq  artisti  Möhsün  Sənani  ifa  edirdi-İ.A.) 
oxuyur, yengələr rəqs edir... Hökümə xanım-Süsən isə dinməz-söylə-
məz  oturmuşdur.  Onun  xəyalpərvər  gözləri  uzaqlara,  əngin  fəzalara 
dikilmişdir. Lakin istedadlı sənətkarın bu lal duruşu, söylənən sağlıq-
lardan, oxunan mahnılardan, sürətli rəqslərdən daha güclüdür... O, bir 
baxışı  ilə  Süsənin  varlığını,  ürək  çırpıntılarını  qüvvətli  bir  monoloq 
kimi söyləyir, tamaşaçıları sarsıdır. Ürəyi dağ suları qədər təmiz olan 
Süsən-Hökümə  xanım  feodal  dünyasının  cansıxan  qanunlarının 
məngənəsində  çırpınmaqla  hamının  qəlbində  dərin  izlər  buraxır.  Bu 
dərin  izlərin  sirrini  müəllifin  realist  qələmiylə  bərabər,  Hökümə 
xanımın məharətində, sənətkarlığında axtarmalıyıq” (8). 
H.  Qurbanovanın  ifasında  Süsən  Barxudar,  Rüstəm  kimi  in-
sanların  pəncəsində  əzilən  zavallı  idi.  Aktrisanın  ifa  etdiyi  Süsəni 
qara qüvvələr içərisində  nur saçan bir insan kimi tamaşaçılara təq-
dim edirdi. 
“Süsənin faciəsi də onun həqiqi insan kimi yaşamağa çalışma-
sındadır. O, romantikdir. Bu gəncin xəyalları, coşqun arzuları vardır. 
Bu  pak  qəlbli  nəcib  qız  feodal  mühitinin  məşəqqətləri  içərisində 


 
44 
çürüyüb məhv olduğuna görə tamaşaçının qəlbində dərin bir iz bura-
xıb gedir. Əgər bunun birinci səbəbini A. Şirvanzadənin realist qələ-
minin  məhsulu  olan  Süsən  obrazının  daxili  məzmununda  axtarmaq 
lazımdırsa,  ikinci  səbəbini  də  istedadlı  aktrisamız  Hökümə  Qurba-
novanın müvəffəqiyyətlə yaratdığı obrazda axtarmalıyıq. 
H.  Qurbanovanın  ifasındakı  Süsən  azadlıq  həsrətilə  çırpınan 
sadə,  səmimi  bir  qızdır.  Artistka  Süsən  obrazının  meyllərini  təbii, 
realist cizgilərlə əks etdirdiyi kimi, onun zahiri hərəkətinə, danışığına, 
keçirdiyi  ruhi  hallara,  çəkdiyi  əzaba  da  dərindən  diqqət  yetirmişdir. 
Seyranla  görüşəndə  çox  həyəcanlı,  səmimi  və  sərbəst  olan  Süsən, 
atasının  qəzəbinə  məruz  qaldığı  anda,  gücsüz  və  kimsəsizdir.  Toy 
məclisində  təmkinli  bütün  daxili  və  zahiri  görünüşü  ilə  gözəl  olan 
Süsən  Rüstəmlə  görüşündə  ürkək,  müti  və  qorxaqdır.  Sevgilisi  ilə 
görüşündə,  Süsənin-H.  Qurbanovanın  hətta  ürək  çırpıntılarını  da 
eşidirik, Rüstəmlə tək qalan zaman isə Süsənin varlığı buza dönür. O, 
heç bir şey eşitmir və duymur. Onun həyatı elə bil sönür. O bilir ki, 
köməksiz,  kimsəsiz  və  gücsüzdür.  Xüsusən  son  səhnədəki  çıxışı-H. 
Qurbanovanın  oyununda  daha  müvəffəqiyyətlidir.  Rüstəm  onun  xə-
yanət  etdiyini  zənn  edib  gəlmişdir.  O,  elə  bir  haldadır  ki,  heç  nəyi 
şüurlu şəkildə ayırd edə bilməz. O, yalnız xəyanətin həqiqətə nə dərə-
cədə  uyğun  olub-olmadığını  yoxlamaq  istəyir.  Rüstəmə  ancaq  bu 
lazımdır. Rüstəm çox qəti bir hərəkətlə Süsəni yanına çağırır. Bu vaxt 
Süsən-Qurbanova  elə  addımlarla  Rüstəmə  sarı  gedir  ki,  tamaşaçının 
qəlbində  bir  gizilti  baş  qaldırır.  Onun  hərəkəti,  addımının  səsi, 
üzündəki ifadənin mənası sanki deyir: “Mən günahsızam. Mən həyatı 
sevirəm.  Mən  yaşamaq  istəyirəm.”  Rüstəm  ondan,  gözlərinin  içinə 
baxmağı tələb edir. Bu zaman Süsən asta-asta başını qaldıraraq ölgün 
nəzərlə  Rüstəmin  gözünə  baxır  və  o,  H.  Qurbanova  dəhşətə  gəlir, 
yəqin edir ki, həyatının sonu çatmışdır. Elə bu zamandan tamaşaçı da 
duyur ki, hər şey bitmişdir, Süsən öləcəkdir” (7). 
1954-cü  ildə  iyul  ayının  3-dən  26-dək  Akademik  Milli  Dram 
Teatrı  İrəvanda  qastrolda  oldu.  Qastrol  müddətində  on  tamaşa 
nümayiş olundu ki, onların içində “Namus” tamaşası da var idi. Bu 


 
45 
tamaşa Q. Sundukyan adına teatrda iyul ayının 11-i və 15-i nümayiş 
olundu və Yerevan tamaşaçılarının böyük rəğbətini qazandı. 
A. Araksmanyan “Sovet Ermənistanı” qəzetində yazır ki; “Ta-
maşada Süsən xüsusi bir yer tutur. Hökümə xanımı biz bir sıra başqa 
rollarda  da  gördük  və  onun  səhnə  istedadına  inandıq.  Hökümə  xa-
nım “Namus”da Şirvanzadənin bu gözəl qəhrəmanı-Süsən rolunu ifa 
edir. Hökümə xanım bu obraza son dərəcə böyük nəciblik və saflıq 
vermişdir. Onun Süsəni öz məhəbbət duyğularını baxışlarla, yerişlə, 
hərəkətlə, zərif və sakit intonasiyalarla ifadə edir. Onun bütün hərə-
kətlərində  məhəbbət  hiss  olunur.  Tamaşaçı  Hökümə  xanımın 
oyununda  Süsənin  bütün  daxili  aləmini  çox  yaxşı  hiss  edir.  Hətta, 
son pərdədə  Süsənin,  artıq  bir ana olmağa hazırlaşdığına baxmaya-
raq,  biz,  aktrisanın  oyununda  onun  bütün  düşüncələrinin,  ruhunun, 
bütün  mövcudiyyətinin  Seyranla  birlikdə  olduğunu  hiss  edirik.  Bi-
zim qarşımızda elə bir realist  yaradıcılıq vardır ki, onda bədii zövq 
üstün  yer tutur, obrazı  təcəssüm  etdirmək üçün  elə rənglərdən isti-
fadə edilir ki, bunlar Şirvanzadənin yaratdığı səciyyəyə uyğun gəlir. 
Süsənlə  Rüstəmin  son  görüş  səhnəsi  Hökümə  xanımın  oyununun 
zirvəsidir. Burada Süsənin daxili dəhşəti, məhəbbəti, özünü hədələ-
yən təhlükəni dərk etməsi bir-birini təqib edir. Aktrisa yaratdığı ob-
raza sona qədər sadiqdir. Hətta elə hiss edirsən ki, Hökümə xanım-
Süsən, həyatdan o qədər də təəssüflə ayrılmır. Ölüm, onun tapdalan-
mış, rəhimsizcəsinə təhqir edilmiş məhəbbəti üçün yeganə çıxış yo-
ludur. Hökümə xanımın obrazı belə izah etməsi, dramatizmi güclən-
dirir, faciə dərəcəsinə çatdırır”. 
Bu  cür  rəylərdən  məlum  olur  ki,  Hökümə  Qurbanova  nəinki 
öz vətənində hətta başqa ölkələrdə də tamaşaçıları təlatümə gətirən 
nadir sənətkarlardan idi. 
1953-cü il mart ayının 20-də N. Hikmətin “Türkiyədə” dramı 
A.  İsgəndərovun  quruluşunda  tamaşaçılara  təqdim  olunur.  Ənənəvi 
üslubda  səhnəyə  qoyulan  bu  tamaşada  xeyli  obrazlar  olduğu  üçün 
rejissor  bu  əsəri  səbirlə  hazırlamış,  tamaşanın  bədii  həllinə  nail 
olmuşdur. 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə