İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə11/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

 
34 
“Tamaşalarımız  V.  İ.  Hemiroviç-Dançanko  adına  teatrda  ge-
dirdi. Qastrolların başlandığı  gün, 1948-ci il avqustun 20-də “Prav-
da”,  “İzvestiya”  və  “Veçernyaya  Moskva”  qəzetlərində  məqalələr 
dərc  olunmuşdu.  Məqalələrdə  teatrımızın  ...  nailiyyətlərindən  ayrı-
ayrı  aktyor  və  rejissorlardan  yaradıcılığından  və  teatrımızın  qarşı-
dakı 75 illik yubileyindən danışıldı. 
Moskvada  15  (16  –  İ.A.)  tamaşa  verdik.  Tamaşalar  müvəffə-
qiyyətlə  keçirdi.  Ümumittifaq  Radio  Komitəsi  bizim  çıxışlarımızı 
lentə yazıb, efir vasitəsi ilə bütün dünyaya verirdi. Mənim və Olivi-
yanın  gözəl  ifaçısı H. Qurbanovanın  oynadığı  səhnə də lentə  yazıl-
mışdı” (17). 
Teatrın yaradıcı heyətini moskvalılar böyük maraq və alqışlarla 
qarşıladılar.  O  dövrün  mərkəzi  qəzet  və  jurnallarında  (“İzvestiya”, 
“Trud”,  “Sovetskoe  iskustvo”,  “Pravda”,  “Veçernyaya  Moskva”, 
“Komsomolskaya pravda”, “Teatr”, “Oqonyok”) tutarlı məqalələr çap 
edildi və teatr mütəxəssislərinin iştirakı ilə diskussiyalar keçirildi. 
“Həm  lirik,  həm  də  qəhrəmanlıq  kefiyyətlərini  ifadəli  bir  şə-
kildə oynayan, müasir ... qadın surətlərini yaxından duyaraq yüksək 
mədəni bir səviyyədə yaradan Hökümə Qurbanova Moskva qastrolu 
zamanı  bəyənilən  və  təqdir  olunan  Gülarə,  Oliviya,  Nataşa  surət-
lərindən  başqa,  səhnəyə  gəldiyi  qısa  müddət  ərzində  Vəfa,  Həcər, 
Zeynəb,  Məryəm,  Fəridə,  Sürəyya,  Solmaz,  İnci,  Afaq,  Şəfəq  və 
sairə bədii cəhətdən mükəmməl surətlər yaratmışdır” (2). 
1949-cu  il  fevralın  5-də  Mehdi  Məmmədov  “On  ikinci  gecə” 
dən  sonra  ikinci  komediyaya  S.  Rəhmanın  “Aydınlıq”  əsərinə 
quruluş verdi və Fəridə rolunu H. Qurbanovaya tapşırdı. 
“Bu ifa həqiqətən ciddi axtarışların, axtarıb tapmaq şövqünün 
nəticəsi,  gerçəkliklə  bədii  yaradıcılığın  birgə  məhsulu  idi.  Aktrisa 
iki  cəhəti,  iki  keyfiyyəti  Fəridənin  sifətində  daxilən,  üzvi  surətdə, 
təbii tərzdə uzlaşdıra bilirdi. O, kənd qızlarının sadəliyi, məsumluğu 
ilə  müasir  kənd  qadınının  işgüzarlığını,  iş  hünərini  və  cəsarətini  öz 
surətində  birləşdirirdi.  Bu  peyvənd  Fəridə  obrazına  xüsusi  bir 
yapışıq verir, onun zahiri göyçəkliyi ilə daxili gözəlliyi arasında xoş 
ahəng yaradırdı. Bu gözəlliyi görən, duyan tamaşaçı Fəridənin hamı 


 
35 
tərəfindən tərif olunduğuna təəccüb eləmirdi. Yaxud çox cavanların 
onda  gözü  olduğuna  heyrətlənmirdi.  Tamaşaçı  Azər  və  Səlim  kimi 
bir-birinə  bənzəməyən,  əks  xasiyyətli  adamların  Fəridəyə  eşq 
yetirməsini  də  mümkün  və  təbii  görürdü.  Fəridə-Hökümə  Qurba-
nova  səhnədə  iştirakçıların,  salonda  isə  tamaşaçıların  sevimlisi  ola, 
hamının rəğbətini qazana bilirdi” (16). 
Hökümə xanımın ifa etdiyi kolxoz briqadiri Fəridə Ziynət və 
İnci obrazlarından sonra S. Rəhmanın dramaturgiyası ilə üçüncü gö-
rüşü idi. Fəridənin “Toy” komediyasındakı Ziynətə müəyyən oxşar-
lığı  var.  Lakin  fərqli  cəhətləri  də  vardır.  Bu  obrazda  şəxsi  hisslər, 
cərəyanlar, daxili təlatüm qüvvətli idi. H.Qurbanova sadə kənd qızı, 
briqadir  Fəridənin  dolğun  obrazını  dəqiq  tapmış  və  düzgün  yarat-
mışdır. 
1949-cu  il  aprelin  8-də  A.  Boryanovun  “O  tayda”  əsəri  Ə. 
Şərifovun quruluşunda səhnələşdirildi və Hökümə xanıma Valentina 
(Valya) Nikolayeva obrazı tapşırılırdı. 
Böyük Vətən müharibəsi mövzusunda olan bu uğurlu tamaşa-
dakı  hadisələr  Mancuriyada  cərəyan  edirdi.  Dava  ordular  arasında 
yox keçmiş sovet və Yapon kəşfiyyatçıları arasında baş verirdi.  H. 
Qurbanovanın  ifa  etdiyi  kəşfiyyatçı  Nikolayeva  son  dərəcə  mürək-
kəb  obraz  idi.  Nikolayeva-Qurbanova  düşməni  qabaqlayırdı,  çox 
çətin  bir  şəraitdə  məxfi  sənədləri  ələ  keçirirdi.  Vəziyyət  gərginləş-
dikcə  aktrisanın  işi  getdikcə  ağırlaşırdı.  Nikolayeva-Qurbanova  hər 
an  təhlükələrlə  rastlaşır,  hər  hansı  bir  əmri  yerinə  yetirmək  üçün 
ölümlə  üz-üzə  qalırdı. Aktrisa bu  gərgin  səhnələri  son dərəcə təm-
kinlə, soyuqqanlılıqla tamaşaçılara təqdim edirdi. 
1949-cu  il  iyul  ayının  21-də  və  22-də  Akademik  Milli  Dram 
Teatrının  75  illiyinin  möhtəşəm  yubileyi  bayram  edildi.  Kollektivin 
aparıcı aktyor və aktrisaları fəxri adlara layiq görüldülər. Bu bayram 
münasibətilə Hökümə Qurbanova Şərəf nişanı ordeni ilə təltif olundu. 
1949-cu il dekabrın 4-də  rejissor Səftər Turabov  quruluşunda 
Tur  qardaşlarının  “Bir  evin  sirri”  əsəri  tamaşaçılara  təqdim  olundu 
və Yeva Qrantın rolunu Hökümə xanım ifa etdi. 


 
36 
“Kommunist”  qəzeti  (17.12.1949)  yazır  ki;  “Aktrisa  Hökümə 
Qurbanova da bu surəti daxili məna və qüvvə ilə ifa edir. O, Yevanın 
dəyişilməsini,  onun  daxili  aləminin  zənginləşməsini,  ürəyində  yara-
nan  üsyan  və  etiraz  hisslərini  böyük  incəliklə  tamaşaçıya  təqdim 
edir”. 
Bu tamaşa müharibədən sonra soyuq müharibə aparanları ifşa 
edirdi.  Moskvada  yaşayan  Amerika  səfirliyində  çalışanlar  məhz  bu 
cür siyasət  irəli sürürdülər. Onlar burada  yenicə  işə başlamış Yeva 
Qrant-Qurbanovanı özlərinə tərəf çəkmək istəyirlər, lakin buna nail 
ola  bilmirlər.  Aktrisa  burada  müsbət  Amerika  vətəndaşı  obrazını 
yaratmağa müvəffəq olmuşdur. 
“Yeva-Hökümə  Qurbanova  tamaşa  boyunca  bir  tərəfdən 
özünün işlədiyi səfarətxanada xalqlar arasında şübhə və ədavət toxu-
mu  səpən  Amerika  diplomatlarının  iç  üzünü  görür,  digər  tərəfdən, 
Moskvada  yaşayan  sadə  sovet  adamlarının  dinc-quruculuq  şərai-
tində  yalnız  sülh  arzusu,  dostluq  niyyəti  ilə  yaşadıqlarının  şahidi 
olur.  Aktrisa  bu  ikitərəfli  müşahidəni,  düşdüyü  təzadlı  vəziyyətləri 
ardıcıl müqayisə yolu ilə başa çatdırdıqca tamaşaçı da Yeva Qrantın 
şübhələrdən çıxıb inamlı sülh mübarizinə çevrildiyinin, bir xarakter, 
bir şəxsiyyət  kimi  təkmilləşdiyinin şahidi olur. Bunun isə təkcə bu 
obrazın  təcəssümü  üçün  deyil,  həm  də  tamaşanın  ümumi  ideya 
təcəssümü üçün əhəmiyyəti böyükdür” (16). 
Tamaşada Yeva Qrant əsas personaj olmaqla yanaşı, qüvvətli 
bir obrazdır. Hökümə xanım bu obrazı böyük sənətkarlıqla tamaşa-
çılara təqdim edə bildi. 
1950-ci  ildə  may  ayının  12-də  C.  Məcnunbəyovun  “Böyük 
məhəbbət” pyesi Ə. Ələkbərovun quruluşunda tamaşaya qoyuldu və 
Sevda rolunu H. Qurbanova canlandırdı. Tamaşa həm dramaturq və 
həm  də  rejissor  tərəfindən  qüsurlu  hazırlanmışdır.  Lakin  buna 
baxmayaraq  Hökümə  xanım  böyük  istedadının  müqabilində  bu 
obrazı ifa etdi. 
M.  Arif  “Ədəbiyyat  və  incəsənət”  qəzetində  (08.06.1950) 
yazır ki; “Canlı bir insan olaraq həkim Sevda (Hökümə Qurbanova) 
müvəffəqiyyətlidir. Onu  biz istər məişət,  istərsə  istehsalat  planında 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə