İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə6/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   2   3   4   5   6   7   8   9   ...   37

 
18 
birini  sönməz  məhəbbətlə  sevən  qəhrəmanların  hiss-həyəcanlarını 
yüksək dramatik qüvvə kimi təqdim edirdilər” (13). 
“Aktrisa  obrazın  şəxsiyyəti  ilə  daşıdığı  vəzifəsi,  qulluq  işləri 
ilə şəxsi həyatındakı davranışı, idarədəki və evdəki adamlarla rəftarı 
arasında möhkəm sərhəd çəkmirdi. Yəqin tamaşaçı buna görə asan-
lıqla inanırdı ki, onun düşüncə və həyat tərzi (ədliyyə xidmətindən 
asılı olmayaraq) ədalət qanunlarından ayrı deyildir. Onun adamlara 
göstərdiyi münasibət adamların onun çağırışına göstərdikləri müna-
sibətlə  şərtlənir.  Biz  inanırdıq  ki,  qohum  yaxud  yad  olmağından, 
idarəyə ya evinə gəlməyindən asılı olmayaraq onun üçün doğru doğ-
rudur, əyri isə əyri, cani canidir, xain də xain. Vəfa-Hökümə Qurba-
nova üçün dostluğun, sədaqətin, vəfanın meyarı şəxsi motivlərlə de-
yil,  ictimai  əlamətlərlə  dəqiqləşirdi.  Əgər  Vəfa-Hökümə  xanım  Ül-
kər  xala  (bu  rolu  SSRİ  xalq  artisti  Mərziyə  Davudova  ifa  edirdi-
İ.A.)  ilə  danışanda  bir  cür,  Minnətovla  (bu  rolu  SSRİ  xalq  artisti 
Ələsgər  Ələkbərov  ifa  edirdi-İ.A.)  danışanda  başqa  cür  olurdusa, 
İntizarı  dinləyəndə  bir  rəftar,  Vəsfiyyəni  dinləyəndə  və  Mirzə  po-
moşniki,  yaxud Zeynəb  oğlunu  görəndə isə özgə rəftar  göstərir, az 
qala  dəyişib  başqa  adam  olurdusa-bu  dəyişmənin,  belə  ziddiyyətlə-
rin özü xarakterin bütövlüyündən, əqidənin sabitliyindən və iradənin 
möhkəmliyindən xəbər verirdi. 
Aktrisanın  hərəkət  və  danışıq  tərzi,  səhnə  davranışı  bu  rolda 
daha  artıq  həyatiliyi,  səmimiliyi  və  sadəliyi  ilə  seçilirdi.  Vətənpər-
vərlik  pafosu  ilə  yazılmış  bu  əsərdə,  vətən  müdafiəsini  təbliğ  edən 
bir  tamaşada  bu  üslubu  gözləmək  onu  saxtalığa,  şüarçılığa, 
ritorikaya qapılmaqdan qoruyurdu” (16). 
Səhnədə  ilk  addımlarını  uğurlu  atan  bu  istedadlı  aktrisa 
ictimaiyyətin  rəğbətini  qazanmış  Vəfa  obrazı  ilə  özünü  görkəmli 
sənətkar sırasına daxil edə bilmişdir. 
“... Vəfa rolunda çıxış edən Hökümə Qurbanova ciddi ifa tərzi 
ilə aparıcı obrazlar oynamaq üçün ona bəslənən ümidləri doğrultdu. 
“Vəfa” tamaşasından sonra ona dalbadal ciddi rollar tapşırıldı” (19). 
Hökümə  Qurbanova  Vəfa  rolu  ilə  qanun  keşiyində  duran  in-
sanların ümumiləşmiş obrazını yaratmağa müvəffəq olmuşdur. Cəmi 


 
19 
bir  neçə  il  aktrisalıq  fəaliyyətində  Hökümə  xanımın  bu  cür  uğur 
qazanması şübhəsiz ki, böyük istedadın bəhrəsi idi. 
1943-cü  ildə  oktyabr  ayının  1-də  S.  S.  Axundovun  “Eşq  və 
intiqam” faciəsi Ə. Ələkbərovun quruluşunda tamaşaya qoyuldu və 
burada Hökümə xanım Çingizin sevgilisi Zöhrə rolunu ifa etdi. 
Bu  obraz  H.  Qurbanovanın  daxili  aləminə  çox  yaxın  idi  və 
aktrisa bu rolu lirik-romantik səpgidə oynayırdı. 
Hökümə xanım Zöhrənin saf məhəbbətini və bu məhəbbətdən 
meydana gələn faciəni incə detallarla tamaşaçılara təqdim edirdi. Bu 
kamil  sənətkar  Çingizsiz  keçirən  kədəri,  onu  gördükdən  sonra 
yaranan  sevinci  böyük  sənətkarlıqla  göstərirdi.  Bu  səhnələrdə 
aktrisa  Zöhrənin  keçirdiyi  psixoloji  vəziyyətləri  düzgün  şəkildə 
tamaşaçılar  qarşısında canlandıra bilirdi. 
1943-cü  ildə  Hökümə  Qurbanovanın  30  yaşı  tamam  oldu  və 
bu münasibətlə ona respublikanın əməkdar artisti (17 iyun) fəxri adı 
verildi.  Bu  şübhəsiz  ki,  Hökümə  xanımın  səhnədə  atdığı  ilk 
addımlarının layiqli qiyməti idi. 


 
20 
II FƏSİL 
MƏHSULDAR DÖVR (1944-1960) 
 
Hökümə xanım bədii və poetik xarakterlər 
yaratmağın, hər yeni rolda başqalaşmağın, 
yenidən təcəssüm tapmağın ustasıdır. 
 
SSRİ xalq artisti, prof. Mehdi Məmmədov 
 
 
Hökümə Qurbanovanın ifa etdiyi müasir və klassik səhnə qəh-
rəmanlarının  hər  biri  böyük  həyat  yolu  keçmiş  canlı  insanlardır. 
“Görkəmli səhnə xadimi öz qəhrəmanlarını həmişə hərəkətdə, inki-
şafda verir... Hökümə Qurbanovanın səhnəmizdə ehtiraslı bir ürəklə 
yaratdığı... obrazların hər biri ayrı-ayrılıqda incə  sənətkar zövqü ilə 
işlənmiş, artistin füsunkar səhnə məlahətinə malik olduğunu nüma-
yiş etdirmişdir. 
Hökümə Qurbanovanı çox vaxt lirik rolların mahir ifaçısı kimi 
qiymətləndirirlər.  Doğrudan  da,  onun  yaratdığı  Oliviya,  Germiona, 
Şirin, Reyhan, Şəfəq, Xuraman, Cenevrə kimi rollarda lirik akkord 
olduqca güclüdür” (23). 
H.  Qurbanovanın  böyük  bir  sənətkar  kimi  yetişməyində  ilk 
növbədə fitri istedadın, bir də gərgin əməyin rolu əvəzsizdir. Aktrisa 
bu iki nadir varlığı birləşdirərək, əvəzsiz sənət yaratmışdır. 
“40-cı  illər  yorulmaq  bilməyəm  sənətkarın  səhnə  həyatında 
axtarışlar dövrü olmuşdur. O, müxtəlif janrlarda, başqa-başqa səpki-
lərdə  olan  obrazlar  üzərində  yaradıcılıq  işi  aparmış,  öz  istedad  və 
bacarığını sınaqdan keçirmişdir. Bu mahir aktrisa Zeynəb (“Duman-
lı  Təbriz”),  Oliviya  (“12-ci  gecə”),  Gülarə  (“İşıqlı  yollar”),  Nataşa 
(“Şərqin səhəri”), Cenevrə (“Dərin köklər”), Şəfəq (“Bahar suları”), 
Yeva  Qrant  (“Bir  evin  sirri”)  kimi  bir-birindən  fərqlənən  rollarda 
çıxış  etmişdir,  müxtəlif  xalqların,  ayrı-ayrı  dövrlərdə  yaşamış,  öz 
istək  və  arzuları  uğrunda  mübarizə  aparmış  qız  və  qadınlarının 
xarakterini  məharətlə  eyni  bədii  səviyyədə  yüksəltmiş,  gözəl,  uzun 


 
21 
zaman tamaşaçıların xatirində yaşayan obrazlar yaratmağa müvəffəq 
olmuşdur” (12). 
Hökümə  xanım  Qurbanova  1944-1950-ci  illərdə  M.  Hüseyn 
və  İ.  Əfəndiyevin  birlikdə  qələmə  aldıqları  “İntizar”  pyesində  Sü-
rəyya  (rej.  S.  Turabov,  26.12.1944);  M.  S.  Ordubadinin  “Dumanlı 
Təbriz”  əsərində  Zeynəb  (rey.  A.  İsgəndərov  və  Ə.  Şrifov, 
28.04.1945); S. Vurğunun “İnsan” mənzum dramında Tatyana (rej. 
M. Haşımov və Ə. Ələkbərov, 07.11.1945); V. Şekspirin “On ikinci 
gecə” komediyasında Oliviya (tərcümə M. İbrahimov, rej. M. Məm-
mədov, 20.04.1946); L. Malyuginin “Köhnə dostlar” əsərində Tonya 
(tərcümə  M.  İbrahimov,  rej.  S.  Turabov  və  Ə.  Ələkbərov, 
21.01.1947); İ. Əfəndiyevin “İşıqlı yollar” pyesində Gülarə (rej. A. 
İsgəndərov, 19.07.1947); Ə. Məmmədxanlının “Şərqin səhəri” dra-
mında Nataşa (rej. A. İsgəndərov, 07.11.1947); Ceyms Qou və Arno 
D’Nyussonun “Dərin köklər” əsərində Cenevrə (tər.S. Rüstəm,  rej. 
M. Haşımov və S. Turabov, 06.03.1948); A. Fadayevin “Gənc qvar-
diya”sında Valya Bors (səhnələşdirən Q. Qrakov, tərcümə T. Əyyu-
bov,  rej.  M.  Məmmədov,  04.04.1948);  Ə.  Haqverdiyevin  “Pəri  ca-
du”sunda Şamama qarı (rej. Ə. Şərifov, 07.05.1948); İ. Əfəndiyevin 
“Bahar suları” dramında Şəfəq (rej. A. İsgəndərov, 11.12.1948); S. 
Rəhmanın  “Aydınlıq”  komediyasında  Fəridə  (rej.  M.  Məmmədov, 
05.02.1949); A. Boryanovun “O tayda” əsərində Valentina Nikola-
yeva  (tərcümə Ə. Məmmədxanlı, rej.  Ə. Şərifov, 08.04.1949); Tur 
qardaşlarının  “Bir  evin  sirri”ndə  Yeva  Qrant  (tərcümə  M.  Hüseyn, 
rej.  S.  Turabov,  04.12.1949);  C.  Məcnunbəyovun  “Böyük  məhəb-
bət”  pyesində  Sevda  (rej.  Ə.  Ələkbərov,  12.05.1950)  kimi  obrazlar 
yaratmışdır. 
Hökümə Qurbanova Azərbaycan teatrına parlaq səhifələr yaz-
mış  bir  sənətkardır.  Yuxarıda  adları  çəkilən  bu  qəhrəmanların  hər 
biri xarakter etibarı ilə bir-birindən kəskin fərqlənirlər. Hökümə xa-
nımın ifa etdiyi müxtəlif təbəqələrdən olan bu obrazların hər birinin 
öz şəxsi həyatları, dünyaya baxışları vardır. Bu obrazların biri şeirlə, 
digəri  isə  nəsrlə  danışır.  Bu  obrazları  ayrı  ayrılıqda  yaratmaq  və 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə