İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə3/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   2   3   4   5   6   7   8   9   ...   37

 

“Gənc  aktrisa  Hökümə  xanım  bu  balaca  obrazın  faciə  dama-
rını  tutmuş,  onun  açarını  tapa  bilmişdi.  Bizə  belə  gəlir  ki,  həmin 
açar  eyni  zamanda  aktrisaya  xas  və  məxsus  olan  səhnə  aləminin 
qapılarını da onun üzünə açmışdır. 
Bu aləm yüksək dramatizm və faciə aləmidir. 
Tamaradan  sonra  aktrisanın  müxtəlif  janrlarda,  müxtəlif 
rollardakı çıxışları, onun uzun və zəhmətli axtarışları onu ilk təməl 
daşının  (Tamara  obrazının)  üstündə  yüksələn  bir  zirvəyə  gətirib 
çıxarmışdır” (15). 
Hökümə Qurbanova 1939-1943-cü illərdə S. Rəhmanın “Toy” 
komediyasında  Zinyət  (rej.  M.  Haşımov,  28.04.1939);  C.  Cabbarlı-
nın “Od gəlini” faciəsində Solmaz (rej. İ. Hidayətzadə, 29.09.1939); 
N. Vəzirovun “Müsibəti Fəxrəddin” faciəsində Gülbahar (rej. S. Tu-
rabov,  18.03.1940);  S.  Rüstəmin  “Qaçaq  Nəbi”  mənzum  dramında 
Həcər (rej. İ. Hidayətzadə, 26.09.1940, aktrisa bu obrazı sonralar ha-
zırlayaraq ansambla daxil olmuşdur), M. Təhmasibin “Bahar” pye-
sində Laçın (rej. Ə. Şərifov, 10.10.1940); S. Rəhmanın “Xoşbəxtlər” 
komediyasında  İnci  (rej.  A.  İsgəndərov  və  Ş  Bədəlbəyli, 
23.01.1941); Kondrat Krapivanın “Son gülən” əsərində Gülşən (tər-
cümə və təbdil edən Mir Cəlal, rej. Ə. Şərifov, 27.03.1941); S. Vur-
ğunun “Fərhad və Şirin” mənzum faciəsində Məryəm (rej. A. İsgən-
dərov, 06.11.1941);  M.  Hüseynin  “Nizami” dramında Afaq (rej.  A. 
İsgəndərov,  16.08.1942);  C.  Cabbarlının  “Almaz”  əsərində  Yaxşı 
(rej. S. Turabov, 10.01.1943); R. Rzanın “Vəfa” pyesində Vəfa (rej. 
A. İsgəndərov və Ə.Şərifov, 07.05.1943); S. S. Axundovun “Eşq və 
intiqam”  faciəsində  Zəhra  (rej.  Ə.  Ələkbərov,  01.10.1943)  obraz-
larını ifa etmişdir. 
1939-cu  ildə  aprel  ayının  28-də  H.  Qurbanova  Məhərrəm 
Haşımovun quruluşunda S. Rəhmanın “Toy” komediyasında Zinyət 
obrazını ifa etdi. 
Bu komediyada iki qüvvə mübarizə aparır-yenilik və köhnəlik. 
Yeniliyə Zinyət (Hökümə Qurbanova), Şeyda (Atamoğlan Rzayev), 
Surxay  (Süleyman  Tağızadə),  köhnəliyə  isə  Kərəmov  (Mirzağa 
Əliyev), Mirzə Hüseyn (Məmmədəli Vəlixanlı) və b. başçılıq edirdi. 


 
10 
Əsl xalq yumoru ilə zəngin olan bu komediyada çox maraqlı komik 
vəziyyətlər var idi. 
H.  Qurbanova  Zinyətin  xarakterini  düzgün  dərk  etmiş,  onu 
maraqlı mizanlarla zənginləşdirmişdir. Aktrisa bu obrazı ifa edərkən 
şarjdan və şit hərəkətlərdən qaçmış, gələcəyə nikbin baxan, zəhmət-
keş bir qız obrazı yaratmağa müvəffəq olmuşdur. Zinyət-Qurbanova 
ətrafında baş verən hadisələrə öz münasibətini bildirən kolxozçu qız 
idi.  Zinyət-Hökümə  xanım  münasibətini  iki  yerə  ayırırdı.  O, 
dostlarına  qarşı  mehriban,  Kərəmov  kimilərə  qarşı  amansız  idi.  H. 
Qurbanova  kinayəni  iki  yerə  məharətlə  ayıra  bilirdi.  Aktrisa  Kərə-
mova qarşı qatı kinayə bəsləyirdisə, dəmirçi Musaya qarşı bəslənən 
kinayə satirik xarakter daşıyırdı. 
“Realist həyat hadisələrində açıq komizmə geniş meydan açan 
Məhərrəm Haşımovun rejissor niyyətini aktyorlardan Sidqi Ruhulla 
(Dəmirçi  Musa),  Hökümə  Ələkbərova  (Qurbanova  –  İ.A)  (Zinyət), 
Əzizə Məmmədova (Zalxa) ... məharətlə təcəssüm etdirə bilirdilər” 
(19). 
Aktrisa Zinyəti duyan, düşünən, sevən bir gənc kimi ifa edirdi. 
Onun Zinyəti işgüzar olmaqla yanaşı sevməyi də bacarırdı. Səhnədə 
ilk  addımlarını  atan  Hökümə  Qurbanova  “Toy”  komediyasında 
Zinyət  obrazını  yaradarkən  SSRİ  xalq  artistləri  Mirzağa  Əliyev, 
Sidqi Ruhulla (dəmirçi Musa) və başqa görkəmli səhnə xadimləri ilə 
tərəf müqabili olmuş, onlarda sənətin sirlərini mənimsəmişdir. 
1939-cu  ildə  sentyabr  ayının  29-da  Hökümə  xanıma                   
C.  Cabbarlının  “Od  gəlini”  faciəsində  (rej.  İ.  Hidayətzadə)  mürək-
kəb və ziddiyyətli Solmaz obrazı tapşırılır. 
“Solmaz rolu da səhnəmizin qüdrətli aktrisalarının, o cümlədən 
Mərziyə  xanımın  və  Yeva  xanımın  repertuarını  bəzəmiş,  onların  si-
masında şöhrətli ifaçılarını tapmışdır. Belə sələflərə ləyaqətli varis ol-
maq, onlardan sonra rolun ifasına yenilik gətirmək, təzə fikir, təzə söz 
demək  o  qədər  də  asan  deyil.  Hökümə  Qurbanova  bu  təsadüfdə  də 
çətin yolu üstün tutmuş, təkrardan və təqliddən uzaq olmuşdur” (16). 
Bildiyimiz  kimi  tamaşanın  diqqət  mərkəzində  Elxan  və  Sol-
maz xəttləri durur. İstər Elxan rolunu ifa edən Ələsgər Ələkbərovun 


 
11 
və  istərsə  də  Solmaz  rolunu  oynayan  Hökümə  Qurbanovanın 
birlikdə  gördüyü  iş  tamaşanın  yüksək  səviyyədə  getməsinə  səbəb 
olmuşdur. Onların sevgisi təmiz qəlbdən yaranan sevgi idi. 
Solmaz-Qurbanova ərəb xəlifələri əlində alətə çevrilmiş gözəl, 
pak bir qız idi. Aktrisanın Solmazında sevgi uğrunda döyünən ürək 
var idi. O, lazım gələndə nəyə qadir olduğunu tamaşaçıya göstərmə-
yə nail olurdu. Bu da Solmaz-Qurbanovanın iti ağıla malik olduğu-
nu göstərirdi. Onun Solmazı ətrafındakı hadisələri şərh etməyi baca-
rırdı.  Hökümə  xanım  ifasında  Solmazın  mübarizliyi  bütün  tamaşa 
boyu hiss olunurdu. 
Səhnədə ilk obrazlarından tamaşaçı yaddaşına həkk olunan  H. 
Qurbanova yaradıcılıq axtarışlarını getdikcə dərinləşdirərək daha da 
müxtəlif xarakterli obrazlar yaratmağa nail olmuşdur.  
1940-cı il mart ayının 18-də N. Vəzirovun “Müsibəti Fəxrəd-
din” faciəsi S. Turabovun quruluşunda tamaşaçılara nümayiş etdiril-
di. Əsasən gənclər üzərində qurulmuş bu tamaşada Atamoğlan Rza-
yev  (Fəxrəddin),  S.  Bəsirzadə  (Səadət),  H.  Qurbanova  (Gülbahar) 
əsas rolları ifa edirdilər. 
“...  H.  Qurbanova  əsasən  gənc  aktyor  qüvvələri  tərəfindən 
hazırlanmış  “Müsibəti  Fəxrəddin”  tamaşasında  Gülbaharın  rolunu 
hərarətlə  oynamışdır.  Lakin  gənc  aktrisanın  ilk  müvəffəqiyyətləri 
onu  arxayınlaşdırmamış,  əksinə,  öz  sənətkarlığını  artırmaq  üçün 
yeni axtarışlara ruhlandırmışdır” (23). 
Gülbahar obrazında Hökümə xanım sadə və nikbin idi. Onun 
ifasında gənclikdən gələn ruh yüksəkliyi var idi. 
“Gülbahar-Hökümə  xanım  tamaşada  görkəmli  yer  tutur. 
Aktrisa sonrakı  epizodlarda da rolu əsasən dramatik boyalarla can-
landırır. Bu gənc qızın fəal, işgüzar təbiətini, müsibətə qarşı acizlik 
yox,  müqavimət  göstərmək  bacarığını  ön  plana  çəkir.  Beləliklə  o, 
tamaşada ictimai etirazın qüvvətlənməsinə xidmət edir” (16). 
H.  Qurbanovanın  ifasında  Gülbahar  obrazı  dramatik  hadisə-
lərlə, iztirab motivləri ilə zənginləşmiş səhnə qəhrəmanı idi. 
“H. Qurbanova öz yaradıcılığını müasir həyatla, yeni cəmiyyət 
quran insanlarla sıx bağlamış, səhnədə müasir insanların obrazlarını 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə