İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə13/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

 
40 
1951-ci  il  iyun  ayının  13-də  M.  Təhmasibin  “Çiçəklənən 
arzular”  əsəri  M.  Məmmədovun  quruluşunda  tamaşaya  qoyuldu  və 
Nərgiz rolunu səhnədə Hökümə xanım canlandırdı. 
C. Cəfərov “Bakinski raboçi” qəzetində (27.06.1951) yazır ki; 
“H. Qurbanova partorq Nərgizin cazibədar obrazını yaradır. Aktrisa-
nın  yozumunda  Nərgiz  açıq  fikirli,  möhkəm  və  cəsur  xarakterli 
insandır.  O  həmişə  sakitdir,  inamlıdır,  qarşıdakı  məqsədi  görür  və 
kolxozçu kütləsini özü ilə bərabər həmin məqsədə doğru aparır”. 
H.  Qurbanovanın  ifa  etdiyi  Nərgiz  həyata  açıq  baxan,  sakit 
təbiətli, öz məqsədinə və məramına sadiq bir insan idi. 
Akademik Milli  Dam  Teatrı  iyul  ayının 20-dən avqust ayının 
22-nə  qədər  Özbəkistanda  qastrolda  oldu.  Qastrolun  açılışı  iyul 
ayının  20-də  axşam  Həmzə  Həkimzadə  adına  teatrda  S.  Vurğunun 
“Xanlar” mənzum dramı ilə son tamaşası isə avqust ayının 20-də Ə. 
Nəvai adına teatrda Ə. Məmmədxanlının “Od içində” pyesi ilə başa 
çatdı.  Qastrol  müddətində  özbəklər  C.  Cabbarlının  “Solğun  çiçək-
lər” (23;25;2;11),  “Sevil” (21;24;1;12) “Od  gəlini” (21;24;26;1), S. 
Vurğunun “Vaqif” (27) və “Xanlar” (20;22;25), M. S. Ordubadinin 
“Dumanlı  Təbriz”  (3),  S.  Rəhmanın  “Xoşbəxtlər”  (30;31;3;4;14), 
“Aydınlıq” (7); Ə. Məmmədxanlının “Od işində” (28;29;5;10;20), İ. 
Əfəndiyevin  “Bahar  Suları”  (2;9),  V.  Şekspirin  “Otello”  (6;8;13) 
tamaşaları Ə Nəvai teatrı, M. Qorki teatrı, H. Həkimzadə teatrı və s. 
yerlərdə göstərildi. 
H. Qurbanova qastrol müddətində Solmaz, İnci, Fəridə, Şəfəq, 
Reyhan və başqa rolları ifa etdi. 
1952-ci  il  mayın  17-də  A.  Şirvanzadənin  “Namus”  əsəri  A. 
İsgəndərovun  quruluşunda  səhnəyə  qoyuldu  və  Süsən  rolunu  H. 
Qurbanova ifa etdi. “Namus” romanı ilk dəfə 1885-ci ildə  yazılmış 
və  müəllifə  geniş  şöhrət  gətirmişdir.  Müəllif  sonralar  bu  romanın 
əsasında eyni adlı pyes qələmə almış və bu əsər bir çox səhnələrdə 
uğurla tamaşaya qoyulmuşdur. 
Xoşa gələn cəhət odur ki, müəllif romanı mexaniki olaraq səh-
nələşdirməmişdir.  O,  dram  janrının  bütün  spesifik  xüsusiyyətlərini 
yəni  gərgin  dramatik  nüanslar, dolğun obrazlar,  canlı dialoqlar, ha-


 
41 
disələrin  dramatik  inkişafı  fonunda  əsl  səhnə  əsəri  yaratmağa  nail 
olmuşdur. 
“Özünün başlıca yaradıcılıq üslubu olan romantik monumental 
səpgidə  “Namus”  (Aleksandr  Şirvanzadə)  tamaşası  hazırlayan  teatr 
pyesin indiyədək oynanılmış bütün quruluşlarından fərqli əsər mey-
dana  çıxarmışdı.  Tamaşanın  romantik  ahənginin  əsas  daşıyıcıları 
Barxudar (Ələsgər Ələkbərov), Süsən (Hökümə Qurbanova), Seyran 
(Əli  Zeynalov)  obrazları  idi.  Quruluşçu  rejissor  Adil  İsgəndərov 
həmin romantik ahəngdə səmimi və realist nəfəsli dialoqlar qurmuş, 
hərəkətə,  səhnə  dinamikasına  rəvac  verən  pauzalardan  məharətlə 
istifadə etmişdir” (19). 
Aktrisa özü qeyd edir ki; “Mən uzun illər rejissor Adil İsgən-
dərovla  işləmişəm.  Rollarımın  böyük  bir  qismini  onunla  hazırlamı-
şam.  O,  aktyorla  iş  əsnasında  sadə,  səmimi,  həqiqi  kontakt  yarat-
mağı bacarırdı. Xasiyyətindəki sərtliyə baxmayaraq onunla işləmək 
asan idi. Onu yarı sözdən, bəzən sözsüz də başa düşmək olurdu. A. 
İsgəndərov  qurduğu  səhnənin  məğzini  özü  yaxşı  duyduğu  üçün 
məşq vaxtı ifaçı vəziyyətində, əhvalında olurdu. Fikirləri, onun dav-
ranışında, baxışında, mimikasında jestlərində  görə, oxuya bilirdik... 
Yararlı təklifləri qəbul eləyirdi. Məşq zamanı təsadüf özü yaxşı bir 
hərəkət,  orijinal  bir  səhnə  mizanı  doğururdusa,  onu  diqqətsiz 
buraxmırdı.  “Namus”  pyesinin  son  pərdəsi  məşq  olunurdu.  Adətən 
Rüstəm öz arvadı Süsəni öldürmək səhnəsində “yaxanı aç!.. Göstər 
qara  xalı!”  deyə-deyə  onun  üstünə  yeriyir.  Süsən  isə  qorxub  geri 
çəkilir.  Mən  məşq  zamanı  özümün  də  xəbərim  olmadan  görünür 
instinkt  gücünə  bu  yerdə  özüm  Rüstəmə  tərəf  hərəkətə  başladım 
(Mən günahsız olduğum üçün ondan qorxmurdum). Rüstəm-Əfqanlı 
isə  xəncəri  çəkə-çəkə  geriləyirdi,  öz  cümləsini  təkrar  eləyirdi.  Belə 
mizan  rəsmində  A.  İsgəndərov  yalnız  orijinal  yox,  həm  də  təbiilik 
və  həqiqət  gördü  və  onu  eynilə  qəbul  eləyib  saxladı.  O,  təbii 
mizanları xoşlayırdı. Onların kanvasını tapan kimi, qalan təfsilatı və 
mənimsəmə,  uyğunlaşma  işini  aktyorun  öhdəsinə  buraxırdı.  A.  İs-
gəndərov  bir  vəziyyəti,  ya  mizanı  ta  ifaçının  özü  daxilən  duyma-
yınca, inanmayınca qanunlaşdırmırdı” (16). 


 
42 
“Hökümə Qurbanovanın ifasında Süsən rolunun orijinal təfsiri 
daha  tez  oxunur,  daha  kəskin  fərqlənirdi.  Bunun  ilkin  səbəbi  görü-
nür ondan ibarətdir ki,  “Namus” pyesinin bu son quruluşu və Adil 
İsgəndərovun  rejissor  təfsirinin  özü  əsərin  əvvəlki  quruluşlarından 
fərqlənirdi.  Bu  dəfə  məhkum,  məzlim  məhəbbətin  hicranı,  hicran 
faciəsi ilk plana çəkilmişdi. Namis mövzusunun, anlayışının özü də 
bu faciə baxımından şərh edilir, etik kateqoriya kimi öz bədii-emo-
sional  şərhini  Seyranın,  xüsusilə  Süsənin  taleyi  misalında  tapırdı. 
Hökümə Qurbanovanın oynadığı ismətli, məsum, müti Süsən namus 
anlayışının  təhrifinə,  təhqirinə  qurban  gedən  günahsız,  müti  bir 
qızdır. O, itaət etmək, tabe olmaq, dözmək, qarabaxtına qane olmaq 
və  bəlkə  bu  cür  fəlakətlərin,  bəlaların  sayını  azaltmaq  xəyalı  ilə 
yaşayır,  başqa  çıxacaq  görmür.  Aktrisa  özü  etiraf  edir  ki,  əgər 
Seyranla  Rüstəmin  Dağıstandakı  görüşü  olmasa  idi,  Süsən  öz  kəm 
taleyinə, çətin qismətinə qane olub mühit və dövran qarşısında aciz 
və əlacsız, ömrünü əzabla da olsa başa vurardı. Seyranı unutmazdı, 
zaman-zaman  onu  anar,  hicranın,  müsibətin  səbəbini  də  təsəllisini 
də əlacsızlıqda görərdi” (16). 
Tamaşada dramatik mübarizənin ana xəttini Süsənlə Seyranın 
faciəsi təşkil edir. “Əsərin lirik qəhrəmanları Süsən və Seyran rolla-
rında  Hökümə  Qurbanova  və  Əli  Zeynalov  bu  iki  gəncin  səmimi 
duyğularını, azad məhəbbət həsrətlərini ustalıqla, ilhamla tamaşaçı-
lara çatdırmışlar” (22). 
H. Qurbanovanın ifa etdiyi Süsən obrazında tamlıq, bütövlük 
var  idi.  Bu  tamlıq  və  bütövlük  aktrisanın  ifasında  məharətlə  görü-
nürdü. 
M. Rəfili “Kommunist” qəzetində (23.03.1952) yazır ki; “Hö-
kümə xanım Süsən rolunda gözəldir. Hələ ilk görüşlərindəki incə və 
mənalı  dalğınlıq,  öz  sevgilisi  yolunda  çəkdiyi  qorxu  və  müsibətlər 
üçün  daxili,  ruhi  bir  hazırlıqdır.  Quşların  azadlığına  həsəd  aparan, 
həyata  məftun,  məhəbbətə  sadiq  olan  Süsən  uşaq  kimi  müti,  qul 
kimi əsirdir. Süsənin, Rüstəmin evində göstərdiyi itaətkarlıqda belə, 
böyük  bir  məsuliyyət  və  fədakarlıq  vardır  ki,  insanı  heyrətləndir-
məyə bilməz. Süsən iztirablara və faciəli ölümə məhkum bir qadın-


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə